Məhkəmə qərarları › İş №2(102)-94/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-94/2025

15.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-94/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər:əmrin ləğv edilməsi, işə bərpa 15.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının N(104)-1185/N0N4 nömrəli, 3 iyul N0N4-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar N0N5-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə X arasında bağlanmış N nömrəli əmək müqaviləsinə əsasən İddiaçı X müddətsiz olaraq hərbiləşdirilmiş mühafizə bölməsində mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir.

2. İşlədiyi müddət ərzində X komandirinin xx.xx.N0NN-ci il tarixli, 496 nömrəli əmri ilə İddiaçı “töhmət” verilmişdir.

3. X komandirinin N fevral N0N3-cü il tarixli, 6N nömrəli əmrinə əsasən, hərbi hissənin hərbiləşdirilmiş mühafizə bölməsinin atıcı-mühafizəçisinin mülki işçi kimi İddiaçı xx.xx.N0N3-cü il tarixdə 4 nömrəli postda xidməti düzgün təşkil etmədiyinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qaravul Nizamnaməsinin 170ci maddəsinin tələblərini kobud şəkildə pozduğuna və əvvəllər ona verilmiş tənbeh tədbirindən düzgün nəticə çıxartmadığına görə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bə ndinə əsasən xitam verilmişdir.

4. X komandirinin N fevral N0N3-cü il tarixli, 6N nömrəli əmri İddiaçı tərəfindən xx.xx.N0N3-cü il tarixdə imza edilməklə qəbul edilmiş, xx.xx.N0N3-cü il tarixdə o, mediasiya prosesinin tətbiqi üçün təkliflə müraciət etmişdir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” əsas tutularaq İddiaçı N4 may N0N3-cü il tarixdə arayış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh X (bundan sonra- cavabdeh) qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X komandirinin onun işdən azad edilməsinə dair N fevral N0N3-cü il tarixli, 6N nömrəli əmrinin ləğv edilməsi, onun X hərbiləşdirilmiş mühafizə bölməsində mühafizəçi vəzifəsinə müddətsiz işə bərpa olunması və məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda göstərilən fakitiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, X komandiri ilə onun arasında bağlanmış 189 saylı əmək müqaviləsinə (kontraktı) əsasən iş saatı 1N saat müəyyən olmuşdur. Lakin buna baxmayaraq, cavabdeh onu sutkalıq, yəni N4 saat müddətinə işə çıxarmışdır. N nömrəli hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli, 6N nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra o, cavabdehin məsul şəxslərinə yaxınlaşaraq hansı səbəbə görə onun işdən azad olunduğunu soruşmuşdur. L akin həmin vaxt ona heç bir məlumat verilməmişdir. Bundan sonra o, qeyd olunan əmrin surətini cavabdehdən tələb etmişdir. Lakin əmrin surəti ona təqdim olunmamışdır. O, dəfələrlə hərbi hissənin komandirinin qəbuluna gedərək hansı səbəbə görə onun işdən azad olunduğunu öyrənmək istəmişdir. Ancaq hərbi hissənin komandiri onu qəbul etməmiş və digər bir məsul şəxsdən N7 yanvar N0N3-cü il tarixdə 4 saylı postda ayıq-sayıq olmadığı üçün əmək funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə görə, işdən azad olduğunu öyrənmişdir. Ancaq o, bununla qəti razı deyildir. Belə ki, o, əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Lakin cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq onu sutkalıq işlətmişdir. Halbuki əmək müqaviləsində onun iş saatı 1N saat göst ərilmişdir. Bununla əlaqədar o, X4 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə müraciət etmişdir. Şikayəti əsasında araşdırma aparılmış və araşdırma zamanı onun qanunvericiliyin tələblərinə zidd olaraq N4 saatlıq iş rejimində işlədiyi öz təsdiqini tapmışdır. Bundan başqa, araşdırma zamanı N nömrəli hərbi hissənin vəzifəli şəxsi X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 19N.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Ümumiyyətlə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin onun işdən azad olunmağı barədə qəbul etdiyi N fevral N0N3-cü il tarixli əmr tam qanunsuzdur. Onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi, cavabdeh onu ən çoxu 1N saatlıq iş rejimində işlətməli olduğu halda, qanunv ericiliyin tələblərinə riayət etmədən onu N4 saatlıq iş rejimində işlətmişdir. Digər tərəfdən, cavabdeh onun işdən azad edilməsi barədə əmrin surətini ona verməkdən imtina etmişdir. O, hazırkı iddia tələbi ilə bağlı ilk əvvəl iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin xx.xx.N0N3-cü il tarixli, N(1N5)-4991/N0N3 saylı qərardadına əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmiş və ona aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Bundan sonra o, iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, lakin Gəncə İnzibati Məhkəməsinin 13 iyul N0N3-cü il tarixli, N-1(114)- 35N4/N0N3 saylı qərardadına əsasən onun cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qeyd edilən qərardaddan verdiyi şikayət Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının xx.xx.N0N3-cü il tarixli, N-1(104)-641/N0N3 saylı qərardadına əsasən təmin edilməmişdir. Belə olan halda hesab edir ki, iddia tələbi tam qanuni və əsaslıdır və məhkəmənin icraatına qəbul edilib baxılmalıdır.

7. Cavabdeh birinci instansiyası məhkəməsinə ərizə verərək, iddiaçı tərəfindən Əmək Məcəlləsinin N96-cı maddəsinin N-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə iddianın rədd edilməsini xahiş etmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N(1N5)-N71/N0N4 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) iddia təmin edilərək, iddiaçı barəsində əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin 1 fevral N0N3-cü il tarixli, 6N nömrəli əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi, iddiaçının cavabdehdə hərbiləşdirilmiş mühafizə bölməsində mühafizəçi vəzifəsinə müddətsiz bərpa edilməsi, ona məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya aid hissədə işəgötürənin N fevral N0N3-cü il tarixli, 6N nömrəli əmri qanuni və əsaslı sayıla bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş işəgötürənin N9-NR nömrəli, N6 yanvar N0N3-cü il tarixli əmrindən çıxarışdan və postlar cədvəlindən görünür ki, N7 yanvar N0N3-cü il tarixdə 4 növbə üzrə mühafizə təşkil edilmiş və iddiaçı İV postda həmin gün saat N0:00-dan, saat NN:00-dək olan müddətdə xidmətdə o lmuşdur. Bu fakt həm də işin mübahisəsiz halıdır. Lakin, əsgər Amin Fərəcovun iddiaçının xidmətdə olduğu saatda və xidmətdə olduğu İV postun hasarından aşaraq hərbi hissəni özbaşına tərk etməsi heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, işəgötürənin N fevral N0N3-cü il tarixli, 6N nömrəli əmrində əsgər Amin Fərəcovun İV postun ərazisindən N7 yanvar N0N3-cü il tarixdə saat N0:30 radələrində hərbi hissəni tərk etməsini yalnız özünün hərbi hissəyə xx.xx.N0N3-cü il tarixdə gəldikdən sonra müəyyən edilməsi qeyd edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, əsgər Amin Fərəcovun hərbi hissəni özbaşına tərk etdiyi müddət və N88 saylı hərbi hissənin məhz hansı hissəsindən qaçması sonuncunun izahatında dəqiq əks olunmamış, nə də bu fakt aydınlaş dırılmamışdır. Məhkəmə iclasında isə əsgər Amin Fərəcovun hansı saatda və hansı postdan, yəni məhz iddiaçının xidmət apardığı saatda və xidmət apardığı postdan hərbi hissəni tərk etməsini cavabdeh tərəf sübuta yetirə bilməmişdir.

10. Başqa sözlə, cavabdeh, əsgər Amin Fərəcovun iddiaçının xidmətdə olduğu saat ərzində xidmətdə olduğu N88 saylı hərbi hissənin ərazisi olan İV postun ərazisindən istifadə edərək hərbi hissəni özbaşına tərk etməsi faktını təsdiq edən sübutları (müşahidə kameraları tərəfindən qeydə alınmış video-görüntünü və ya hər hansı sübutu) məhkəməyə təqdim etməmişdir. Halbuki hazırkı əmək mübahisəsi üzrə iddiaçının iddiasının əsassız olduğunu sübut etmək bilavasitə cavabdehin üzərinə düşür.

11. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsi ilə üzərinə düşə n öhdəlikləri kobud şəkildə pozması faktı sübut olunmadığından, onun barəsində əmək müqaviləsinə xitam verilməsi haqqında əmr verilmişdir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının mülki iş materiallarına əlavə edilmiş 30 yanvar N0N3-cü il tarixli izahatında və işəgötürənin N fevral N0N3-cü il tarixli, 6N nömrəli əmrində izahatı alınmış iddiaçının 4 nömrəli postda ayıq-sayıq xidmət aparmalı olduğu halda, N nömrəli hərbi hissənin müddətli hərbi qulluqçusu əsgər X3 xx.xx.N0N3-cü il tarixdə, saat N0:30 radələrində 4 nömrəli postdan qaçmasını və hasarı aşaraq hərbi hissəni özbaşına tərk etməsini görməməsini bildirdiyini və bununla da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qaravul Nizamnaməsinin 170-ci maddəsinin tələblərini pozmasını etiraf etdiyini qeyd etsə də, məhk əmə həmin izahatı tabeçilik münasibətlərini nəzərə alıb işçinin əleyhinə alınmış izahat kimi qəbul edərək sübut növü kimi qəbul etməmişdir.

13. İddiaçı, məhkəmə iclasında verdiyi izahatında 30 yanvar N0N3-cü il tarixli izahatı təzyiq altında verdiyini, məhz işini itirməmək üçün özündən asılı olmayan səbəblərdən onun əsgər Amin Fərəcovun hərbi hissəni özbaşına tərk etməsini görmədiyini və səhvini etiraf etdiyini bildirmişdir. Məhkəmə iddiaçının 30 yanvar N0N3-cü il tarixli izahatı verən zaman psixoloji vəziyyətini, müəyyən sarsıntı və həyəcan keçirməsini, mövcud şəraiti nəzərə almış və təqsiri olmadığı halda onun işini itirməmək üçün belə bir izahat verməsini təbii hal kimi qiymətləndirmiş, həmçinin mümkün və ağlabatan hesab etmişdir. Ona görə də məhkəmə sözügedən izahatı iddia tələbinin tə min edilməməsi üçün əsas və sübut kimi qəbul etməmişdir.

14. Məhkəmə eyni zamanda cavabdehin hazırkı iddia ilə bağlı iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini də əsassız hesab etmişdir. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı işdən çıxarıldığı həmin ay mübahisənin məhkəmədən kənar həlli ilə bağlı əvvəlcə mediasiya təşkilatına müraciət etmişdir. N4 may N0N3-cü ilədək tərəflər arasında olan mübahisə mediasiya təşkilatında olmuş, bundan sonra mediasiya sessiyasının davam etdirilə bilməməsi barədə iddiaçıya arayış verilmişdir. İddiaçı həmin arayışı aldıqdan 1 ay sonra hazırkı iddia ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin N(1N5)-4991/N0N3 nömrəli, N4 iyun N0N3-cü il tarixli qərardadı ilə iddiaçı cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bər pa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilməsi və iddiaçıya aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra o, Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin N-1(114)-35N4/N0N3 nömrəli, 13 iyul N0N3-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Daha sonra, Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının N-1(104)-641/N0N3 nömrəli, 10 avqust N0N3-cü il tarixli qərardadı ilə Gəncə İ nzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N1(114)-35N4/N0N3 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçı hazırkı iddianı qaldırmaq üçün qanunla nəzərdə tutulan iddia müddətini ötürməmişdir.

15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 11, 1N, 45, 68, 70, 71, 7N, N96 və 300-cü maddələrinə, habelə Mülki-Prosessual Məcəllənin 9.3, 14.N, 77.1, 88, N16-NN0, NN7 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni m əzmunda əsaslandırılmışdır.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının N(104)-1185/N0N4 nömrəli, 3 iyul N0N4-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən, məruzəçi), R.Muradov və M.Mustafayev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N(1N5)-N71/N0N4 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərindən biri də iddia müddətinin tətbiqi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hüquq normaları pozulmuşdur. Belə ki, cavabdeh birinci instansiya sı məhkəməsində ərizə verərək, iddiaçının Əmək Məcəlləsinin N96-cı maddəsinin N-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə, iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hazırkı halda Əmək Məcəlləsinin N96-cı maddəsini düzgün tətbiq etməmişdir. Qanunvericiliyin tələblərinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olsa da, bu hal məhz qanunla nəzərdə tutulan 1 aylıq müddət çərçivəsində mediasiya prosesinin tətbiqi barədə müraciət edildiyi zaman tətbiq edilə bilər. Halbuki hazırkı iş üzrə iddiaçı 1 aylıq müddət çərçivəsində bunu etməmişdir. Belə olan halda, qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətinin axımı məhz N fevral N0N3-cü il tarixdən hesablanmalıdır. İddiaçı keçən bu müddətin hər hansı üzrlü səbəbdən baş verməsini sübuta yetirə bilməmiş və məhkəmə iclasında bunu əmrin ona gec verilməsi ilə əsaslandırmışdır. Halbuki, işəgötürənin N fevral N0N3-cü il tarixli, 6N nömrəli əmri həmin tarixdə iddiaçıya təqdim edilmiş və sonuncu bu barədə əmri imzalamaqla məlumatı olmuşdur. 20. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın verilməsi ilə bərpa olunmuş hesab olunur. İş materiallarında olan sənədlərdən görünür ki, işəgötünən N fevral N0N3-cü il tarixli, 6N nömrəli əmri onun tərəfindən xx.xx.N0N3-cü il tarixdə imza edilməklə qəbul edilmiş, bundan N3 gün sonra iddiaçı xx.xx.N0N3-cü il tarixdə mediasiya prosesinin tətbiqi üçün təkliflə müraciət etmişdir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış iddiaçıya N4 may N0N3-cü il tarixində verilmişdir.

21. Lakin iddiaçı, yalnız N4 iyun N0N3-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata götürülməsindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçı əmrin surətini N0N3-cü ilin fevral ayının 1-də aldığı gündən qanunvericiliklə nəzərdə tutulan hüququnun pozulma sından məlumatlı olmuş və müddətin axımı başlamışdır. İddiaçı bundan N3 gün sonra, yəni N4 fevral N0N3-cü il tarixdə ilkin mediasiyaya müraciət etmiş və müddətin axımı dayanmış və N4 may N0N3-cü il tarixdə isə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışın verilməsi ilə müddətin axımı bərpa olunmuş, lakin iddiaçı xx.xx.N0N3-cü il tarixdən sonra 1 həftə ərzində məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.N0N3-cü il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bununla da aydın olur ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Mülki iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi vəsatətdə, iddia müddətinin ötürüldüyünü və buna görə də iddianın təmin edilməməsini xahiş etmişdir.

22. İddiaçı iddia müddətinin üzrlü səbəbdən buraxılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, iddiaçının qeyd olunan dəlili əsassız hesab olunmalıdır. Belə ki, fərdi əmək mübahisəsinin həlli iddia müddətinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətindən bəhs edən Əmək Məcəlləsinin N96-cı maddəsinin N-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Nəzərə alınsa ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin N96-cı, həm də Mülki Məcəllənin 375.N-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi üçün əsaslar yoxdur.

23. Apellya siya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Əmək Məcəlləsinin N, 11, 14, 70, 71, 7N, 80, 186, 187, N94, N96-ci maddələrinə, Mülki Məcəllənin 37N.1, 375.N, 379.1.6, 379.4-1-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun N1.5, N4.7, 3N.4.N, 35.1, 35.N-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansaiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək (Vəkil), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mediasiya prosesinin tətbiqi tərəflər arasın da mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Hazırkı vaxtadək əmrin surəti iddiaçıya təqdim olunmamışdır. Bundan sonra iddiaçı qeyd olunan əmri cavabdehdən ala bilmədiyinə görə N3 fevral N0N4-cü ildə mediasiyaya müraciət etmiş, mediasiyadan arayış alandan sonra isə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddia müddəti ötürülməmişdir. Mübahisəli əmrin surəti cavabdehin nümayəndəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Ancaq işə baxan Gəncə Apellyasiya Məhkəməsi bu halları nəzərə almamış, yalnız cavabdehin maraqlarına uyğun qətnamə qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin iddiaçı tərəfindən mübahisəli əmrin surətini N fevral N0N3-cü il tarixdə almağı qənaətinə gəlməsi başa düşülən deyil. Bütün fərdi əmək mübahisəl ərinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyəmüraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxanorqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Bununla bağlı bildirilir ki, iddiaçı mediasiyatəşkilatına müraciət edib ilkin mediasiya sessiyasının davam etdirilə bilməməsi barədə arayışı aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı ilk əvvəl iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, LakinGəncə Şəhər Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N(1N5)-4991/N0N3 saylı qərardadına əsasən iddia ərizəsinin ic raata qəbul olunmasından imtina edilmiş və iddiaçıya aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etmə hüquqlarının olması izah olunmuşdur. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, lakin Gəncə İnzibati Məhkəməsinin 13 iyul N0N3-cü il tarixli, N-1(114)35N4/N0N3 saylı qərardadına əsasən iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmamışdır. Qeyd edilən qərardaddan verilən şikayət Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının xx.xx.N0N3-cü il tarixli, N-1(104)-641/N0N3 saylı qərardadına əsasən təmin edilməmişdir. Bundan sonra, iddiaçı yenidən iddia ərizəsi ilə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəmə sinə müraciət etmiş və iddia ərizəsi icraata qəbul olunaraq mahiyyəti üzrə baxılmışdır. İddiaçı qanunvericiliyin tələblərinə tam riayət etməklə əvvəl mediasiyaya, ondan sonra isə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmuşdur və etiraz ərizəsində kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

27. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 7N-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən pozula bilər.

28. Maddə 71, hissə N. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra inztizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

29. Maddə 71, hissə

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

30. Maddə N94, hissə 5. “Mediasiya haqqında” Azərbaycan Respublikas ı Qanununun N7-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

31. Maddə N96, hissə N. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

32. Maddə N96,hissə

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəlləd ə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

33. Maddə N96,hissə

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 37N.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

35. Maddə 375.N. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

36. Maddə 379.1.6. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.

37. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

38. Maddə N1.5. Mediasiya prosesi bu Qanunun N1.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun N8-ci və N9-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun NN-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

39. Maddə N4.7. Qanunun N1.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər.

40. Maddə 3N.4.N. Bu Qanunun 3N.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, N9.6cı və ya 3N.N-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən Mediasiya prosesinə xitam verilir.

41. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

42. Maddə 35.N. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 3N.4.N-ci maddəsində nəzər də tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.N. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə N17.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə N17.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.N. Kassasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.N.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə idd iaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin e dilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh birinci instansiyası məhkəməsində ərizə verərək, iddiaçının Əmək Məcəlləsinin N96-cı maddəsinin N-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə, iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi, Əmək Məcəlləsinin N96-cı maddəsinin tələblərini hazırkı əmək mübahisəsinə düzgün tətbiq etməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olsa da, bu hal məhz qanunla nəzərdə tutulan 1 aylıq müddət çərçivəsində mediasiya prosesinin tətbiqi barədə müraciət edildiyi zaman tətbiq edilə bilər. Hazırkı iş üzrə iddiaçı 1 aylıq müddət çərçivəsində bunu etməmişdir.

57. Belə olan halda, qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətinin axımı məhz N fevral N0N3-cü il tarixdən hesablanmalıdır. İddiaçı keçən bu müddətin hər hansı üzrlü səbəbdən baş verməsini sübuta yetirə bilməmiş və məhkəmə iclasında bunu əmrin ona gec verilməsi ilə əsaslandırmışdır. Halbuki, işəgötürənin N fevral N0N3-cü il tarixli, 6N nömrəli əmri həmin tarixdə iddiaçıya təqdim edilmiş və sonuncu bu barədə əmri imzalamaqla məlumatlı olmuşdur. 58. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər ara sında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın verilməsi ilə bərpa olunmuş hesab olunur.

59. İş materiallarında olan sənədlərdən görünür ki, işəgötünən N fevral N0N3-cü il tarixli, 6N nömrəli əmri onun tərəfindən xx.xx.N0N3-cü il tarixdə imza edilməklə qəbul edilmiş, bundan N3 gün sonra iddiaçı xx.xx.N0N3-cü il tarixdə mediasiya prosesinin tətbiqi üçün təkliflə müraciət etmişdir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış iddiaçıya N4 may N0N3-cü il tarixində verilmişdir. Lakin iddiaçı, yalnız N 4 iyun N0N3-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata götürülməsindən imtina edilmişdir.

60. Göründüyü kimi, iddiaçı əmrin surətini N0N3-cü ilin fevral ayının 1-də aldığı gündən qanunvericiliklə nəzərdə tutulan hüququnun pozulmasından məlumatlı olmuş və müddətin axımı başlamışdır. İddiaçı bundan N3 gün sonra, yəni N4 fevral N0N3-cü il tarixdə ilkin mediasiyaya müraciət etmiş və müddətin axımı dayanmış və N4 may N0N3-cü il tarixdə isə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışın verilməsi ilə müddətin axımı bərpa olunmuş, lakin iddiaçı xx.xx.N0N3-cü il tarixdən sonra 1 həftə ərzində məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.N0N3-cü il ta rixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bununla da iddiaçı pozulmuş əmək hüququnun bərpası üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür.

61. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyul N0N4-cü il tarixli, N(104)-1185/N0N4 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar