Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-937/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, müstəqil tələb irəli sürən üçüncü şəxs vəkili Hacıyev Vüqar Oqtay oğlunun iştirakı ilə, üçüncü şəxs Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Üçüncü şəxs Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019cu il tarixli qərardad ından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehə qarşı “müqavilə üzrə borcun tutulması və sair” tələbinə dair iddia ərizəsi ilə, müstəqil tələb irəli sürən 3-cü şəxs cavabdehlər İddiaçı və Cavabdehə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Yasamal rayon məhkəməsinin 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Mehrəliyev, iş № 2(004)-1904/2017) 1-ci iddia təmin edilmiş, 3-cü şəxsin iddiası isə rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və H. Həmidov, iş № 2(103)-850/2018) Cavabdeh verdiyi apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir Yasamal Rayon Məhkəməsinin 2(004)-1904/17 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən 3-cü şəxs apelyasiya şikayəti vermişdir. Bakı Аpelyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 09 oktyabr 2019-cu il tаrixli qərardadı ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)-12888/2019) müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Üçüncü şəxs kassasiya şikayətini onunla əsas landırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Üçüncü şəxsin vəkili Hacıyev Vüqar Oqtay oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qərardadının ləğv ed ilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və sair” tələbinə dair iddia ərizəsi ilə, müstəqil tələb irəli sürən 3-cü şəxs cavabdehlər İddiaçı və Cavabdeh oğluna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” t ələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Yasamal rayon məhkəməsinin 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə 1-ci iddia təmin edilmiş, 3-cü şəxsin iddiası isə rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh verdiyi apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir Yasamal Rayon Məhkəməsinin 2(004)-1904/17 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən 3-cü şəxs apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bundan əvvəl Bakı Apelyasiya Məhkəməsi tərəfindən cavabdehin ve rdiyi apelyasiya şikayətinə baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmış, onun şikayəti təmin edilməmiş və mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmış, qətnamə qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Birinci instansiya məhkəməsinin qətnaməsi bundan əvvəl apelyasiya qaydasında tam yoxlanıldığından və dəyişdirilmədən saxlanıldığından, həmin qətnamənin yenidən yoxlanılması (təftiş edilməsi) prosessual qanunverciliyə görə yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 403-cü maddəsində apelyasiya instansiya məhkəməsinin qətnamə və qərardadlarından şikayət verə bilən şəxsl ərin konkret dairəsi göstərilmişdir. Belə ki, həmin maddədə qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər (iddiaçı və cavabdeh), üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxlər şikayət verə bilərlər.” Üçüncü şəxs kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normalarının pozulduğuna istinad etmişdir. Üçüncü şəxs kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, əsasən bir neçə prosessual hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə koll egiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli q ərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-937/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-937/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver