Məhkəmə qərarları › İş №2(102)-937/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-937/2022

08.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-937/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cehiz əmlakın evdən çıxarılması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2333/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 08 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin giriş hissəsindən sol tərəfdə yerləşən 2-ci otağında saxlanılan iddia tələbində qeyd edilən 12 adda cehiz əmlaklarının onun mülkiyyətində olan evdən və torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə, həmin mənzildən və digər yardımçı sahələrdən istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqla rı ilə birlikdə İddiaçı adına olan ünvan 1 saylı mənzilə köçürülməsi, həmin mənzildən və digər yardımçı sahələrdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 24.11.1947-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş və hal-hazırda qızı və nəvəsi ilə birlikdə xüsusi mülkiyyətində olan və 0.04 ha torpaq sahəsində yerləşən Lənkəran şəhəri, M.P.Vaqif küçəsi, döngə1, ev3A saylı, 2otaqlı fərdi yaşayış evinin şüşəbənd hissəsində yaşayır. Buna da səbəb oğulları və gəlinləridır. Cavabdeh Məmmədova (Həbibova) Sona Əfləddin qızı 04.12.2003-cü il tarixdə böyük oğlu X5 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və mülkiyyətində olan (h əmin vaxt sözügedən ev 17.10.1986-cı il tarixdə verilmiş qeydəalma vəsiqəsinə əsasən onun qanuni mülkiyyətində olmuşdur.) evə gəlin köçmüşdür. Cavabdeh onun mülkiyyətində olan evə gəlin köçərkən özünə məxsus cehiz əmlaklarını da gətirib evin giriş hissəsindən sol tərəfdə olan 2-ci otağına yerləşdirmiş və buna dair onunla heç bir müqavilə (qanunvericiliklə müəyyən edilmiş qaydada) bağlamamış və o da üzərinə hər hansı öhdəlik götürməmişdir. Əksinə ailə daxili danışıqlara görə onlar bir müddət yaşadıqdan sonra hər iki oğlu başqa yerdə işlədiklərindən öz ailələrini də aparmalı idilər. 2007-ci ildə kiçik oğlu İmran Sevda adlı xanımla ailə həyatı qurmuş və sonuncu da öz cehiz əmlakları ilə birlikdə onun müİkiyyətində olan evin giriş hissəsindən sol tərəfdə yerləşən 1-ci otağına köçmüşdür. Onlar bir müddət mehriban şəraitdə yaşamış və aralarında heç bir narazılıq olmamışdır. Lakin sonradan həm cavabdeh, həm də digər gəlini, həm də oğlanları onu yola verməmişlər. Hətta onlar onun öz evinin istədiyi otağında rahat şəkildə yaşamasına belə icazə verməyərək onu məcburən evin şüşəbənd hissəsinə çıxarmışlar. O, bir müddət buna 2020-ci ildə vəfat etmiş həyat yoldaşının xatirinə dözmüşdür. Hazırda isə vəziyyət dözülməz həddədir. Belə ki, həm isti yay aylarında, həm də soyuq qış aylarında onun evin şüşəbənd hissəsində yaşaması olduqca çətin və lozülməzdir. Hal-hazıradək o öz mülkiyyətində olan evdə rahat şəkildə yaşamaqla oradan istədiyi kimi istifadə edə bilmir. Halbuki, yerli və beynəlxaq hüquq normalarına əsasən bu onun pozulmaz hüququdur. Onun oğlanlarının ikisi də hazırda həmin evdə ya şamırlar. Belə ki, cavabdehin əri-böyük oğlu İlqar Bakı şəhərində işləməklə orada yaşayır. Cavabdeh isə uzun illərdir (10 ildən artıqdır) ki, Lənkəran şəhərində öz valideynlərinin yanında yaşayır. Lakin buna baxmayaraq cavabdehə məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd şifoner, 1 ədəd içərisində qab-qacağı olan servant, 1 ədəd taxt (qoşa kravat), 1 ədəd güzgülü termo və balaca oturacağı, ədəd balaca stol, 6 ədəd stul, 2 ədəd xalça, 2 ədəd tumbuçka, 1 ədəd televizoraltı və pərdə olmaqla 12 adda cehiz əmlakları hal-hazırda istifadə olunmur və onun evindədir. Bu səbəbdən də cavabdehə qarşı əmlakların çıxarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. (Digər gəlini Sevdaya qarşı qaldırdığı iddia isə hal-hazırda məhkəmənin icraatındadır.). O, yaşlı və xəstə olmaqla mütəmadi olaraq müalicə və müayinə olunur. Həmçinin onun narahat şəraitdə yaşaması da səhhətinə mənfi təsir göstəıir. Cavabdehlə isə münasibətləri heç də yaxşı deyildir. Bu yaxınlarda cavabdeh evinə gələrək onu döydüyündən DİN-nin 102 xidmətinə müracəit etmiş və polis şöbəsindən əməkdaş gəlib müvafiq sənədləşmə aparmışdır. Hazırda oğlanları və gəlinləri onunla danışmırlar və ona baxmırlar. Onlarla heç bir əlaqəsi yoxdur. Evində olan kiçik gəlini Sevda ilə də bir evdə yad insanlar kimi yaşayırlar. Hesab edir ki, Cavabdeh özünə məxsus əmlakları onun evindən çıxarmalıdır və həmçinin hesab edir ki, sözügedən evin qanuni mülkiyyətçisi olduğundan buna tamamilə haqqı vardır. Çünki həm ev, həm də evin yerləşdiyi 0.04 ha torpaq sahəsi bütövlükdə onun xüsusi mülkiyyətindədir. Mülkiyyətçi kimi hüquqları mütəmadi olaraq cavabdeh tərəfindən pozulmaqdadır. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı öz iddia ərizəsində qeyd etdiyi kimi o, 04.12.2003-cü il tarixdə X5 ilə rəsmi olaraq ailə qurmuş, nikahlarının rəsimləşdirilməsindən öncə iddiaçı və onun əri X6 onun valideynləri ilə danışaraq əri X5 ilə rəsmi nikahdan sonra ünvan 1 ünvanda yerləşən evdə yaşayacaqlarını bildirdilər. Toy mərasimindən sonra o, X2 yaşadığı evin bir otağına cehizlərini yerləşdirərək gəlin köçmüşdür. Gəlin köçdüyü evdə bir müddət yaşadıqdan sonra iddiaçı ona qarşı qərəzli davranmağa başlamışdır. Evin kiçik oğlu olduğu səbəbindən onun gəlin köçdüyü ünvan 1 yerləşən evin ona veriləcəyini bildirmişdir. Mübahisəli evin 2 otaqdan ibarət olmasına baxmayaraq onlardan əlavə olaraq evdə orda o, uşaqla rı ilə, baldızı və ailəsi ilə birgə qaynı Məmmədov İlqar yaşayırlar. O, yeni gəlin olaraq yaşadığı evi səhmana salmaq istədiyi halda iddiaçı tərəfindən mənfi reaksiya ilə qarşılaşmışdır. O, qey olunan evdə rəsmi ailə üzvü olaraq yaşasa da belə, faktiki olaraq vasadığı evin heç bir kommunal xəttindən istifadə edə bilməmiş, iddiaçı bir çox qadağalar qoymuş, onların bəziləri isə absurd formada olmuşdur. Belə ki, onun uşaqları dünyaya gələndən sonra körpə uşaqları axşam saat 21:00 sonra yatızdırmalı olmuş və körpə gecə oyanıb ağladığı halda iddiaçı ailədə münaqişə yaradaraq ondan məcburi şəkildə körpə uşağın ağlamasını dayandırmasını tələb etmişdir. Onun uzun müddət ərzində gəlin köçdüyü evdə yaşamasına baxmayaraq, iddiaçının törətdiyi hərəkətləri və azyaşlı uşaqlarının daim münaqişəli evdə ya şamasının mümkün olmadığı səbəbindən o, azyaşlı uşaqlarını götürərək bir müddətlik valideynlərinin evində yaşamaq məcburiyyətində qalmışdır. Sonra o, gəlin köçdüyü evə qayıtmaq istəsə də belə, iddiaçı icazə verməmişdir. O, yalnız bir müddətlik həmin evə gələ bilirdi. Sonuncu dəfə avqustun 15-i 2020-ci il tarixində təkrar olaraq mübahisəli evə gələrək həmin evdə qalmaq istədiyi halda cavabdeh təkrar olaraq münaqişə yaradaraq onu qovmuşdur. İddiaçı öz iddia ərizəsində onun gəlin köçdüyü yəni-Lənkəran şəhəri, M.P.Vaqif küçəsi, döngə 1, 3A saylı evin 17.10.1986-cı il tarixdə verilmiş qeydəalma vəsiqəsinə əsasən onun qanuni mülkiyyətində olduğunu qeyd etsə də belə, bu yalan məlumatdır. Belə ki, həmin ev iddiaçının onun qaynatası ilə birgə nikahı dövründə əldə etdiyi mülkiyyətdir. Həmin evə dair qeydiyyat vəsiqəsini 2011-ci ildə əldə etmişlər. Bu müddətə kimi onların mülkiyyət hüququ tanınmamışdır. X1 2020-ci ildə rəhmətə getdikdən sonra onun mülkiyyətində olan əmlakın bi hissəsinin vərəsəsi əri X3r. Həmçinin əri və uşaqları göstərilən evdə qeydiyyatdadırlar. O, azyaşlı uşaqların anası olaraq onlarla birgə yaşayıb qayğısına qalmalıdır. Lakin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən törədilən qeyri-qanuni hərəkətlər nəticəsində o, öz hüquqlarından istifadə edə bilməmişdir. Əlavə olaraq, X5 ilə ailə qurub evləndikdən sonra valideyinləri tərəfindən ona verilən cehiz əmlaklarının hazırda həmin mənzildə saxlanılmasına baxmayaraq, onlardan belə tam şəkildə istifadə edə bilməmişdir. O, ünvan 1 ünvanında yerləşən evə gəlin köçərək 14 il ərzində həmin evdə yaşamasına, həmin evdə cehiz olaraq gətirdiyi əşyalarını yerləşdirməsinə və əri ilə övladlarının göstərilən evdə qeydiyyatda olmalarına baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeyri-qanuni hərəkətləri nəticəsində o, yaşadığı evdən istifadə hüququndan məhrum olmuşdur. Qarşılıqlı cavabdeh hazırda onu gəlin köçdüyü evdən qeyri-qanuni olaraq çıxartmaq istəyir. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 noyabr 2020-ci il tarixli, 2(049)-2174/2020 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) ilk iddianın təmin edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd şifoner, 1 ədəd içərisində qab-qacağı olan servant, 1 ədəd taxt (qoşa kravat), 1 ədəd güzgülü termo və balaca oturacağı, 1 ədəd balaca stol, 6 ədəd stul, 2 ədəd xalç a, 2 ədəd tumbuçka, 1 ədəd televizoraltı və pərdə olmaqla 12 adda cehiz əmlakların iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin giriş hissəsindən sol tərəfdə olan 2-ci otağından və evin yerləşdiyi 0.04 ha torpaq sahəsindən çıxarılması və həmin əmlakların qanuni sahibi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh təhvil verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırma zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı arasında hazırda mübahisə predmeti (qarşılıqlı iddia tələbi üzrə) olan evə (ünvan 2) dair hüquq münasibətinin 2003-cü ildə yarandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-cı maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" 27 iyul 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ediİməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vulki Məcəlləsinin 228.5-ci və Azə rbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 114-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hər iki qərarı hazırki mübahisənin qanuni həlli üçün normativ hüquqi akt kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini müəyyən edir. Buna görə d ə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə mübahisə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarına əsasən həll olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2003-cü ildə tərəflər arasında hüquq münasibətinin yarandığı vaxt iş üzrə (qarşılıqlı iddia tələbi üzrə) mübahisə predmeti olan mənzil (həmçinin mənzilin yerləşdiyi torpaq sahəsi) 1986-cı ildən müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Beləliklə, məhkəmə qarşılıqlı iddia tələbi üzrə mübahisəyə qiymət verərək hesab edir ki, iddiaçıya qarşı verilmiş mənzilə köçürülmə, həmin mənzildən və digər yardımçı sahələrdən istifadə hüququnun t anınması tələbi əsassız olduğundan, yəni Cavabdeh mübahisəli fərdi yaşayış evinə gəlin köçdüyü vaxt fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı ilə MM-nin 228.2-ci maddəsində nəzərədə tutulmuş qaydada fərdi yaşayış evindən istifadəyə dair notarial qaydada təsdiq edilmiş yazılı müqavilə bağlamadığından təmin edilməməlidir. Məhkəmə, ilkin iddia tələbinə münasibət bildirməklə qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olduğundan onun cavabdehə qarşı olan tələbi əsaslı hesab edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçıya məxsus ilk iddia tələbində göstərilən əmlaklar ilk iddiaçının mülkiyyətində olan evdədir. Ona görə də qarşılıqlı iddiaçıya məxsus göstərilmiş cehiz əmlakları ilk iddiaçının mülkiyyətində o lan evdən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respulikası Konstitusiyasının 12.1, 13.1, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 228.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 9.3, 14.1, 77.1, 88, 106.1, 217.2, 217.3, 217.4, 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-cı maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" 27 iyul 2001-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci mad dəsinin şərh edilməsinə” 27 may 2008-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228 1 və 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinın 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Əsədov - sədrlik edən və məruzəçi, Samir Mayılov, Nüsrət Mirzəyev) 31 avqust 2021-ci il tarixli, 2(106)233/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2174/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən doğru qənaətə gəlmişdir. Qətnamə qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona e tirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiaçının şəxsən özünün iştirakı ilə və şahidlərin dindirilməsi təmin edilərək işin yenidən araşdırılması ilə bağlı apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 04.12.2003-cü ildə X5 ilə rəsmi nikaha girərək onunla birlikdə iddiaçıya məxsus evdə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. Təqribən həmin evdə əsaslı təmirlərin aparılması iiə əlaqədar onun sıralı olaraq 12.000 manat xərci çıxmışdır. Evin təmirində plastik a ynabəndlər, divar kağızı və elektrik naqilləri onun vəsaiti hesabına dəyişdirilmişdir. O, bu barədə məhkəmədə dəfələrlə izahat versə də, onun ifadəsi qətnamədə əksini tapmamışdır. İşə baxan hakim iddiaçıya məxsus evə qoyduğu sərmayəni müəyyənləşdirmək məqsədi ilə işin hallarını araşdırmalı və ekspert təyin etməli idi. İşə baxan hakim onun və uşaqlarının başqa yaşayış yeri olubolmamasını araşdırmalı idi. ünvan 2 ünvanında yerləşən əşyalar ona deyil, əri X4 məxsusdur. Apelyasiya instansiya məhkəməsi işə baxarkən əmlakın əsl sahibini müəyyənləşdirməli olduğu halda bu məsələyə baxmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, onunla qarşılıqlı iddiaçı arasında mübahisə predmeti olan ona məxsus mənzildən istifadə hüququnun verilməsinə dair hər hansı yazılı razılaşma olmamışdır. Bu səbəbdən qarşılıqlı iddia tələbi əsaslı sayıla bilməz. Mübahisə predmeti olan evə dair qarşılıqlı iddiaçının hüquq münasibəti 2003-cü ildə yaranmış, 1984-cü ildən isə ev onun xüsusi mülkiyyətindədir. Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə uyğun olaraq qarşılıqlı iddiaçı həmin evə köçürülə və istifadə hüququ tanına bilməz. Göstərilənlərə əsasən o, kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəs inə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-cı maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ediİməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vulki Məcəlləsinin 228.5-ci v ə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 114-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyest rində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələri ndə nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisə predmeti olan evə 12000 manat vəsait sərf etməsini, lakin bu halın araşdırılması ilə bağlı apelyasiya kollegiyası tərəfindən ekspertiza təyin edilmədiyini göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı qeyd olunan istinadı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir ki, bu xüsusatın araşdırılması ilə bağlı hər hansı ekspertiza təyin etməməklə apelyasiya kollegiyası prosessual pozuntuya yol verməmişdir. Qarşılıqlı iddiaçının onun və uşaqlarının başqa yaşayış yerinin olub-olmamasının apelyasiya kollegiyası tərəfindən araşdırılmaması ilə bağlı dəlili üzrə qeyd edilməlidir ki, qarşılıqlı iddiaçının başqa yaşayış yerinin olub-olmamasının araşdırılması onun mübahisə predmeti olan mənzilə köçürülməsinə və ya hüququnun tanınmasına əsas verə biləcək hal olmadığı üçün bu xüsusatı araşdırmamaqla apelyasiya kollegiyası hər hansı hüquq normasının pozuntusuna yol verməmişdir. İlk iddiaçının mənzilində olan əmlakların qarşılıqlı iddiaçıya məxsus olmaması barədə araşdırılma aparılmaması ilə əlaqədar qarşılıqlı iddiaçının dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, qarşılıqlı iddiaçı ilk iddiaçının evində ona məxsus əmlakların olmasını özü etiraf etmişdir. Çıxarılması tələb edilən əmlaklar isə cehiz qism ində verilən əmlaklar olduğundan qarşılıqlı iddiaçının bu barədə göstərdiyi xüsusat da inandırıcı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, qarşılıqlı iddiaçının kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2333/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar