Məhkəmə qərarları › İş №2(102)-932/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-932/2022

29.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-932/2022 29.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Əkbərova Mehriban Əkbər qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-932/22 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)8733/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 29 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakılar ı müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, sonuncu ilə X4 arasında bağlanmış 25 avqust 1994-cü il tarixli nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Z.M.Tağıyev) iddia təmin edilərək, X4 ilə Cavabdeh arasında 25 avqust 2014-cü il tarixdə bağlanmış nikahın pozulması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, X7 Musabəyova ilə 05 fevral 1994-cü il tarixdə, Cavabdeh ilə isə 25 avqust 1994-cü il tarixdə rəsmi nikah əsasında ailə qurub. Mübahisəli hüququ münasibəti yaranarkən qüvvədə olmuş ailə q anunvericiliyinə görə, ər-arvad arasında mövcud olan nikah münasibətləri məhz tək nikahlılıq prinsipinə xidmət edir və ər (arvad) nikahın pozulması haqqında şəhadətnamə alanadək yenidən nikaha daxil ola bilməzlər. Göründüyü kimi X6 Quliyeva ilə nikahı pozulmadığı halda o, rəsmi nikah əsasında Cavabdeh ilə ailə qurub. Bu isə ailə qanunvericiliyinə görə, Cavabdeh ilə bağlanmış nikahın etibarsız hesab edilməsi üçün əsasdır və İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 17, 48, 49, 53-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya in stansiyası məhkəməsi hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Ailə Məcəlləsinin 17, 48-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi, bu mümkün olmadıqda isə mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri ni pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Mübahisəli hüquq münasibəti yanarkən qüvvədə olmuş Nikah və Ailə Məcəlləsi: Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında...nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 48-ci maddəsinə görə, nikahı etibarsız hesab etməyin əsasları nikah, bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qur maq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah), etibarsız sayıla bilər. Həmin Məcəllənin 49-cu maddəsində göstərilir ki, nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir. Həmin Məcəllənin 51-ci maddəsində göstərilir ki, bu Məcəllənin 17-ci maddəsində göstərilən hallar olduqda, bağlanmış nikah etibarsız hesab edilə bilər. Bu əsaslara görə nikahın etibarsız hesab edilməsini ər-arvadın və həmin nikahın bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə qəyyumluq və himayə orqanlarının və ya prokurorun tələb etməyə ixtiyarı vardır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah bağlandığı vaxtdan etibarsız sayılır. Bu maddənin dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş hallar istisna edilməklə, belə nikahda olan şəxslərin heç bir ər-arvad hüququ və vəzifələri yarınmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin də lillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 05 fevral 1994-cü ildə Alik Musabəyov rəsmi nikah əsasında İddiaçı ilə ailə qurub və onların birgə nikahından 22 yanvar 1995-ci ildə Nigar adlı uşaqları doğulub. Eyni zamanda, 25 avqust 1994-cü ildə Alik Musabəyov rəsmi nikah əsasında Cavabdeh ilə ailə qurub və onların birgə nikahınd an 04 mart 1995-ci ildə İlkin adlı uşaqları doğulub. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə X1rşı “nikahın pozulması” barədə iddiası təmin edilərək, onlar arasında 05 fevral 1994cü il tarixdə bağlanmış nikahın pozulması qət edilib. 02 noyabr 2020-ci il tarixdə Alik Musabəyov “kəskin ürək-damar tənəffüs çatışmamazlığı” xəstəliyindən ölüb. Hazırda iddiaçı, nikahları pozulduqdan sonra X5 Əkbərova ilə də rəsmi nikahda olduğunu bildiyini, 1994-cü ildə qüvvədə olmuş ailə qanunvericiliyində ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmədiyini, bu əsasa görə nikahın etibarsız hesab edilməsini onunda da tələb etməyə ixtiyarının olduğunu, onunla rəsmi nikahda olduğu halda Alik Musabəyovun cavabdehlə də rəsmi ni kaha daxıl olduğunu, Alik Musabəyovun ölümündən sonra vərəsəlik məsələsi həll edilərkən sonuncu ilə birgə nikahları dövründə əldə etdikləri əmlakın müəyyən edilməsi zamanı cavabdehlə bağlanan nikahın etibarlı hesab edilməsi onun hüququnu pozduğunu göstərib, cavabdehlə bağlanmış nikahın etibarsız hesab edilməsini iddia edir. Cavabdeh isə hazırda qüvvədə olan Ailə Məcəlləsinin 26.1.5-ci maddəsinə görə, pozulmamış əvvəlki nikah üzrə ərin (arvadın) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olduğunu, mərhum Alik Musabəyovla iddiaçı arasında bağlanmış nikah pozulduğuna görə sonuncunun onunla bağlanmış nikahın etibarsız sayılmasını tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olmadığını göstərib, iddiaya etiraz edir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəmə sinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 17, 48, 49, 51, 53-cü maddələrinin tələblərin hazırki mülki mübahisəyə tətbiq etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Belə ki, əvvəla sözügedən maddələrin mənasına görə, ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Digər tərəfdən, nikahı etibarsız hesab etməyin əsasları nikah, Nikah və Ailə Məcəlləsinin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nika h), etibarsız sayıla bilər və nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir. Həmin Məcəllənin 17-ci maddəsində göstərilən hallar olduqda, bağlanmış nikah etibarsız hesab edilə bilər. Bu əsaslara görə nikahın etibarsız hesab edilməsini ər-arvadın və həmin nikahın bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə qəyyumluq və himayə orqanlarının və ya prokurorun tələb etməyə ixtiyarı vardır. Etibarsız hesab edilmiş nikah bağlandığı vaxtdan etibarsız sayılır. Belə nikahda olan şəxslərin heç bir ər-arvad hüququ və vəzifələri yarınmır. Cavabdeh, etiraz ərizəsində, apellyasiya və kassasiya şikayətlərində iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, mərhum Alik Musabəyov iddiaç ı ilə artıq rəsmi nikahda olduğu üçün cavabdehlə rəsmi nikah bağlaya bilməzdi və bu nikah, Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsində müəyyən edilmiş şərtləri pozmaqla bağlandığından ilk gündən etibarsız olub. Bu əsaslara görə cavabdehlə bağlanmış nikahın etibarsız hesab edilməsini mərhum Alik Musabəyovla nikahı pozulmuş olsa da, həmin nikahın bağlanması ilə hüquqları pozulmuş iddiaçının da tələb etmək ixtiyarı olub. Daha sonra cavabdeh, kassasiya şikayətində hazırki mülki mübahisəyə qüvvədə olan Ailə Məcəlləsinin normalarının tətbiq edilməli olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasındakı hazırki mübahisəli hüquq münasibəti 25 avqust 1994-cü il tarixdən əmələ gəldiyindən, apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə 01 oktyabr 2000-ci il tarixədək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin normalarını tətbiq etməklə düzgün nəticəyə gəlib. Digər tərəfdən, tərəflər arasındakı hazırki mübahisəli hüquq münasibətinə qüvvədə olan Ailə Məcəlləsinin normaları tətbiq edilmiş olsa da belə iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüququ olub. Belə ki, Ailə Məcəlləsinin 26.1.5-ci maddəsinə görə, mərhum Alik Musabəyovla pozulmuş əvvəlki nikah üzrə arvadı kimi iddiaçı, cavabdehlə bağlanmış nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olmasa da, həmin Məcəllənin 26.1.6-cı maddəsinə əsasən, mərhum Alik Musabəyovla cavabdeh arasında Ailə Məcəlləsinin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüququ pozulmuş digər şəxs kimi iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüququ olub. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, Nikah və Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah bağlandığı vaxtdan etibarsız sayılır və belə nikahda olan şəxslərin heç bir ər-arvad hüququ və vəzifələri yarınmır. Kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansi yası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)-8733/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar