Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-932/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1997/24 nömrəli 9 oktyabr 2024- cü il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətinə 02 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə Cavabdeh2 xx.xx.2019-cu il tarixdə nikah bağlayaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2016-cı ildə X3, xx.xx.2019-cu ildə X5, xx.xx.2020-ci ildə X6 adında üç uşaqları doğulmuşdur.
2. Qazax rayonu Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evi İddiaçı1, İddiaçı3, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı3 və X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Q azax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ona məxsus əmlakları ilə mülkiyyətlərində olan, Qazax rayonu Xanlıqlar kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 oğlu Cavabdeh1 ilə evləndikdən bir müddətdən sonra yaşamağa evləri olmadığı üçün onların mülkiyyətində olan evə köçüb həmin evdə yaşamışlar. Cavabdehin onlara məxsus evdə yaşaması onların mülkiyyət hüquqlarını pozur. Həmin evin mülkiyyətçisi kimi cavabdehlərə evdən çıxıb, evi boşaltmasını təklif etsələr də, bundan imtina etmişlər. Bununla da cavabdehlər dövlət tərəfindən tanınan və qorunan hüquqlarını kobud surətdə pozmuşlar.
5. İddiaçılar İddiaçı1, İddiaçı3 və X4 iddia ərizəsinin həcminin artırılmasına dair ərizə ilə məh kəməyə müraciət edərək, Cavabdeh1 cavabdeh qismində işə cəlb edilərək, Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları X3, X5, X6 və onlara məxsus əmlaklarla birlikdə mülkiyyətlərində olan Qazax rayonu Xanlıqlar kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul edərək, verdiyi izahatında cavabdeh (arvadı) Cavabdeh2 onun valideynləri ilə yola getmədiyini, bu səbəbdən onun da Salatınla münasibətinin kəsildiyini, artıq onların bir evdə yaşamaqlarının mümkün olmadığını qeyd edərək, Qazax rayonu Xanlıqlar kəndində yerləşən yaşayış evindən çıxmağa heç bir etirazının olmadığını bildirmişdir.
7. Birinci instansiya məhkəməsində Cavabdeh2 məhkəməyə göndərdiyi etiraz ərizəsində və məhkəmə icalsında verdiyi izahatında göstərmişdir ki, iddia ərizəsi ilə tamamilə razı olmadığını, əsassız, cəfəng, qanunsuz hesab etdiyini, iddiaçıların iddia ərizəsində bir çox halları məhkəməyə doğru bildirmədiklərini göstərmişdir. Belə k, o X7 ilə 2015-cil ildə evlənmiş, rəsmi nikaha da daxil olaraq iddiaçıların evinə gəlin köçmüşdür. Həmin evdə ailə kimi yaşadığı müddətdə onların 3 övladı olmuşdur. 29 may 2024-cü il tarixdə evdən çıxıb məhkəməyə gələn zaman əri, polis əməkdaşı və qaynatası birləşib onu döymüşlər. Ərinin onu döyməsi və fiziki şiddət göstərməsi nəticəsində onun sağ əlini şüşə kəsərək, ona az ağır xəsarət yetirilmişdir. Bu barədə hüquq-mühafizə orqanlarına şikayət etmiş və müvafiq ekspertizadan keçirilmişdir. O məhkəmədən çıxdıqdan sonra əlindəki xəsarətlə bağlı tibbi yardım göstərilməsi məqsədilə Qazax RMX PHŞ-yə müraciət etmiş və ona tibbi yardım göstərmişlər. Sonradan yaşadığı evə qayıdıb evə daxil olan zaman iddiaçılar və onların yaxın qohumları onun hüquqlarını pozaraq, onu evə buraxmamışlar. Məhkəməyə gələn zaman niyyəti yenə də evinə, ailəsinin yanına qayıtmaq olmuşdur. Onun bütün əmlakı (paltarları, cehiz-zinət əşyaları) iddiaçıların evindədir. O özü ilə yalnız məhkəməyə gəldiyinə görə şəxsiyyət vəsiqəsini və bir dəst geyimlə çıxmışdır. İddiaçıların onu evə buraxmamaq niyyətlərindən və fikirlərindən qətiyyən məlumatı olmamışdır. Məhkəmə də yekunlaşana kimi və münasibətlər düzələnə kimi atası evində yaşasın və hər şey normallaşsın. O qətiyyən evdən çıxmaq istəmir. Övladları da həmin evdə doğulmuşlar, indiyə kimi həmin evdə yaşamışlar və yaşamağa davam edirlər. Bu isə onun yaşayış hüququnu məhdudlaşdıra bilməz. Həmin evin əsaslı və cari təmir işlərinin görülməsində fəal iştirak etmisdir və onun haqqı, əziyyəti çoxdur. Qazax RİHB-nın Xanlıqlar kənd İƏD üzrə nümayəndəliyinin arayışı ilə də təsdiq edilmişdir ki, 2015-ci ilin sentyabr ayından 2024-cü ilin may ayının 29-na klimi iddiaçılara məxsus evdə yaşamışdır.
8. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-716/2024 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları X3, X5, X6 və onlara məxsus əmlaklarla birlikdə Qazax rayonu Xanlıqlar kəndində yerləşən yaşayış evindən çıxarılmaları qət edilmişdir.
9. Birinci instansiya məhkəməsini qeyd etmişdir ki, cavabdeh 2015-ci ildən iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan iddiaçıya məxsus mənzilə köçərək orada yaşamışdır. Eyni zamanda tərəflər arasında mübahisəli hüquq münasibəti 1 oktyabr 2009-cu il tarixdən sonra yarandığına görə mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh2 iddiaçıların ailə üzvü hesab olunmadığından, onun iddiaçılara məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçilərin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütl əq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən evin mülkiyyətçisi olan iddiaçılarla Cavabdeh2 arasında yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddiaçılar mübahisəli evin mülkiyyətçisi olduqlarından onlar, öz mülahizələrinə görə mübahisəli mənz ilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdirlər. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçılar göstərilən hüquqlarını həyata keçirə bilmirlər. Odur ki, iddiaçılar onlara məxsus mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 27.2, 152.1, 157.4-ci, Mənzil Məcəlləsinin 30.1-ci maddələrinə, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəmə si Plenumunun 11 iyul 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 52.2, 52.5, 77.1, 191.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla b ərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Ancaq, məhkəmə iddiaçı ilə birlikdə onun təsərrüfatı idarə etməyini, evin təmirində fəaliyyətini və digər diqqətəlayiq halları araşdırmamışdır. İddiaçılarla məhkəmə bu işi quraraq, sonradan iddia tələbinin həcmini artırmaqla iddianın etirafı əsası ilə ədalətsiz, əsassız və qanunsuz qətnamə qəbul etmişlər. İddiaçı məhkəmə ilə iş “quraraq” əlavə ərizə verərək, mülkiyyətçini əsassız və “quraşdırma” etiraf əsası ilə evdən və torpaq sahəsindən çıxarmışlar. Ancaq iddiaçı ilə cavabdeh Eltun Mehtiyevlə eyni evdə mehriban yaşayırlar və aralarında heç bir mübahisə yoxdur. Əksinə birləşib onun əl eyhinə iş qururlar və uşaqlara da iztirab verirlər. İddiaçı ərizəsində qeyd edir ki, guya onlar cavabdehin evinə sonradan gəlmişlər. Tamamilə yalandır. Onların toyu həmin evdə olmuş və o, həmin evə gəlin köçmüşdür. Evin tək oğlunun toyu harda olmalı idi? Bu barədə rəsmi arayışı da sübut kimi məhkəməyə təqdim etmişdir. Ancaq, məhkəmə həmin sübutu görmək istəməmiş və mötəbər sübutu digər sübutlarla ətraflı tədqiq etmədi və sübuta düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, onu məhkəmədən gələndə evdən qovub, çıxartmış və həmin vaxtdan o, atası evində yaşayır və sonradan uşaqların ikisi də onun yanına gəlmişdir. Ancaq, məhkəmə işin bu halını da iddianı əsassız və qanunsuz olaraq, təmin etmişdir. Məhkəmədə dəfələrlə onu evdən qovduqlarını bildirsə də məhkəmə icraata xitam verməli olduğu ha lda, bunu etməmiş və bilərəkdən qanunsuzluq etmişdir. Məhkəmə işə birtərəfli yanaşmış və iddiaçıların və formal cavabdehin mövqeyindən çıxış edərək, iş üzrə səthi və məqsədli araşdırma apararaq, son nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1997/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və İ.T.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Döv lət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarış əsasında iddiaçıların adına mülk kimi qeydə alınmış torpaq sahəsinin üzərində yerləşməklə cavabdehin əri Cavabdeh1 da iddiaçılarla birlikdə mübahisəli ünvandakı fərdi yaşayış evinin mülkiyyətçisidir və həmin evlə bağlı iddiaçılar Cavabdeh1 nisbətdə hər hansı üstün hüquqa malik deyildir. Belə olan halda bir mülkiyyətçinin digər mülkiyyətçiyə qarşı qeyd olunan iddia ərizəsi ilə müraciət etməsi Mülki Məcəllənin 152-ci və 157-ci maddələrinin, eləcə də mülkiyyətə təminat verən digər qanunvericilik aktlarının tələblərinə uyğun deyildir. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh2 mübahisəli ünvandakı evə iddiaçılar və onlarla bərabər həmin evin mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən köçürülmü ş, X2 Eltun Həmzə oğlu ilə nikahı pozulmamışdır. Cavabdeh Salatın Mehtiyeva mübahisəli ünvandakı evə 2015-ci ildə köçdüyünə görə tərəflər arasındakı mübahisə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbləri baxımından həll olunmalıdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 əri – digər Cavabdeh1 Qazax rayonu Xanlıqlar kəndində yerləşən daşınmaz əmlakın dövlət reyestrində **********60-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış sahəsi 125,8 kv.m olan fərdi yaşayış evinin bərabər paylı mülkiyyətçisi olmaqla nikahları pozulmadığından və cavabdeh mülkiyyətçinin ailə üzvü hesab edildiyindən iddia tələbi təmin edilməməlidir. İşə baxaraq iddianı təmin etmiş birinci instansiya məhkəməsi iş üzrə digər Cavabdeh1 Qazax rayonu Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evinin iddiaçılarla birlikdə bərabər paylı mülkiyyətçisi olduğu, cavabdehlərin hazırkı vaxtadək birgə nikahda olduqları nəzərə alınmamış, beləliklə də qanunvericiliyin tətbiqində səhvə yol verilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarına, MPM-in 384.0.2 və 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yen idən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mənzil Məcəllənin 30.1, 30.2-ci, MPMin 14.2, 77.1 və 88-ci maddələrinə istinad edilmiş və onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin qeyd olunan maddələrinin tələblərinə əsaslanaraq qətnamədə göstərmişdir ki, “İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh2 mübahisəli ünvandakı evə iddiaçıları və onlarla bərabər həmin evin mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən köçürülmüş, Cavabdeh2 Cavabdeh1 ilə nikahı pozulmamışdır” (qətnamənin 5-ci səhifəsinin 6-cı abzası). Lakin, işə baxan məhkəmə kollegiyası Cavabdeh1 Cavabdeh2 qarşı Qazax Rayon Məhkəməsində “nikahın pozulması” tələbinə dair iddia ə rizəsinin mülki iş kimi qeydə alındığını və işin məhkəmə baxışı mərhələsində olduğunu nəzərə almamışdır. Halbuki, apellyasiya şikayəti araşdırılan zaman tərəflərin özləri də məhkəmə iclasında izahat verərkən, işin bu faktiki hallarını məhkəməyə bildirmişlər. Həmçinin, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1102/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 ilə Cavabdeh2 arasındakı nikah pozulmuşdur. Bundan əlavə, apellyator Cavabdeh2 həm apellyasiya şikayətinin dəlillərində, həm də məhkəmə iclasında, hətta iş üzrə iddiaçılar da dönə-dönə bildirmişlər ki, yalnız xx.xx.2024-cü il tarixədək mübahisəli evdə yaşamış, həmin vaxtdan da evdən çıxaraq başqa ünvana köçmüşdür. Göründüyü kimi, Cavabdeh2 xx.xx.2024-cü il tarixdən faktiki olaraq mübahisəli evlə əlaqəsini tamamilə kəsmişdi r. Eyni zamanda iş üzrə cavabdehlər arasındakı nikah pozulmuş, bununla da onların ailə münasibətlərinə xitam verilmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işin bu faktiki hallarına da düzgün hüquqi qiymət verməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi onu da nəzərə almamışdır ki, birinci instansiya məhkəməsinin mübahisəli qətnaməsindən cavabdehlərdən yalnız Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Digər Cavabdeh1 isə həmin qətnaməni mübahisələndirməmişdir. Əksinə, məhkəmə kollegiyasının iclasında iştirak edərək, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən düzgün nəticəyə gəlməmiş, Cavabdeh1 iddiaçılarla birlikd ə mübahisəli yaşayış evinin ümumi birgə mülkiyyətçisi olmasını əsas götürərək və bunu da Cavabdeh2 ilə əlaqələndirərək, qətnaməni tam yəni, həm Cavabdeh1, həm də Cavabdeh2 aid hissədə ləğv etmişdir. Halbuki, Cavabdeh1 evin mülkiyyətçilərindən biri olsa da, qətnamədən apellyasiya şikayəti verməmiş, hazırkı mülki işə birinci instansiya məhkəməsində baxılarkən, o, Cavabdeh2 faktiki olaraq ayrılmış, eyni zamanda məhkəmədə sonuncuya qarşı “nikahın pozulması”na dair iddia qaldırmışdır. Həmçinin, onlar həmin vaxt mübahisəli evdən artıq çıxmışdılar və orada yaşamırdılar. Bir sözlə, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayəti verən Cavabdeh2 digər Cavabdeh1 ailə üzvü kimi qəbul etməkdə və bu səbəbdən apellyasiya şikayətini təmin etməkdə yanlışlığa yol vermiş, beləliklə də iş üzə düzgün nəticəyə gəlməmiş və maddi hüquq normalarının pozulması ilə qətnamə çıxarmağa nail olmuşdur. Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə xx.xx.2024-cü il tarixdə mübahisəli evdən çıxaraq başqa ünvana köçmüş, həmin vaxtdan fakt olaraq mübahisəli evlə əlaqəsini tamamilə kəsmiş, halhazırda da orada yaşamır. Eyni zamanda iş üzrə cavabdehlər arasındakı nikah pozulmuş, bununda onların ailə münasibətlərinə xitam verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz göndərərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi s ahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətç isinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
26. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
27. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı
28. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağ lanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarı 29.... “yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası MPM
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları m üəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kassasiya şikayətinin dəlilləri üzrə məhəmə kollegiyası qeyd edir ki, işə apelyasiya instansiya məhkəməsində baxılarkən cavabdehlər arasında nikahın pozulması haqqında qətnamə mövcud olmamışdır. Tərəflər arasında nikah pozulmadan yalnız onların faktiki olaraq ayrı yaşamalarına istinad edilərək ailə münasibətlərinə xitam verilməsi qənaətinə gəlinməsi Ailə qanunvericiliyinin tələblərinə və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə uyğun hesab edilə bilməz.
43. İddiaçılar kassasiya şikayətində Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1102/2024 nömrəli qətnaməsi ilə nikaha xitam verildiyini və cavabdeh İddiaçı3 xx.xx.2024-cü il tarixd ən evdən çıxıb getdiyini qeyd etsələr də, bu faktlar apelyasiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir.
44. Belə ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut və yeni faktları qəbul etmir.
45. Odur ki, məhkəmə k ollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin mövcud faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rə hbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli 2(104)1997/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.