Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-942/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Ağamusa qızının Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-942/21 (Açar sözlər: evin sökülməsi ilə əlaqədar ödənilmiş kompensasiyanın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5059/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 5-də yerləşən 7 saylı ev paylı mülkiyyət hüququ əsasında 1/3 hissədə Cavabdeh2, 1/3 hissədə X2, 1/6 hissədə X4 və 1/6 hissədə X3 məxsusdur. Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında olan orqan kimi müəyyən edilmiş Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş “Daşınmaz əmlakın alınması qrupu” vasitəsi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qan ununa uyğun olaraq həyata keçirilərkən yuxarıda göstərilən fərdi yaşayış evi də sökülmüş və Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və sonuncuya 86.817 manat məbləğində kompensasiya ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin fevral ayında Cavabdeh2 xalası qızı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sökülmüş yaşayış sahəsində 60 ildən artıq bir müddət ərzində yaşamasını, Cavabdeh2 isə heç vaxt həmin evdə yaşamamasını, həmin sahə faktiki mülkiyyəti kimi ona məxsus olduğundan onunla Cavabdeh2 arasında xx xxx 2008-ci il tarixdə evin sökülməsi ilə əlaqədar ödəniləcək kompensasiyanın məbləğinin bərabər hissələrdə onların arasında bölünməsi b arədə Saziş imzalanmasını, lakin Cavabdeh2 aldığı kompensasiyanı Sazişə uyğun olaraq onunla bölüşdürməkdən boyun qaçırmaqla üzərinə götürdüyü öhdəliyə əməl etməməsini əsas göstərməklə cavabdehlər Cavabdeh2 və 19 saylı Notariat Ofisindən kompensasiyanın məbləğinin yarısını təşkil edən 43.408,5 manatın illik bank uçot dərəcəsi əsas götürülməklə ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2237/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim: E.Ə.Mehdiyev) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10176/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və V.N.Sad ıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2237/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1620/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və Ə.A.Əhmədov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10176/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 103)-5059/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və F.F.Babayev) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2237/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək Cavabdeh2 ödənilmiş kompensasiyanın yarı dəyərini təşkil edən 43.408,50 manatın alınıb X1 ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən iddiaçının sökülmüş yaşayış sahəsindən istifadə hüququna malik olmasını və evin gələcəkdə söküləcəyi təqdirdə verilən kompensasiyanı iddiaçı ilə bərabər bölünəcəyi barədə Cavabdeh2 ilə onun arasında razılaşmanın olmasını, sonuncunun aldığı kompensasiyanı iddiaçı ilə bölüşməkdən boyun qaç ırmaqla müqavilə öhdəliyini pozmasını əsas göstərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə kassasiya kollegiyasının iclasında baxılarkən cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə iddiaçı və vəkili kassasiya şikayəti ilə razıla şmayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.3 İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiy i tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. M addə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, İddiaçı sökülmüş yaşayış sahəsindən istifadə hüququna malik olan şəxs olmaqla, bu səbəbdən Cavabdeh2 ona qarşı yaşayış sahəsindən istifadə hüququnun olmamasına dair iddiası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qanuni və əsaslı hesab edilmişdir. İş materiallarından, həmçini n görünür ki, tərəflər öz aralarında xx xxx 2008-ci il tarixdə Saziş bağlamış və həmin Sazişə əsasən Cavabdeh2 evin söküləcəyi təqdirdə ödəniləcək kompensasiyanı iddiaçı ilə bərabər surətdə böləcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq, Cavabdeh2 İddiaçı qarşı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş, tələbi rədd olunsa da, evin sökülməsi ilə əlaqədar ona ödənilmiş kompensasiyanın Sazişdə müəyyən olunmuş hissəsini İddiaçı verməkdən boyun qaçırmış və aralarında olan razılaşmaya əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən sübutlara düzgün qiymət verilmiş, qətnamə tərəflərin qarşılıqlı münasibətinə və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırılmı ş, mülki prosessual hüquq normalarının tələblərinə əməl edilməklə qəbul edilmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5059/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.