Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-935/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh «Cənub Mənzil Tikinti Kooperativi»nə qarşı ilk, «Cənub Mənzil Tikinti Kooperativi»nin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: fərdi əmək mübahisəsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, kooperativə məxsus sənədlərin təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “işdən çıxarılması ilə bağlı təsisçilərin üm umi yığıncağının qərarının, işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa olunası və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair ilk, "xxxx" Mənzil Tikinti Kooperativinin İddiaçı qarşı kooperativə məxsus möhürlərin, seyflərin açarlarının və uçot sənədlərinin (hüquqi, maliyyə-uçot, kadr uçotu və digər sənədlər) təhvil-təslimi tələblərinə dair qarşılıqlı iddia tələblərinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1316/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanaraq sonuncu "xxxx " MTK-nın direktoru vəzifəsinə qəbul edilmiş və onun aylıq əmək haqqı 200 manat məbləğində müəyyən edilmişdir. Sonradan əmək müqaviləsinə edilmiş dəyişikliklə əmək haqqı 320 manat məbləğində, son olaraq isə 360 manat məbləğində müəyyən edilmişdir.
2. Həmin Müqavilənin 9.1-ci maddəsinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 68-70, 73-75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Müqavilənin 9.2-ci maddəsinə əsasən isə işəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericiliklə nəzərdə tutulan hallarda xəbərdar edilir. 3. "xxxx" MTK-nın nizamnaməsinin 3-cü bəndinə əsasən kooperativin üzvlüyünə qəbul, üzvlük kitabçasının məzmunu, üzvə veriləcək ödənişlər, üzvlükdən çıxarma, üzvlərin siyahıs ının rəsmiləşdirlməsi qaydaları ümumi yığıncağın qərarı ilə müəyyən edilir.
4. Nizamnamənin 4.1-ci bəndinə əsasən kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin ümumi yığıncağıdır. Növbəti və növbədənkənar yığıncaqların keçirilməsi qaydası ümumi yığıncağın qərarları ilə müəyyən olunur. 5. "xxxx" MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının 1 saylı xx.xx.2022-ci il tarixli, 01 nömrəli protokoluna əsasən ümumi yığıncaq yetərsay həddində yekdilliklə kooperativin sədri (direktoru) və qanuni təmsilçisi İddiaçı tutduğu vəzifəsindən azad olunması və X1 "xxxx" MTK-nın sədri və qanuni təmsilçisi seçilməsi barədə qərar qəbul etmişdir.
6. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə 001/2023 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması barədə "xxxx" MTK-nın (bundan sonra – cavabdeh və ya işəgötürən) əmrinin, işəgötürənin təsisçilərinin ümumi yığıncağının iddiaçının direktor vəzifəsinə xitam verilməsi ilə bağlı qərarının ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və işdən çıxarıldığı gündən hesablanmaqla işə bərpa ediləcəyi günə qədər olan məcburi işburaxma dövrünə görə aylıq əmək haq qı olan 360 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, ona işdən çıxarılma əmri təqdim edilməmiş, bu barədə xx.xx.2023-cü il tarixində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyiciləri üzrə kommersiya hüquqi şəxslərin reyestr məlumatları vasitəsi ilə xəbər tutmuşdur. X20 cavabdehə qarşı mənzilin təhvil verilməsi və cavabdeh tərəfindən onun mənzillərə daxil olmasına görə yaradılan qanunsuz maneələrin cavabdehə qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının şəxsində MTK tərəfindən MTK-nın üzvlərinin ümumi iclasının 60, 61 və 62 saylı protokollarının, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi verilərək, sözügedən müqavilələrin MTK-ya hər hansı aidiyyəti olmadığı və orada olan möhür və imzaların saxta olduğu bildirilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)2388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə ekspertizası, məhkəmə-xətşünaslıq ekspertizası və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilməsi qərara alınmış və məhkəmə ekspertizasının rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Bundan sonra MTK-nin təsisçiləri tərəfindən saxta imza və möhürlərin aydınlaşdırılmaması məqsədi ilə təsisçilərin ümumi yığıncağı keçirilmiş və iddi açının direktor vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilmişdir. Lakin nə bu qərarın, nə də işdən çıxarılma barədə işəgötürənin müvafiq əmrinin surəti ona təqdim edilməmişdir. Daha sonra MTK-nın direktoru X3 təyin edilmişdir. Burada əsas məqsəd təsisçilər tərəfindən həyata keçirilən qanunsuzluğun aşkar edilməsinə mane olmaqdır. Belə ki, Aytəkin Cəbrayılova tərəfindən Lənkəran Rayon Məhkəməsinə təqdim edilən xx.xx.2023-cü il tarixli ərizədə iş üzrə icraatın dayandırılmasına əsas olan məhkəmətexniki ekspertizasının keçirilmədən geri çağırılması və işin məhkəmə baxışına təyin olunması xahiş edilmişdir. Təsisçilər tərəfindən iddiaçının işdən çıxarılmasında və yeni direktorun təyin edilməsində əsas məqsəd iş üzrə obyektiv araşdırma aparılmasının qarşısını almaqdır. Təsisçilərin məqsədi yeni direktor Aytəkin Cəbrayılovanın vasitəçiliyi ilə qarşılıqlı iddianı geri götürmək və bununla da müqavilədə olan saxta imza və möhürün müəyyən edilməsinin qarşısını almaqdır. Aytəkin Cəbrayılova tərəfindən məhkəməyə təqdim edilən sözügedən ərizə də bunun sübutudur. Belə ki, təsisçilərin əsas məqsədi Emin Rəsulov tərəfindən verilmiş iddianın təmin edilməsidir. Bununla, onlar baş vermiş qanunsuzluqların araşdırılmamasını təmin etmək niyyətindədirlər. Tərəfindən müvəqqəti təminat tədbirinin təmin edilməsi ilə əlaqədar Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən qəbul edilən 16(121)-6/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadla X7, X9, X13, X6, Cəbrayılova (Muradlı) Aytəkin Seyidağa qızına və cavabdehə təsisçilərinin növbəti və növbədənkə nar, o cümlədən kooperativ sədrinin dəyişdirilməsi ilə bağlı ümumi yığıncağın keçirilməsi qadağan edilmişdir.
9. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddia tələbinə aşagıdakı səbəblərə görə etiraz edir. Birincisi, iddiaçı kooperativin üzvü deyil. Mülki Məcəllənin 111.1 maddəsinə görə kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. X3 isə kooperativin üzvüdür və kooperativin pay fondunda 20 % payı var. İkincisi, məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulan 1 təqvim ayı müddəti keçmişdir. İddiaçının vəkili iddia edir ki, işdən çıxarılması ilə bağlı iddiaçıya məlumat verilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ı n “mediasiyanın tətbiqi barədə təklifin tarixi” qrafasında xx.xx.2022-ci il tarixi göstərilir. Bundan əlavə, xx.xx.2023-cü il tarixində kooperativin payçısı X4 ünvanına iddiaçının işdən çıxarılmasına əsas olan sənədlərin surətlərinin tələbi ilə, iddiaçının vəkili tərəfindən xx.xx.2022-ci il tarıxındə imzalanmış məktub (sorğu) göndərilmişdir. xx.xx.2022ci il tarixində isə iddiaçı özü şəxsən payçı X4 həyat yoldaşı X8 ilə mobil telefonla bu barədə danışmışdır. Qeyd olunan sübutlardan göründüyü kimi, hüququnun pozulmasını iddia edən iddiaçıya işdən azad olunması artıq xx.xx.2022-ci il tarixdə məlum olmuşdur. Üçüncüsü, iddiaçının əmək haqqı ilə bağlı hər hansı tələbinin MTK tərəfindən icrası halhazırda mümkün deyil. İşdən azad olunmasına baxmayaraq iddiaçı kooperativin uçot sənədlərini, o cümlə dən əmək haqları ilə bağlı cədvəlləri təhvil verməkdən imtina edir. Bu səbəbdən işçinin kooperativdən bu vaxta qədər aldığı əmək haqlarının yoxlanılması və işçiyə olan borcun (və yaxud işçinin kooperativə olan borcunun) dəqiqləşdirilməsi mümkün deyil. Dördüncüsü, MTK qaldırılmış iddia üzrə cavabdeh ola bilməz. İddiaçının işdən cıxarılmasının əsl səbəbləri barədə izahat etiraza əlavə olunmuşdur. Həmin izahatda göstərilmişdir ki, iddiaçı kooperativə sədrlik etdiyi son 4 ildə kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verməmiş, kooperativin cərimə olunmasına səbəb olan 10-dan çox hesabatları vergi orqanlarına təqdim etməmiş, kooperativin daxili kreditlə alıcılara təqdim etdiyi mənzillərdən toplanan 275 000 manat vəsaiti öz istədiyi kimi istifadə edərək halhazırda qalıq məbləği vergilər üzrə 69347.80 manat, hesablanmış faizlər üzrə 591.56 manat məbləğində olan borcun bağlanması üçün heç bir səy göstərməmiş, bununla da işlədiyi müddət ərzində 12566.51 vergilər üzrə cərimə faizlərinin hesablanmasına, 86597.17 manat vergi borcu müqabilində kooperativə məxsus (hazırda bazar qiyməti birlikdə 140-150 min manat olan) iki mənzilin üzərinə həbs qoyulmasına səbəb olmuş, müxtəlif bəhanələrlə təsisçiləri və onların nümayəndələrini şirkətin ofisinə buraxmamış, müştərilər tərəfindən kooperativə qarşı qaldırılmış iddiaların səbəbləri barədə təsisçilərə məlumat verməkdən imtina etmişdir. Bütün bu sadalananlar əsas götürülərək, iddiaçı Əmək Məcəlləsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. İddiaçının vəkili Lənkəran Rayon Məhkəməsində vətəndaş X21 tərəfindən "xxxx" MTK-ya qarşı qald ırılmış “mənzillərin təhvil verilməsi və maneələrin aradan qaldırılması”na dair məhkəmə işini bilavasitə iddiaçının vəzifəsindən azad olunması ilə əlaqələndirməyə çalışır. X21 vicdanlı alıcıdır. O öz briqadası ilə vaxtı ilə kooperativə məxsus mənzillərdə təmir işləri aparmışdır. Daha sonra kooperativin daxili kreditlə vətəndaşlara satdığı 3 mənzil həmin vətəndaşların pul ödəmək imkanı olmadığı üçün geri qaytarılmış, və həmin mənzilləri Emin Rəsulov dəyərini tam ödəməklə əldə etmişdir. Onun kooperativdən 3 mənzil əldə etdiyi bütün payçılara məlumdur. Kooperativ tərəfindən mənzillər vətəndaşlara təqdim olunarkən müqavilələrin bağlanmasına ixtisası hüquqşünas olduğu üçün bilavasitə payçı Muradov Mehdi nəzarət edib. Nəzəri olaraq MTK həmin mənzillərin açarlarını X15 təqdim etmək, və onun mənzi llərə daxil olmasını təmin etməklə bu məsələ ilə bağlı məhkəmə icraatını sonlandıra bilər. Lakin kooperativin payçısı X12 bu iş üzrə iddiaçı olan kooperativin əvvəlki sədri iddiaçı ilə əlbir olaraq, kooperativ tərəfindən X15 verilən mənzilləri ikinci dəfə şəxsiyyəti onlara məlum olmayan şəxslərə satdığı üçün X21 mənzilləri öz adına rəsmiləşdirə bilmir. Kooperativin payçısı X12 və kooperativin əvvəlki sədri iddiaçı tərəfindən israrla, kooperativin sədri vəzifəsinə qaytarılmasının istənməsinin səbəbi onların əlbir olaraq mənzillərin iki və daha çox şəxsə satması barədə araşdırma aparılmasına imkan verməmək və bu kimi əməllərin üstünü örtmək cəhdidir. Aralarında yaxın qohumluq əlaqələri olduğu üçün, payçılar bu məsələnin cinayət araşdırması müstəvisinə çıxarılmasını istəmirlər.
10. Cavabdeh e yni zamanda qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək MTK-ya məxsus möhürlərin, seyflərin açarlarının və uçot sənədlərinin və kooperativin fəaliyyətini əks etdirən digər sənədlərin iddiaçıdan alınıb ümumi yığıncağın sədrinə və ya kooperativin icra orqanına təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, kooperativin payçıları xx.xx.2022-ci il tarixində növbədənkənar yığıncaq keçirmişdir. Kooperativin payçılarına əvvəlcədən tələbnamələr göndərilərək yığıncaq keçiriləcəyi barədə məlumat verilmişdir. Kooperativin 6 payçısından 5 nəfəri yığıncaqda iştirak etmiş, 1 nəfər - payçı X12 yığıncağa gəlməmişdir. Baş tutan növbədənkənar yığıncağının qərarı ilə kooperativin sədri (direktoru) iddiaçı tutduğu vəzifəsindən kənarlaşd ırılmışdır. X3 yetərsay həddində yekdilliklə MTK-nın sədri və qanuni təmsilçisi seçilmişdir. Dəyişikliyin dövlət qeydiyyatına alınması üçün Dövlət Vergi Xidmətinə müraciət olunması da qərarla X2 həvalə edilmişdir. Yığıncaqda kooperativin son 3 illik fəaliyyətinin yoxlanılmasına dair qərar da qəbul edilmişdir. xx.xx.2022-ci il tarixində qeydiyyat üçün sənədlər Lənkəran Ərazi Vergilər Baş İdarəsinə təqdim olunmuş, xx.xx.2022-ci il tarixində X24 Reyestri tərəfindən sözü gedən dəyişiklik qeydiyyata alınmışdır. Təhvil-təslim üçün, eləcə də işçiyə aid olan son haqqhesabının dəqiqləşdirilməsi üçün dəvət olunmasına baxmayaraq iddiaçı kooperativə aid sənədləri təhvil verməyəcəyini bildirmiş və görüşməkdən imtina etmişdir. Məhkəməyə müraciət etmək qərarı alaraq iddia ərizəsi məhkəməyə verilənədək mü vəqqəti təminat tədbiri qismində özünün, yəni iddiaçının MTK-nın qanuni təmsilçisi vəzifəsinə bərpa edilməsi, onun qanuni təmsilçilikdən kənarlaşdırılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi və bu barədə dövlət reyestrində müvafiq qeydin aparılmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş edən ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 16(049)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İşə bərpa tələbi ilə məhkəməyə müraciət etməklə və eləcə də kooperativə məxsus sənədləri gizlətməklə iddiaçı ümumi yığıncağın qərarı ilə nəzərdə tutulan müəss isədaxili audit yoxlamasının aparılmasına mane olmağa və onun tərəfindən yol verilmiş ciddi qanun pozuntularının üzə çıxmasının qarşısını almağa cəhd edir.
12. İddiaçının vəkili məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, qarşılıqlı iddiaçının tələb etdiyi möhür və s. sənədlər iddiaçıda deyil, təsisçilərdən olan Mirmehdidədir. İddiaçı kooperativin üzvü hesab olunur. Belə ki, onun arvadının kooperativin evlərində mənzili vardır. Həmin mənzil iddiaçı ilə birgə nikahları dövründə alınmışdır. Ona görə də onun kooperativin direktoru olması qanuna uyğun olmuşdur. İddiaçı kooperativin direktoru olsa da, faktiki olaraq oranı başqa şəxs idarə etmişdir. İddiaçıya ilk əvvəl ona xəbərdarlıq növündə tənbeh verilə bilərdi. Çünki, kooperativə dəyən ziyan birdən birə üzə çıxmamışdır. Ziyanla bağlı qət namə çoxdan çıxarılsa da, iddiaçı xeyli sonra işdən çıxarılmışdır. Onu təsisçilər öz qanunsuz hərəkətlərini pərdələmək məqsədilə işdən çıxarmışlar.
13. Cavabdehin nümayəndəsi məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, iddiaçı kooperativin üzvü deyil. O, kooperativin direktoru təyin edilsə də, faktiki olaraq təsisçilərindən biri olan Mehdinin təsiri altında olmuşdur. İddiaçının arvadının kooperativin evlərindən aldığı mənzilin pulunu Mehdi ödəmişdir. Təsisçilər mənzilləri başqa şəxslərə satdıqdan sonra, iddiaçı həmin alğı-satqıları qanunsuz hesab edərək onları təkrar satmış və əldə olunmuş pullarla vergiyə olan kooperativin borcunun bir hissəsini ödəmişdir.
14. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(049)991/2023 saylı, xx.xx.2023-cü il tarixli qət naməsi ilə (hakim M.Qasımov) ilk iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin olunmuşdur.
15. Birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibət bildirirərək və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.2, 109-3, 111.1-ci maddələrinə, həmçinin MTK-nın nizamnaməsinin 3-cü bəndinə istinad edərək gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin normaların və nizamnamənin tələblərinə zidd olaraq kooperativin direktoru vəzifəsinə seçilmişdir.
16. Belə ki, o, məhkəməyə özünün kooperativin üzvü olmasını təsdiqləyən hər hansı bir sübut təqdim etməmişdir (məsələn: üzv olmaq istəməsini təsdiq edən kooperativə ünvanladığı rəsmi ərizəsini, üzvlük kitabçasını, üzvlük haqqının ödənilməsini və s.). Onun arvadının mülkiyyətində "xxxx" MTK tərəfindən inşa edilmiş mənzilin olması, hə min mənzilin onunla arvadının birgə nikahları dövründə alınması və həmin mənzildə onun da payının olması, onun və ya onun arvadının kooperativin üzvü olmaları anlamına gəlmir. O, kooperativin üzvü olmadığından, kooperativin direktoru seçilə bilməzdi. Buna baxmayaraq onun «MTK-nın direktoru vəzifəsinə təyin edilməsi barədə "xxxx" MTK ilə onun arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsi əhəmiyyətsiz əqddir.
17. MTK-nın direktoru vəzifəsinə təyin edilməsi barədə MTK ilə iddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəmədə mübahisə qaldırılmasına ehtiyac yoxdur. Həmin müqavilə bağlandığı andan əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Hazırki mübahisə üzrə iddiaçı barəsində olan əhəmiyyətsiz müqavilənin etibarlı (legitim) hala gətirilməsi yolverilməzdir. O, kooperativin üzvü olduğu halda əvvəlki işinə bərpa edilə bilərdi.
18. Məhkəmə, iddiaçının müddətin ötürülüb-ötürülməməsi ilə bağlı qeyd etmişdir ki, bundan asılı olmayaraq tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsi əhəmiyyətsiz əqd olduğundan ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir.
19. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9.1, 68-70, 73-75, 296-cı maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.20212-ci il tarixli Qərarına istinadla əsaslandırılmışdır. b) Apellyasiya ins tansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın rədd olunması, ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuşdur.
22. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1316/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kəri mov və S.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-2.1, 109.2, 109-3-cü maddələrinə, habelə "xxxx" MTK-nın nizamnaməsinin 3-cü bəndinə istinadla qeyd etmişdir ki, iddiaçı onunla əmək müqaviləsi bağlandığı və işdən azad olunduğu dövrdə kooperativin üzvü olmamış, qeyd olunan maddi hüquq normalarının və nizamnamənin tələblərinə zidd olaraq kooperativin direktoru vəzifəsinə təyin olunmuşdur. Kooperativin sədri kooperativ üzvlərinin ümumi yığıncağının qərarı ilə seçildikdən sonra onunla əmək müqaviləsi bağlana bilərdi. İddiaçının arvadının mülkiyyətində "xxxx" MTK tərəfindən i nşa edilmiş mənzilin olması, həmin mənzilin onunla arvadının birgə nikahları dövründə alınması və həmin mənzildə onun da payının olması, onun və ya onun arvadının kooperativin üzvü olmaları anlamına gəlmir. O, kooperativin üzvü olmadığından, kooperativin direktoru təyin oluna bilməzdi.
24. Bundan başqa tərəflər arasında bağlanmış əmək müqaviləsindən həmçinin müəyyən olunur ki, əmək müqaviləsinin 1.1-ci bəndində işəgötürən tərəfi kimi "xxxx" MTK yazılsa da, həmin müqaviləni bağlamaq üçün (təmsil edən şəxsin) səlahiyyətli şəxsin kim olduğu qeyd olunmamış, həmin müqavilənin 1.2-ci bəndində isə işçi kimi İddiaçı qeyd olunmuş, əmək müqaviləsinin sonunda işəgötürən və işçinin imzasının qarşısında olan imzalar işçi İddiaçı tərəfindən (bu faktı İddiaçı apellyasiya icraatı zamanı izahat verərkən əm ək müqaviləsində olan imzalara baxaraq imzaların ona məxsus olmasını təsdiq etmişdir.) imzalanmış, MTK-ya məxsus möhür vurulmuşdur. Halbuki, bağlanmış əmək müqaviləsi həm işçi həm də, işəgötürən yaxud onun təmsil edən şəxs tərəfindən imzalanmalıdır.
25. Əmək Məcəlləsinə görə işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, işəgötürəntam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs hesab olunur. (ƏM maddə 2,3).
26. Məhkəmə kollegiyası işin hallarını ümumiləşdirərək bu qənaətə gəlib ki, qanunsuz işə götürü lmüş İddiaçı işdən çıxarıldıqdan sonra yenidən həmin işə bərpa olunması qanuni sayıla bilməz. Çünki bu həm yuxarıda qeyd olunan Mülki Məcəllənin 111.1-ci maddəsinin tələblərinin pozulmasına, həm də, Əmək Məcəlləsi ilə müəyyən olunmuş, əmək münasibətlərində tərəflərin, hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhz bu səbəbdən də, bir inci instansiya məhkəməsi İddiaçı Cənub” MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının 01 saylı xx.xx.2022-ci il tarixli 01 nömrəli qərarı ilə işdən azad olunmasının qanuni və ya qanunsuz olması halı üzrə araşdırma aparılmasına zərurət görməmiş, hesab etmişdir ki, "xxxx" MTKnın üzvlərinin növbədənkənar ümumi yığıncağının 01 saylı xx.xx.2022-ciil tarixli 01 nömrəli qərarında iddiaçının direktor vəzifəsindən azad olunmasının əsası kimi vəzifəsinin öhdəsindən gələ bilmədiyinin qeyd olunması, iddiaçının işdən azad edilməsi barədə həmin qərarın qanuni və əsaslılığının şübhə altına alınması üçün əsas ola bilməz. Əksinə iddiaçının işdən azad olunmasının səbəblərindən asılı olmayaraq onun yenidən həmin vəzifəyə bərpa olunması, Mülki Məcəlləsinin 111.1-ci maddəsinin tələblərinin pozulmasına g ətirib çıxara bilər.
27. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı tərəfindən MTK-ya məxsus möhürlərin, seyf açarlarının, kooperativin hüquqi sənədlərinin, maliyyə sənədlərinin, kadrların uçotu üzrə sənədlərinin və kooperativin fəaliyyətini əks etdirən digər sənədlərin özündə saxlaması qanunsuzdur və müəssisənin normal fəaliyyət göstərməsinə imkan vermir. Bu isə cavabdehin iddia tələbinin təmin olunması üçün kifayət qədər əsaslar yaratmış olur.
28. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin tam ləğv edilməsini, işin yeni baxışa göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı MTK-ya təxminən 7 il müddətinə rəhbərlik etmiş və qanuni təmsilçisi olmuş, bu müddət ərzində MTK-nın təsisçilərinin onun bu vəzifədə fəaliyyət göstərməsinə heç bir etirazı olmamış, o cümlədən kooperativin ali idarəetmə orqanı olan kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən iddiaçının bu vəzifədə olmasına dair etiraz daxil olmamış və bunu mübahisəsiz hal kimi qəbul etmişlər. Bu hadisədən 7 il sonra məhkəmənin həmin əqdi qanunsuz və etibarsız hesab etməsi Mülki Məcəllənin tələblərinin kobud formada pozulmasıdır. Əgər həmin müqavilə qanunsuz olaraq bağlanmışdırsa, deməli 7 il ərzində MTK-nın iddiaçı tərəfindən imzalanmış bütün əqdləri qanuns uz və etibarsız olmuş, onun bütün hüquqi nəticələri MTK və onun təsisçiləri tərəfindən qəbul edilə bilməz. Bu da MTK tərəfindən inşa edilmiş binada kooperativ üzvləri ilə bağlanan bütün əqdlərin qanunsuz və etibarsız hesab edilməsi ilə nəticələnə bilər. Bundan başqa, MTK-dan iddiaçı ilə arvadı X5 birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən, 40 nömrəli mənzil alınmışdır. Odur ki, cavabdehdən alınmış bu mənzil həm də, iddiaçının mülkiyyəti hesab edilir, həmin mənzildə onun da payı vardır. Mənzil birgə nikahları dövründə alındığı üçün iddiaçı da mənzilin mülkiyyətçisi və dolayı yolla MTK-nın üzvüdür. Odur ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi üçün qeyd edilən əsas, yəni iddiaçının kooperativin üzvü olmaması səbə bindən kooperativin direktoru seçilə bilməməsi qanunvericiliyə uyğun deyildir. Təsisçilər tərəfindən qeyd edilmişdir ki, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində müəssisənin və mülkiyyətçilərin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Lakin bu hal heç bir mötəbər sübutlarla təsdiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 109-2.1. Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər.
33. Maddə 109.2. Kooperativ üzvü bu Məcəllən in tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.
34. Maddə 109-3. Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Maddə 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz.
35. Maddə 111.10. Kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yı ğıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
36. Maddə 3. 4-1. Əmək münasibətləri - əmək qanunve riciliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
37. Maddə
11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
38. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisə ləndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, işin məhkəmələr tətəfindən müəyyən olunan halları bu qərarın 1-4-cü paraqraflarında göstərilmişdir.
48. İddiaçı onun təyin edildiyi seçkili vəzifə üzrə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və MTK-nın bu məzmunda qərarının ləğv olunmasını tələb edir.
49. Nəzərə alınmalıdır ki, iddia tələbi, Mülki Məcəllənin kooperativin fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən normalarının işığında təhlil olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmiş və hesab etmişdir ki, iddiaçı kooperativin üzvü olmadığına görə kooperativin direktoru seçilə bilməz.
50. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Çünki Mülki Məcəllənin 111.1-ci maddəsinin imperativ tələbinə görə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. İddianın təmin olunması, bu normanın tələblərinə zidd olan hüquqi vəziyyət yarada bilər. Buna görə də apelyasiya instansiyası məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
51. Kassatorun «Əgər həmin müqavilə qanunsuz olaraq bağlanmışdırsa, deməli 7 il ərzində MTK-nın iddiaçı tərəfindən imzalanmış bütün əqdləri qanunsuz və etibarsız olmuş, onun bütün hüquqi nəticələri MTK və onun təsisçiləri tərəfindən qəbul edilə bilməz. Bu da MTK tərəfindən inşa edilmiş binada kooperativ üzvləri ilə bağlanan bütün əqdlərin qanunsuz və etibarsız hesab edilməsi ilə nəticələnə bilər» dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil əsassızdır. Birinci instansiya məhkəməsinin «MTK-nın direktoru vəzifəsinə təyin edilməsi barədə "xxxx" MTK ilə onun arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsi əhəmiyyətsiz əqddir» mövqeyi, keçmiş direktorla bağlanmış müqavilələrin formal olaraq etibarsızlığına səbəb olmur. Çünki MTK ilə iddiaçının arasında olan münasibət lər və iddiaçının təmsilçiliyi ilə bağlı MTK ilə üçüncü şəxslər arasında yaranan münasibətlər fərqləndirliməlidir.
52. İddiaçının arvadının mülkiyyətində "xxxx" MTK tərəfindən inşa edilmiş mənzilin olması və buna əsasən iddiaçının da kooperativin üzvü sayıldığı barədə kassatorun dəlilinə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilərək əsassız sayılmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin mövqeyini Mülki Məcəllənin 109-2-ci maddəsinin tələbinə uyğun hesab edir.
53. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şəra it yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1316/2023 nömrəli mülki iş üzrə 9 oktyabr 2023-cü il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.