Məhkəmə qərarları › İş №2(102)-933/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-933/2021

25.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-933/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar xxx oğlu, xxx qızı və xxx cavabdehlər xxx qızına və xxx qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: miras qalmış əmlakdan çıxarılma, həmin əmlaka istifadə hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, iddiaçıların vəkili Vəkil, cavabdeh xxx qızının və onun vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2354/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər xxx qızı və xxx qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı xx.xx.2005-ci il tarixli, 34921 saylı “Hövsan ərazisindəki 7/565 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilənin” notarial qaydada təsdiq edilmiş surətinə əsasən xxx oğlu ilə X2 və İstismarı Birliyi arasında xx.xx.2005-ci il tarixində 334921 saylı bağ torpaq sahəsinin istifadəyə verilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə görə Hövsan qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsi xxx oğlunun istifadəsinə verilmişdir. 2 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ver ilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ № 658021 saylı “Ölüm haqqında şəhadətnamə”-nin surətinə əsasən xxx oğlu xx.xx.2014-cü il tarixində kəskin ürək çatmamazlığı səbəbindən ölmüşdür. ARDİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 039-24691219 saylı məktuba əsasən xxx oğlunun adına olan Hövsan ərazisində yerləşən 7/565 nömrəli bağa verilmiş 34921 saylı müqavilənin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin tapıntılar bürosuna məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, P-8/2-112/2-t/1 saylı arxiv arayışının surətinə əsasən 95 nömrəli, xx.xx.2005-ci il tarixli protokolla Bakı şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli, 233 №-li sərəncamına əsasən, Ba kı şəhəri, Hövsan qəsəbəsində yerləşən 7/565 saylı bağ sahəsi xxx oğlunun adına sənədləşdirilməsi qeyd edilmişdir. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin notariusu xxx oğlunun xx.xx.2019-cu il tarixli, 263 nömrəli məktubunun surətinə əsasən 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisində vərəsə xxx oğlunun (ünvan: ünvan 2 telefon: *** *** ** **) müraciəti, mirasqoyanla qohumlu əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2014-cü ildə vəfat etmiş xx.xx.1940-cı il təvəllüdlü atası xxx oğlunun mirası üzrə vərəsəlik işi açılmışdır. Vərəsələrin dairəsi müəyyən edilmiş və vərəsələr mirasqoyanın arvadı – xxx qızı, oğlu – xxx oğlu və qızı – xxxya miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanu n üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Əlavə olaraq, vərəsə xxx oğlu müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 7/565 nömrəli bağ sahəsi ünvanında yerləşən və 3421 saylı, xx.xx.2005-ci il tarixli Müqaviləyə əsasən mərhuma icarəyə verilən bağ sahəsi də mövcuddur. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9954/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən xxx oğlunun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1764/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçılar xxx qızının və xxx qızının cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzinə və üçüncü şəxslər xxx oğluna, xxx qızına və xxxya qarşı “mirasın qəbulu üç ün buraxılmış müddətin bərpa edilərək uzadılması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiaları təmin olunmamışdır. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, 72 nömrəli arayışa əsasən xxx oğlu Hövsan qəsəbəsindəki Bakı Baş Tikinti İdarəsini bağlarında 7/565 saylı bağın vergi ödəyicisi kimi Hövsan bələdiyyəsində qeydiyyata alınmış, hal-hazırda yerli vergilərdən borcu yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçılar xxx oğlu, xxx qızı və xxx cavabdehlər xxx qızına və xxx qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xxx qızının və xxx qızının Bakı şəhəri Suraxanı rayonu Hövsan qə səbəsində yerləşən 7/565 saylı, 0,06 ha ölçüdə bağ torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum xxx oğlu ilə X2 və İstismarı Birliyi arasında xx.xx.2005-ci il tarixində “bağ torpaq sahəsinin istifadəyə verilməsi” haqqında 33921 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə Hövsan qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsi xxx oğlunun istifadəsinə verilmişdir. Sözügedən torpaq sahəsində xxx oğlu tərəfindən fərdi yaşayış evi tikilmişdir. xxx oğlu xx.xx.2014-cü ildə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə xxx oğlu, xxx qızı və xxx göstərilmişdir. Cavabdehlər ögey qardaşları mərhum xxxin qızlarıdır. xxx oğlu xx.xx.2018-ci il tarix də vəfat etmişdir. 2019-cu ilin fevral ayında cavabdehlər iddiaçılara qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmışlar. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların iddiaları təmin edilməmişdir. Həmin iş üzrə məhkəmədə uduzan cavabdehlər onlardan acıq çıxmağın yolunu Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinə girməkdə görmüşlər. Belə ki, xx xxxxxxxx 2019-cu il tarixində cavabdehlər xxx qızı və xxx qızı Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla giriş dəmir qapısını sındırmışlar. Cavabdehlərin özlərinin mənzilləri olmalar ına, daimi qeydiyyat ünvanları olmalarına baxmayaraq, həmin bağ torpaq sahəsini zəbt edərək orada təmir işləri aparırlar. Cavabdehlərin onlara məxsus Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində 7/565 saylı bağ sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Cavabdehlər xxx qızı və xxx qızı qarşılıqlı iddia verərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunaraq Hövsan qəsəbəsi ərazisində 0,06 ha torpaq sahəsində yerləşən bağ sahəsinə onların istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, miras qoyan xxx oğlu onların babasıdır, sonuncunun oğlu xxx oğlu isə onların atalarıdır. xxx oğlu xx xxxx 2014-cü il tarixdə vəfat etmiş və həmin tarixdə miras açılmışdır. Miras qoyan vəfat edən zaman onun mülkiyyətində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və Hövsan qəsəbəsi ərazisində qanuni istifadəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 7/565 saylı bağ sahəsi olmuşdur. Ataları xxx oğlu miras qoyan xxx oğlunun birinci növbəli vərəsəsi olmuş və miras açılan zaman faktiki olaraq Hövsan qəsəbəsi ərazisində 0,06 ha torpaq sahəsində yerləşən mübahisəli 7/565 saylı bağ sahəsini istifadə etmişdir. Ataları həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etmiş və boşandıqdan sonra həmin bağ evinə köçərək ondan daimi istifadə etmişdir. xxx oğlu xx.xx.2018ci il tarixdə vəfat etmişdir. O sağ ikən, yəni 2014-cü ildə xxx oğlu vəfat edəndən sonra atasından miras qalmış bağ evində yaşamağa davam etmiş, həm in bağa qulluq etmiş və bu hərəkətləri ilə bağdan istifadə etmək hüquqlarını əldə etmişdir, yəni atasından miras qalan bağı təkbaşına olaraq faktiki surətdə qəbul etmişdir. xxx oğlu xx xxxx 2014-cü il tarixdə vəfat edən zaman onun mülkiyyətində ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Cavabdehlər həmin evi vərəsəlik üzrə öz mülkiyyətlərinə keçirmiş və atalarına məxsus miras pay hissəsini də mənimsəmişlər. Ataları 2018-ci ildə vəfat etdiyi andan onun miras pay hissəsinə olan hüquqları təmsilçilik üzrə onlara keçmişdir. Mübahisəli bağ sahəsi ataları xxxin faktiki istifadəsində olmuş, o fərdi yaşayış evi tikdirib faktiki surətdə orada yaşamış, onun vəfatından sonra göstərilən bağ sahəsinə və evə onlar sahiblik və istifadə etmiş, hazırda bağ sahəsi onların istifadəsindədir. Hazır da cavabdehlərin həmin bağ sahəsinə heç bir hüquqları yoxdur, onlar babaları xxxin sağlığında və vəfatından sonra heç vaxt bağdan istifadə etməmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)-5062/2019 saylı qətnaməsi ilə (hakim Səlimə Miriyeva) ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. Məhkəmə ilk iddia üzrə müəyyən etmişdir ki, xxx oğlu ilə X2 və İstismarı Birliyi arasında xx xxx 2005-ci il tarixində bağlanmış “Hövsan ərazisindəki 7/565 nömrəli bağın istifadəyə verilməsi” haqqında 33921 saylı müqavilədə həmin bağın xxxdən başqa onun ailə üzvləri xxx oğlu, xxx qızı və xxxnın istifadəsinə verilməsi qeyd edilmişdir. Müqavilənin 10-cu bəndinə əsasən, bağ istifadəçilərinin və onların yetkinlik yaşına çatmış ailə üzvlərinin rəsmi razılıqları ilə istifadələrindəki bağlar ailə üzvlərinin, qohumlarının və Birlik üzrə bağ növbəsinə götürülmüş kənar şəxslərin adlarına keçirilə bilər. Həmi bağ sahələri iddiaçıların qanuni istifadəsində olsa da, cavabdehlər həmin sahəni heç bir qanuni əsas olmadan faktiki istifadə edirlər və Mülki Məcəllənin 152.1-152.5ci maddələrinə əsasən bu sahiblik qanunsuzdur və onların bağdan çıxarılması barədə iddia təmin edilməlidir. Qarşılıqlı iddia üzrə məhkəmə müəyyən etmişdir ki, qarşılıqlı iddia ərizəsində qeyd edilən torpağa istifadə hüququnun tanınmasını istisna edəcək xüsusatlara artıq məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş və mübahisəli bağ sahəsinə istifadə hüququnun tanınması üçün xxx qızı və xxx qızının subyektiv hüququnun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiq edilmişdir. B una görə də, ilkin iddia təmin olunduğundan qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddələrinə və Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər xxx qızı və xxx qızı apelyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)2354/2 020 nömrəli qətnaməsi ilə (hakimlər İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Elşən Kazımov) cavabdehlər xxx qızının və xxx qızının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)5062/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddianın təmin edilməsi, xxx qızı və xxx qızı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 7/565 saylı bağ torpaq sahəsindən çıxarılmaları, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Apellyasiya məhkəməsi işdə olan sənədlərə əsasən müəyyən etmişdir ki, xxx oğlu ilə X2 və İstismarı Birliyi arasında xx.xx.2005-ci il tarixində 334921 saylı bağ torpaq sahəsinin istifadəyə verilm əsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə görə Hövsan qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsi xxx oğlunun istifadəsinə verilmişdir. xxx oğlu xx.xx.2014-cü il tarixində vəfat etmiş, xxx oğlunun mirası üzrə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və vərəsələr mirasqoyanın arvadı – xxx qızı, oğlu – xxx oğlu və qızı – xxxya miras qalmış ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan məhkəmə qərarlarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx xxxxx 2014-cü ildə vəfat etmiş xxx oğlundan miras qalmış Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Çöllük küçəsi, 59/2 saylı fərdi ya şayış evi miras əmlak kimi xxx oğlu tərəfindən qəbul edilmiş hesab edilmiş, xxx qızının, xxxnın və xxx oğlunun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xxx oğlunun adına verilmiş RX seriyalı ******* saylı çıxarış ləğv edilmişdir. Lakin məhkəmənin həmin qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilərək iddia rədd edilmiş, sonuncu qətnamədən verilən kassasiya şikayəti Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin mülki işə baxan apelyasiya və kassasiya instansiyası məhkəmələri qeyd etmişlər ki, xxx oğlu xx xxxxx 2014cü il tarixdə vəfat etmiş atası xxx oğlunun dəfn və yas mərasimlərində iştirak etmiş, yas məra siminin keçirildiyi evə ilin müxtəlif vaxtlarında gəlsə də, özünün vəfat etdiyi günə kimi, yəni xx xxxxxx 2018-ci ilə kimi təxminən 3 il 6 ay müddət ərzində mübahisəsi gedən miras əmlakı faktiki qəbul etməmiş, həmçinin qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbul olunması üçün notariat orqanına müraciət etməmişdir. İlk iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, xxx oğlu ilə X2 və İstismarı Birliyi arasında xx xxx 2005-ci il tarixində bağlanmış “Hövsan ərazisindəki 7/565 nömrəli bağın istifadəyə verilməsi” haqqında 33921 saylı müqavilədə həmin bağın xxxdən başqa onun ailə üzvləri xxx oğlu, xxx qızı və xxxnın istifadəsinə verilməsi qeyd edilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır. İstifadəçi mü qavilə öhdəliklərini yerinə yetirdikdə müqavilə yeni müddətə artırılır. Müqavilənin 5.1-ci maddəsinə əsasən, Abadlaşdırma və X1 Departamentində layihəsi razılaşdırıldıqdan sonra istifadəçiyə yaşayış evi və digər tikintiləri inşa etdirməyə Birlik tərəfindən rəsmi icazə verilir. Müqavilənin 10-cu bəndinə əsasən, bağ istifadəçilərinin və onların yetkinlik yaşına çatmış ailə üzvlərinin rəsmi razılıqları ilə istifadələrindəki bağlar ailə üzvlərinin, qohumlarının və Birlik üzrə bağ növbəsinə götürülmüş kənar şəxslərin adlarına keçirilə bilər. Müqavilənin 11-ci bəndinə əsasən, istifadəçi vəfat etdikdə və ya daimi yaşayış üçün respublikadan kənara köçdükdə bağın istifadə müqaviləsi onun ailə üzvləri, qohumları və Birlikdə bağ növbəsinə dayanmış kənar şəxslər ilə müvafiq razılıqlar əsasında bağlanı la bilər. Məhkəmə hesab etmişdir ki, xxx oğlu, xxx qızı və xxxnın bağ sahəsindən istifadə hüququ xx xxx 2005-ci il tarixli müqavilə əsasında yaranmışdır. Müqavilənin müddəti xx xxx 2015-ci il tarixə qədər olsa da, xxx oğlu xx xxxxx 2014-cü ildə vəfat etdikdən sonra müqavilənin digər tərəfi müqavilənin ləğvi barədə məsələ qaldırmamış, bağ sahəsini geri almamışdır. Buna görə də müqavilənin 2-ci bəndinə əsasən müqavilə avtomatik şəkildə uzadılmış hesab edilir. X3 xx.xx.2019cu il tarixli arayışından görünür ki, xxx oğlu Hövsan qəsəbəsindəki 7/565 saylı bağın vergi ödəyicisi kimi Hövsan Bələdiyyəsində qeydiyyata alınmışdır. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, xxx oğlu, xxx qızı və xxx xxx qızının və xxx qızının Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 7/565 sayl ı, 0,06 ha ölçüdə bağ torpaq sahəsindən çıxarılmaları barədə iddia qaldırmağa subyektiv hüquqa malik olmuşlar. xxx və xxx həmin bağ sahəsində mərhum ataları xxx tərəfindən fərdi yaşayış evi inşa olunmasını, hal-hazırda atalarından miras qalmış həmin evi miras əmlak kimi qəbul edərək yaşadıqlarını bildirərək onların bağ sahəsindən istifadə hüquqlarının yaranması barədə qarşılıqlı iddiası üzrə məhkəmə müəyyən etmişdir ki, mərhum xxx Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 7/565 saylı, 0,06 ha ölçüdə bağ torpaq sahəsindən istifadə etsə də, həmin bağ sahəsindən istifadə etməyə müqavilədə bağdan istifadə hüququ olan şəxslər kimi qeyd edilmiş xxx oğlu, xxx qızı və xxxnın rəsmi razılığı olmamışdır. xxx tərəfindən həmin bağ sahəsində fərdi yaşayış evi tikilməsi məsələsinə gəldikdə isə, yuxarıda qeyd olunan xx xxx 2005-ci il tarixli müqavilənin 5.1-ci maddəsinə uyğun olaraq həmin bağ sahəsində yalnız layihəsi razılaşdırılmaqla və yalnız istifadəçiyə yaşayış evi və digər tikintiləri inşa etməyə icazə verilir. Beləliklə, xxxin mübahisəli bağ sahəsindən müqavilədə adları qeyd olunan istifadəçilərin rəsmi razılığı olmadan istifadə etməsinə, habelə həmin bağ torpaq sahəsində fərdi yaşayış evi tikməyə icazəsi olmamışdır. Nəticə etibarilə, xxx qızının və xxx qızının həmin bağ sahəsindən istifadə hüququnun yaranmasına qanuni əsas və ya müqavilə əsası olmamışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, apelyasiya icraatı zamanı qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi X4 vəsatəti əsasında şahid qismində dindirilmiş X6, X5 və X7 xxxin mübahisəli bağ sahəsində yaşadığını, qız ları xxx və xxxnın daima atalarını görməyə gəldiklərini, yay aylarında orada qaldıqlarını, xxxin həmin evdə vəfat etdiyini, yas mərasiminin də orada keçirildiyini, mübahisəli bağ evində onlardan başqa heç kəsi görmədiklərinu bildirməsi barədə ifadələri xxxin və onun qızları xxx və xxxnın mübahisəli bağ sahəsində yaşamaları faktını təsdiq etməklə, qarşılıqlı iddianın təmin olunmasına əsas vermir. Məhkəmə həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılan dövrdə xxx oğlu, xxx qızı və xxxnın Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 7/565 saylı, 0,06 ha ölçüdə bağ torpaq sahəsinə mülkiyyət hüquqları olmasa da, onların həmin bağ torpaq sahəsinə mülkiyyət hüququ əldə etməyə gözlənti hüquqları olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin f aktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəldiyini və maddi hüquq normalarını düzgün tətbiq etdiyini, lakin işə baxılarkən prosessual hüquq normaları pozaraq, yekun məhkəmə aktının elan olunması ilə müşayiət olunan məhkəmə iclasının vaxtının xx xxxxxx 2019-cu il tarixə təyin olunmasına baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçılara xx xxxxxx 2019-cu il tarixə olan məhkəmə bildirişinə imza etdirilməsini nəticədə onların məhkəmə iclasının vaxtı barədə düzgün xəbərdar edilməməsinə, həmçinin qətnamənin giriş hissəsində onu qəbul edən hakimin adının göstərilməməsinə görə qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi nəticəsinə gəlmişdir. Cavabdehlər xxx qızı və xxx qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-2354/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilib, ilk iddia tələbinin rədd olunması və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar notariat kontoruna müraciət edib ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi alıb mülkiyyətlərinə keçirmişlər. Lakin, mübahisəli bağ sahəsi dövlət reyestrində qeydiyyatda olmadığı üçün həmin bağ miras əmlak sayılmamış, miras kütləsinə daxil edilməmişdir. xxx 2018-ci ildə vəfat etdiyi tarixdən həmin bağ cavabdehlərin faktiki istifadələrinə keçmiş və hazırda da tərəflərində n idarə olunur. Eləcədə bağ evində olan bütün mebel və digər əşyalar atalarına məxsus olmuş və vəfatından sonra onların istifadəsinə keçmişlər. xxxin faktiki istifadəsində olmuş və vəfatından sonra cavabdehlərə miras qalmış bağ tərəflərindən faktiki qəbul edilmiş və bu faktı təsdiq etmək üçün məhkəmədə iddia qaldırmışlar. Həmin iddia tələbinə baxan məhkəmələr xxxin mübahisəli bağ sahəsindən istifadə etməsi faktını etiraf etsələr də, bağın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alınmamasını əsas gətirərərək, onu miras kütləsinə daxil olan əmlak hesab etməmişlər. Apellyasiya məhkəməsi isə bu məhkəmə aktlarını əsassız olaraq preyudisial aktlar kimi qiymətləndirib hazırki iş üzrə cavabdehlərin ziyanına şərh etmişdir. Məhkəmə bağın istifadəyə verilməsi barədə qüvvədən d üşmüş və bu səbəbdən heç bir hüquqi əhəmiyyətə malik olmayan xx xxx 2005-ci il tarixli müqaviləyə istinad etməklə kobud qanun pozuntusuna yol vermişdir. müqavilənin 11-ci bəndində qeyd edilən istifadəçinin ailə üzvləri mübahisəli bağa hüquqlarını rəsmiləşdirmək üçün heç bir hərəkətlər etməmiş, nə Bağlar Birliyinə müraciət edib adlarına müqavilə bağlamamışlar, nə də ki, bağdan faktiki istifadə etməmişlər. Bu hərəkətləri ilə cavabdehlər bağa olan hüquqlarından könüllü imtina etmişlər və xx xxx 2015-ci il tarixdən etibarən bağa dair bütün hüquqlarını itirmişlər. Həmin torpaq sahəsində ev bağ sahəsi istifadəyə verildiyi tarixdən qısa müddət sonra tikilmişdir, həmin tarixdən uzun müddət vaxt keçmişdir və bu müddət ərzində tikilinin qanunsuz olması barədə heç kəs iddia qaldırmamışdır. xxx oğlu, xxx qızı və xxxnın rəsmi icazə vermələrinə gəldikdə isə onlar buna susmaqla razılıq vermişlər, evin tikilməsinə və xxxin həmin evdə yaşamasına etiraz bildirməmişlər. Bağda aparılan tikintiyə istifadəçilərin yazılı razılığının olması barədə müqavilədə heç bir müddəa yoxdur. Apellyasiya məhkəməsinin mövqeyinə görə cavabdehlər xxx oğlu, xxx qızı və xxxnın gözlənilən mülkiyyət hüquqları olmuşdur. Lakin vətəndaşların qanuni istifadəsində olan bağların onların mülkiyyətə verilməsi 1996-cı ildə qəbul edilmiş “Torpaq İslahatları haqqında” Qanunun 9-cu maddəsi ilə tənzimlənir və həmin maddə qanunun qüvvəyə mindiyi tarixdən əvvəl verilmiş bağlara şamil edilir. Mübahisəli bağ sahəsi həmin tarixdən sonra verildiyi üçün, ona bu qanun şamil edilmir. Bundan əlavə, müqavilənin özündə bağın gələcəkdə istif adəçilərin mülkiyyətinə verilməsi barədə heç bir müddəa yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmiş, işin faktiki hallarından düzgün nəticə çıxarılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə cavabdehlərin əmlak hüquqları pozulmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh xxx qızı və vəkili X9 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2354/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçıların vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etirazını bildirərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2354/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə

158. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilm ir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdehlər kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegi yasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, kassatorlar iki əsasla bağa istifadə hüquqlarının yarandığını hesab edirlər: Birincisi, babalarından miras qalmış bağ sahəsinin ataları tərəfindən faktiki qəbul edilməsi və onun ölümü nəticəsində həmin əmlaka hüquqların kassatorl ara keçməsi; ikincisi, həmin bağ sahəsində olan evin faktiki olaraq ataları tərəfindən inşa edilməsi, atalarının sağlığına və ondan sonra onların həmin bağa faktiki sahiblik etməsi; Birinci əsasla bağlı, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə (bax 6 bənd) müəyyən edilmişdir ki, kassatorların atası xxx atası xxx oğlundan qalmış miras əmlakı nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmişdir, mübahisəli bağ sahəsi miras əmlak kütləsinə daxil olmamışdır və belə olan halda vərəsələri tərəfindən miras əmlak kimi qəbul edilə bilməzdi. Məhkəmə kollegiyası qeyd edir ki, həmin bağ kassatorların atasına miras əmlak kimi keçmədiyindən, onun ölümündə də sonra kassatorlara miras əmlak kimi vərəsəlik qaydasında keçə bilməzdi. İkinci əsasla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, ka ssatorların atasının ölümünə qədər və onun ölümündən sonra həmin bağ sahəsindən faktiki istifadə etmələri də onların bağa istifadə hüququnun yaranmasına əsas vermir. Kassatorlar bu əsasla istifadə hüququnun yaranması üçün hər hansı qanun normasına da istinad edə bilməmişdirlər. İddiaçılar isə bağın istifadə müqaviləsində istifadəçinin ailə üzvləri kimi göstərilməklə bağdan istifadə hüquqları mövcuddur. Həmin müqavilənin müddətinin xx.xx.2015-ci ildə bitməsi onların bağa olan hüquqlarının xitamına səbəb olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orde rlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olduğundan, həmin şəxslərin bağ sahəsinə gözlənilən mülkiyyət hüquqları olmuşdur. 1996-cı ildə qəbul edilmiş “Torpaq İslahatları haqqında” Qanunun 9-cu maddəsində həmin maddənin yalnız qanunun qüvvəyə mindiyi tarixdən əvvəl verilmiş bağlara şamil edilməsi barədə məhdudyyət isə nəzərə tutulmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün q anuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər xxx qızı və xxx qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2354/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar