Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-94/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənzildən çıxarılma, mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-86/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. S umqayıt şəhəri, Corat bağlar ərazisi 2386E saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçı ilə Cavabdeh arasında 22 yanvar 2018-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh 40.000 (qırx min) manat məbləğində borc pul vermiş,borc alan bu müqavilə üzrə göstərilən məbləği 22 aprel 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
3. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ilə Cavabdeh arasında 22 yanvar 2018ci il tarixdə daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.2ci bəndinə əsasən ipotekanın predmeti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 iyul 2016-cı il tarixli, reyestr nömrəsi **********31-11301, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ipoteka qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2386E ünvanında yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsidir. Müqavilənin 3.2-ci bəndinə əsasən ipotekanın predmtinin bazar dəyəri 40.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2386E saylı bağ evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən öhdəlik yerinə yet irilmədiyinə görə Sumqayıt şəhəri, üzrə İcra İdarəsinə bununla bağlı müraciət etmişdir. Sumqayıt Şəhər İcra İdarəsinin 69/14 saylı, xx.xx.2019-cu il tarixli məktubunun icrası ilə bağlı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”ndə hərrac keçirilmişdir. O, sözügedən bağ evini 34425 (otuz dörd min dörd yüz iyirmi beş) manat məbləğində əldə etmişdir. Cavabdehə evdən çıxması ilə bağlı dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehin ona məxsus olan evdə yaşaması hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur.
6. Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) 2(060)-8738/2019 nömrəli, 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Corat ba ğları ərazisi, 2386 E saylı bağ evindən çıxarılması qət edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən halları sübuta yetirmişdir. Belə ki, iddiaçı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2386 E saylı bağ evini alqı-satqı yolu ilə əldə etmişdir. Sonradan həmin müqaviləni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə aldırıb və ona hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməklə, həmin bağ evinə mülkiyyət hüququ qazanmışdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13,43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5,157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, onun qanunla qorunan hüquqları məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə formal qətnamə qəbul etmişdir. İşdə olan sübutları işin hallarına düzgün tətbiq etməmiş, mübahisəyə düzgün hüquqi qiymət verməmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Qafari Səyyad (sədrlik edən və məruzəçi), hakiml ər Abasov Şəmsəddin və Məmmədov Telman ) 2(105)86/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisən in həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2. və 157.4-cü maddələrinə və N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işin hallarını araşdırmamış, Konstitusiyasının 43-cü maddəsinin tələbini pozmuşdur.İddiaçı hüquqdan sui-istifadə edərək cavab dehin mənzilini ələ keçirməklə əsassız olaraq varlanmış, onun qanunsuz əməllərinə görə cavabdeh hazırda öz mülkiyyətindən məhrum olmuşdur.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, və qanunsuz və əsassız qətnamənin qəbul olunmasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Resdpublikasının Konstitusiyası 18.Maddə
43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mülki Mə cəllə 19.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 20.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 21.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 28. 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi həmçinin belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəmə si hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
35. Kassasiya instansiyası məhkəməsi də apelyasiya məhkəməsinin əsaslandırmasını iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırma hesab edir və həmin əsaslandırma ilə razılaşır.
36. Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və qanunsuz və əsassız qətnamənin qəbul olunmasına səbəb olmuşdur.Kassasiya instansiyası məhkəməsi bununla əlaqədar qeyd edir ki, iş materiallarından məlum olduğu kimi cavabdeh olan kassator apellyasiya instansi yası məhkəməsində məhkəmə iclasında vəkili ilə birlikdə iştirak edərək izahat vermiş, vəsatətlər verməsinə, sübutların tədqiqində iştirak etməsinə şərait yaradılmışdır.Ona görə də həmin dəlil əsassızdır.
37. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, belə dəlillər kassasiya instansiya məhkəməsi tərəfindən araşdırıla bilməz.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kas sasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-86/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.