Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-934/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35inə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa (ƏM-nin 70-ci maddəsinin ç bəndi), məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35ə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dai r mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1690/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2011-ci il tarixdə Naftalan şəhər xəstəxanasına qeydiyyatçı tibb bacısı vəzifəsinə təyin edilmiş, xəstəxananın baş həkiminin xx.xx.2013-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir; xəstəxananın baş həkiminin xx.xx.2014-cü il tarixli əmri ilə həmin tarixdən qismən ödənişli sosial məzuniyyət yerinə müvəqqəti tibb bacısı vəzifəsinə təyin edilmişdir; xəstəxananın baş həkiminin xx.xx.2015-ci il tarixli əmri ilə həmin tarixdən daimi tibb bacısı vəzifəsinə keçirilmişdir; 2. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in direktor vəzifəsini icra edən səlahiyyətli şəxsin xx.xx.2023-cü il tarixli əmri ilə həmin tarixdən əmək müqaviləsi əsasında tibb bacıları şöbəsinin böyük tibb bacısı vəzifəsinə yerdəyişmə edilmiş və TTTY şöbəsi üzrə öhdəliklərin yerinə yetirilməsi həvalə edilmişdir.
3. TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan bütün dərman preparatlarının TTTY şöbəsinin müdiri X6 təhvil-təslim edilməsi ilə bağlı Dəstək xidməti şöbəsinin müdiri X12, ümumi şöbənin müdiri X15, baş tibb bacısı X7, böyük tibb bacısı X18 və mühasib X3 ibarət tərkibdə komissiya yaradılmış, əmrin icrasına nəzarət TTTY şöbəsinin müdiri X6 həvalə edilmişdir. 4. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in direktorunun 13 aprel 2023-cü il tarixli PHŞ-6-62/3-1-120/2023 №li “TTTY şöbəsinin bö yük tibb bacısı İddiaçı üzərində olan narkotik tərkibli və psixotrop dərman preparatlarının TTTY şöbəsinin şöbə müdiri Hikmət İbrahimova təhvil-təslim edilməsinə dair əmrin təsviri hissəsinə əlavə”də Naftalan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-99/2-2222/2023 nömrəli TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova ünvanlandığı məktuba istinad edilməklə göstərilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4 (mənimsəmə və ya israf etmə) maddələri ilə 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına, təkrarən xx.xx.2013-cü il tarixdə AR CM-nin 243.1, 244.2.1 və 66.3 (fahişəliyə cəlb etmə, əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda İddiaçı tərəfindən müəssisədaxili nizam-intizam qaydalarını pozaraq müəssisəyə gəlmiş Polis əməkdaşları ilə mübahisə etməsi, onların qarşısına əmək funksiyasına aid olmayan tələblər qoyması Xəstəxananın iş ahənginin pozulmasına səbəb olmuşdur. 5. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in direktoru tərəfindən imzalanmış 20 aprel 2023-cü il tarixli, PHŞ-6- 62/3-1-134/2023 saylı əmrə əsasən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35də xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə tibb xidmətinin təşkilinin monitorinqi nəticəsində aşkar olunan nöqsanlara görə həkim məsləhət komissiyasının sədri, terapiya şöbəsinin müdiri – X4, terapiya şöbəsinin böyük tibb bacısı X5 və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin böyük tibb bacısı – İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı madd əsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. 6. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35 X17 127 nömrəli iclas protokoluna əsasən TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı müəssisədaxili intizam qaydalarını mütəmadi olaraq pozması və əmək funksiasını layiqincə yerinə yetirməməsi barədə TTTY şöbəsinin müdiri X2 direktorunun adına yazılan xx.xx.2023-cü il tarixli məlumatı xx.xx.2023-cü il tarixli iclasda müzakirə edilmiş və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. 7. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in direktorunun 15 may 2023-cü il tarixli PHŞ-6-62/3-1-166/2023 №li əmrinə əsasən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in tibb bacıları şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzr ə böyük tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş əmrin ləğv olunmasına, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdeh müəssisədən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh orqan işdən çıxarılma əmrini onunla əsaslandırmışdır ki, onun tərəfindən dəfələrlə daxili intizam qaydaları pozulduğuna görə ona xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq edilmişdir. Xəstəxanada TƏBİB tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən monitorinq yoxlaması zamanı yol verdiyi nöqsanlara görə (əmək funksiyasını layiqincə yerinə yetirmədiyinə görə) xx.xx.2023-cü il tarixli PHŞ6-62/3-1-134/2023 əmrlə intizam tənbeh növü kimi “töhmət” verilmişdir. Lakin verilən intizam tənbehindən nəticə çıxarmayaraq İddiaçı xx.xx.2023-cü il tarixdə tələbnamə olmadan aptekdən dərmanlar götürülməsinin onun səlahiyyətində olmamasını və dərmanların sənədsiz götürülməsini irad tutmaqla həmin dərmanların yenidən aptekə geri qaytarılması ondan tələb edilmişdir. Lakin İddiaçı nümayişkaranə şəkildə, kollektivin gözü qarşısında müəssisə daxili intizam qaydalarını pozmaqla X8 təhqir etmiş və nalayiq ifadələr işlətmişdir. Baş vermiş hadisə barədə TTTY şöbəsinin müdiri X13 xəstəxanın direk torunun adına xx.xx.2023-cü il tarixdə məlumat yazmışdır. Məlumatın əsasında araşdırma aparılaraq xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Müəssisənin həmkarlar təşkilatının sədri Y.İ.Nəcəfovaya İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq bildirilməsi barədə müraciət olunmuş və X17 xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən xx.xx.2023-cü il tarixli məktubla İddiaçı intizam tənbehi olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Qeyd olunan əsaslarla işdən çıxarılması qanunsuz və əsassızdır. Qeyd edir ki, xx.xx.2020-ci il tarixdə vətən müharibəsi başlayarkən həmin xəstəxana hərbi hospital elan olunmuşdur. O, xx.xx.2020-ci i l tarixədək tibb bacısı kimi əsgər və zabitlərə xidmət göstərmişdir. Bununla bağlı olaraq hərbi biletində qeydlər aparılmışdır. Əlavə olaraq fəxri fərmanlarla təltif edilmişdir. Onun iş fəaliyyəti təkcə əsgər və zabit qardaşlarına xidmət göstərməklə bitməyib, ümumi əhaliyə göstərdiyi tibb xidmətinə görə də fəxri fərmanlarla təltif edilmişdir. xx.xx.2023-cü il tarixdə ona hər hansı yazılı xəbərdarlıq edilməmiş, ona şifahi xəbərdarlıq edilmişdir. Ona şifahi xəbərdarlıq verilməsinə səbəb xx.xx.2023-cü il tarixdə DİN “102” xidmətinə müraciət etməsi olmuşdur. Müraciətinin səbəbi onunla bağlı olmuşdur ki, Daxili İşlər Nazirliyinə məxsus olan post patrul avtomobili xəstəxananın girişində təcili tibbi yardım maşınının yerində saxlanılmışdır. O, polis əməkdaşlarına avtomobildə ağır xəstə olduğunu b ildirmişdir. Polislər isə onun dediklərinə məhəl qoymamışlar. Xəstənin sağlamlığını nəzərə alaraq avtomobilin çıxarılması ilə bağlı DİN-in 102 xidmətinə müraciət etmişdir. Bununla bağlı olaraq xx.xx.2023-cü il tarixdə şəxsən izahat yazmışdır. İkincisi, işlədiyi müddətdə ona hər hansı töhmət verilməmişdir. Onun əmrdə göstərilən xx.xx.2023-cü il tarixli töhmətdən xəbəri yoxdur. Əgər ona töhmət verilmişdirsə, bununla bağlı olaraq izahatı alınmalı idi. Töhmət elan edilməklə ona verilməli idi. Xəstəxananın aptekindən xx.xx.2023-cü il tarixdə tələbnamə olmadan hər hansı dərman preparatı götürməmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan da xəbəri yoxdur. Özlərindən tərtib etdikləri aktın heç bir istinad nöqtəsi ola bilməz. xx.xx.2023-cü il tarixdə X17 iclası keçirilməmişdir. Ən azın dan həmkarlar təşkilatı işçinin hüquqlarını müdafiə etdiyi üçün həmin iclasda onun iştirakını təmin etməli idi.
10. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini əsassız hesab edərək məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının işdən azad olunmasına dair əmr qanuni və əsaslıdır. Belə ki, İddiaçı işdən azad olunan günə kimi qalmaqalların içərisində olmuş, daim xəstəxananın normal fəaliyyətinə mane olmuşdur. İclas keçirilərək etik davranış qaydaları hazırlanmış və kollektiv qaydalarla tanış edilmişdir. Lakin iddiaçı nalayiq ifadələr işlətmək və tabesizlik gəstərməklə daim bu qaydaları pozmuşdur. Halbuki xəstəxana bu hərəkətlərin xüsusi ilə yolverilməz sayıldığı bir yerdir. Hadisə baş verən gün xəstəxananın əczaçısı işləyən səxs üzrlü səbəbdən işdə olmamış, Bakı şəhərind ə olmuşdur. Bu səbəbdən həmin vaxt üçün əczaçının səlahiyyətlərinin yerinə yetirilməsi rəsmi əmr ilə baş tibb bacısı Məhəbbət xanıma həvalə olunmuşdur. Təlimat üzrə belədir ki, istənilən şöbə lazım olan dərman preparatlarını götürməli idisə, həmin dərmanlara uyğun tələbnamə yazmalı, həmin tələbnamə direktor tərəfindən təsdiq olunmalı, bundan sonra apetkdən dərman vasitələri şöbələrə göndərilməlidir. Yəni ki, tələbnamə olmadan dərman vasitələri aptekdən çıxarıla bilməz. Qeyd olunan məsələ ilə isə daha əvvəldən İddiaçı rəsmi əmr ilə dərman vasitələrinə münasibətdə məsul şəxs olmaqdan azad edilmiş, həmin məsələyə görə məsul şəxs şöbənin müdiri olan Hikmət İbrahimov təyin edilmişdi. Əczaçı səlahiyyətini yerinə yetirən Məhəbbət xanım isə izahat verərək bildirmişdir ki, İddiaçı səs-küy ilə onun üzərinə gəlmiş, o isə özünü itirərək dərmanları ona vermişdir. Hikmət doktor İddiaçı ilə dərmanların özbaşına götürülməsi ilə bağlı mübahisə etdikdən sonra İddiaçı dərmanları qutu ilə birgə sərt şəkildə yerə çırpmış və dərmanlar yerə dağılmışdır. Dərhal sonra isə Məhəbbət xanım şəxsən özü dərmanları toplayaraq aptekə qaytarmışdır. Lakin İddiaçı yalan ifadə verərək bildirmişdir ki, guya dərmanları aptekə özü qaytarmışdır. Halbuki İddiaçı maddi məsuliyyət üzərindən götürüldüyünə görə, hətta tələbnamə olsa idi belə, aptekdən dərman vasitələrini götürmək kimi səlahiyyəti olmamışdır. İddiaçının qeyd edilən hərəkəti birbaşa müəssisə daxili intizam qaydalarını pozmaqdır. Hadisə araşdırıldıqdan sonra şöbə müdiri Hikmət doktorun özünə də töhmət verilmişdir. Qeyd edilməlidir ki, iddiaçı ilk dəfə töh mət aldıqdan sonra altı ay müddət keçmədən yenidən qaydaları pozmuşdur. Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən işdən azad olunmuşdur. Həmçinin İddiaçı üzərindən maddi məsuliyyət götürüldükdən sonra heç bir sənədi imza etməmişdir. Düzdür, o, maddi məsuliyyət üzərində olan zaman dərmanların dövriyyəsini tam olaraq yazmışdır. Lakin, məsuliyyət üzərindən götürüldükdə sonra ondan tələb olunan yalnız təcili tibbi yardımın çağırış vərəqələrinin üzərində istifadə edilmiş dərmanların siyahısının tərtib edilməsi olmuşdur. İddiaçının üzərindən maddi məsuliyyət götürülmüş olsa da, onun əmək haqqı tam olaraq saxlanılmışdır. Daha dəqiq deyilərsə, onun sadəcə olaraq əmək şəraitinin şərti dəyişdirilmişdir. İddiaçı həmçinin ilk vaxtlarda təcili tibbi yardımın əməkdaşı olmasına b axmayaraq özbaşına şəkildə xəstəxananın poliklinika hissəsində yerləşən otağın qapısının üzərinə kağıza böyük tibb bacısı sözü yazmışdır. Halbuki xəstəxananın otaqlarının qapısının öz yazısı vardır və əlavə yazının yapışdırılması qadağandır. Bunu görən direktor isə onun təcili tibbi yardım şöbəsinin əməkdaşı olduğunu, poliklinikada oturmasına icazəsi olmadığını bildirmişdir. Direktor tərəfindən dəfələrlə ona otağı boşaltması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı göstərişə məhəl qoymayaraq otaqdan çıxmamışdır. Yekunda həmin otaqda oturmalı olan həkim direktora şikayət etdikdən sonra direktor şəxsən otağı açaraq oranı boşaltmışdır. Məhz həmin hadisədən sonra İddiaçı otağı olmadığı üçün artıq dərmanları saxlamayacağını dediyi üçün o, maddi məsuliyyətdən azad edilərək həmin məsuliy yət onun işlədiyi şöbənin müdirinin üzərinə qoyulmuş və dərmanları şöbə müdirinə otağında saxlaması tapşırılmışdır. Bundan sonra İddiaçı ard-arda prokurorluq orqanlarına “mənim dərmanlarımı əlimdən alıblar” mövzusunda şikayətlər etməyə başlamışdır. Halbuki, həmin ərəfələrdə hətta Məkahət Məmmədovanın dərəcəsi də artırılmışdır ki, nəticədə onun əmək haqqının 25 manat artmasına səbəb olmuşdur. Dərman vasitələri onda olduğu zamanlarda o, həmin vasitələrə münasibətdə öz istədiyi kimi sərəncam vermişdir. Bu imkan əlindən çıxıdığı üçün rəhbərlikdən şikayətlər etməyə başlamışdır.
11. Naftalan Şəhər Məhkəməsinin (hakim Ayaz Səlimov) 17 avqust 2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, iş üzrə aparılmış araşdırma və tədq iq olunmuş sübutlarla İddiaçı iddiasının əsassız olması qənaətinə gəlinir. Belə ki, iş materialları ilə iddiaçı barəsində 20 aprel 2023-cü il tarixdə müəssisənin rəhbəri tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş olması müəyyən olunur. İddiaçı qeyd edilən əmri mübahisələndirməmiş və əmr qüvvədədir. Həmçinin müəyyən olunur ki, iddiaçı, barəsində verilmiş intizam tənbehindən qısa müddət keçdikdən sonra, yəni 24 aprel 2023- cü il tarixdə tələbnamə olmadan, həmçinin götürülməsinin onun səlahiyyətlərində olmadığını bilməsinə baxmayaraq aptekdən dərman vasitələri götürərək tibb bacılarına paylamış, bu zaman ona iradını bildirən şöbə müdiri Hikmət İbrahimov ilə mübahisə etmiş, kollektivin gözü qarşısında müəssisə daxili intizam qaydalarını pozmaqla onu təhqir etmişdir. Qeyd edilən hadisə onu deməyə əsas verir ki, İddiaçı əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Bu isə işçinin əmək vəzifələrini kobud şəkildə pozması hesab edilir ki, nəticədə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə nəticələnmişdir.
13. Məhkəmə iddianın “məcburi boşdayanma ilə əlaqədar əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddianın 15 may 2023-cü il tarixli əmrin ləğv edilməsi hissəsi rədd edildiyindən, qeyd edilən hissənin də müzakirəsi hər hansı əhəmiyyət kəsb etmir.
14. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 70-ci maddəsinə 72-ci maddəs inin “ə” bəndinə, 76-cı maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, 80, 154-cü maddəsinin 1 –ci bəndinə, 187-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamış, nəticədə hüquqlarının kobud pozulması ilə qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən izahatı təhrif edilmişdir. Belə ki, qəbul edilmiş qətnamənin izahat hissəsində onun adından göstərilir ki, “o, həmçinin ona aid olmayan məsələyə g örə töhmət almışdır. Belə ki, təbibdən gələn audit yoxlaması zamanı təcili tibbi yardım avtomobilinin içərisində depilyator və saturasiya aparatının olmadığı müəyyən edildiyinə görə ona töhmət verilmişdir. Halbuki həmin aparatların olub-olmamasına görə cavabdeh şəxs o deyildir. Bu məsələyə cavabdeh şöbə rəisi Hikmət doktor olmuşdur. Lakin sonda Hikmət doktora verilməli olan töhmət ona verilmişdir. Direktora bu barədə iradını bildirən zaman isə o cavabında “mən belə istəyirəm” demişdir. Bundan sonra direktora heç bir söz deməmişdir. İzahatı ilə bağlı olaraq onu bildirmişdir ki, o məhkəmə iclası zamanı iddia tələbinə uyğun izahat vermişdir. Bu ziddiyət araşdırılmalı və sənədlərlə təsdiq edilməli idi. İkincisi, töhmətin mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəmə o hald a töhmətə istinad edə bilərdi ki, töhmətin verilməsindən xəbəri olsun. Məhkəmə töhmətdən xəbərdar olmağını izahatını təhrif etməklə əsaslandırmışdır. Bu isə kobud pozuntudur. xx.xx.2023-cü il tarixdə ona hər hansı yazılı xəbərdarlıq edilməmiş, yalnız ona şifahi xəbərdarlıq edilmişdir. İşlədiyi müddətdə ona hər hansı töhmət verilməmişdir. Onun əmrdə göstərilən xx.xx.2023-cü il tarixli töhmətdən xəbəri olmamışdır. Əgər ona töhmət verilmişdirsə, bununla bağlı olaraq izahatı alınmalı idi. Töhmət elan edilməklə ona verilməli idi. Bundan başqa xəstəxananın aptekindən xx.xx.2023-cü il tarixdə tələbnamə olmadan hər hansı dərman preparatı götürməmiş, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan da, xəbəri olmamışdır. Özlərindən tərtib etdikləri aktın heç bir istinad nöqtəsi ola bilməz. xx.xx.20 23-cü il tarixdə X17 iclası keçirilməmişdir. Ən azından həmkarlar təşkilatı işçinin hüquqlarını müdafiə etdiyi üçün həmin iclasda onun iştirakı təmin edilməli idi. Cavabdeh orqan işdən çıxarılma barədə əmrini əsaslandıra bilməmişdir. İstinad etdiyi hüquqi əsaslandırmanın nə məntiqi, nə də hüquqi əsaslandırması yoxdur.
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaq, birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, xəstəxananın direktoru iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına razılığını bildirməsi ilə bağlı müəssisənin ilk həmkarlar təşkilatına müraciət etmiş, müraciətlə bağlı ilk həmkarlar təşkilatı iclas keçi rtmiş, iddiaçı iclasa dəvət edilmiş olsa da, iclasda iştirak etməmişdir. İlk həmkar təşkilatı iddiaçının işdən çıxarılmasına etiraz etməmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2421/2023 nömrəli iş üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Naftalan Şəhər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddianın təmin edilməsi, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in direktorunun 15 may 2023-cü il tarixli, PHŞ-6-62/3-1166/2023 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödə nilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət v ə ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır.
20. Kollegiya daha sonra qeyd etmişdir ki, bundan başqa həmkarlar ittifaqı təşkilatının xx.xx.2023-cü il tarixli qərarında qeyd olunub ki, İddiaçı barəsində ƏM-nin 186-cı maddəsinin “ç” bəndində əsasən əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz etmir. Lakin qərarın aid olduğu protokoldan görünür ki, həmkarlar ittifaqı təşkilatının yığıncağın da cəmi 3 nəfər Həmkarlar İttifaqı Komitəsinin sədri Yeganə Nəcəfova, katib Rəhimə Babayeva və komitə üzvü Aybəniz Babayeva iştirak etmişdir. Üç nəfərin yetərsayı təşkil edib-etməməsi protokoldan görünmür. “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin... əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün... birləşdiyi... müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”. Göründüyü kimi, həmkar ittifaqı “işçilərin birləşdiyi təşkilat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilm əsi üçün “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Ona görə də iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 3 nəfərdən ibarət yığıncaqda deyil, ilk həmkarlar təşkilatı komitəsinin bütün üzvlərinin yığıncağında baxılmalı idi. Həm də barəsində intizam tənbehinin tətbiq edilməsi müzakirə olunan şəxs iclasa dəvət olunmalı idi. Cavabdehin nümayəndəsinin bildirdiyinə görə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35də 120 nəfər işçi işləyir. Ona görə də əmək müqaviləsinin ləğv edilməsinə 3 nəfərin iştirakı ilə verilən “razılıq” həmkarla r ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz.
21. Kollegiya əlavə olaraq qeyd etmişdir ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35i İlk həmkarlar təşkilatı İddiaçı xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq xx.xx.2023-cü il tarixdə müəssisə İHT komitəsinin iclasına dəvət edilməsi barədə məktub göndərilmiş, lakin iş materiallarında olan protokoldan göründüyü kimi hımkarlar təşkilatının iclası xx.xx.2023-cü ildə keçirilmiş və qərar qəbul edilmişdir. Göründüyü kimi İddiaçı həmkarlar komitəsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməmiş, məktubda xx.xx.2023- cü il tarixə təyin edilməsinə baxmayaraq qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Beləliklə də xəstəxananın həmkarlar təşkilatı qanunvericiliyin tələblərinə əməl etmədən müvafiq qərar qəbul etmişdir.
22. Bundan başqa kollegiya qeyd etmişdir ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in direktoru tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in İlk HTK-nın sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 97 saylı məktubdan (təqdimatdan) həmin məktuba hər hansı sənəd əlavə edildiyi görünmür. Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in İlk HTK isə X35in direktoru tərəfindən verilmiş təqdimatı müzakirə etmək əvəzinə TTTY şöbəsinin müdiri X2 direktorunun adına yazdığı xx.xx.2023-cü il tarixli məlumatı müzakirə etmişdir.
23. Kollegiya həmçinin qeyd etmişdir ki, iddia ərizəsindən, həmçinin iddiaçının izahatından göründüyü kimi ona xx.xx.2023-cü il tarixdə verilmiş töhmətdən xəbəri yoxdur, həmin intizam tənbehi ilə bağlı ondan izahat alınmamışdır. Lakin iş materiallarından iddiaçıya xx.xx.2023-cü il tarixli intizam tənbehi verilməmişdən əvvəl ondan izahat verilməsini tələb edilməsini təsdiq edən sübut mövcud olduğu görünmür. Cavabdeh tərəfindən təqdim edilərək işə əlavə edilmiş cavabdeh müəssisədə 2023-cü il üçün əmrlərin qeydə alınması kitabından çıxarışdan görünür ki, əmrlər kitaba sistemsiz olaraq daxil edilmişdir. Belə ki, həmin kitabdan görünür ki, xx.xx.2023-cü il tarixli əmr qeydiyyata alındıqdan sonra xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və s., hətta xx.xx.2023-cü il tarixli əmrlər qeydiyyata alınmışdır.
24. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71, 72, 80, 83, 186, 187 və 300-cü maddələrinə, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyasındakı birinc i icraat
25. Cavabdeh (vəkil X24) kassasiya şikayəti verərək Gəncə Аpеllyаsiyа Məhkəməsinin 13 dеkаbr 2023-cü il tаriхli, 2(104)-2421/2023 nömrəli qətnаməsinin ləğv еdilərək, iddiа tələbinin təmin еdilməməsinə dаir yеni qərаr çıхаrılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə оlаn iddiаçının inzibаti tənbеh tətbiq еdilməklə оnа töhmət vеrilməsi bаrədə əmrin vеrilməsi həmin əmrin qüvvədə оlmаsı və mübаhisələndirilməməsi о, cümlədən 6 аy müddəti ərzində iddiаçının yеnədə əmək funksiyаlаrını pоzmаsı qеyd оlunаn mаddi hüquq nоrmаlаrının pоzulmаsı kimi qimətləndirilməlidir. intizаm tənbеhi ilə bаğlı 6 аy müddətində iddiаçının оnа vеrilmiş töhməti nəzərə аlmаyаrаq təkrаr оlаrаq işə götürənin nizаm intizаm qаydаlаrınа riаyət еdilməsi və müəssisə dахili dаvrа nış qаydаlаrınа riаyət еtməməsi, əmək funksiyаlаrını pоzmаsı bir mənаlı оlаrаq Əmək Məcəlləsinin 72-ci mаddəsinin tətbiqini zəruri еdir.Məhkəmə qətnаməsində iddiаçının оnа töhmət vеrilməsi ilə bаğlı izаhаtının аlınmаsını önə çəkməsi və iddiаçının isə оnа töhmət vеrilməsi ilə bаğlı hеç bir məlumаtının оlmаmаsı bаrədə gəldiyi nəticə əsаssızdır.Bеləki, iddiаçı оnа töhmət vеrilməsi ilə bаğlı məlumаtının оlmаmаsı bаrədə məhkəməyə hеç bir sübut təqdim еtməmişdir.Hаzırdа kаssаsiyа şikаyətinə əlаvə еdilmiş аktdаndа görünür ki, iddiаçı ümumiyyətlə müəssisə dахilində hеgаmоnluq еtməklə işləmiş və оnа izаhаt vеrilməsi ilə bаğlı bildirildikdə isə izаhаt vеrməkdən imtinа еtmişdir.Həmçinin iş mаtеriаllаrındа оlаn və hаzırdа qüvvədə оlаn əmrdəndə görünür ki, iddiаçı оnа vеrilmiş töhmətlə bаğlı əmri mübаh isələndirməmiş və bu əmrlə rаzılаşmışdır və bеlə оlаn hаldа məhkəmənin işdə оlаn əmri qiymətləndirməməsi mаddi hüquq nоrmаsının tətbiqində səhvə yоl vеrdiyini göstərir.. İş mаtеriаllаrındа оlаn аktа əsаsən işəgötürən tərəfindən iddiаçıyа оnun intizаmsızlığı ilə bаğlı izаhаt vеrilməsi təklif еdilsədə iddiаçı izаhаt vеrməkdən imtinа еtmişdir.Bеləki, işçinin əmək fəаliyyəti zаmаnı hərəkətləri ilə еtdiyi intizаmsızlıq əmək fəаliyyətinə və işəgötürən о, cümlədən əmək kоllеktivinə qаrşı еtdiyi tаbеsizlik əmək funksiyаsının pоzulmаsı kimi qəbul еdilməklə оnun müəssisə dахili dаvrаnış qаydаlаrınа riаyət еdilməməsi tаbеsizlik kimi qiymətləndirilməlidir. Хüsusilədə işçinin хəsətəхаnаdа işləyərək intisаmzılıq еtməsi qəbul еdilməzdir.Məhkəmənin həmkаrlаr ittifаqınа əsаslаndırılmış təqdimаtlа bаğlı sə nədlərin təqdim еdilməməsi ilə bаğlı mövqеyidə qəbul еdilməzdir.Bеləki, həmkаrlаr ittifаqınа təqdim еdilmiş təqdimаtdа işçinin əmək müqаviləsi üzrə dаvrаnış qаydаlаrınа riаyət еtməyərək əmək müqаviləsindən irəli gələn öhdəliklərini icrа еtməməsi ilə intizаmsızlıq еtməsi, özünü işə götürən tərəfindən müəyyən еdilmiş qаydаdа əmək fəаliyyətinin təşkili və inzibаti idаrə еtmə ilə bаğlı əmrləri nəzərə аlmаyаrаq işləməsi və оnа еdilmiş хəbərdаrlığа əməl еtməməsi оnun bаrəsində АR Əmək Məcəllsinin 70-ci mаddəsinin dispozisiyаsının əlаmətlərini tаmаmiylə əhаtə еdir.İddiаçının inzibаti tənbеhə məruz qаlmаsı ilə bаğlı iş mаtеriаllаrındа öz təsdiqini tаpır.Həmçinin qеyd оlunmаlıdır ki, mülki işin mаtеriаllаrınа əlаvə еdilmiş sənədlərdəndə görünür ki, təqdimаtа nоrmаnın tələbinə əsаsən müvаfiq sənədlə r əlаvə еdilmişdir və həmkаirlаr təşkilаtının vəzifəsi оlаrаq işçiyə iclаsа dəvət еdilməsi il bаğlı sənədləri оnа göndərməsi vəzifə kimi nəzərə аlınmаmışdır.О, cümlədən həmkаr təşkilаtının qərаrı qəbul еdilməklə işə götürənə təqdim еdilmişdir.Bu оnu dеmyə əsаs vеrir ki, müəssisə həmkаrlаr təşkilаtı müstəqil qurum оlаrаq оnun fəаliyyətinə işə götürənin müdахilə еtməsi qəbul еdilməzdir.. İş mаtеriаllаrındа оlаn iddiа ərizəsində göstərilən dəlillər sübut yаlnız iddiаçının mülаhizəsinə söykənməsi ilə məhkəmənin iddiаçının izаhаt vеrməməsi ilə bаğlı və həmkаrlаr ittifаqının müstəqil bir qurum оlаrаq qеyri-hökümət təşkilаtı оlmаsı və işəgötürənin müəssisə həmkаrlаr təşkilаtının işinə müdахilənin qаdаğаn оlmаsı həmin qurumun fəаliyyətinə müdахilə еtmək hüququnun оlmаmаsı ilə bаğlı hаllаr düzgün qiymətləndirməməklə, iş mаtеriаllаrındа оlаn sübutlаrlа о, cümlədən аpаrılmış inzibаti yаzışmаlаrın və mürаciətlərin dəlilləri ilə əmrin qаnunui оlmаsını təsdiq еdir və iddiаçının guyа əmək hüquqlаrının pоzulmаsı və əmrin qаnunsuz оlmаsı kimi qiymətləndirilə bilməz. Həmçinin о, hаldа nəzərə аlınmаlıdır ki, iddiаçının məhkum еdilməsi hаlıdа nəzərə аlınmаlıdır.Bеləki, iş mаtеriаllаrındа iddiаçının məhkum оlunduğu nоrmа оnunlа bаğlı əmək münаsibətlərində аyrı-sеkiliyə yоl vеrilməsinə imkаn vеrməsə də оnun хəstəхаnаnın nəzdində еyni hərəkətləri еtməsi ilə bаğlı dəlilin dоlаyısı sübut оlmаqlа işin digər hаlı kimidə qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iddiа tələbi üzrə mübаhisənin bаş vеrmə səbəbi və cаvаbdеhin hərəkətləri və dаvrаnışı iddiаçının inzibаti tənbеhə məruz qаlmаsı, əmək funksi yаlаrının tələblərini pоzmаsı, iş yеrində оnun səlаhiyyətlərinə аid оlmаyаn və əmək fəаliyyəti üzrə inzibаti idаrə еtmə və dаvrаnış qаydаlаrınа riаyət еtməməsi, əmək funksiyаlаrının tələblərini pоzmаsı, о, cümlədən iddiаçı bаrəsində inzibаti tənbеh tətbiq еdilmə bаrədə əmrin mübаhisələndirilməməsi həmin əmrin hаzırdа qüvvədə оlmаsının qiymətləndirilməməsi və iddiаçının həmkаrlаrın iclаsınа dəvət еdilməsi bunа dаir bildirişin göndərilməsi hаllаrınа məhkəmə tərəfindən düzgün hüquqi qiymət vеrilməmişdir.
27. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci, 80-ci, həmçinin Azərbaycan Respublikasının MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad edilmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 1655/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(104)- 2421/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
29. Kassasiya kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35 X17 127 nömrəli iclas protokolunda iclasda 3 nəfərin iştirak etdiyinə dair deyil, sədrlik edənin məlumat verməsi və digər iki şəxsin çıxış etməsinə dair məlumat var. Apellyasiya instansiyası məhkəməsi isə bu hala düzgün hüquqi qiymət verməyərək iclasda 3 nəfərin iştira k etdiyi qənaətinə gəlmişdir.
30. Kassasiya kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in İlk HTK-nın qərarları qəbul etməsi qaydasını kifayət qədər araşdırıb hüquqi qiymət verməmişdir. Eləcə də, Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in direktoru tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in ilk HTK-nın sədrinə xx.xx.2023-cü il tarixli 97 saylı təqdimat ünvanladığı işin mübahisələndirilməyən halıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, (təqdimatdan) həmin məktuba hər hansı sənəd əlavə edildiyi görünmür. Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in ilk HTK isə X35in direktoru tərəfindən verilmiş təqdimatı müzakirə etmək əvəzinə, TTTY şöbəsinin müdiri X2 direktorunun adına yazdığı xx.xx.2023-cü il t arixli məlumatı müzakirə etmişdir. “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35 X17 127 nömrəli iclas protokolundan görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı Kəniş qızının müəssisə daxili intizam qaydalarını mütəmadi olaraq pozması və əmək funksiyasını layiqincə yerinə yetirməməsi barədə TTTY şöbəsinin müdiri X2 direktorunun adına yazılan xx.xx.2023-cü il tarixli məlumatı xx.xx.2023-cü il tarixli iclasda müzakirə edilmiş və İddiaçı barəsində ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir.
31. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələyə həddən çox formal yanaşmışdır. Əvvəla, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiklərindən analaşılır ki, təqdimata ən azından T TTY şöbəsinin müdiri X2 direktorunun adına yazdığı xx.xx.2023-cü il tarixli məlumat əlavə edilmişdir. İkincisi, təqdimatın verilməsinə səbəb məhz həmin məlumat olmuşdur ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in ilk HTK tərəfindən də həmin məlumatlar müzakirə olunmuşdur. Protokolda təqdimatın deyil, məlumatın müzakirə olunduğunun qeyd edilməsinə görə qəbul edilmiş qərarın qanunsuzluğu nəticəsinə gəlinməsi həddən çox formallıqdır.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası göstərilən halları da tam araşdırıb hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdırmaqla müəyyən etməli idi ki, əslində həmkarlar komitəsinin iclası hansı tarixdə keçirilməli idi və həmin iclas təxirə düşüb-düşməyib, işçiyə ünvanlanmış məktubda iclasın tarix i barədə texniki yanlışlığa yol verilib, yoxsa yox. Bu araşdırmadan sonra göstərilən məsələlərlə əlaqədar əsaslı nəticəyə gəlinə bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə kifayət qədər araşdırma aparmamışdır.
33. Məhkəmə kollegiyası digər tərəfdən hesab etmişdir ki, bu halda da apellyasiya instansiyası məhkəməsinin araşdırması lazımi səviyyədə olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hansı müsbət keyfiyyətlərinin olduğunu, peşəkarlıq səviyyəsinin hansı səviyyədə olduğunu, ailə vəziyyətinin necə olduğunu araşdırıb müəyyən etmədən müvafiq qənaətə gəlmişdir.
34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, göstərilən hallarla əlaqədar apellyasiya instansiyası məhkəməsinin hüquqi qiymətləndirməsi mülki prosessual hüquq normalarının tələbləri nə cavab vermir. Belə ki, MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının göstərilənlər barədə izahatı digər sübutlarla yanaşı yoxlanılmamış və qiymətləndirilməmişdir. Digər tərəfdən “töhmət” intizam tənbehi verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin qanuniliyinin yoxlanılması hazırkı iş üzrə iddianın predmeti deyil, həmin əmr ayrıca mübahisələndirilib ləğv edilmədiyinə görə qüvvədədir.
35. Kassasiya kollegiyası qeyd etmişdir ki, əmrlərin qeydiyyatının aparılması ilə əlaqədar kargüzarlıq qaydalarının pozulması ilə iş üzrə mübahisələndirilən əmrin qanunsuz olm ası nəticəsinə gəlinməsi arasında hansı əlaqənin olması isə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılımamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin rea l bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirib təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bi ldirmişdir ki, Həmkarlar İttifaqı tərəfindən iddiaçıya sadəcə 01 may 2023-cü il tarixdə iclas barədə məlumat verilmişdir. Həmin gün isə iclasın kecirilməsi barədə heç bir sübut yoxdur. Həmkarlar İttifaqının 120 nəfər üzvü vardır və iclasa neçə nəfərin iştirak etməsi, səsvermədə kimlərin iştirak etməsi müəyyən deyildir.
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in nümayəndəsi X11 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Suallara cavab olaraq isə bildirmişdir ki, iddiaçıya ünvanlanmış bildiriş texniki səhv olaraq X17 iclasının xx.xx.2023-cü il tarixdə keçirilməsi qeyd olunmuşdur. Lakin, iclas xx.xx.2023-cü il tarixdə keçirilmişdir. İddiaçı isə ona təqdim edilmiş bildirişi qəbul etməkdən imtin a etmişdir.
39. Məhkəmə kollegiyasının iclasında şahid qsimində dindirilmiş X25 izahat verib bildirmişdir ki, o, həmin xəstəxanada 9 ildir ki, aşbaz işləyir. O, həmkarlar ittifaqının iclasında iştirak etmiş, lakin çıxış etməmişdir. İdiaçı dəfələrlə xəstəxanada səs-küy salmışdır. İddiaçı iclasların heç birində iştirak etməmişdir. İclasda Aybəniz, Rəhimə, Yeganə, Hikmət və o iştirak etmişlər. O, yalnız akta imza etmişdir.
40. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X13 izahat verib bildirmişidir ki, o, TTY-da həkim vəzifəsində işləyir və Həmkarlar İttifaqının üzvüdür. Həmin iclasda o, iştirak etmişdir. İclasın gündəlik mövzusu İddiaçı işdən azad edilməsi olmuşdur. Həmin iclas İddiaçı etik davranış qaydalarını və intizam qaydalarını pozduğuna görə çağrılmışdı. Sənan müəl lim iştirak etmiş və iclası o, açmışdır. Həmkarlar İttifaqının sədri Yeganə xanım idi. İclasda iddiaçı iştirak etməmişdir. Aktın isə tərtib olunmasından onun xəbəri yoxdur.
41. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X14 izahat verib bildirmişdir ki, 1996-cı ildən xəstəxanada cərrahiyə şöbəsində tibb bacısı vəzifəsində işləyir. İşlədiyi müddət ərzində iddiaçını tanımışdır. İddiaçı əvvəllər işə gəlmirdi və əmək haqqı alırdı. Lakin, sonradan direktor dəyişmiş və İddiaçı barəsində tədbirlər görməyə başlamışdır. Bundan sonra iddiaçı daha da aqressiv olmağa başlamışdır. 2023-cü ilin may ayının 02-nə iclas təyin edilmiş və iddiaçıya bildiriş şəxsən təqdim edilmişdir. Lakin, iddiaçı bildirişi ataraq qəbul etməkdən imtina etmişdir.
42. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(104)-1690/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-166/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.
43. Kollegiya ilk növbədə qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsidir. Həmin maddədə deyilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblər inə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
44. Göründüyü kimi, Əmək Məcəlləsinin 300-cü maddəsi, işçinin işə bərpası və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsini bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsini müəyyən etmişdir. Bunun üçün ilk növbədə işçi ilə işəgötürən arasında əmək münasibətlərinə xitam verilməsi əsasları araşdırılmalıdır.
