Məhkəmə qərarları › İş №2(102)-939/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-939/2021

26.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-939/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “tikinti işlərinin və onların aparılmasının qanunsuz hesab edilməsi, kənar şəxslərin torpaq sahəsindən çıxarılması, qanunsuz tikililərin cavabdeh şəxsin hesabına sökülərək həmin söküntülərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İd diaçılar İddiaçı1, İddiaçı2 və vəkilləri Nümayəndə, Cavabdehin vəkili xxx oğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)2615/2020 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 XDS İcraiyyə Komitəsinin xx xxxxx 1991-ci il tarixli 4/11 saylı “Vətəndaşlara fərdi mənzil tikmək üçün torpaq sahəsinin ayrılması barədə” qərarından çıxarışına əsasən ünvan 1 nömrəli evdə yaşayan Abşeron rayon 3 nömrəli MİİTS-də suvaqçı işləyən İddiaçı1 yaşadığı evin anasına məxsus olmasını və yaşayış sahəsinin darısqallığını nəzərə alıb ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin x x xxxxxx 1990-cı il tarixli 55 nömrəli qərarına əsasən qəsəbə üçün ayrılmış asudə torpaq sahəsindən 0,10 ha torpaq sahəsi ayrılmış, vətəndaş xxx ayrılmış torpaq sahəsində iki mərtəbəli dörd otaqlı yaşayış sahəsi 76,5 kv.m ümumi sahəsi 101,2 kv.m olan mənzil tikintisinə icazə verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli H-08 saylı məktubuna əsasən ünvan 2 XDS İcraiyyə Komitəsinin xx xxxxx 1991-ci il tarixli 4/İİ saylı qərarı ilə vətəndaşlara 0,10 ha torpaq sahəsi ayrılmış və həmin qərara cizgi və s. başqa sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası X1 Komitəsi yanında xxxx MMC-nin xxxnin xx xxxx 2019cu il tarixli Bçm/087 saylı Arayışına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “tikinti-inşa işlərinin və onların aparılmasının qanunsuz hesab edilməsi, kənar şəxslərin torpaq sahəsindən çıxarılması, qanunsuz tikililərin cavabdeh şəxsin hesabına sökülərək həmin söküntülərin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə mütəxəssis qarşısına qoyulmuş suallar elektron GPS aləti vasitəsilə İdarənin mütəxəssisi, iddiaçının və cavabdehin iştirakı ilə çöl-ölçmə işləri aparılmış, kameral şəraitdə araşdırılarkən məlum olmuşdur ki, daşınmaz əmlaka dair hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki kadastr sənədləri (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) rəsmi surətdə təqdim olunmadığından, mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Apelyasiya baxışında məhkəmə tərəfindən ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin hansı rayonun inzibati ərazisinə aid olması barədə məlumatın və təsdiqedici sənədin təqdim edilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və X1 Xidmətinə sorğu verilmiş və Xidmətin “xxxx” MMC-nin xxx tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, Bçm/053 saylı arayışa əsasən, xx xxxx 2019-cu il tarixli, Bçm/087 saylı arayışda qeyd olunan 0,10 ha torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən ünvan 1 küçəsində yerləşmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 XDS İcraiyyə komitəsinin qərarından xx xxxxx 1991-ci il tarixli, 4/11 №-li qərarı ilə iddiaçıya ayrılan torpaq sahəsinin Cavabdeh tərəfindən hasara alınmasının və orada iki mərtəbəli, kürsülü evin tikinti işlərinin və onların aparılmasının qanunsuz hesab edilməsi, cavabdehin və digər kənar şəxslərin həmin torpaq sahəsindən çıxarılması, qanunsuz tikili olan iki mərtəbəli, kürsülü evin cavabdehin hesabına sökülərək həmin söküntülərin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş “Fərdi mənzilin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” ünvan 2si XDS İcraiyyə Komitəsinin xx xxxxx 1991-ci il tarixli, 4/11 №-li qərarının arxiv çıxarışına və xx xxxxx 1991-ci il tarixli aktına əsasən iddiaçıya qəsəbə üçün ayrılmış torpaq sahəsindən fərdi mənzilin tikintisi üçün 0,10 hektar torpaq sahəsinin ayrılm ası qərara alınmışdır. Hökməli qəsəbə İƏD Nümayəndəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, xxx №-li arayışa əsasən iddiaçıya ünvan 2 ünvanda 0,10 hektar torpaq sahəsi ayrılmışdır. 1991-ci ildə dövlət tərəfindən iddiaçının ailəsinə ayrılan 0,10 hektar (25 m x 40 m) torpaq sahəsində 1991-1992-ci illərdə fərdi yaşayış evi tikilmiş və onlar həmin vaxtdan etibarən göstərilən yaşayış sahəsində yaşayırlar. Qonşuluqda yaşayan cavabdeh iddiaçının bacısının əri olmaqla, 2008-ci ildə təklif etmişdir ki, həyətdə mal-qara saxlamaq üçün tövlə tiksin. O da, cavabdehə aid olan torpaq sahəsində tövlə tikmişdir. Lakin, cavabdeh, qanunsuz olaraq, hasar tikib həmin tövləni onun sahəsindən ayırmışdır. O da bu qanunsuzluğa müdaxilə etdikdə cavabdeh ona və arvadına bədən xəsarəti yetirmişdir. Cavabd ehin özünün istifadəsində 0,12 hektar torpaq sahəsi, həmin torpaq sahəsində evi, geniş həyətyanı sahəsi olmasına baxmayaraq, iddiaçıya aid olan torpaq sahəsində iki mərtəbəli, kürsülü ev və digər köməkçi tikililər inşa etməkdədir. Bununla da, cavabdeh tərəfindən iddiaçının ailəsinə ayrılan 0,10 hektar torpaq sahəsinin təqribən yarısı, yəni 625 kv.m. hasara alınmış və qanunsuz olaraq istifadə etməklə, qanunsuz tikililərin tikinti-inşa işləri aparılır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)8095/2019 nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158, 164.2 və 165.1-ci, Torpaq Məcəlləsinin 66,67, 68-ci və “Torpaq qanunvericiliyinin məhk əmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli 2 saylı qərarına istinad edərək hesab etmişdir ki, İddiaçı1 sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi ona ünvan 1 XDS İcraiyyə Komitəsinin xx xxxxx 1991-ci il tarixli 4/İİ saylı “Vətəndaşlara fərdi mənzil tikmək üçün torpaq sahəsinin ayrılması barədə” qərarı əsasında 0,10 ha torpaq sahəsi ayrılmasını sübuta yetirsə də, mübahisəli torpaq sahəsinin məhz ona ayrılmış həmin 0,10 ha torpaq sahəsi olduğunu təsdiq edən sübutları (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, cizgi və s.) təqdim edə bilmədiyindən onun cavabdehdən sahibliyin qaytarılmasını tələb etmək hüququ yaranmamışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-8095/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2615/2020 nömrəli qətnaməsi ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışinskidən və R.Ə.Eyvazovdan ibarət tərkibdə) iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-8095/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən torpaq sahəsinin yerləşdiyi yerin koordinatları dəqiq şəkildə müəyyən olunmamaqla, mübahisəlidir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı1 ünvan 1ndə ayrılan 0,10 ha torpaq sahəsinin yerləşdiyi yerin və cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən olunması barədə mütəxəssis rəyinin verilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinə tapşırılmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC-nin Bakı Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, Bçm/087 saylı arayışa əsasən, iş üzrə mütəxəssis qarşısına qoyulmuş suallar elektron GPS aləti vasitəsilə İdarənin mütəxəssisi, iddiaçı və cavabdehin iştirakı ilə çöl-ölçmə işləri aparılmış, kameral şəraitd ə araşdırılarkən məlum olmuşdur ki, daşınmaz əmlaka dair hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki kadastr sənədləri (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunmadığından sənəd üzrə mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Apelyasiya baxışında məhkəmə tərəfindən ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin hansı rayonun inzibati ərazisinə aid olması barədə məlumatın və təsdiqedici sənədin təqdim edilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və X1 Xidmətinə sorğu ilə müraciət olunmuş və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMCnin Bakı Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, Bçm/053 saylı arayışa əsasən, Bçm/087 saylı arayışda qeyd olunan 0,10 ha torpaq s ahəsi elektron kadastr məlumat bazasına əsasən ünvan 1 küçəsində yerləşmir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçıların qaytarılmasını tələb etdikləri torpaq sahəsinin yerləşdiyi yerin koordinatlarını dəqiq müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, iddiaçılar da, İddiaçı1 0,10 ha torpaq sahəsi ayrılmasını sübuta yetirsələr də, mübahisəli torpaq sahəsinin məhz ona ayrılmış həmin 0,10 ha torpaq sahəsi olduğunu təsdiq edən sübutları (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, cizgi və s.) təqdim edə bilməmişlər. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tar ixli, 2(103)-2615/2020 nömrəli qətnaməsinin ləğv olunması və apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi, bu mümkün olmadıqda işi yenidən baxılmaq üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi mübahisənin həllinə birtərəfli yanaşmış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaranmamış, bununla da, maddi və prosessual hüquq normalarını pozulmasına yol vermişdir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi çıxdıqdan sonra iddiaçılar tərəfindən əldə edilmiş və xx xxxx 2020-ci il tarixdə vəsatətlə iş materiallarına əlavə olunmuş Abşeron rayon Dövlət Arxivini n xx xxxxxx 2020ci il tarixli məktubu ilə Abşeron rayon Hökməli XDS İcraiyyə Komitəsinin xx xxxxx 1991-ci il tarixli qərarının arxiv çıxarışı və ayrılan torpaq sahəsinin sxemi əks olunmuşdur “həyətyanı torpaq sahəsinin verilməsinə dair” akt və “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə İddiaçı1 ərizəsi ilə əlaqədar onun yaşadığı evə baxış keçirilməsi barədə” xx xxxxx 1991-ci il tarixli akt iş materiallarına əlavə olunmuşdur. Lakin məhkəmə tərəfindən həmin sübutlara heç bir münasibət bildirilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və vəkilləri Nümayəndə kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilmə sini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin vəkili xxxoğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçılar kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8- ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqd im edilir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur.... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhаdətnаmə dövlət torpaq kаdаstrındа və dövlət torpaq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqlаrı təsbit edən müvafiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dair dövlət аktı, torpаqdаn dаimi istifadə hüququnа dair dövlət аktı, torpаqdаn müvəqqəti istifadə hüququnа dair şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dair şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlar müvafiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz ə mlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpaq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqların müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri il ə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın həlli sübutetmə ilə əlaqədardır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq izah etmişdir ki, hazırki iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 164.2-ci maddəsinə əsasən iddiaçıların həmin təl əblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın qanuni sahibi olması, cavabdehin əşyaya faktiki sahiblik etməsi və cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Həmin ünsürlərdən birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Hazırki işdə isə iddiaçılar cavabdehdən tələb etdikləri torpaq sahəsinin qanuni sahiblərinin olmalarını sübut edə bilməmişlər. Belə ki, iddiaçılara ayrılmış torpaq sahəsinin yerləşdiyi yerin və cavabdeh tərəfindən həmin torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyinin alınması qərara alınmış və yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası X1 Komitəsi yanında xxxx MMC-nin xxxnin xx xxxx 2019-cu il tarixli Bçm/087 saylı Aray ışına əsasən mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Apelyasiya instansiyası məhkəməsində isə apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq X1 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu verilmiş və mübahisələndirilən torpaq sahəsinin ümumiyyətlə ünvan 1 küçəsində yerləşmədiyi müəyyən olunmuşdur. İddiaçının tələb etdiyi torpaq sahəsinin ünvan 2 ünvanında yerləşməsinin iddia etdiyi nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsinə dair prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçıların apelyasiya instansiyası məhkəməsinə təqdim etdikləri yeni sübuta qiymət verilməməsinə dair kasasiya şikayətinin dəlillərini əsassı z hesab edir. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsin in Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2615/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar