Məhkəmə qərarları › İş №2(102)-939/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-939/2024

22.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-939/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı iş üzrə QƏRARİ Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa, işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə (ƏM-nin 70-ci maddəsinin b bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası X3rş ı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6385/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı 09 mart 2018-ci il tarixdə əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin Estetik Nəzarət şöbəsinə böyük müfəttiş vəzifəsinə işə qəbul olunmuş, müqavilənin müddəti qarşılıqlı razılıq əsasında 1 il müəyyənləşdirilmişdir. Daha sonra həmin müqaviləyə xx.xx.2019-cu il tarixdə olunmuş dəyişikliyə əsasən, İddiaçı “Estetik nəzarət şöbəsinin müfəttişi” vəzifəsinə təyin olunmuşdur.

2. İddiaçı ilə X8 X10 arasında 12 mart 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı X7 İdarəsinin Estetik Nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə işə qəbul olunmuş, müqavilənin müddəti qarşılıqlı razılıq əsasında 6 ay (12 sentyabr 2020-ci il tarixinədək) müəyyənləşdirilmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası X3rşı “əmək müqaviləsinin müddətinin uzadılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə ləğv olunaraq yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin olunaraq İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, onun X7 İdarəsinin Estetik Nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

5. Azərbaycan Respublikası X5 12 sentyabr 2022-ci il tarixli K-157 saylı əmri əsasında İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrin surəti və əmək kitabçası İdarə rəisinin xidməti otağında ona təqdim edilmiş, o, əmrlə tanış olmamış, əmrin məzmunu İdarə rəisi tərəfindən iddiaçının nəzərinə çatdırılmış, lakin o, əmrin surətini və əmək kitabçasını qəbul etməkdən imtina edərək ünvanına göndərilməsini xahiş etmişdir 6. "xxxx" MMC tə rəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlarda göstərilmişdir ki, Lənkəran rayonunun Kərgalan kəndində qeydiyyatda olan İddiaçı aid olan məktub kuryer tərəfindən götürülüb 295300 və 245541 nömrəli qaimələr əsasında həmin ünvana aparılmış, birinci dəfə ünvanda qapı bağlı olduğu və şəxs telefona cavab vermədiyi, ikinci dəfə şəxs məktubu qəbul etməkdən yayındığı üçün məktubu çatdırmaq mümkün olmamışdır.

7. İddiaçı X5 sədrinə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə teleqramlar ünvanlamış, 2022-ci ilin oktyabr və noyabr ayındakı qəbul günlərində onu qəbul etməsini xahiş etmişdir.

8. İddiaçı X3rşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi, mübahisənin mediasiya qaydasında nizama salınması qaydasına əməl edil mədiyi əsas göstərilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. 9. "xxxx" MMC-nin X9 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ona göndərdiyi SS811826156 AZ və SS811822891 AZ nömrəli məktublar xx.xx.2022-ci il tarixində ona çatdırılmışdır.

10. İddiaçı xx.xx.2022-ci il tarixdə mediasiyanın tətbiq olunması barədə Bakı 16 saylı Mediasiya təşkilatına müraciət etmiş, lakin mediasiya baş tutmamışdır. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə növbəti dəfə mediasiyanın tətbiq olunması barədə Bakı 16 saylı Mediasiya təşkilatına müraciət etmiş, X5 nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş, bununla bağlı xx.xx.2023-cü il tarixdə müvafiq arayış verilmiş dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 mart 2020-ci il tarixli 350 nömrəli əmək müqaviləsinin bərpa edilməsi və buraxılmış məcburi iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh Əmək Məcəlləsinin 73-cü və 83.2-ci maddələrinin tələblərini pozaraq onunla bağlanmış 12 mart 2020-ci il tarixli 350 №li əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir.

13. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı 12 mart 2020 -ci il tarixli müddətli əmək müqaviləsinə əsasən X7 İdarəsinin Estetik nəzarət şöbəsinə aparıcı müfəttiş vəzifəsinə işə qəbul edilmiş, müqavilə 12 sentyabr 2020-ci il tarixədək olmaqla 6 ay müddətinə bağlanılmışdır. Cavabdehin 14 sentyabr 2020-ci il tarixli əmri ilə iddiaçı işdən azad edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının əvvəlki işinə bərpa edilməsi qət olunmuşdur. Bundan sonra cavabdehin 06 iyul 2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə olan 14 sentyabr 2020-ci il tarixli əmri qüvvədən düşmüş hesab olunmuş və iddiaçı 06 iyul 2022-ci il tarixdən əvvəlki vəzifəsinə bərpa edilmişdir. Daha sonra cavabdehin 12 sentyabr 2022-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məc əlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmçinin cavabdehin nümayəndəsi iddia tələbinə iddia müddətinin tətbiq olunması barədə ərizə də vermişdir.

14. Səbail Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 26 may 2022-ci il tarixli, 2(009)-698/2023 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbi rədd edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı sonuncu dəfə 06 iyul 2022ci il tarixdə onunla bağlanmış 12 mart 2020-ci il tarixli əmək müqaviləsinin şərtlərinə əsasən əvvəlki işinə bərpa edilmiş, həmin əmək müqaviləsi müddətli olmaqla 6 ay müddətinə bağlanmışdır. İşçi işə bərpa edilərkən həmin əmək müqaviləsinin şərtlərinə əsasən işə bərpa edildiyindən məcburi işburaxma müddəti üçün əmək haqqını almış və o, ə vvəlki vəzifəsinə məhz sözügedən əmək müqaviləsinin şərtlərinə uyğun olaraq 6 ay müddətinə bərpa edilmişdir. Əmək müqaviləsi 12 mart tarixində bağlandığından və müddətli olduğundan, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 6 ay müddət bitdikdən sonra 12 sentyabr 2022-ci il tarixdə xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır.

16. Məhkəmə iddiaçının iddia müddətini ötürməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə hüquqlarının pozulmasını aşkar etməsinə baxmayaraq, hüquqlarının müdafiəsi haqqında mediasiya şurasına xx.xx.2023-cü il tarixdə, iddia ərizəsi ilə isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respu blikasının Əmək Məcəlləsinin 42.2, 45.1, 68.2 və 296-cı, Mülki Məcəllənin 375.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış, işə baxılması ilə bağlı ona bildiriş göndərməmiş, guya əmrin və əmək kitabçasının ona təqdim olunduğuna dair saxta akta istinad etmiş, bununla da guya iddia müddətini ötürmüş olduğu qənaətinə gəlmiş, ona qarşı qərəzli davranaraq ədalətsiz və qan unsuz qərar çıxarmışdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) 2(103)-6385/2023 nömrəli iş üzrə 2 noyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi hеsаb еtmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası, iddiaçının iddia müddətini ötürmüş olması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə də razılaşaraq qeyd etmiş dir ki, iş materiallarından iddiaçının 2022-ci ilin oktyabr ayında işdən çıxarılmış olmasından məlumatlı olduğu, lakin iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyi aydın olur. Yəni, iddiaçı mübahisələndirdiyi əmrin ləğvi tələbi ilə həmin əmrin verilməsindən 1 aydan artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini buraxmışdır. Həmçinin iddiaçı əmrin və əmək kitabçasının ona verilmədiyini, həmin sənədləri almaqdan imtina etdiyinə dair aktın, habelə poçtla göndərilidyinə dair aktların saxta olduğunu və sonradan tərtib edildiyini irəli sürsə də, X1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda sözügedən akta istinad olunması onun həmin arqumentini inandırıcı hesab etməyə imkan vermir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassas iya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil Hadı oğlu ) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir.

24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

26. Maddə 42, 1-ci hissə. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

27. Maddə

45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

28. Maddə

47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanıl maqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

29. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:...b) əmək müqaviləsinin müddətinin qurtarması.

30. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

31. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

32. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərard adın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin ak tı tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

43. İddiaçının kassasiya şikayətinin dəlilləri işə iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 4 16-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, h azırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6385/2023 nömrəli iş üzrə 2 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar