Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-93/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 İmamverdi oğluna və qeyrilərinə qarşı ilk, Cavabdeh3 və Cavabdeh4 İddiaçı və Cavabdeh1 İmamverdi oğluna qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ Kateqoriya: Vərəsəlik hüququndan irəli gələn mübahisələr, mirasın faktiki qəbulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X20 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İlk İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 İmamverdi oğlu, Cavabdeh2, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı mirasın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ilk iddiası, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı, Cavabdeh1 İmamverdi oğluna qarşı vərəsə tanınma və miras əmlakdan paylarının müəyyən edilməsi tələbinə dair qarşılıqlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-895/2024 nömrəli qətnaməsindən ilk qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh4, üçüncü şəxs X13 tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X48 və X21 birgə ailə münasibətlərindən Dursun, İmamverdi, Güllüzar, Ələddin, Firuzə və Salatın adlı 6 uşaqları anadan olmuşdur.
2. X28 mülkiyyətində Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahə si olmuş, torpaq üzərində ümumi sahəsi 44 kv.m və 42 kv.m olan fərdi yaşayış evləri inşa edilmiş, tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
3. X36 12 noyabr 1969-cu il tarixdə, X48 isə 02 noyabr 1996-cı ildə vəfat etmişlər.
4. X28 övladlarından: X14 30 dekabr 1981-ci il, X15 14 mart 1985-ci il, X22 19 mart 1987-ci il, X29 08 fevral 2000-ci il, X23 24 yanvar 2002-ci il tarixlərində vəfat etmişlər.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə 1898ci ildə Şəmkir rayonun Düyərli kəndində anadan olmuş və 02 noyabr 1996-ci il tarixdə Şəmkir rayonun Düyərli kəndində vəfat etmiş X28 İddiaçı anası olması faktı müəyyən edilmişdir.
6. X12 qızı X16 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Onun övladları Cavabdeh3, Cavabdeh4, X8r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 İmamverdi oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPMin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonunun Düyərli kəndi ərazisində yerləşən, JN-350F Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mərhum anası X24 miras qalmış 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qanun üzrə birinci növbə vərəsə olaraq faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddia onunla əsaslandırılm ışdır ki, iddiaçı anasından miras qalmış həmin həyətyanı torpaq sahəsini qanun üzrə birinci növbə vərəsəsi olaraq faktiki olaraq qəbul etmiş, həyətyanı torpaq sahəsini əkib-becərmiş, orada inşa etdirdiyi kiçik həcmli evdə yaşamaq üçün mərhum qardaşı İmamverdinin oğlu, Cavabdeh1 imkan vermişdir ki, oğlu Samirin ailəsi ilə birlikdə həmin ünvanda yaşasınlar. Həmçinin, qardaşı Ələddinin nəvələri, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 imkan vermişdir ki, həmin torpaq sahəsində yerləşən kiçik həcmli evdə yaşasınlar. Eyni zamanda, həmin miras torpaq sahəsində bacısı Salatın analarının sağlığında ikən tikdirmiş olduğu kiçik həcmli evdə qızı Səmayə ilə birlikdə yaşamış, Salatının vəfatından sonra isə qızı Cavabdeh2 bir müddət yaşamış, sonra isə ərə gedərək, hazırda Göygöl rayonunda ailəsi ilə bi rlikdə yaşayır. Onun yaşadığı kiçik həcmli evdən isə digər cavabdeh Abbasın oğlu Samir istifadə edir. Mərhum qardaşı X12 nəvələri Cavabdeh3 və Cavabdeh4 ilə aralarında miras əmlaka olan payla bağlı narazılıqları vardır.
9. İddiaçılar Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh1 İmamverdi oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ulu nənələri X24 miras qalan, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən 0,20 ha torpaq sahəsi üzrə vərəsə tanınmaları, həmin torpaq sahəsindən paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, həmin tələb üzrə iddiaçılar X28 11 fevral 2000-ci il tarixdə vəfat etmiş övladı X12 qızı X5 uşaqlarıdırlar. Hazırda onlar ulu nənələri Sarayın mülkiy yətində olan torpaq sahəsində yerləşən evində yaşayırlar, nənəsindən qalan miras valideynləri tərəfindən qəbul edilmiş, valideynlərinin ölümündən sonra isə onlara qalmışdır. İddiaçı ərə gedən gündən ata evi ilə vidalaşmış, bir daha orada yaşamamış, yəni nə rəsmi, nə də faktiki olaraq mirası qəbul etməsini nümayiş etdirməmişdir.
11. Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(076)-941/2022 nömrəli qətnaməsi ilə (hakim K.C.Məmmədov) ilk iddia təmin edilmiş, JN-350F KOD 50400058 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mərhum X24 miras qalmış Şəmkir rayonunun Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın qanun üzrə birinci növbə vərəsə olaraq İddiaçı tərəfindən faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi, qarşılı qlı iddianın rədd edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırda miras qoyanın yeganə sağ qalan birinci növbə vərəsəsi İddiaçıdır və o, mübahisəli əmlakı qohumu X6 vasitəsi ilə faktiki idarə etmək yolu ilə qəbul etmişdir. Miras əmlakın Cavabdeh1 İmamverdi oğlunun vasitəsi ilə iddiaçı tərəfindən faktiki olaraq idarə etmək yolu ilə qəbul edilməsi faktı məhkəmə iclasında Cavabdeh1 İmamverdi oğlunun öz izahatı ilə yanaşı qarşılıqlı iddiaçıların vəkilinin çıxışında qeyd etdikləri ilə də təsdiqini tapmışdır.
13. Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, miras qoyanla qarşılıqlı iddiaçıların qohumluq əlaqələrinin nədən ibarət olması iş materialları ilə müəyyən edilmədiyi üçün, qarşılıqlı iddia tələbi əsaslı deyi ldir.
14. Məhkəmə mirası faktiki qəbul etmələri ilə bağlı istinad etdikləri dəlillərə hüquqi qiymət verərək qeyd edir ki, tərəflər mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etsələr də, ilk iddiaçı həm mirasın nədən ibarət olması, həm miras qoyanla qohumluq münasibətini təsdiq edən sənədləri məhkəməyə təqdim etmiş, lakin cavabdehlər (qarşılıqlı tələb üzrə iddiaçılar) miras qoyanla qohumluq əlaqələrini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüquqları olmamışdır.
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 528 və 552-ci, qüvvədə ol an Mülki Məcəllənin 1146, 1160-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014cü il tarixli və “M.Bağırovun şikayəti üzrə” 30 iyun 2008-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(076)941/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(104)-2370/2022 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Mehtiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovun və Ə.İ.Məmmədovun iştirakı ilə) apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(076)-941/2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, JN-350F KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mərhum X24 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı, Cavabdeh3 və Cavabdeh4 tərəfindən faktiki qəbul edilmələrinin müəyyən edilməsi, mərhum X24 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yer ləşən 0,20 ha həyətyanı torpaq sahəsinin İddiaçı 2/4 payının, Cavabdeh3 ¼ payının və Cavabdeh4 ¼ payının müəyyən edilməsi, ilk və qarşılıqlı iddiaların qalan hissədə rədd edilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, Saray Quliyeva vəfat etdikdən sonra miras əmlak faktik olaraq onun birinci növbədə vərəsələri qızı İddiaçı və oğlu Ələddin Məmmədov, sonuncunun ölümündən sonra isə qızı Gülnarə Abbasova, daha sonra onun uşaqları Cavabdeh3 və Cavabdeh4 tərəfindən qəbul edilmişdir.
19. Belə ki, Dursun anası Saray Quliyevanın ölümündən sonra həmin ünvana gəlibgetmiş, Ələddin Abbasov isə vəfat edən günə kimi miras əmlakda yaşamış, onun ölümündən sonra qızı Gülnarə, sonuncunun ölümündən sonra isə uşaqları Ələddin və Ələs həmin həyətdə olan evdə yaşamışlar. Digər vərəsələr - iddia və qarşılıqlı iddia ərizəsində göstərilənlər - Cavabdeh1 İmamverdi oğlu, Cavabdeh2, X37, X38, X25, X34, X49, X35 və İsgəndərova Hicran Kamal qızı isə mərhum Saray Quliyevanın sağlığında daimi yaşamaq üçün oradan köçüb getmişlər. Onlar tərəfindən mirası qəbulu iş materialları ilə təsdiq edilmir.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin 527, 530, 532, 552, 553-ci, hazırda qüvvədə olan Mülki Məcəllənin 1133, 1159.1, 1159.1.1, 1159.2, 1243.1, 1243.2, 1243.3, 1255-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.2, 218.1, 218.3, 385.1, 385.1.1, 386-cı maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəm əsindəki birinci icraat
21. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022- ci il tarixli, 2(104)-2370/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Həmçinin ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(104)-2370/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 1686/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayevin sədrliyi və məruzəsi ilə, Elşanə Vəliyeva və Əhliman Xıdırovdan ibarət tərkibdə) ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti təmin, ilk iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti isə qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, miras qoyan X48 1996-cı ildə vəfat etməklə, miras həmin tarixdə açıldığından, hazırkı mübahisəy ə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi isə həmin Məcəllənin 553-cü maddəsinə istinad etsə də, iddiaçının mirası qəbul etdiyini nə ilə müəyyən etdiyini əsaslandırmamışdır. Belə ki, iddiaçının mirası qəbul edib-etməməsi işin mübahisəli halıdır. Cavabdeh3 və Cavabdeh4 həm qarşılıqlı iddia ərizələrində, həm də birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətində İddiaçı ərə gedəndən sonra ata evindən çıxmasını və miras əmlakı nə rəsmi, nə də ki, faktiki olaraq qəbul etməməsini iddia etmişlər.
25. İddiaçının özünün təqdim etdiyi Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Düyərli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10 avqust 2018-ci il və 10 fevral 2022-ci il tarixli arayışlarında g östərilmişdir ki, X28 qızı İddiaçı Bakı şəhəri, M.Hadi küçəsi, ev 51, mənzil 87-də qeydiyyatdadır və orada yaşayır. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçı tərəfindən mirasın qəbulunu 1 cümlə ilə: “Dursun anası Saray Quliyevanın ölümündən sonra həmin ünvana gəlibgetmiş...” əsaslandırmışdır.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mirasın faktiki qəbuluna dair iddiaçı tərəfinin izahatına MPM-in 88 və 106.1-ci maddələrinə uyğun işdə olan digər sübutlarla birgə hüquqi qiymət verməmişdir.
27. Digər tərəfdən iş materiallarında olan apellyasiya şikayətinə etirazdan müəyyən olunur ki, iddiaçı apellyasiya instansiyası məhkəməsində cavabdehlərin miras qoyanla qohumluq münasibətlərində olmasını mübahisələndirmişdir. Lakin, apellyasiya məhkəməsi iddiaçının bu dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməmişdir.
28. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi cavabdehlərin anasının mirası atası olan Ələddin Abbasovdan qəbul etdiyini əsaslandırarkən qüvvədə olan Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə istinad etmişdir. Halbuki, X29 08 fevral 2000-ci il tarixdə ölmüşdür. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin maddi hüquq normasının tətbiqində səhvə yol verməsi də müəyyən olunur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-1708/2023 nömrəli iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi) İslam Həsənov və Şamil Rzaquliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətna məsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilmiş, qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh4 tərəfindən mirasın qəbul edilməsi faktının və mərhum X24 JN–350F saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında miras qalmış Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində vərəsəlik üzrə ½ hissədə Cavabdeh3, ½ hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi qət edilmişdir.
30. Məhkəmə müəyyən etmişdir ki, X48 1996-cı il tarixdə vəfat etmiş, onun vəfatından sonra Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi miras qalmış, İddiaçı mirası qəbul etməmiş, mərhum anasının sağlığında, yəni 1978-ci ildə ailə həyatı qurması ilə əlaqədar Bakı şəhərinə köçmüş və həmin vaxtdan Bakı şəhərində yaşa yır. Bununla belə, Dursun anasının dəfnində iştirak etmiş, tez-tez həmin mülkə gəlib getmişdir.
31. Birinci instansiya məhkəməsi İddiaçı mirası qohumu Cavabdeh1 İmamverdi oğlu vasitəsilə qəbul etməsini müəyyən etsə də, lakin iddiaçı tərəfindən həmin şəxsə bununla bağlı müvafiq etibarnamənin verilməsi müəyyən olunmur. Digər tərəfdən, onun məhkəməyə verdiyi izahatı ilə atası İmamverdinin 1982-ci ildə Bakıda vəfat etməsi və həmin həyətdə oğlu Samirin 2007-ci ildən yaşaması müəyyən olunur.
32. Göründüyü kimi, İddiaçı mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə rəsmi qaydada qəbul etmədiyinə görə, hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.
33. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, X48 1996-cı il tarixdə vəfatından sonra, mirası onun birinci növbə vərəsəsi X29, onun 11 fevral 2000-ci il tarixdə vəfatından sonra qızı X16, onun xx.xx.2015-ci ildə vəfatından sonra isə uşaqları, hazırkı iş üzrə qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh4 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, onlar miras qoymuş ulu nənələri Sarayın mülkiyyətində olan torpaq sahəsində yerləşən miras əmlakı valideynlərinin sağlığında və onların ölümündən sonra miras 0,20 ha həyətyanı torpaq sahəsinə sahiblik edərək, ailəsi ilə birlikdə orada yaşamaqla və torpağı əkib-becərərək idarə etməklə mirası faktiki qəbul etmişlər.
34. Məhkəmə kollegiyası mövqeyini 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 527, 528, 532, 552-ci, qüvvədə olan Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1243.3, 1246-cı, MPM-in 217.1, 217.2, 217.4, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi, yaxud işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 1686/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər Abiddin Hüseynov (sədrlik edən və məruzəçi) Əhməd Nurməmmədov və Zəki Babayev) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(104)-1708/2023 nömrəli iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi miras qoyanın birinci növbə vərəsəsi olan iddiaçının miras əmlakı faktiki qəbul etməsi faktının müəyyən edilməsi tələbinin rədd olunmasına dair mövqeyini ziddiyyətli dəlillərlə əsaslandırmışdır. Belə ki, məhkəmə bir tərəfdən iddiaçının miras əmlakı faktiki qəbul etdiyini sübuta yetirə bilmədiyini, digər tərəfdən isə iddiaçının həmin iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını qeyd etmişdir.
38. Məhkəmə kollegiyası bildirmişdir ki, baxılan iş üzrə iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmuş şəxsin birinci növbəli vər əsəsi – qızıdır. O, miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddət ərzində miras əmlakı faktiki qəbul etdiyini iddia edir. Həmin halın məhkəmə tərəfindən sübuta yetirilməsi iddiaçının miras əmlaka hüququnun təmin olunmasına əsas yaratmış olar. Lakin iddiaçının ümumiyyətlə hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə apellyasiya instansiyası məhkəməsini gəldiyi qənaət Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin vərəsələrin miras əmlaka hüquqlarını müəyyən edən normalarına, o cümlədən, 552-ci maddəsinə və MPM-in 4.1-ci maddəsinə zidd olmuşdur.
39. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X28 1996-cı il tarixdə vəfatından sonra, mirası onun birinci növbə vərəsəsi X29, sonuncunun 11 fevral 2000-ci il tarixdə vəfatından sonra qızı X16 qəbul etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu hissədə mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı tələblərinə riayət etməmiş, qarşılıqlı iddiaçıların qeyd olunan izahatlarının işdə olan hansı sübutlarla təsdiq edildiyini və işdə olan hansı sübutlar əsasında qeyd olunan qənaətə gəldiyini əsaslandırmamışdır.
40. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin göstərişlərindən biri də ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin miras qoyanla qohumluq münasibətlərində olmadığı barədə iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməlidir. İşə yenidən baxmış apellyasiya instansiya sı məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozaraq, yuxarıda qeyd olunan göstərişi nəzərə almamış, bununla bağlı hüquqi dəyərləndirmə aparmamış və qəbul etdiyi qətnamədə ümumiyyətlə bu məsələyə toxunmamışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
41. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi) Azər Bayramov və Rəşad Mamedovdan ibarət tərkibdə) 5 iyul 2024-cü il tarixli 2(104)-895/2024 nömrəli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(076)-941/2022 saylı qətnaməsindən cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(076)-941/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxa rılması, ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, JN-350F KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum X24 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı, X17, X9 və X26 tərəfindən faktiki qəbul edilmələrinin müəyyən edilməsi, mərhum X24 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində İddiaçı 3/6 payı, X7 1/6 payı, X4 1/6 payı və X10 1/6 payının müəyyən edilməsi, ilk və qarşılıqlı iddialar qalan hissədə təmin edilməməsi qət edilmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianının təmin edilməsində düzgün nəticəyə gəlmişdir. Belə ki, mərhum S aray Quliyevadan miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsində üç yaşayış evi olmuş, həmin evlərdən birindən Ələddinin, digərindən Dursunun, sonuncu evdən isə Sarayın qızı Salatının qızı Səmayənin oğlu Sərdar istifadə etmişdir. Bu hal işin mübahisəsiz halıdır və İddiaçı miras əmlakla bağlı iddia qaldırdığı vaxtadək, yəni 2022-ci ilədək tərəflərdən heç biri bu halı mübahisələndirməmişlər. Həmçinin iş üzrə Cavabdeh1 etirazında qeyd etmişdir ki, miras torpaq sahəsində hazırda onun yaşadığı ev İddiaçı məxsus olmuş, nənəsi Sarayın vəfatından sonra həmin evdən Dursun istifadə etmiş, sonradan isə müvəqqəti olaraq həmin evdə onun yaşamasına və Dursunun vəsaiti hesabına təsərüffat işlərinin aparılmasını həyata keçirmişdir. xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəll əsinin 552-ci maddəsinə əsasən, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə mirası qəbul etmiş hesab olunur.
43. İş materiallarından görünür ki, İddiaçı mərhum anası Saray Quliyevadan miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsində yerləşən evlərdən birini qəbul edərək həmin evi idarə etməsi, həmçinin həmin torpaq sahəsində təsərrüfatın idarə edilməsi üçün Cavabdeh1 vəsait verərək təsərrüfat işlərinin aparılmasını həyata keçirməklə miras əmlakı idarə etmiş, bununla da, mirası qəbul etmişdir. Qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh4 Dursunun həmin evdə 2007-ci ildən sonra yaşamasını qeyd etsələr də, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı 2007-ci ildən bu günədək mübahisəli torpaq sahəsində yerləşən evdən istifadə etməsi ni qarşılıqlı iddiaçılar da, qəbul etmişlər və mübahisələndirməmişlər. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin ilkin iddianın təmin edilməsi hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
44. Apellyasiya instansiyası məhkəməsi cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 vəkili Vəkil1 ilkin İddiaçı miras əmlakı orada yaşayan Abbas vasitəsilə idarə etsə də, Abbasa heç bir etibarnamə verilməməsi ilə bağlı dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, İddiaçı miras əmlakda təsərrüfatı idarə edərkən işlərinin Abbasa həvalə edilməsi və Abbas tərəfindən işlərin aparılması iş materialları ilə, həmçinin Abbasın özü tərəfindən təsdiq edilmişdir. Həmin işlərin Abbas tərəfindən aparılması üçün etibarnamənin verilməsi mütləq xarakter daşımır və gündəlik həya tda rast gəlinən hal deyildir. Belə ki, Abbas Dursunun adından hər hansı bir müqavilə bağlamamış, sadəcə təsərrüfat işlərinin aparılması ilə məşğul olmuşdur ki, bunun üçün də etibarnamə tələb olunmur.
45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə bütövlükdə hüquqi qiymət verərək miras qoyanla qarşılıqlı iddiaçıların qohumluq əlaqələrinin nədən ibarət olmasının iş materialları ilə müəyyən edilmədiyi əsası ilə qarşılıqlı iddia tələbini təmin etməmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, İddiaçı doğum haqqında şəhadətnaməsində anası kimi X39 qeyd edilmişdir. İddiaçı anası X30 qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh4 ana babası Ələddinin anası Saray adlı şəxs olması proses iştirakçıları tərəfindən qəbul edilmiş işin mübahisəsiz halıdır. Həmçinin iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3745/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş və 1898-ci ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olmuş və xx.xx.1996-cı il tarixdə Şəmkir rayonunun Düyərli kəndində vəfat etmiş X28 İddiaçı anası olması faktı müəyyən edilmişdir. Yəni həmin qətnamə ilə müəyyən edilmişdir ki, miras qoyan X48 ilə vərəsələrin doğum haq qında şəhadətnamələrində qeyd edilmiş X50 eyni şəxsdir.
47. Kollegiya qarşılıqlı iddiaçıların mirası qəbul etməsi ilə bağlı qeyd etmişdir ki, X31 oğlu Ələddin hələ Sarayın sağlığında və vəfatından sonra miras torpaq sahəsində yerləşən evlərdən birində yaşamışdır. İşin bu halı proses iştirakçılarının izahatları ilə təsdiqini tapmışdır. Həmçinin iş materiallarında olan k-1-694 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, X2 Hüseyn Abbas oğlu və X28 təsərrüfatında ailə tərkibində qeyd edilmişdir. X29 08 fevral 2000-ci ildə ölmüşdür. Ələddinin ölümündən sonra həmin evdə X16 övladları Ələddin və Ələs ilə birlikdə yaşamış və miras əmlakı qəbul etmişdir. İşin bu halı proses iştirakçılarının izahatları ilə təsdiqini tapmışdır. İlkin iddia ərizəsində iddiaçı özü də Cavabdeh3 və Cava bdeh4 miras torpaq sahəsində yerləşən evlərdən birində yaşamasını qeyd etmişdir. Həmçinin iş materiallarında olan arayışından görünür ki, Cavabdeh3 2006-cı ildə Şəmkir rayonu Düyərli 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə 2-ci sinfi bitirdikdən sonra Gəncə şəhəri 20 saylı tam orta məktəbə yerdəyişmə etmişdir.
48. Ələddin Abbasovun sağlığında onun qızı X3 rayonuna ərə köçmüş, əri ilə yola getmədiyindən atası Ələddin ilə yaşamışdır. Gülnarənin iki uşağı Ələs və Ələddin həmin kənddə həmin evdə yaşayarkən anadan olmuş, babaları Ələddinin evində yaşayıb böyümüşlər və hal-hazıra kimi həmin evdə yaşamaqdadırlar. X16 06 noyabr 2015-ci il tarixdə vəfat etmişdir ki, ondan qalmış mirasın qəbul edilməsi ilə bağlı hazırda qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikd ən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Abbasova Gülnarənin vəfatından sonra övladları Cavabdeh3, Cavabdeh4 və X18 mirası qəbul etmişlər.
49. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 527, 528, 530, 532,552, 553-cü maddələrinə, qüvvədə olan Mülki Məcəllənin 1133, 1146, 1159.1, 1160, 1243.1, 1243.2, 1243.3, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, üçüncü şəxs X13 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahi ş etmişlər.
51. Kassasiya şikayətində qüvvədən düşmüş MM-nin 552-ci maddəsinin, MPM-nin 76.3-cü maddəsinin pozulduğu qeyd edilmişdir. MM-nin 552-ci maddəsinin pozuntusu belə əsaslandırılır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən ilkin iddia tələbi üzrə İddiaçı miras əmlakı hansı formada qəbul etməsi ilə bağlı ziddiyyətli araşdırma aparılmışdır. Bir tərəfdən İddiaçı miras əmlakı qəbul etməsini miras əmlakın Cavabdeh1 İmamverdi oğlu tərəfindən faktiki idarə etmək yolu ilə qəbul edilməsini göstərir. Digər tərəfdən isə İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak edərkən izahatını göstərmişdir. Həmin izahatda isə göstərilir ki, “o anasından miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsini faktiki olaraq qəbul etmişdir, oranı əkib-becərmiş, həmin həyətə daim gəlib-getmişdi r. Notariat kontoruna mirası qəbul etməsi barədə qanunla müəyyən edilmiş 6 ay müddətində ərizə verməmişdir. Həm də miras əmlakın qardaşı oğlu Cavabdeh1 İmamverdi oğlunun vasitəsilə qəbul etmişdir”. Mülki iş materiallarında olan sənədlərdən açıq-aşkar müəyyən etmək olur ki, İddiaçı qanunla müəyyən edilmiş 6 aylıq müddətdə miras əmlakı qəbul etməsi ona yaxın və bu işdə şəxsən maraqları olan şəxslərin qarşılıqlı iddia ərizəsinə qarşı verdikləri yazılı etirazlar və əsas sübut kimi götürülmüşdür. Mülki iş materiallarında mötəbərliyi şübhə altına alınmayan hər hansı dövlət orqanından miras əmlakın İddiaçı tərəfindən qanunla müəyyən edilmiş 6 aylıq müddətdə qəbul edilməsi ilə bağlı hər hansı sübut yoxdur. İlkin iddia üzrə İddiaçı miras əmlakı faktiki qəbul etməsi ilə bağlı onu bildirmişlər ki, o miras əmlakı faktiki idarə etmək yolu ilə qəbul etməmişdir. İddiaçı mübahisəli miras əmlakı qohumu Cavabdeh1 İmamverdi oğlunun vasitəsilə faktiki idarə etmək yolu ilə qəbul etməsini sübut edə bilməmişdir. İş materiallarında İddiaçı tərəfindən Cavabdeh1 adına miras əmlakı qəbul etmək və idarə etməklə bağlı hər hansı etibarnamə yoxdur. Miras əmlakın Cavabdeh1 İmamverdi oğlunun vasitəsilə İddiaçı tərəfindən faktiki olaraq idarə etmək yolu ilə qəbul edilməsi faktı barədə iş materiallarında hər hansı sübut yoxdur. MPM-nin 76.3-cü maddəsinin pozuntusu belə əsaslandırılır ki, məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə etiraz verən şəxslər ilkin iddiaçının qohumlarıdır. Mülki iş materiallarında olan qarşılıqlı iddia ərizəsinə etirazlar da, ilk iddiaçının vəkilləri tərəfindən tərtib edilmiş və ey ni ilə birbirlərini təkrar edir. Bu kimi mötəbərliyi şübhə altına alınana etirazlar və izahatlarla ilk İddiaçı tərəfindən miras əmlakın faktiki cəhətdən qəbul edilməsi qənaətinə gəlmək məhkəmə tərəfindən həqiqətin müəyyən edilərək ədalət mühakiməsini həyata keçirilməsi prinsipinə ziddir. Məhkəmə kollegiyası tərəfindən digər qəbul edilməz hal isə izahatın təhrif edilməsi ilə bağlıdır. Bununla bağlı olaraq protokola qeyd verilsə də, protokola qeyd verilməsinə dair ərizənin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə mübahisəsinin yaranmasının əsas səbəbkarı Cavabdeh1 İmamverdi oğludur. O, 2009-cu il tarixdən mübahisəli torpaqda yaşayır. Ancaq, torpaq sahəsindən irsi transmissiya qaydasında pay ala bilmir. Çünki, onun atası X14 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Miras q oyan isə onun atasından sonra vəfat etdiyindən onun miras əmlakdan pay almaq imkanı aradan qalxmışdır. Son ümid kimi İddiaçı birinci növbə vərəsə olmasından istifadə etmək qərarına gəlmişlər. Məqsəd ondan ibarətdir ki, İddiaçı miras əmlakı öz adına keçirtdikdən sonra Cavabdeh1 satsın. Ona görə də, Cavabdeh1 İmamverdi oğlunun izahatı və etirazı birmənalı şəkildə sübut kimi qəbul edilməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətinə İddiaçı tərəfindən etiraz verilmiş, etirazda qeyd edilmişdir ki, mübahisəli iş üzrə dindirilmiş şahidlərin ifadələri, üçüncü şəxslərin, qarşılıqlı iddia üzrə cavabdehlərin izahatları ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, miras torpaqda hazırda 3 ev var və həmin evlərin birində əvvəlcə Saray və ailəsi, sonra onun razılığ ı ilə Abbas və oğlu Samir yaşamışdır. 2000-ci ilədək evin kommunal sənədləri saxlanılmamışdır. Sonrakı dövrdə isə evdə Samir yaşadığından kommunal sənədlərin onun adına olması təbii haldır. Qeyd edilənlərə əsasən mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsi
53. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
54. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
55. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
56. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsi
57. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əml akı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
58. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
59. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
60. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
61. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 62. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övla dlığa götürənlər).
63. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
64. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
65. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
66. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıq lı münasibətinə uyğun əsaslandırılmalıdır.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Hazırkı kassasiya şikayətində qətnamə qarşılıqlı iddia üzrə iddiaçılar və üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kass asiya instansiyası məhkəməsinin mövqeyi:
73. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
74. İlk növbədə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan prosessual pozuntulara yol verilməmişdir.
75. Kollegiya tərəfindən müəyyən edilmişdir ki, işə üçüncü dəfə apellyasiya instansiyası olaraq baxmış məhkəmə kassasiya instansiyası məhkəməsinin i ş üzrə əvvəlki qərarlarında öz əksini tapmış göstərişlərə müvafiq yenidən araşdırma aparmış və müəyyən etmişdir ki, hazırda miras əmlak olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi üzərində 3 fərdi yaşayış evi mövcuddur. Bu evlərdən birindən İddiaçı, sonradan onun razılığı ilə Cavabdeh1 və oğlu Samir istifadə etmişdir. Digər evdə miras qoyan X28 ölümündən sonra oğlu X29, onun qızı X16, o cümlədən X5 övladları Cavabdeh3, Cavabdeh4 yaşamışlar.
76. Məhkəmə izahatları da nəzərə almaqla belə qənaətə gəlmişdir ki, X24 miras qalmış ev mirasın faktiki qəbulu yolu ilə X19, ondan qızı Abbasova Gülnarəyə, onun vəfatından sonra övladları Cavabdeh3, Cavabdeh4 və X1 onların miras əmlakda payı məhkəmə tərəfindən tanınmalıdır. Qətnamə bu hissədə mübahisələndirilməmişdir. 7
7. Kassasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə əsasən ilk iddia üzrə iddiaçı miras əmlakı vərəsəlik açıldıqdan sonra 6 ay ərzində faktiki surətdə idarə etməyə başladığını sübut etməli olduğu halda məhkəməyə bu barədə sübutlar təqdim etməmişdir.
78. Məhkəmə kassasiya şikayətinin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, MPMnin 76.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları da sübut növlərindəndir. Miras qoyan X28 1996-cı ildə vəfat etdiyi və uzun müddət keçdiyi nəzərə alınarsa iddiaçı tərəfindən anasının birinci növbəli vərəsəsi olaraq mirasın faktiki qəbul edildiyi yaxın qohumların izahatları və ifadələri ilə sübut edilə bilərdi. Yaxın qohum kimi Cavabdeh1 izahatının MPM-nin 7 6.3-cü maddəsinə əsasən qanunun tələblərinin pozulması ilə əldə edilmiş sübut olduğuna dair kassasiya şikayətinin dəlili məhkəmə tərəfindən əsassız hesab edilir.
79. Miras əmlakın faktiki idarə edilməsi vərəsə tərəfindən elə hərəkətlərin həyata keçirilməsini nəzərdə tutur ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etməyə iradə ifadəsinin olduğu aydın şəkildə məlum olsun. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, miras torpaq sahəsində mövcud olan evlərdən birinin vərəsənin özü və ya onun tapşırığı ilə digər şəxs vasitəsilə idarə olunması vərəsənin mirası faktiki qəbul etməyə iradə ifadəsini əks etdirə bilər.
80. Apellyasiya instansiyası məhkəməsi İddiaçı mirası faktiki qəbul etməsi barədə nəticəyə gələrkən ilk iddia üzrə Cavabdeh1 İmamverdi oğlunun izahatın a, ilk iddia üzrə cavabdehlərin özlərinin izahatı ilə miras torpaq sahəsindəki evlərdən birinin İddiaçı tərəfindən ən azı 2007-ci ildən idarə edildiyinin təsdiq edildiyinə istinad etmişdir. İlk iddia üzrə cavabdehlər etirazlarında İddiaçı 2007-ci ilədək həmin evdə yaşamadığını bildirsələr də məhkəməyə bu barədə sübut təqdim edə bilməmişlər.
81. Təqdim edilmiş sübutların prosessual normaların tələblərinə müvafiq olaraq qiymətləndirilməsi isə apelyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olduğundan kassasiya şikayətinin bu dəlilləri ilə bağlı araşdırma aparılmır.
82. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə baxmış məhkəmə tərəfindən maddi və prosessual pozuntulara yol verilmədiyindən kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
83. Yuxar ıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh3, Cavabdeh4, üçüncü şəxs X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2024-cü il tarixli 2(104)-895/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.