Məhkəmə qərarları › İş №2(102)-937/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-937/2021

25.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-937/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, iddiaçılar İddiaçı1 (eyni zamanda İddiaçı4 nümayəndəsi), İddiaçı2, İddiaçı3, onların vəkili X4, Cavabdeh1 və onun vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XXX/2020 nömrəli iş üzrə XXX 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Mübahisənin predmeti olan mənzil - x mərtəbəsində, yaşayış sahəsi 63,33 kv.m. olan, 4 otaqlı, 86 nömrəli mənzili Bakı şəhəri Oktyabr Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 19 mart 1976-cı il tarixli 15 nömrəli Qərarı əsasında verilmiş 01 aprel 1976-cı il tarixli 158444 nömrəli Orderlə X2 istifadəsinə verilmiş, sonradan küçənin adı və evin nömrəsi dəyişdirilərək, X1 küçəsi, ilə əvəzlənmişdir. X2 arvadı İddiaçı1 (həmin zaman Əliyeva) ilə nikahları pozulduqdan sonra, kirayəçi x mənzildən köçmüş və Xətai Rayon Məhkəməs inin 16.09.1994-cü il tarixli 2-819-94 saylı qətnaməsi ilə xin X1 nömrəli evin nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Xətai Rayon İcra Hakimiyyəti başçısının 07 aprel 1995-ci il tarixli M1615 nömrəli sərəncamı ilə mənzilin kirayə müqaviləsi İddiaçı1 ilə bağlanmışdır. Hazırda mənzildə qeydiyyatda olmaqla iddiaçıların və cavabdehlərin istifadə hüququ vardır. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə Cavabdeh1 və onun arvadı Cavabdeh2 mübahisəli mənzilə köçürülmələri qət edilmişdir. Tərəflər arasında mübahisə mövcud olduğundan mübahisəli mənzil hələ özəlləşdirilməmişdir. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, X5, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, x1 saylı mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan otağın cavabdehlərin istifadəsinə verməklə, onların həmin otağa köçürülmələri, həmin hissəyə cavabdehlərlə ayrıca kirayə müqaviləsi bağlanmaqla mənzilin ümumi istifadə yerlərindən birgə istifadə olunması, ümumi istifadədə olan və bölünməsi mümkün olmayan kommunal xidmət haqqlarının 1/3 hissəsinin cavabdehlər tərəfindən ödənilməklə mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda mənzildə qeydiyyatda olmaqla 6 nəfərin istifadə hüququ vardır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə Cavabdeh1 və onun arvadı Cavabd eh2 qazının mənzilə köçürülmələri qət edilmişdir. Məhkəmə qətnaməsində Cavabdeh1 və Cavabdeh2 mənzilə köçürülməsi qət edilsə də, mənzildən istifadə qaydası müəyyən edilməmiş, onların mənzilin məhz hansı hissəsinə köçməli olması müəyyən edilməmişdir. Oğlunun və arvadının ona qarşı həddən artıq kobud rəftarı, onu təhqir etmələri, aşağılamaları, hətta ona şər atıb onların əşyalarını oğurlamaqda suçlamaları onunla və bacıları ilə Zaurun və onun arvadının arasında keçilməz uçurum yaratmışdır. Əslində onunla bir mənzildə yaşamaqları mümkün deyil. O, dəfələrlə oğluna və onun arvadına təklif etmişdir ki, mənzilin 1/3 hissəsini onun, 2/3 hissəsini isə öz adına özəlləşdirib satsınlar, satışdan əldə edilən pulu isə paylarına uyğun bölüşdürsünlər. Hesab edirlər ki, gələcəkdə tamamilə ayrı-ayrı mənzill ər alıb köçənədək, cavabdehlər mənzilə köçməkdə israrlı olduqları üçün, mənzildən istifadə qaydası, cavabdehlərin mənzilin məhz hansı hissəsinə köçürülməli olduqları, mənzilin onlara aid hissəsinə ayrıca kirayə müqaviləsi bağlanması, onlar tərəfindən mənzil kirayə haqqının və kommunal xərclərin hansı qaydada ödəməli olduqları məhkəmə qaydasında müəyyən edilməlidir. Mənzildən istifadə qaydası müəyyən edilərək mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, girişdən sol tərəfdə, sahəsi 16,53 kv.m. olan otaq cavabdehlərin istifadəsinə verilməklə, onların həmin otağa köçürülmələrini, həmin sahəyə onlarla ayrıca kirayə müqaviləsi bağlanmasını, istifadə etdikləri yaşayış sahəsinin kirayə haqqını ayrılıqda ödəməklərini, habelə ümumi istifadə yerlərindən birgə istifadə etməklə kommunal xərclərin (işı q, qaz, sudan istifadə haqqı və s.) 1/3 hissəsinin onlar tərəfindən ödənilməsini təklif edirlər.

4. İddiaçıların vəsatətinə əsasən məhkəmə tərəfindən Xətai rayon İcra Hakimiyyəti və Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişlər.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2(011)-6931/2018 nömrəli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddiaçılar İddiaçı1, X1, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə qaydasının müəyyən edilməsi və sair” tələblərinə dair iddialarının təmin edilməməsi qət olunmuşdur.

6. Məhkəmə mülki işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, hazırki iddianın formal qaldırıldığı təsdiq edildiyi, faktiki iddiaçılar cavabdehlərlə birl ikdə yaşamaq istəmədiklərini etiraf etdikləri, cavabdehlər iddianın təmin olunmasına etiraz etdikləri üçün iddia təmin edilməməlidir. Həmçinin mübahisəli mənzil dövlət mənzil fonduna aid olduğundan həmin mənzildən istifadə, habelə kirayə müqaviləsinin bağlanması ilə bağlı tərəflər müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Eyni zamanda cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları tanınsa da, onlar həmin mənzilə köçürülmədiyindən, həmin mənzildə hələ faktiki yaşamadığından iddiaçılar ümumi istifadədə olan kommunal xidmət haqlarının 1/3 hissəsinin cavabdehlər tərəfindən ödənilməsini tələb etməkdə haqlı deyillər.

7. Məhkəmə qətnaməsini 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 4, 5, 10, 16, 48, 51, 53, 54-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

8. Q ətnamədən narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2(103)-2228/2019 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2(011)-6931/2018 nömrəli qətnaməsinin ləğv olunması və iddianın qismən təmin olunaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, x1 saylı mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan v ə 3 nömrəsi ilə işarələnmiş sahəsi 13,6 kv.metr olan otaqların cavabdehlərin, digər iki otağın -4 nömrəsi ilə işarələnmiş sahəsi16,6 kv.metr və 5 nömrə ilə işarələnmiş16,6 kv.metr olan otaqların iddiaçıların istifadəsində saxlanması, mənzilin ümumi istifadə yerlərinin (giriş, dəhliz, mətbəx, hamam, sanitar qovşağı) tərəflərin birgə istifadəsində saxlanması, iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur.

10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəyə hüquqi qiymət vermək üçün tərəflərin hüquq və vəzifələri arasında ədalətli balansı nəzərə almalıdır. Bundan başqa, bərabər hüquq və vəzifələrə malik olan şəxslərin hüquqlarını həyata keçirmələri eyni hüquqlara malik olan şəxslərin hüquqlarını da pozmamalıdır. Hazırkı mülki işin hallarından da görünür ki, cavabde hlər iddianın təmin edilməsinə razı deyirlər, yəni tərəflər arasında balansı nəzərə alsaq cavabdehlərin hüquqları iddia təmin edilərsə daha çox məhdudlaşır. Yəni iddiaçıların hüququnun həyata keçirilməsi tələbi, əslində eyni hüquq və vəzifələrə malik olan digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə eyni mahiyyət daşıyır. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdehlərin himayəsində yetkinlik yaşına çatmayan uşağı da var. Bu baxımdan yuxarıda sadalanan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, X №-li evin 86 №-li mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2№-si ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan və sahəsi 13.6 kv.m olan otağı cavabdehlərin, digər 2 otaq, sahəsi 16.6 kv.m və 16.6 kv.m olan otaqlar isə iddiaçıların istifadəsində saxlanılmalıdır.

11. Həmçini n məhkəmə iddia tələbinin ümumi istifadə yerlərini birgə istifadədə saxlamaqla cavabdehlərlə və iddiaçılarla ayrıca kirayə müqaviləsinin bağlanılması hissəsi ilə bağlı qeyd etmişdir ki, nə qədər ki, mənzilə köçürülmə ilə bağlı məhkəmə qətnaməsi qüvvədədir, mənzilə köçürülmüş şəxslərin mənzilin ümumi istifadə edilməsi zəruri olan sahələrindən bərabər istifadə etmək hüququ mövcuddur. Yəni mənzilin giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşağından ümumi istifadə qaydası müəyyən edilməlidir.

12. Bundan başqa mənzilə dair cavabdehlərlə və iddiaçılarla ayrıca kirayə müqaviləsinin bağlanması tələbi ilə bağlı qeyd edilmişdir ki, mübahisəli mənzil dövlət mənzil fonduna aid olduğundan həmin mənzilə dair kirayə müqaviləsinin bağlanmasına əsaslar olduğu təqdirdə tərəflər müvafiq icra hakimiyyət i orqanına müraciət etməlidirlər və hazırki halda bu məsələnin məhkəmə qaydasında həll edilməsi əsassızdır və buna zərurət yoxdur.

13. İddia tələbinin ümumi istifadədə olan kommunal xidmətlərə görə xidmət haqlarının 1/3 hissəsinin cavabdehlər tərəfindən ödənilməsi hissəsi ilə bağlı qeyd edilmişdir ki, mübahisəli mənzilin 2 otağının iddiaçıların, 2 otağının isə cavabdehlərin istifadəsində saxlanılmaqla mənzildən istifadə qaydaları müəyyən edildiyindən, habelə tərəflər arasında kommunal xidmətlərin ödənilməsi ilə bağlı hər hansı bir mübahisə yaranmadığından, həmçinin bu halı təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir.

14. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini 01.10.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsini n 51, 52, 53, 54, 83, 84 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 228.5, 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

15. İddiaçılar kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 avqust 2019-cu il tarixli 2(103)-2228/2019 nömrəli qətnaməsinin dəyişdirilərək iddia tələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – İ.Xələfov sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev və Gündüz Quliyev) XXX 2020-ci il tarixli, XXX/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 28 avqust 2019-cu il tarixli qə tnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Kassasiya məhkəməsi qərarında qeyd edilmişdir ki, iş materiallarına əsasən iddiaçılar mənzildən istifadə qaydasının müəyyən olunmasına dair iddia tələblərində cavabdehlərin istifadəsinə mənzilin girişindən sol tərəfdə yerləşən, sahəsi 16,53 kv.metr təşkil edən bir otağın verilməsini, qalan üç otağın isə onların istifadəsinə verilməsini xahiş etmişlər. İddiaçılar iş üzrə qətnamə qəbul edilənə qədər iddialarını dəyişməmiş və məhkəmədə verdikləri izahatlarında həmin tələblərinin təmin edilməsini xahiş etmişlər.

18. Kassasiya məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi yalnız iddiaçılar tərəfindən irəli sürülmüş tələbin təmin edilməsinin mümkünlüyünə baxıb qətnamə qəbul etməli olduğu halda, M PM 218.3-cü maddəsinin ziddinə olaraq iddia tələbindən kənara çıxaraq hər bir tərəfin istifadəsinə iki otağın verilməklə mənzildən istifadə hüququnun müəyyən olunması barədə qətnamə qəbul etmişdir. İddiaçılar belə bir tələb irəli sürmədiklərindən məhkəmə kollegiyası mənzildən istifadənin həmin qaydada müəyyən olunması barədə qətnamə qəbul etməklə qanunun tələbini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə iddia tələbindən kənara çıxmaqla baxıldığından qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına göndərilməlidir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) 30 iyul 2020-ci il tarixli qətnaməsi XXX/2020 nömrəli qəra rdadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli 2(011)-6931/2018 nömrəli qətnaməsi ləğv olunmuş, iddiaçılar İddiaçı1, X5, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı x1 saylı mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan otağa cavabdehlərlə ayrıca kirayə müqaviləsi bağlanması hissədə icraata xitam verilməsi qərara alınmışdır.

20. Qərardad proses iştirakçıları tərəfindən mübahisələndirilməmişdir.

21. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) 30 iyul 2020-ci il tarixli qətnaməsi 2(103)-3788/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 31.10.2018-ci il tarixli XXX/2018 nömrəli qətnaməsi ləğv olunmuş, iddiaçılar İddiaçı1, X5, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı x1 saylı mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan otağın cavabdehlərin istifadəsinə verməklə, onların həmin otağa köçürülmələri, mənzilin ümumi istifadə yerlərindən birgə istifadə olunması, ümumi istifadədə olan və bölünməsi mümkün olmayan kommunal xidmət haqlarının 1/3 hissəsinin cavabdehlər tərəfindən ödənilməklə mənzildən istifadə qaydasının müəyyən edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin himayəsində yetkinlik yaşına çatmayan uşaqları var. 01.10.2009-cu il tarixəd ək qüvvədə olan MM-in 40-cı maddəsi isə mənzil sahəsi normasını adambaşına 12 kv.m. müəyyən etmişdir.

23. İddiaçılar mənzildən istifadə qaydalarının müəyyən olunmasına dair iddia tələblərində cavabdehlərin istifadəsinə mənzilinin girişindən sol tərəfdə yerləşən, mənzilin sxemində 2 nömrəsi ilə işarələnmiş, sahəsi 16.53 kv.m olan bir otağın verilməsini, qalan üç otağın isə onların istifadəsinə verilməsini xahiş etmişlər.

24. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qərarındakı göstərişləri nəzərə alaraq, qeyd etmişdir ki, yalnız iddiaçılar tərəfindən irəli sürülmüş tələbin təmin edilməsinin mümkünlüyünə baxıb qətnamə qəbul etməlidir. Hər bir tərəfin istifadəsinə iki otağın verilməklə mənzildən istifadə hüququnun müəyyən olunmasının iddia tələbindən kənara çıxma olduğundan və iddiaçılar belə bir tələb irəli sürmədiklərindən mənzildən istifadənin həmin qaydada müəyyən olunması qanunun tələbinə ziddir.

25. Bundan başqa cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları tanınsa da, onlar həmin mənzilə köçürülmədiyindən, həmin mənzildə hələ faktiki yaşamadığından iddiaçılar ümumi istifadədə olan kommunal xidmət haqlarının 1/3 hissəsinin cavabdehlər tərəfindən ödənilməsini tələb etməkdə haqlı deyillər.

26. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 4, 5, 10, 16, 48, 51, 53, 54, 123-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

27. İddiaçılar kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-cu il tarix li 2(103)-3788/2020 nömrəli qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin mübahisəli mənzil sahəsində istifadə hüquqlarının olması və onların məhkəmə qətnaməsi əsasında mənzilə köçürülməli olmaları işin heç kəs tərəfindən mübahisələndirilməyən halıdır. Ona görə də, rayon məhkəməsinin qətnaməsində, habelə apellyasiya məhkəməsinin əvvəlki qətnaməsində olduğu kimi, apellyasiya məhkəməsinin hazırki qətnaməsində də Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4-cü, 5-ci, 10-cu, 16-cı, 48-ci, 51-c i, 53-cü və 54-cü maddələrinə istinad edilməsinə heç bir ehtiyac yox idi. Yəni həmin maddələrə əsassız olaraq, görüntü yaratmaq üçün istinad edilmişdir. Mənzil xüsusi mülkiyyətdə olmadığı halda, Azərbaycan Respublikasının keçmiş Mənzil Məcəlləsinin 123-cü maddəsinə, habelə Mülki Məcəllənin 228-ci maddəsinə istinad edilməsi də yanlışdır. İş üzrə ciddi əhəmiyyəti olmayan halların, ehtiyac olmayan hüquq normalarının və tərəflər arasında olmuş məhkəmə aktlarının geniş surətdə təsvir və təhlil edilməsinə və məhkəmə qətnaməsində mübahisəli mənzilə dair hüquqların 2000-ci ilədək yarandığından mübahisənin həllinin 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməli olmasının göstərilməsinə baxmayaraq, həmin Məcəllənin 84-85-ci maddələrinə istinad edilməmişd ir. 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 81-ci maddəsinə də istinad edilməmişdir. Yəni tətbiq edilməli olan hüquq norması tətbiq edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, cavabdehlərin himayəsində yetkinlik yaşına çatmayan uşaqları var. 01.10.2009-cu il tarixədək qüvvədə olan MM-nin 40-cı maddəsi isə mənzil sahəsi normasını adambaşına 12 kv.m. müəyyən etmişdir. Lakim məhkəmələr nəzərə almamışlar ki, həmin məntiqlə mənzilin ümumi yaşayış sahəsi ən azı 84 kv.m. olmalıdır, əslində isə mübahisəli mənzilin yaşayış sahəsi cəmi 63,3 kv.m. Cavabdehlər iddiaçıların hüquqlarını məhdudlaşdırmaq məqsədilə mənzilin özəlləşdirilməsinə və sair formada bölünməsinə mane olmaqla öz hüquqlarından sui-istifadə edirlər.

29. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı e tirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların vəkili M.Məcidov Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XXX/2020 nömrəli iş üzrə XXX 2020-ci il tarixli qətnaməsindən tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

31. Cavabdeh1 və vəkili X kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

32. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respubl ikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

33. Maddə 53 İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü h issəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

34. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

35. Maddə

40. Mənzil sa həsi norması adambaşına on iki kvadratmetr müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

40. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

44. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialla rında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. İş üzrə iddiaçılar kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyə n edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən yaşayış sahəsi 63,3 kv.m təşkil edən 4 otaqlı mənzilin otaqlarının mənzildən bərabər istifadə hüququ olan 6 nəfər arasında, hər birinə bərabər miqdarda yaşayış sahəsi təmin edilməklə ayrılması mümkün deyildir. İddiaçıların təklif etdiyi qaydada istifadə qaydasının müəyyən edilməsi cavabdehlərin mənzildən istifadə hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarır.

49. Eyni zamanda, məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan görünür ki, cavabdehlərin həmin mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi mövcud olsa da, həmin qətnamə icra edilməmiş, cavabdehl ər həmin mənzildə hal-hazırda yaşamırlar. Belə olan halda, mənzilin kommunal xidmət haqlarının 1/3 hissəsinin cavabdehlər tərəfindən ödənilməsi barədə tələbin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən maddi hüquq normaları məhkəmlər tərəfindən pozulmamışdır. Buna görə də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XXX/2020 nömrəli iş üzrə XXX 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar