Məhkəmə qərarları › İş №2(102)-934/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-934/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-934/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Bayramov Pərviz Mövlud oğlunun və vəkili Qocayev Babək Lətif oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.M isirzadə, iş № 2(011)-xx/19) iddiaçı X1 və X2 qarşı “kredit borcunun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələblərinə dair iddiası qismən təmin edilərək, ödəniş gününə qüvvədə olan məzənnə ilə 32 853,58 (otuz iki min səkkiz yüz əlli üç dollar 58 sent) ABŞ dolları məbləğində əsas borcun, 1000 (min) ABŞ dolları məbləğində cərimənin, yəni cəmi 33 853,58 (otuz üç min səkkiz yüz əlli üç dollar 58 sent) ABŞ dollarının, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 5,50 (beş manat əlli qəpik) manat məbləğində poçt xərclərinin X1 alınaraq A1 ödənilməsi, tələbin Goranboy rayonu, Cinli Boluslu kəndində, 0,004 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına və Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Xudu Məmmədov küçəsi, 20 saylı evin, giriş C, 59 saylı mənzilinə yönəldilməsi, Goranboy rayonu, Cinli Boluslu kəndində, 0,004 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasının ilkin satış qiymətinin 50000 (əlli min) manat, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Xudu Məmmədov küçəsi 20 saylı evin giriş C, 59 saylı mənzilinin 120 000 (yüz iyirmi min) manat məbləğində olmaqla açıq hərracdan satılması, həmin əmlakların satılmasından əldə edilən vəsaitdən cəmi 33 853,58 (otuz üç min səkkiz yüz əlli üç dollar 58 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 5,50 (beş manat 50 qəpik) manat məbləğ ində poçt xərclərinin A1 ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Xudu Məmmədov küçəsi, 20 saylı evin giriş C, 59 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin X1, 45 (qırx beş) manat məbləğində pul vəsaitinin A1 alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmiş,iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı A1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev, iş № 2(103)-xxx/19) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnam əsi X1 32 853,58 ABŞ dolları əsas borcun və 1000 ABŞ dolları cərimə borcunun tutulması hissələrində dəyişdirilmiş, X1 tutulmalı olan əsas borcun məbləği 35 722,79 (otuz beş min yeddi yüz iyirmi iki dollar 79 sent), cərimə borcunun məbləği 2000 (iki min) ABŞ dolları müəyyənləşdirilərək qətnamə A1 münasibətdə və onun mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı A1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin qismən - faiz, cərimə borcu məbləğinin və iddia tələbinin eyni zamanda borclu ilə zamindən də müştərək qaydada tutulmasının təmin edilməmiş hissəsində dəyişdirilərək iddia tələbinin həmin hissədə tam təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı A1 (ban k) cavabdeh X1 və X2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada (birgə) 35722,79 ABŞ dolları əsas kredit borcunun, 26804,17 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 36220,03 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, 8,25 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması (ödənilməsi), ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə X2 mülkiyyətində olan Goranboy rayonu, Cinli Boluslu kəndi, Bakı-Gəncə şosse yolunun sağ tərəfi ünvanındakı 0,004 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ticarə t təyinatlı, ümumi sahəsi 36,3 kv.m yaşayış binasına və Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/s, X.Məmmədov küçəsi ev 20, giriş C, mənzil 59 ünvanında yerləşən ümumi sahəsi 88,5 kv.m., yaşayış sahəsi 50.0 kv.m., yardımçı sahəsi 38.5 kv.m-dən ibarət olan mənzilə tutma yönəldilməsi, ipotekaların açıq hərracdan satılması hesabına borcun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərdən tutulmasının təmin edilməsi, yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şika yəti mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi P.Bayramov və vəkili B.Qocayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız qismən - faiz, cərimə borcu məbləğinin və iddia tələbinin eyni zamanda borclu ilə zamindən də müştərək qaydada tutulmasının təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız kassasiya qaydasında mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məruzəçini, iddiaçının nümayəndəsi P.Bayramovun və vəkili B.Qocayevin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, bankla X1 arasında xx xxx 2013-cü il tarixdə kredit müqaviləsi bağlanaraq ona 24 ay müddətinə, illik 16 faiz ödəməsi şərtilə 96000 ABŞ dolları məbləğində kredit verilmiş, onun öhdəliklərinin icrasının təminatı olaraq X2 ilə tam həcmdə maddi məsuliyyəti nəzərdə tutan eyni tarixli zaminlik müqaviləsi bağlanılmış, həmçinin X1 məxsus Goranboy rayonu, Cinli Boluslu kəndi, Bakı-Gəncə şosse yolunun sağ tərəfi ünvanındakı 0,004 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ticarət təyinat lı, ümumi sahəsi 36,3 kv.m. yaşayış binası və X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/s, X.Məmmədov küçəsi ev 20, mənzil 59 ünvanda yerləşən mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi zaminə qarşı iddia irəli sürülməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətin keçməsinə istinad edərək iddia tələbini ona münasibətdə təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı hüquq və vəzifələri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məs uliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. A1 ilə X2 arasında bağlanmış xx xxx 2013-cü il tarixli zaminlik müqaviləsinin 3-cü bəndində göstərilmişdir ki, həmin müqavilə kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduğu vaxta kimi qüvvədədir. Məhkəmə kollegiyası hesab etmişdir ki, zaminlik müqaviləsinin 3-cü bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. “Zaminlik müqaviləsi borclu tərəfindən bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilm əsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, X2 bağlanılmış xx xxx 2013-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məc əllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla X1 arasında bağlanmış xx xxx 2013-cü il tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 24 ay müddətində, yəni xx xxx 2015-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı bank zamin X2 qarşı xx xxx 2016-cı il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasit ə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini zamin X2 münasibətdə təmin etməməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi apellyatorun faiz borcunun silinməsinin müqavilə şərtlərinə və qanunvericiliyə zidd olması barədə dəlilini də əsassız sayaraq qeyd etmişdir ki, cavabdehə müqavilə əsasında xx xxx 2018-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla X1 arasında bağlanmış müqavilə üzrə kredit 24 ay müddətinə (01 oktyabr 2015-ci il tarixinə qədər) verilmiş və məhz bu dövr ərzində cavabdehin illik 16 % ödəməli olduğu razılaşdırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cumaddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixl i qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində X1 hesablanmalı olan faiz borcu 4547,79 ABŞ dolları təşkil edir və müqavilə müddəti bitdikdən sonra onun tərəfindən 7417 ABŞ dollar ödəniş həyata keçirilmişdir. Bu o deməkdir ki, birinci instansiya məhkəməsi müvafiq hissədə də maddi hüquq normasını düzgün tətbiq etmişdir; çünkü xx xxx 2015-ci il tarixinə hesablanmış 4547,79 ABŞ dollar faiz borcu X1 sonradan ödədiyi məbləğin müvafiq hissəsində əvəzləşdirildiyi zaman faiz borcu sıfırlanmış olur və məhkəmə də məhz bu mövqedən çıxış edərək faiz borcu tələbini təmin etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Apellyasiya instansiyası məhəkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsas borcun hesablanması zamanı səhvə yol vermişdir. Belə ki, məhkəmənin təyin etdiyi ekspertizanın rəyi ilə X1 əsas kredit borcunun müqavilə müddətinin bitdiyi tarixə 42 385,70 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuş, yuxarıda qeyd edildiyi kimi o, müqavilə müddəti bitdikdən sonra 7417 ABŞ dolları ödəniş etmişdir. Bu ödəniş məbləğinin 4547,79 ABŞ dolları hissəsi faiz borcunun ödənilməsinə yönəldildiyindən, qalan hissə də əsas borcun ödənişinə hesablanmalıdır. Belə olan halda əsas borcun məbləğinin 39 516,49 ABŞ dolları (42 385,70 ABŞ dolları - 2869,21 ABŞ dolları) olduğu ortaya çıxır; lakin nə qədər ki, iddiaçı bank iddia tələbində 35 722,79 ABŞ dolları əsas borcun ödənilməsini tələb edir, MPM-nin 218-ci maddəsinin tələbi nəzərə alınaraq məhz həmin məbləğ cavabdehdən tutulmalıdır. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni cavabdehdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə isə apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir. Qeyd olunmalıd ır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yan aşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, X1 35 722,79 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 36 220,03 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini müəyyənləşdirdiyi zaman səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 2000 (iki min) ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və yux arıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarı lması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xxx/19 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar