Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-935/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Nümayəndə, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-935/21 (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Ca vabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Nümayəndə, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5906/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh8 kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1, mənzil 92 İddiaçı xüsusi mülkiyyətindədir.
2. Cavabdehlər mənzildə qeydiyyatdadırlar. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Nümayəndə, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və C avabdeh10 qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 92 nömrəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və qətnamənin həmin şəxslərin qeyd edilən ünvan üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi, cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı sonradan tələbini dəyişib digər tələblər yerində qalmaqla, cavabdehlərin mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, ünvan 1 ünvanında yerləşən 92 nömrəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili iddiaçı xx xxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satq ı müqaviləsi əsasında X2 almışdır.
6. Cavabdehlər Cavabdeh8 və Cavabdeh10 X5 və hazırki iş üzrə iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 və İddiaçı arasında bağlanmış AN-İ seriyalı (M044)9528 nömrəli, xx xxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X5 və iddiaçıya verilmiş çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 94 nömrəli evin, 92 nömrəli mənzilinə aid xüsusi mülkiyyət hüququ haqqında əvvəlki qeydin bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2(005)5971/2019 nömrəli qətnaməsi ilə Cavabdeh8 iddiası rədd edilmiş, üçüncü şəxs Cavabdeh10 iddiası qismən təmin edilmişdir.
8. İHəmin qətnamədən apellyas iya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6838/2019 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5971/2016 nömrəli iş üzrə xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ona qarşı təmin olunmuş mübahisələndirilən hissədə – X7 ilə İddiaçı arasında bağlanmış xx xxx 2014-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilə dair əvvəlki qeydin bərpa olunması hissələrində ləğv edilmiş, üçüncü şəxs Cavabdeh10 müstəqil tələbi hissələrdə təmin olunmamış, qətnamə əqdlərin etibarsızlığının hüquqi nəticəsi olaraq Cavabdeh8 60.000 (altmış min) manat məbləğində pulun tutularaq X5, sonuncudan 6 7.000 (altmış yeddi min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hissələrində də ləğv edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)597/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6838/2019 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
10. Yuxarıda qeyd edilən məhkəmə qərarlarından da göründüyü kimi, mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqavilələri cavabdehlər Cavabdeh8 və Cavabdeh10 tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, lakin nəticədə mübahisəli mənzilə dair iddiaçı ilə X7 arasında bağlanmış xx xxx 2014-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi etibarlı hesab edilmiş və iddiaçının mülkiyyət hüququnun qanuni o lması məhkəmə qaydasında bir daha təsdiq edilmişdir.
11. Hazırda Cavabdeh8, Cavabdeh10, Cavabdeh9 ona məxsus olan mənzili qanunsuz zəbt etməklə mənzildə yaşayırlar. X1 ilə iddiaçı arasında bağlanmış xx xxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinin 8-ci bəndinə görə satıcı iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi öz öhdəsinə götürmüşdür.
12. Mənzilin mülkiyyətçisi kimi Asan Xidmətdən yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən iddiaçıya o da məlum olmuşdur ki, bir qrup tanımadığı şəxslər, yəni Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Nümayəndə və Cavabdeh7 da mənzildə qeydiyyatdadırlar. Həmin şəxslər iddiaçının ailə üzvləri deyildir və hansı şəraitdə həmin mənzilə qeydiyyata düşmələri də ona məlum deyildir.
13. Cavabdehlərin qanunsuz olaraq iddiaç ının miilkiyyətindəki mənzildə qeydiyyatda olmaları və qanunsuz yaşamaları sonuncunun mülkiyyət hüquqlarını məhdudlaşdırır, əlavə kommunal xərclər yaradır və mənzilin mülkiyyətçisi kimi həmin mənzildən sərəncam hüquqlarının həyata keçirilməsində çətinliklər yaradır.
14. İddia tələbinin əsası kimi iddiaçı Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh8 birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərib ki, iddiaçı mənzilə baxıb ona 60000 manat pul verib. 2013-cü ildə metronun yaxınlığında 60000 manata mənzil yox idi. Səkkiz ay keçəndən sonra iddiaçı onun 1 aylıq kirayə haqqını gecikdirdiməsinə görə mənzili başqa adama sayıb. Hazırda ailə üzvləri ilə birgə bu mənzildə yaşayır.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)849/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Nümayəndə, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 94 nömrəli evin 92 nömrəli mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilmiş, bu qətnamənin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Nümayəndə, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 94 nömrəli evin 92 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsas olması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Nümayəndə, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 94 nömrəli evin 92 nömrəli mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.(hakim Gültəkin Əsədova)
17. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 94 nömrəli evin 92 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Nümayəndə, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 94 nömrəli evin 92 nömrəli mənzilində qeydiyyatdadırlar. Cavabdehlərin hər hansı hüquqi əsas olmadan mülkiyyətçi İddiaçı məxsus mənzildə qeydiyyatda qalmaları mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır.
18. Məhkəmə qeyd etmişdir ki, bu tip mübahisələr həll edilərkən iddia çı şəxsin məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdeh şəxslərin mənzildə qeydiyyatda qalmaları iddiaçıya müvafiq mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. İş materiallarında olan sənədlər cavabdeh şəxslərin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki 152.1, 158.3, 178.3, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh8 apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianını rədd edilməsini xahiş etmişdir.
21. Apelyas iya şikayətində cavabdeh əqdlərin etibarszılığı ilə bağlı maddi hüquq normalarına istinad edərək göstərmişdir ki, mənzili satmayıb, bu barədə məhkəmə çəkişmələri olub. Həmin sənədləri iş materiallarına əlavə edib. Həmçinin onun və qohumlarının həmin mənzildən çıxarılmaları onları yaşayış yerindən, ümumiyyətlə, məhrum edir.
22. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5906/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh8 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-849/2020 nömrəli qətnaməsi Cavabdeh8 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Elnur Həsənov, Fuad Babayev)
23. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Nərimanov r ayonu, Təbriz küçəsi, 94 nömrəli evin 92 nömrəli mənzili xx xxxxxxxx 2013-cü il tarixdən X3 mülkiyyətində olmuşdur. X7 ilə İddiaçı arasında bağlanmış müvafiq müqaviləyə əsasən K.İbrahimova mənzili İddiaçı 67000 (altmış yeddi min) manat qiymətinə satmışdır.
24. Apellyasiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, mənzilin alqı-satqısı barədə X7 ilə İddiaçı arasındakı qeyd edilən müqavilə X4 və üçüncü şəxs Cavabdeh10 tərəfindən mübahisələndirilsə də, həmin iddia rədd edilmişdir. Mənzil hazırda İddiaçı mülkiyyətindədir.
25. Apellyasiya məhkəməsinin müəyyən etdiyin işin halına görə Cavabdeh4, Cavabdeh5, Nümayəndə, Cavabdeh7, X12, Cavabdeh3, Cavabdeh2, X9 və Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 94 nömrəli evin 92 nömrəli mənzilində qeydiyyatdadırlar.
26. Apelyasiy a məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq hesab etmişdir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan iddiaçıya keçmiş və cavabdehlər mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişlər.
27. Apelyasiya məhkəməsi belə nəticəyə gəlib ki, cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları və yaşamaları ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Bu baxımdan iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
28. Apelyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh istinad etdiyi halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh8 kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianını ləğv edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayətində işin faktiki hallarına istinad edilməklə, qeyd edilən mənzildən savayı, başqa yaşayış yerinin olmamasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
31. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini qəbul etməyərk, şikayətin təmin olunmamasını xahiş etdi.
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh və onun vəkili məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.3. Mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Maddə 178.1. Daşınmaz əmla ka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun Maddə
9. Şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayət in belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə iş üzrə yalnız Cavabdeh8 tərəfindən mübahisələndirildiyində n apelyasiya instansiyası məhkəməsinin aktı yalnız kassatorun mübahisələndirdiyi hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
38. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
39. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaş ayış sahəsindən cavabdehlərin, o cümlədən Cavabdeh8 istifadə hüququna xitam verilməsi və yaşayış sahəsinin boşaldılmasından ibarədədir.
40. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 94 nömrəli evin 92 nömrəli mənzili xx xxxxxxxx 2013-cü il tarixdən X3 mülkiyyətində olmuşdur. X7 ilə İddiaçı arasında bağlanmış müvafiq müqaviləyə əsasən K.İbrahimova mənzili İddiaçı 67000 (altmış yeddi min) manat qiymətinə satmışdır. Mənzilin alqı-satqısı barədə X7 ilə İddiaçı arasındakı qeyd edilən müqavilə X4 və üçüncü şəxs Cavabdeh10 tərəfindən mübahisələndirilsə də, həmin iddia rədd edilmişdir. Mənzil hazırda İddiaçı mülkiyyətindədir.
41. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarını Cavabdeh8 münasibətdə düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri Cavabdeh8 münasibətdə hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.
42. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Da şınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
43. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispoztiv şərti Cavabdeh8 münasibətdə iddianın təmin edilməsini şərtləndirmişdir. Bu baxımdan qeyd edilən hissədə iddianın təmin edilməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunverciliyə uyğun olmuşdur.
44. Məhkəmə kollegiyası cavabdehin başqa yaşayış yerinin olmaması barədə kassasiya şikayətinin dəlilini əsassız sayır. Çünki qeyd eilən hal iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına və pozulmasına əsas verən hal kimi qiymətləndirilə bilməz.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh8 kassasiya şikayə ti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh8 mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh8 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5906/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh8 mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.