45. İddiaçı aktda adları yazılmış şəxslərin həmin iclasda iştirak etməmələri barədə dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının sabiq böyük tibb bacısı İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının İHT-nın xx.xx.2023-cü il tarixində keçiri lmiş iclasından X14 (Komitənin sədri), X15 (Komitənini katibi), komitənini üzvləri X13, X25 və X16 iştirak etmişlər. Qeyd olunan hal həmçinin şahid ifadələri ilə təsdiq olunur.
46. Bundan başqa, Həmkarlar İttifaqı tərəfindən iddiaçıya sadəcə 01 may 2023-cü il tarixdə iclas barədə məlumat verilməsi, həmin gün isə iclasın kecirilməsi barədə heç bir sübutun olmaması ilə bağlı iddia tərəfinin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı İHT-nın komitəsinin iclasında iştirak etmək üçün saat 11:30 radələrində təcili tibbi yardım şöbəsində bildiriş təqdim olunmuş, lakin o, bildirişi qəbul etməkdən imtina etmişdir. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan g örünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı müəssisədaxili intizam qaydalarını mütəmadi olaraq pozması və əmək funksiyasını layiqincə yerinə yetirməməsi barədə TTTY şöbəsinin müdiri Hikmət İbrahimovu tərəfindən xəstəxananın direktorunun adına yazılan xx.xx.2023- cü il tarixi məlumat müzakirə edilmiş və bu barədə protokol tərtib edilərək İHTK-nin sədri Yeganə Nəcəfova və katib Rəhimə Babayeva tərəfindən imzalanmışdır.
47. Həmçinin, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in nümayəndəsi X9 iddiaçıya ünvanlanmış bildirişdə texniki səhv olaraq X17 iclasının xx.xx.2023-cü il tarixdə keçirilməsi qeyd olunmasını, lakin, iclasın xx.xx.2023-cü il tarixdə keçirilməsini bildirmişdir.
48. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd etmişdi r ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in direktorunun 20 aprel 2023-cü il tarixli, PHŞ-6- 62/3-1134/2023 saylı əmri ilə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35də xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə tibb xidmətinin təşkilinin monitorinqi nəticəsində aşkar olunan nöqsanlara görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Qeyd olunan hallar isə ona dəlalət edir ki, iddiaçı tərəfindən əmək funksiyası yerinə yetirilən zaman mütədami olaraq nöqsanlara yol verilmişdir. İddiaçı verilmiş töhmətdən xəbərinin olmamasını və həmin tömət verilməmişdən əvvəl onun izahatınnı alınmamasını qeyd etsə də, töhmət verilməsinə dair “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in direktorunun 20 aprel 2023cü il tarixli, PHŞ -6- 62/3-1- 134/2023 saylı əmri onun tərəfindən mübahisələndirilməmişdir.
49. Kollegiya qeyd etmişdir ki, yuxarıda göstərilən hallar iddiaçının əmək intizamına riayət etməməsi deməkdir. Nəzərə almaq lazımdır ki, işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifəsinin və bu əmək funksiyalarının vaxtında, keyfiyyətlə yetirilməsinə əməl etməlidir. Kollegiya bununla bağlı Əmək Məcəlləsinin 10-cu maddəsinə də nəzər salmağı zəruri hesab edir.
50. Həmin maddənin “a” və “b” bəndlərində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin əsas vəzifələri kimi göstərilmişdir.
51. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 7 0-ci maddəsinin «ç» bəndi göstərilmişdir. Həmin bənddə deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
52. Həmin Məcəllənin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
53. İddiaçının işdən azad edilməsi barədə əmrin qanunvericiliyin bu tələblərinə uyğunluğu araşdırılarkən müəyyən olunur ki, onunla olan əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı t əşkilatının qabaqcadan razılığı alınmış və verilmiş əmr qanunauyğun olmuşdur.
54. Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinin əsas məqsədi, ilk növbədə işçinin əmək müqaviləsinə xitam verilməsinin səbəb və əsasları barədə bütün məlumatlara malik olma hüququnu təmin etməkdir. Digər tərəfdən bu məlumatlar əmək mübahisəsinə baxan orqan üçün işin hallarının tam və obyektiv araşdırılmasına zəmin yaradır. Əgər əmrdə bu məlumatlar tam əks olunmamışdırsa və işin hallarının tam və obyektiv araşdırılması mümkün olmadığına görə bu boşluğu doldurmaq mümkün deyildirsə, həmin əmr etibarsız sayıla bilər.
55. Əks təqdirdə, yəni işçi tərəfindən əmək vəzifələrinin pozulması açıq-aşkardırsa, Əmək Məcəlləsinin 84-cü maddəsində qeyd olunan hər hansı hissənin göstərilməməsi həmin əmrin etibarsız sayıl ması üçün yetərli sayıli bilməz. Baxılan işdə də, iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozması açıq-aşkardır və əmrdən də göründüyü kimi, iddiaçı həmin səbəbdən işdən azad edilmişdir.
56. Məhkəmə mövqeyini mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71, 72, 80, 83.1, 186.2, 187.1, 300.1-ci, habelə Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 81, 88, 217.3, 384.0.1 və 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
57. İddiaçı (vəkili Vəkil) qətnamədən kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1690/2024 saylı qətnaməsinin ləgv olunması, işdə olan sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar, bu mümkün olmadıqda isə işin yenidən təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
58. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianı rədd edən birinci instansiya məkəməsi və həmin qətnaməni qüvvədə saxlayan apellyasiya məhkəməsi həmin maddi hüquq normalarına istinad etsə də, nəzərə almamışdır ki, iddiaçı barədə mübshisiləndirilən əmr verilərkən əmək münasibətlərini tənzimləyən qanunvericiliyin tələbləri pozulmuşdur.
59. Hesab edir ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, o cümlədən dəymiş ziyanla bağlı gəlmiş olduğu nəticəni hər-hansı bir sübutla əsaslandırmamışdır. Belə ki, həmkarlar ittifaqı təşkilatının xx.xx.2023-cü il tarixli qərarında qeyd olunub ki, İddiaçı barəsində ƏM-nin 186-cı maddəsinin “ç” bəndində əsasən əmək müqaviləsinin bu Məcəllənin 70-cimaddəsinin “ç” bəndi ilə xitam verilməsi nə etiraz etmir. Lakin qərarın aid olduğu protokoldan görünür ki, həmkarlar ittifaqı təşkilatının yığıncağında cəmi 3 nəfər - Həmkarlar İttifaqı Komitəsinin sədri Yeganə Nəcəfova, katib Rəhimə Babayeva və komitə üzvü Aybəniz Babayeva iştirak etmişdir. Üç nəfərin yetərsayı təşkil edib-etməməsi protokoldan görünmür. Bununla bağlı işə ikinci apellyasiya icraatında baxılarkən cavabdeh təşkilat məhkəməyə protokoldan çıxarış təqdim etmişdir ki, guya iclasda 5 nəfər təşklatın üzvü iştirak etmişdir. Məhkəmə həmin sənədə tənqidi yanaşmalıydı. Belə ki, ortaya sual çıxır, nəyə görə həmin sənəd mövcud olmuşdursa, nə birinci instansiya məhkəməsində, nə apellyasiya məhkəməsində birinci icraat zamanı, nə də ki kassasiya icraatı zamanı təqdim edilməmişdir. Hazırda qüvvədə olan MPM-nin tələblərinə görə sub utlar yalnız birinci instansiya məhkəməsində hazırlıq mərhələsində verilə bilər. Bundan başqa, apellyasiya məhkəməsində birinci icraat zamanı cavabdehin nümayəndəsi iclasda 3 nəfər təşkilatın üzvü iştirak etməsini qeyd etmişdir. Həmçinin, məhkəmə bu qənaətə gəlməsini məhkəmə prosesi zamanı dindirilən şahid ifadələrinə əsaslanaraq gəlməsini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilən şahidlər bununla bağlı ziddiyyətli izahatlar vermişlər. Belə ki, məhkəmədə şahid qismində dindirilən X13 izahatında bildirmişidir ki, o, TTY-da həkim vəzifəsində işləyir və Həmkarlar İttifaqının üzvüdür. Həmin iclasda o, iştirak etmişdir. İclası Nümayəndə acmış, iclasda 150 nəfər iştirak etmişdir. X10 isə göstərmişdir ki, iclasın açılışında iştirak etsə də, sonradan cıxmış, səs vermədə iştirak etməmiş, s onradan imza atmışdır. Hətta iddia tərəfinin sualına cavab olaraq bildirmişdir ki, o, əl qaldırmamışdır və orda olmamışdır. X1 isə bildirmişdir ki, iclasda 4 nəfər - Rəimə Babayeva, Aybəniz Məmmədova və o olmuş, Nümayəndə isə orda olmamışdır.
60. Göründüyü kimi, bu ziddiyyətli ifadələr məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin...əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün...birləşdiyi...müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”. Göründüyü kimi, həmkarlar ittifaqı “işçilərin birləşdiyi təşkilat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqları öz üz vlərinin əmək hüquqlarını müdafiə edir. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi üçün “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə, həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Ona görə də iddiaçı ilə olan əmək müqaviləsinin ləğvinə razılıq verilməsi məsələsinə 3 nəfərdən ibarət yığıncaqda deyil, ilk həmkarlar təşkilatı komitəsinin bütün üzvlərinin yığıncağında baxılmalı idi. Həm də barəsində intizam tənbehinin tətbiq edilməsi müzakirə olunan şəxs iclasa dəvət olunmalı idi. Cavabdehin nümayəndəsinin bildirdiyinə görə, “Naftalan Şəhər Mərkəzi Xəstəx anası” X35də 120 nəfər işçi işləyir. Ona görə də əmək müqaviləsinin ləğv edilməsinə 3 nəfərin iştirakı ilə verilən “razılıq” həmkarlar ittifaqı təşkilatının razılığı kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçının həmkalar ittifaqının iclasına çağrilib-çağrılmaması barədə də məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdə olan sübutlardan müəyyən edilir ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35i ilk həmkarlar təşkilatı İddiaçı xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq xx.xx.2023-cü il tarixdə müəssisə İHT komitəsinin iclasına dəvət etmiş, lakin iş materiallarında olan protokoldan göründüyü kimi hımkarlar təşkilatının iclası xx.xx.2023cü ildə keçirilmiş və qərar qəbul edilmişdir. Göründüyü kimi, İddiaçı həmkarlar komitəsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlum at verilməmiş, məktubda xx.xx.2023cü il tarixə təyin edilməsinə baxmayaraq, qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Beləliklə də, xəstəxananın həmkarlar təşkilatı qanunvericiliyin tələblərinə əməl etmədən müvafiq qərar qəbul etmişdir.
61. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Lakin «Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in direktoru tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in ilk HTK-nın sədrinə ünvanlanm ış xx.xx.2023-cü il tarixli 97 saylı məktubdan (təqdimatdan) həmin məktuba hər hansı sənəd əlavə edildiyi görünmür. Naftalan Şəhər Mərkəzi Xəstəxanası” X35in ilk HTK isə müəssisənin direktoru tərəfindən verilmiş təqdimatı müzakirə etmək əvəzinə, TTTY şöbəsinin müdiri X2 direktorunun adına yazdığı xx.xx.2023-cü il tarixli məlumatı müzakirə etmişdir. Bundan başqa, iddiaçıya əvvəl də töhmət növündə tənbeh verilməsi və iddiaçının həmin əmri mübahisələndirməməsi də iddianin rədd edilməsi üçün əsas ola bilməz və biz məhkəmə kollegiyasının bununla bağlı gəldiyi mövqeylə razılaşmırıq. Belə ki, iddiaçının ona xx.xx.2023- cü il tarixdə verilmiş töhmətdən xəbəri olmayıb, həmin intizam tənbehi ilə bağlı ondan izahat alınmamışdır. İş materiallarından iddiaçıya xx.xx.2023-cü il tarixli intizam tənbehi v erilməmişdən əvvəl ondan izahat verilməsini tələb edilməsini təsdiq edən sübut mövcud olduğu görünmür. Cavabdeh tərəfindən təqdim edilərək işə əlavə edilmiş cavabdeh müəssisədə 2023-cü il üçün əmrlərin qeydə alınması kitabından çıxarışdan görünür ki, əmrlər kitaba sistemsiz olaraq daxil edilmişdir. Belə ki, həmin kitabdan görünür ki, xx.xx.2023-cü il tarixli əmr qeydiyyata alındıqdan sonra xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və s., hətta xx.xx.2023-cü il tarixli əmrlər qeydiyyata alınmışdır. Lakin məhkəmə həmin sübutlara düzgün qiymət verməmişdir. Bu baxımdan da hesab edir ki, məhkəmə tərəfindən göstərilən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
63. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
64. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qan unla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
65. Maddə 72 (“c”bəndi). İşçi tərəfindən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
66. Maddə
83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
67. Maddə 186 ( 1-ci hissə). İşəgö türən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
68. Maddə 186 (2-ci hissəsinin “ç” bəndi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.
69. Maddə 187.
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötür ən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
70. Ma ddə 300
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
73. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
74. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhk əmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və d əlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
78. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
79. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
80. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
84. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri s übutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
85. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
86. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 87. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktl ardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
88. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
89. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 2(104)-1690/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.