Məhkəmə qərarları › İş №2(102)-939/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-939/2022

28.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-939/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “torpağın istifadəyə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, yazılı sübutun əslinin işə əlavə olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(106)1975/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Astara rayon XDS-i İcraiyyə Komitəsi tərəfindən 07 fevral 1989-cu il tarixli qərarı ilə Astara şəhəri, Nizami küçəsi 56-da yaşayan X3 məxsus 0,11 ha torpaq sahəsindən oğlu İddiaçı adına fərdi yaşayış evi tikmək məqsədi ilə 0,04 hektar torpaq sahəsinin ayrılması barədə tərtib olunmuş sənədlər təsdiq olunmuşdur. X4 12 may 1989-cu il tarixli vəsiyyətnamə ilə Astara şəhəri, Nizami küçəsi, ev 56-da yerləşən mülkü və bütün əmlakını digər oğlu Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 04 may 2007-ci il tarixli, ******* nömrəli çıxarışın kserosurətinə əsasən Astar a şəhəri, Nizami küçəsində 0,12 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 146,5 kv.m yaşayış, 171,4 kv.m köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-da yerləşən 0,11 hektar torpaq sahəsindən Astara rayon XDS-i İcraiyyə Komitəsinin 07 fevral 1989-cu il tarixli, 3 saylı qərarına əsasən fərdi yaşayış evi tikməkdən ötrü iddiaçının adına verilmiş 0,04 hektar torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, t ərəflərin anaları X2 istifadəsində və sahibliyində 0,11 ha həyətyanı torpaq sahəsi olmuş, sonuncunun razılıq ərizəsi əsasında Astara rayon XDS-i İcraiyyə Komitəsinin 07 fevral 1989-cu il tarixli, 3 saylı qərarı ilə torpaq sahəsindən iddiaçıya yaşayış evi tikmək məqsədi ilə 0,04 hektar torpaq sahəsi ayrılmışdır. Əvvəllər maddi imkanı olmadığı üçün iddiaçı evi tikə bilməmiş, hazırda həmin 0,04 hektar torpaq sahəsində ev tikmək qərarına gəldikdə isə, qardaşı olan cavabdeh iddiaçıya mane olmuşdur. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon XDS-i İcraiyyə Komitəsinin 07 fevral 1989-cu il tarixli, 3 saylı iclas protokolunun və ondan çıxarışın ləğvinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(018)-28/2021 nömrəli qərardadı ilə (hakim Z.V.İbrahimov) İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Astara Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(018)-28/2021 nömrəli qətnaməsi ilə (hakim Z.V.İbrahimov) İddiaçı Cavabdeh qarşı “torpağın istifadəyə verilməsi” tələbinə iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının adına ayrılmış 0,04 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyi üçün iddia əsassızdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(018)-28/2021 nömrəli qətnaməsinin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmi şdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(106)-1975/2021 nömrəli qətnaməsi ilə (hakim Z.A.Zeynalovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.M.Allahyarovdan və M.K.Həsənovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 16 mart 2021ci il tarixli, 2(018)-28/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1 və 4-cü hissələrinə, 68-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, mübahisəli 0,04 hektar torpaq sahəsi üzərində İddiaçı hüquqları dövlət qeydiyyatına alınmamış və Cavabdeh tərəfindən İddiaçı hüquqlarının pozulması təsdiqlənməmişdir. Apellyasiya ş ikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Astara rayon XDS-i İcraiyyə Komitəsinin 07 fevral 1989cu il tarixli, 3 saylı iclas protokolundan çıxarışa görə Astara şəhəri, Nizami küçəsi 56-da yaşayan X3 məxsus 0,11 ha torpaq sahəsindən oğlu İddiaçı adına fərdi yaşayış evi tikmək məqsədi ilə 0,04 hektar torpaq sahəsinin ayrılması barədə qərar qəbul olunmuşdur. 12 may 1989-cu il tarixli vəsiyyətnamə ilə müəyyən edilmişdir ki, X1 şəhəri, Nizami küçəsi ev 56-da yerləşən mülkü və bütün əmlakını oğlu Cavabdeh vəsiyyət etmişdir. Ona görə də, Astara rayon XDS-i İcraiyyə Komitəsinin 07 fevral 1989-cu il tarixli, 3 saylı iclas protokolundan çıxarışın verilməsi əsas olduğu halda məhkəmə həmin qərarı hüquqmüəyyənedici sənəd kimi qəbul etməmə sinə aydınlıq gətirməməsi, qətnamədə məhkəmə tərəfindən 04 may 2007-ci il tarixli, ******* nömrəli çıxarışa istinad edilməsi əsasları məlum olmaması, bu halların qətnamənin qanunsuz və əsassız olduğunu şərtləndirməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(106)-1975/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Astara rayon XDS-i İcraiyyə Komitəsinin 07 fevral 1989-cu il tarixli iclas protokolundan çıxarışa görə İddiaçı fərdi yaşayış evi tikmək məqsədi ilə 0.4 hektar torpaq sahəsinin ayrılması barədə qərar ləğv edilməmiş, anası tərəfindən cavabdehə vəsiyyətnamə iddiaçıya torpaq sahəsi ayrıldıqdan sonra verilmiş, qeyd olunan halların araşdırılmaması nəticəsində iddiaçının torpağa sahiblik və istifadə hüquqları pozulmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkə məsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməs inin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin m əzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra h əmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olu nmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, hab elə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndində əsasən məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn form asını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iddianın mahiyyəti ondan ibarətdir ki, Astara rayon XDS-i İcraiyyə Komitəsi tərəfindən 07 fevral 1989-cu il tarixli qərarı ilə iddiaçının istifadəsinə ayrılmış 0,04 ha torpaq sahəsi qardaşı olan cavabdeh tərəfindən zəbt olunmuşdur. İddianı rədd edən məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, id diaçı tələb etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim etməmişdir. Bu zaman iş üzrə alınmış mütəxəssis və ekspert rəylərinə, cavabdehin adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa istinad olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının dəlillərinə tam hüquqi qiymət verilməmiş, mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirilən torpaq sahəsinə hüquqlarını təsdiq edən sənədlərin olmadığını qeyd etsə də, cavabdehin bu torpağa dair sənədlərin mötəbərliyini yoxlamamışdır. Halbuki, iddiaçı Astara rayon XDS-i İcraiyyə Komi təsi tərəfindən 07 fevral 1989-cu il tarixli protokoldan çıxarışın notarial qaydada təsdiq olunmuş surətini təqdim etmişdir. Digər tərəfdən, iş materiallarının 22, 42 və 66-cı vərəqlərində cavabdehin adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın sadə kserosurətləri əlavə edilsə də, onların heç biri MPM-in 89.3-cü maddəsinin tələblərinə uyğun təsdiq olunmamışdır. Bu zaman apellyasiya məhkəməsi iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuş halları da nəzərə almamışdır. Belə ki, ekspertiza təyin edilməsi barədə qərardadda qoyulmuş 2-ci sualı (cavabdehə məxsus torpaq sahəsinin cizgiləri müəyyən edilsin) cavablandırarkən mütəxəssis göstərmişdir ki, “Baza məlumatlarına əsasən Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən mübahi səli 0,12 ha torpaq sahəsinə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 04 may 2007-ci il tarixli, ******* nömrəli çıxarış mövcud olmadığına görə məhkəmə tərəfindən qoyulmuş sualı cavablandırmaq mümkün olmadı.” Yəni mütəxəssis cavabdehin adına verilən Çıxarışın mövcud olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qeyd olunan hallara istinad etsə də, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmamışdır. Bununla da, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən m ühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən o nun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmi ş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(106)-1975/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar