Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-932/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMM-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi üzrə ödənişlərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil Fəxrəddin oğlunun, Cavabdeh2, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-89/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı MMM-nin tərəfindən ve rilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMM ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xxxx əsasən Cavabdeh1 MMM-ə məxsus və qiyməti 12.300 manat olan 2001-ci il buraxılışlı “Mercedes Benz E 220 CDİ” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobili istifadəyə almış və üzərinə öhdəlik götürmüşdür ki, müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan Ödəniş qrafikinə” uyğun olaraq ümumilikdə 11.500 manat əsas, 3.931,93 manat hesablanmış mükafat məbləğini 24 ay müddətinə MMM-ə hissə-hissə, ayda 643 manat olmaqla ödəməlidir. İlkin ödəniş məbləği 800 manat təşkil edir.
2. MMM tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 1032 saylı etibar namədən görünür ki, MMM özünə məxsus mübahisəli avtomobili Azərbaycan Respublikasının hüdudlarında idarə etmək səlahiyyətini Cavabdeh2 etibar etmişdir.
3. MMM tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən Cavabdeh1, onunla MMM arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “xxxx” əsasən cəmi 3.718 manat məbləğində ödəniş etmişdir.
4. Cavabdeh1 MMM-ə ünvanladığı xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, o, MMMə müraciət edərək bildirmişdir ki, o, maliyyə durumunda yaranmış problemlər ilə əlaqədar olaraq yuxarıda qeyd edilən Lizinq müqaviləsi” əsasında istifadə etdiyi avtomobilə görə lizinq ödənişlərinin həyata keçirilməsində çətinlik çəkir. Buna görə də, avtomobilin dəyərinin x xxx” əsasən zamin Cavabdeh2 tərəfindən ödənildikdən sonra avtomobilin Cavabdeh2 adına rəsmiləşdir ilməsini xahiş edir.
5. Bundan sonra MMM ilə Cavabdeh1 və iş üzrə digər Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xxxx əsasən Cavabdeh2 Cavabdeh1 yuxarıda qeyd edilən Lizinq müqaviləsi üzrə iddiaçı MMM qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur.
6. MMM-nin təqdim etdiyi hesablamalara əsasən yuxarıda qeyd edilən müqavilələr üzrə yaranmış borc: əsas borc 4.437,83 manat; lizinq mükafatı borcu 2.635,17 manat; öhdəliklərin icra edilməməsinə görə tətbiq edilmiş dəbbə borcu 1.125,25 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMM cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə ödənişlərin tutulması tələbinə dair iddia verərək, onunla Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağ lanmış 416/L-17 saylı “xxxx” vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilənin predmetinin – MMM-ə məxsus olan “Mercedes Benz E 220 CDİ” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh1 alınaraq MMM-ə qaytarılması, həmin müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 9.631,4 manat, hesablanmış mükafat borcunun ödənilməsi məqsədi ilə 1.230,38 manat, öhdəliyin icra edilməməsi səbəbindən tətbiq edilmiş dəbbənin ödənilməsi məqsədi ilə 1.125,25 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borclu Cavabdeh1 və onun öhdəliklərinin icrasına xx.xx.2017-ci il tarixli “Zaminlik müqaviləsi üzrə zamin durmuş Cavabdeh2 tutularaq ona (MMM-ə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMM ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 416/L-17 saylı “xxxx” əsasən Cavabdeh1 MMM-ə məxsus “Mercedes Benz E 220 CDİ” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobili istifadəyə almış və üzərinə öhdəlik götürmüşdür ki, müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan "Ödəniş qrafikinə” uyğun olaraq ümumilikdə 11.500 manat əsas, 3.931,93 manat hesablanmış mükafat məbləğini 24 ay müddətinə MMM-ə hissə-hissə ödəməlidir. MMM ilə Cavabdeh1 və iş üzrə digər Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “xxxx” əsasən Cavabdeh2 Cavabdeh1 Lizinq müqaviləsi üzrə iddiaçı MMM qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Buna baxmayaraq cavabdehlər qeyd edilən həmin müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlik ləri lazımınca yerinə yetirməmişlər. Nəticədə onların MMM-ə 4.437,83 manat məbləğinə əsas, 2.635,17 manat məbləğində hesablanmış mükafat borcları yaranmışdır. Öhdəliklərin icra edilməməsinə görə MMM yuxarıda qeyd edilən müqavilələrin şərtlərinə əsaslanaraq cavabdehlərə 1.125,25 manat məbləğində dəbbə tətbiq etmişdir. MMM-nin əməkdaşları yazılı və şifahi qaydada cavabdehlərə dəfələrlə müraciət edərək borcun ödənilməsini tələb etsələr də cavabdehlər borcun ödənilməsindən yayınmışlar. Bu səbəbdən də MMM hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxx 2018-ci il tarixli 2(006)-3018/2018 nömrəli qətnaməsi ilə (hakim R.Sə mədov) iddia tələbinin təmin edilməsi, Lizinq obyekti olan “MERCEDES BENZ” E 220 CDİ markalı, ** PX *** dövlət nömrə -nişanlı (şassi WDB2100061B411555, tünd göy metal rəngli, buraxılış ili 2001-ci il) avtomobil mülkiyyətçi İddiaçı MMM-ə geri qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada lizinq ödənişləri üzrə 9631,4 (doqquz min altı yüz otuz bir manat, qırx qəpik) manat əsas, 1230,38 (bir min iki yüz otuz manat, otuz səkkiz qəpik) manat mükafat məbləği, 1125,25 (bir min yüz iyirmi beş manat, iyirmi beş qəpik) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12.017,03 (on iki min on yeddi manat, üç qəpik) manat -məbləğində pul alınaraq İddiaçı MMM-ə verilməsi, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 55/L-14 saylı lizinq müqa viləsinin vaxtından əvvəl ləğv edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzəeinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuşdur. Zamin Cavabdeh2 isə borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıyır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 443.1, 448.1-ci, 421.2, 424.5, 747.1, 748-1.12, 748-1.12.4, 448.2.1, 470, 472.1-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya in stansiyası məhkəməsindəki icraat
12. Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-89/2020 nömrəli iş üzrə xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2018-ci il tarixli qətnamə ləğv edilərək və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı MMM-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə ödənişlərin tutulması və sair tələbləri barədə” iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçı MMM-ə a id edilmiş, bu məqsədlə İddiaçı MMM-dən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin xeyrinə 15 (on beş) manat məbləğində pulun tutulması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə iddiaçı MMM, arasında bağlanmış “Lizinq müqaviləsinin” 13.2-ci maddəsinin şərtlərinə əsasən müqavilənin ləğv edilməsi barədə razılığa gəlmiş və müqaviləni ləğv etmişlər. Müqavilənin ləğv edilməsi yazılı surətdə həyata keçirilməməsi müqavilənin məhkəmə qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Həmçinin, zaminlik müqaviləsi mövcud olan və ya yaranacaq öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə bağlanır. Xitam verilmiş öhdəliyin təmin edilməsi üçün zaminlik müqaviləsinin bağlanması qanunda nəzərdə tutulmamışdır. Bu baxımdan hesa b edilməlidir ki, MMM ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Zaminlik müqaviləsi” əhəmiyyətsiz əqdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin sonradan xxxx xitam verilməsi əsası ilə zaminlik müqaviləsini əhəmiyyətsiz əqd hesab etməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. 17. 18. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamış dır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
20. Cavabdeh və vəkili V.Məmmədov izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılşamadığını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin bel ə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialların da olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə 25. xxxx görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. (maddə 747.1)
26. Lizinqin ob yekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. (maddə 747-2)
27. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir.. (maddə 748-1.12.4)
28. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçi r. (maddə 748-2.5)
29. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. (maddə 748-7.1) 30. lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir (maddə 748-10.1.).
31. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəy ə minir (maddə 748-10.4.). 32. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1.).
33. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (maddə 470.2.).
34. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1) Mülki Prossesual Məcəllə
35. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
36. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir. (maddə 77.1)
37. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
38. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassastorun dəlilinə qiymət verərək qeyd edir ki, zaminlik müqaviləsi mövcud olan və ya yaranacaq öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə bağlanır. Xitam verilmiş öhdəliyin təmin edilməsi üçün zaminlik müqaviləsinin bağlanması qanunda nəzərdə tutulmamışdır.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMM tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-89/2020 nömrəli iş üzrə xx xxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.