Məhkəmə qərarları › İş №2(102)-933/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-933/2025

02.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-933/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı oğunun, Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsəlik hüququndan irəli gələn mübahisələr, vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı mübahisələr, şəhadətnamələrin və onların əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi, miras qalmış əmlakın vərəsələr arasında bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı oğunun, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 qarşı “vərəsəlik hüququ haqqında şəh adətnamələrin və onların əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras qalmış əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2055/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 02 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında 0,016 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122 kv.m olan daşınmaz əmlak X3 tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətində olmuşdur. X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir.

2. Mərhumun 4 övladı olmuşdur: İddiaçı oğu, Cavabdeh1, Cavabdeh2 (hazırkı iş üzrə iddiaçılar) və X10 (hazırkı iş üzrə Cavabdeh3 atası)

3. X3 vəfatından sonra, xx.xx.2015-ci il tarixdə X6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə miras əmlakın 1/1 hissəsinə verilmişdir.

4. X10 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X4 vərəsəsi oğlu Cavabdeh3 (cavabdeh) qanun üzrə vərəsəliyi qəbul etmiş və Notariat orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə Mənsimov X11 Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə miras əmlakın tam hissəsinə verilmişdir. Hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında 0,016 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122 kv.m olan daşınmaz əmlak Cavabdeh3 tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabde h3 qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 qanunsuz olaraq almış olduğu xx.xx.2015-ci il tarixli, 2V-302 reyestr nömrəli vərəsəlik hüququ haqqında Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış ünvan 2 ünvanında 0.016 ha üzərində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evinin vərəsələr arasında bölünməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Mənsim Mənsimov xx.xx.2014-cü il tarixdə, anası Lala Mənsimova isə xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Onlar ailədə 2 bacı, 2 qardaş olmuşlar: Cavabdeh2, Cavabdeh1, X5, X10. İlham Mənsimov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ata və anası vəfat etməmişdən öncə onların ünvan 2 ünvanında 0.016 ha üzərində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evləri olmuşdur. Onlar həmin fərdi yaşayış evində yaşamış, oradan istifadə etmişlər. Fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə atasının adına olmuş və Seriya RX N0722549 saylı Çıxarış verilmişdir. Anası vəfat etdikdən sonra atası yenidən 1 aprel 1998-ci il tarixdə ailə həyatı qurmuş, lakin ailə münasibətlərini bərpa edə bilmədikləri üçün aralarında bağlanmış nikahları 14 fevral 2012-ci il tarixdə pozulmuşdur. Atası ilə X9 birgə nikah dövründə övladları olmamışdır. Atası vəfat etməmişdən öncə o, ailə üzvlərilə birlikdə bir müddət atasına məxsus olan evdə yaşamışdır. Daha sonra qardaşı onlarla yola getmədiyi üçün onları evdən qovmuş və o, atası ilə birlikdə evdən çıxaraq bir müddət başqa bir evdə yaşamışlar. Lakin bir neçə ay sonra yenidən atasına məxsus olan evə atası ilə birlikdə qayıdaraq orada yaşamağa başlamışlar. Hazırda da atasına məxsus olan fərdi yaşayış evində uzun zamandır ki, yaşayır. Hazırda o, atasına məxsus olan fərdi yaşayış evini adına rəsmiləşdirmək istəyir. Bununla bağlı ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etdiyi zaman ona məlum olmuşdur ki, X6 31 avqust 2015-ci il tarixdə 2V-302 reyestr nömrəsilə qeydiyyata alınmış Vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Lakin o da vərəsədir. X7suzluq edərək Vərəsəlik şəhadətnaməsi almışdır. İlham Mənsimov vəfat etdikdən sonra fərdi yaşayış evi onun oğlu Cavabdeh3 adına sənədləşdirilmişdir. Bunun üçün də X4 qanunsuz olaraq almış olduğu xx.xx.2015-ci il tarixli, 2V-302 reyestr nömrəli Vərəsəlik hüququ haq qında Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab olunmasını və miras qalmış əmlakın vərəsələr arasında bölünməsini istəyir.

7. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə verərək, mülki iş üzrə iddiaçı qismində cəlb olunmalarını xahiş etmişlər.

8. İddiaçılar iddia həcminin artırılması barədə ərizə verərək, xx.xx.2023-cü il tarixli, 2V-20 reyestr nömrəli Vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin də etibarsız hesab edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişlər.

9. Məhkəmə iclasında İddiaçı oğu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, o, 2003-cü il tarixdən ata evindən çıxmış və həmin vaxtdan sonra orada yaşamamışdır. Evin kommunal xərcləri nin ödənilməsində də iştirak etməmişdir.

10. Bərdə Rayon Məhkəməsinin 2(021)-590/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında 0,016 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122 kv.m olan daşınmaz əmlak X3 tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətində olmuşdur. X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Mərhumun 4 övladı olmuşdur. İddiaçılar Mənsim Mənsimovun övladlarıdır. X1 vərəsələrindən mərhum X10 qanun üzrə vərəsəliyi qəbul etmək üçün ərizə ilə notariat kontoruna müraciət etmiş, Notariat orqanı tərəfindən xx.xx.2015-ci il tarixdə mərhum X6 vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə miras əmla kın 1/1 hissəsinə verilmişdir. X10 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X4 vərəsəsi oğlu Cavabdeh3 qanun üzrə vərəsəliyi qəbul etmiş və Notariat orqanı tərəfindən xx.xx.2023-ci il tarixdə mərhum Mənsimov X11 Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə miras əmlakın tam hissəsinə verilmişdir. Hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında 0,016 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122 kv.m olan daşınmaz əmlak Cavabdeh3 tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətindədir. İddiaçılar tərəfindən isə həmin miras əmlak nə faktiki idarə olunmuş, nə də ki, notariat ofisinə mirasın qəbul edilməsi barədə müraciət olunmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, miras vərəsə tərəfindən mirasın açıldığı yer üzrə notariat ofisinə mi rasın qəbul edilməsi barədə ərizə verilməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlanılmaqla qəbul edilir. Hazırkı mübahisə predmeti olan miras əmlakı da X10 notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə verməklə qəbul etmişdir. X10 isə vəfat etdikdən sonra ondan qalan miras əmlakı oğlu Cavabdeh3 notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə verməklə qəbul etmişdir. İddiaçılar isə Mülki Məcəllə ilə müəyyən edilmiş müddəti ötürmüşlər.

13. Məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində uzun zamandır atasına məxsus evdə yaşadığını qeyd etsə də, məhkəmə iclas zalında etiraf etmişdir ki, 2003-cü il tarixdən həmin evdən çıxmış və evin heç bir kommunal xərclərində iştirak etməmişdir.

14. Bununla da, məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçıla r Mülki Məcəllə ilə müəyyən edilmiş müddəti ötürdüyündən idddia tələbi rədd olunmalıdır.

15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1134.1, 1159.1, 1159.2, 1243.1, 1243.2, 1262, 1262, 1263-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuna zidd olaraq qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdə n sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Plenumun qərarı qəbul edilərkən onların mübahisəli işi Bərdə Rayon Məhkəməsində icraatda idi. Ona görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən onun iddiası təmin edilməli idi. Məhkəmə həqiqətləri araşdırmadan ədalətsiz qətnamə çıxarmışdır.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2055/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Şamil Rzaquliyev-sədrlik edən və məruzəçi, Loğman Süleymanov və İslam Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilmi ş, X3 xx.xx.2014-cü il tarixdə ölməsi ilə miras qalmış ünvan 3 ünvanında 0.016 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evinə dair Bərdə regional “Asan Xidmət” mərkəzində notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2V-302 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 2V-20 reyestr nömrəli “Vərəsəlik hüququ haqqında şəhadətnamə”lər və həmin sənədlər əsasında ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2015 tarixdə X4 adına verilmiş **********56-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və ƏMDK-nin yanında DƏDRX-nin Bardə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına verilmiş **********5610301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən ç ıxarış etibarsız hesab edilmiş, xx.xx.2014-cü il tarixdə ölmüş X2 miras qalmış ünvan 3 ünvanında 0.016 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evindən ibarət əmlaka onun uşaqları İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X4 hər birinin payı 1/4 hissədə müəyyən olunmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, mərhum X8 xx.xx.2014-cü ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından görünür ki, mərhum X8 vəfat etdikdən sonra onun 4 uşağı (vərəsəsi) qalmış, onlardan heç biri mirasdan imtina etməmişdir. Buna baxmayaraq Bərdə regional “Asan Xidmət” mərkəzində notariat kontoru X3 ölümündən sonra qalmış vərəsələrin dairəsini müəyyənləşdirmədən X6 ünvan 2 ünvanında 0.016 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evinə dair tam payda qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. X10 vəfat etdikdən sonra həmin əmlaka dair onun oğlu Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamə almış, bunun əsasında isə həmin əmlaka dair adına dövlət reyes trindən çıxarış almışdır.

22. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, X8 öldükdən sonra miras qalmış mübahisəli yaşayış evinə dair Bərdə regional “Asan Xidmət” mərkəzində notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2V-302 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 2V-20 reyestr nömrəli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”lər qanunvericiliyə uyğun verilmədiyindən həmin sənədlər və həmin sənədlər əsasında ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2015 tarixdə X4 adına verilmiş **********56-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və ƏMDK-nin yanında DƏDRX-nin Bardə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına verilmiş **********56-10301 reyestr nömrəli ********** qeydiyyat nöm rəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir.

23. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə X8 vəfat etdiyindən və qanun üzrə birinci növbə vərəsələrdən heç birisi mirasdan imtina etmədiyinə görə ünvan 3 ünvanında 0.016 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evindən onun birinci növbə vərəsələri olan övladları - İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X4 hər birinə ¼ pay müəyyən edilməlidir.

24. Beləliklə də məhkəmə kollegi yası hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evindən qanun üzrə vərəsələrə çatan paylar yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.

25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133, 1145, 1159.1, 1159.1.1. 1166, 1193, 1256-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına isinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndə rilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmədə izahat verərkən etiraf etmişdir ki, 2003-cü ildən mübahisəli evdə yaşamamış, evin heç bir kommunal xərclərində iştirak etməmiş və miras əmlakı faktiki olaraq idarə etməyərək qəbul etməmişdir.

28. İddiaçı uzun illər, yəni 2003-cü ildən Bakı şəhərinə köçmüş və orada yaşamışdır. Bu illər ərzində nə həmin evdə yaşamış, nə də mirası qəbul etmişdir. Nə anası 1990-cı ildə vəfat edərkən, nə atası 2014-cü ildə vəfat edərkən, nə də onun qardaşı vəfat edərkən heç bir yas mərasimlərində iştirak etməmişdir.Babasının ölümündən 10 il sonra iddiaçıların iddia qaldırması və ondan miras əmlak tələbi qanunsuz və əsassızdır. Babası vəfat etərkən digər vərəsələr mirasın atasının adına ke çməsinə etiraz etməmişlər. Hətta, birinci instansiya məhkəməsində iddiaçı Cavabdeh1 izahatında bildirmişdir ki, “mənim atam mirası qəbul etmək üçün ondan evin sənədlərini istəmiş və o da, sənədlərin onda olmadığı söyləmiş” və arxivdən evin sənədlərini əldə edərək mirası qəbul etmişdir. Belə ki, həmin evdə yalnız cavabdeh yaşamışdır. Həmin evdə dəfələrlə əsaslı və təmir işləri görmüşlər. Cavabdeh qeyd etmişdir ki, mərhum babası, iddiaçıların atası X3 ölümündən 10 ildən çox müddət keçdiyindən, 2003-cü ildən iddiaçılar münahisəli evdən köçüb getdiyindən və orada bir gün də olsun yaşamadıqlarından, miras əmlakı faktiki idarə etmədiyindən və ötən 20 il ərzində evi bir neçə dəfə əsaslı və cari təmir etdiklərindən, evin bütün kommunal xərclərini də cavabdeh ödədiyindən mirası qəbul etmə müddətini ötürdüklərindən və miras əmlak vərəsəlik qaydasında əvvəl atası, atası vəfat etdikdən sonra isə onun adına keçdiyindən kassasiya şikayəti təmin edilməli və hazırkı qətnamə ləğv edilməlidir.

29. Kassator şikayətini Mülki Məcəllənin 1133.2, 1134.1, 1159.1, 1159.1.1, 1159.1.3, 1145, 1243.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

32. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

33. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakıla r bərabər pay hüquqlu vərəsələr sayılırlar:

34. Maddə 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

35. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

36. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

37. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

38. Maddə 1255. Qəbul edil miş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

39. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azə rbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.

41. Həmin Qərarın hüquqi mövqeyə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığı nı bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

42. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

43. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüq uq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki iş məhkəmənin icraatında olan dövrdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcə lləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edilmiş və həmin qərarla müəyyən edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri Konstitusiyanın 29-cu maddəsinin 7-ci hissəsinə uyğun olmayan hesab edilməli, bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi M ülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməli, Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.

55. Belə olan halda, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında hüquqi mövqeyindən çıxış edərək müəyyən edir ki, iddiaçılar mi rasın qəbulundan imtina etmədiyindən onların atalarında miras qalmış əmlakda miras payı mövcuddur.

56. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq xx.xx.2014-cü il tarixdə ölmüş X2 miras qalmış ünvan 3 ünvanında 0.016 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evindən ibarət əmlaka onun uşaqları İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X4 hər birinin payını 1/4 hissədə müəyyən etmişdir.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Ona görə də kassasiya şi kayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 2(104)2055/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar