Məhkəmə qərarları › İş №2(102)-931/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-931/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-931/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı İB Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-931/22 (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2(103)9973/2021 saylı qətnaməsindən İddiaçı İB kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etd i: İşin halları İşin hallarına görə, İddiaçı İB məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə 8.917,60 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.Ə.Əsədova) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərə görə 731,20 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 05 avqust 2015-ci il tarixdə tərəflər arasında “Təbii qazın alqı-satqısına dair” müqavilə bağlanıb. Həmin müqaviləy ə əsasən, iddiaçı tərəfindən cavabdehlərə **********00000 saylı abonent kodu verilib və Bakı şəhəri, Maştağa qəsəbəsi, B.Bağırov (Məktəb) küçəsi, 3-cü döngə, 4 saylı evi təbii qazla təchiz edən qaz xəttinin üzərində smart G-4 İTRON tipli 1402AZ**********86 saylı qaz sayğacı quraşdırılıb. Cavabdehlər tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən 28 akt tərtib edilib və dəymiş ziyan hesablanıb. İddia tələbi yalnız 731,20 manat pul tələbinə aid hissədə əsaslıdır. Cavabdehlər tərəfindən sayğacdan kənar qeyri-qanuni qoşulma faktı iddiaçı tərəfindən tərtib edilmiş aktlarla öz təsdiqini tapıb. Lakin, vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyət ölçüsü də nəzərə alınmalıdır. Belə ki, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanuns uz qoşulma halını 19 yanvar 2018-ci il tarixdə müəyyən edib və müvafiq tədbirlər görməli olduğu halda bunu etməyib. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradırdı. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, dəfələrlə akt tərtib edib və hazırda həmin aktlara əsaslanaraq zərər tələb edir. Halbuki, qazdan istifadə qaydalarına görə iddiaçının qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi vardır. 19 sentyabr 2016-cı il və 31 may 2017-ci il tarixli aktlara əsasən dəymiş zərərin ödənilməsi hissəsində isə iddia əsassızdır. Belə ki, iddiaçı, məhkəməyə 19 noyabr 2020-ci il tarixdə iddia ərizəsi verməklə, 19 sentyabr 2016-ci il, 31 may 2017-ci il tarixli aktlar üzrə 3 illik iddia müddətini ötürüb. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 386.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şə həri Sabunçu Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 458.1, 458.2, 560.3.2-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın təmin olunmayan hissəsində də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən, əgər öhd əliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən, bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzif ələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan suiistifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş mat eriallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansi yası məhkəməsi həmin hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın həmin hissədə də təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 05 avqust 2015-ci il tarixdə tərəflər arasında “Təbii qazın alqı-satqısına dair” müqavilə bağlanıb. Həmin müqaviləyə əs asən, iddiaçı tərəfindən cavabdehlərə **********00000 saylı abonent kodu verilib və Bakı şəhəri, Maştağa qəsəbəsi, B.Bağırov (Məktəb) küçəsi, 3-cü döngə, 4 saylı evi təbii qazla təchiz edən qaz xəttinin üzərində smart G-4 İTRON tipli 1402AZ**********86 saylı qaz sayğacı quraşdırılıb. Cavabdehlər tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən 28 akt tərtib edilib və dəymiş ziyan hesablanıb. İddia tələbi yalnız 731,20 manat pul tələbinə aid hissədə əsaslıdır. Cavabdehlər tərəfindən sayğacdan kənar qeyri-qanuni qoşulma faktı iddiaçı tərəfindən tərtib edilmiş aktlarla öz təsdiqini tapıb. Lakin, vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyət ölçüsü də nəzərə alınmalıdır. Belə ki, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz q oşulma halını 19 yanvar 2018-ci il tarixdə müəyyən edib və müvafiq tədbirlər görməli olduğu halda bunu etməyib. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradırdı. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, dəfələrlə akt tərtib edib və hazırda həmin aktlara əsaslanaraq zərər tələb edir. Halbuki, qazdan istifadə qaydalarına görə iddiaçının qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi vardır. 19 sentyabr 2016-cı il və 31 may 2017-ci il tarixli aktlara əsasən dəymiş zərərin ödənilməsi hissəsində isə iddia əsassızdır. Belə ki, iddiaçı, məhkəməyə 19 noyabr 2020-ci il tarixdə iddia ərizəsi verməklə, 19 sentyabr 2016-ci il, 31 may 2017 -ci il tarixli aktlar üzrə 3 illik iddia müddətini ötürüb. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlib və aşağıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kred itor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən, bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan suiistifadədir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məh kəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı İB-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noy abr 2021-ci il tarixli, 2(103)-9973/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar