Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-933/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Kassasiya şikayətinin baxışdan çıxarılması haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin mənzildən məcburi qaydada çıxarılması və pul tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.09.2021-ci il tarixli, 2(103)8560/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti A zərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-933/2022 saylı 10 yanvar 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Aşağıdakı əsaslara görə 10.01.2022-ci il tarixli qərardad ləğv edilməli və cavabdehin kassasiya şikayəti kassasiya baxışından çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin 21.09.2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Cavabdeh1 vəkili tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 30.11.2021-ci ildə verilmişdir. Göründüyü kimi, kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə yuxarıda qeyd edilmiş dəyişikliklər qanuni qüvvəyə mindikdən sonra verilmişdir. Belə olan halda, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə edilmiş yuxarıda qeyd edilən əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmalıdır. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə i sə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanından məcburi qaydada çıxarılması, cavabdehlərdən müştərək qaydada 2020-ci ilin noyabr ayından etibarən məhkəmə qərarı icra olunan günədək hər ay üçün 400 manat pulun, cavabdehlərdən müştərək qaydada Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 3.000 manatın, cavabdehlərdən müştərək qaydada istifadə etdikləri suya görə "xxxx" ASC-yə ödədiyi 220 manatın pulun, cavabdehlərdən kirayədə yaşadıqları ünvan 1 ünvanına görə kommunal xidmət haqqı olaraq ödədiyi 1.416 manatın pulun, qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5 faiz olmaqla pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2020 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus olan xxxx saylı mənzildən məcburi qaydada çıxarılmaları, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına qədər (6 ay) hər ay üçün 300 (üç yüz) manat olmaqla, cəmi 1.800 (min səkkiz yüz) manat kirayə haqqının alınaraq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım üçün ödənilmiş 1.500 (min beş yüz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada istifadə etdikləri suya görə X-yə ödənilmiş 220 (iki yüz iyirmi) manat alınaraq İddiaçı ödənilm əsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kirayə yaşadıqları xxx saylı mənzilə görə kommunal xidmət haqqı olaraq ödənilmiş 1.416 (min dörd yüz on altı) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qətnamədən apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2(103)-8560/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2020 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verdiyi kas sasiya şikayətində Cavabdeh1 qətnamənin ümumilikdə ləğvini xahiş etsə də kassasiya şikayətinin dəlillərindən görünür ki, şikayət pul tələbinə dair iddianın qismən təmin edilməsi hissəsinin qanunsuzluğu və əsassızlığı ilə əsaslandırılmaqla həmin hissədə qətnamənin ləğvinə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaitinin alınması haqqında iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilib. Göründüyü kimi, hazırki kassasiya şikayəti ilə mübahisələndirilən məbləğ 4936 manat olmaqla MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən azdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə icraata qəbul qərardadını ləğv e dərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-933/2022 saylı 10 yanvar 2022-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və geri qaytarılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-933/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-933/2022
09.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver