Məhkəmə qərarları › İş №2(102)-942/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-942/2023

28.02.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-942/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 2(103)-2795/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Hyundai Sonata” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı (hazırda **-ZS***) avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığorta məbləği 20000 manat təşkil etməklə Dövlət Sığorta Kommersiya Şirkətində tam sığortalanmışdır. 2. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və "xxxx" Şirkəti tərəfindən hadisə nəticəsində avtomobilin təmiri və bərpası üçün yekun olaraq 12.836,50 pul vəsaitinin tələb olunduğ u müəyyən edilmişdir.

3. Dövlət Sığorta Kommersiya Şirkəti sığorta ödənişi etməkdən imtina etmiş, 16 sentyabr 2020-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, sığorta müqaviləsi bağlanan zaman avtomobilin dövlət nömrə nişanını **-MM-*** olmuş, 07 may 2020-ci il tarixdə dəyişdirilərək **-ZS-*** olması barədə sığortaçıya məlumat verilməmişdir. Bununla da “Avtomobil nəqliyyat vasitəsinin tam sığortası” qaydalarının 29.2.5-ci bəndinin tələblərinə əməl edilmədiyinə görə sığorta ödənişinin verilməsindən imtina olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12836,50 manat əsas borc və 30 manat ödənilmiş dö vlət rüsumunun tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan “Hyundai Sonata” minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı (hazırda **-ZS-***) avtomobilə dair xx.xx.2019-cu il tarixdə sığorta haqqı ödənilərək 012394 nömrəli avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsinin qüvvədə olan müddəti ərzində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində "xxxx" Şirkətinin xx.xx.2020-ci il tarixli AA040400 nömrəli akta əsasən avtomobilin təmiri və bərpası üçün yekun olaraq 12 836,50 pul vəsaitinin tələb olunduğu bildirilmişdir. Sığorta ödənişinin verilməsi ilə bağlı tərəfindən müraciət olunmuş, sənədlər təqdim olunmuşdur. İlki n olaraq razılıq verilsə də, sonradan əsassız bəhanə gətirilməklə ödənişdən imtina edilmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı iddiaçı tərəfindən Şirkətə məlumat verilmiş və avtomobilə dəymiş zərər 7085 manat məbləğində müəyyən edilərək iddiaçı ilə razılaşdırılmışdır. Sığorta ödənişinin verilməsi məqsədilə qanunvericiliyin tələbinə əsasən sənədlərə baxış keçirilərkən vətəndaşdan sığorta müqaviləsinin əsli tələb edilmiş və ciddi pozuntular aşkar edilmişdir. Belə ki, 012394 saylı sığorta şəhadətnaməsi Şirkətin Yasamal filialı tərəfindən tərtib edilmişdir. Şəhadətnaməyə baxış keçirən zaman müəyyən edilmişdir ki, sığorta obyektinə dair məlumatlar şəhadətnamə tərtib edilən zaman deyil, daha sonra fərqli qələmlə dolduru lmuşdur. Bu isə öz növbəsində sığorta obyektinə dair məlumatların siğorta hadisəsi baş verdikdən sonra sığorta şəhadətnaməsinə əlavə edilməsi deməkdir. Məsələ ilə bağlı Şirkətin Yasamal filialının əməkdaşlarının izahatı alınmış və məlum olmuşdur ki, sığorta şəhadətnaməsi buraxılan zaman yanlışlıqlara yol verilmişdir. Bu səbəblə də sığorta şəhadətnaməsində “sığorta obyekti” hissəsi daha sonra məlum olmayan şəxs tərəfindən, böyük ehtimal hadisə baş verdikdən sonra doldurulmuşdur. Həmçinin, aparılmış araşdırma zamanı qeyd olunan sığorta şəhadətnaməsi üzrə Şirkət tərəfindən daha öncə xx.xx.2019- cu il və xx.xx.2019-cu il tarixlərində baş vermiş yol-nəqliyyat hadisələri üzrə sığorta ödənişlərinin verilməsi aşkar edilmişdir. Müvafiq sənədlər araşdırılan zaman eyni pozuntular aşkar edildiyindən vətəndaşdan geri alınması üçün lazımi prosedurların başlanması barədə qərar qəbul edilmişdir.

7. Məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın nəticələri əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5254 saylı, 04 oktyabr 2021-ci il tarixli rəyində göstərilmişdir ki, "xxxx" servis mərkəzinin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Hyundai Sonata” minik markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11510 manat müəyyən edilir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(006)3750/2021 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) idd ia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11510 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus olan “Hyundai Sonata” minik markalı, **-MM-*** (hazırda **-ZS-***) dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2019-cu il tarixdə sığorta haqqı ödənilərək 012394 nömrəli avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində avtomobilə maddi ziyan vurulmuşdur. İş üzrə təyin edilmiş ekspertiza rəyinə əsasən avtomobilə dəymiş zərər 11510 manat müəyyən olunmuşdur.

10. Məhkəmənin mövqey inə görə, baş vermiş sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş 11510 manat məbləğində maddi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 883.1, 888.1, 888.3, 899.1.1, 922.1, 922.2, 926.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta şəhadətnaməsində ümumiyyətlə təminat veril miş sığorta riskləri sadalanmamış və sığorta predmetinə dair heç bir məlumat daxil edilməmişdir. Sığorta şəhadətnaməsi verildiyi andan etibarsız olmuşdur. Həmçinin, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı daha öncə Şirkətdən qeyriqanuni olaraq 2 dəfə sığorta ödənişi almışdır. Belə ki, xx.xx.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi üzrə 4645 manat və xx.xx.2020-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi üzrə isə 955 manat, cəmi 5600 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilmişdir. İddiaçı Şirkətin Yasamal filialından (filial artıq fəaliyyət göstərmir) sığorta şəhadətnaməsi əldə edərkən orada avtomobilə aid məlumatların olmamasını biləbilə sığorta haqqını ödəmişdir. İddiaçı ya filialın əməkdaşının texniki səhvindən istifadə etmiş, ya da onunla əvvəlcədən nəyin sə müqabilində razılaşaraq bu formada sığorta müqaviləsi əldə etmişdir. Bu səbəbdən iş üzrə şəxsin qanunsuz əməllərindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizəsi göndərilmiş və hazırda araşdırma davam edir. xx.xx.2020-ci il tarixində baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığortaolunana 6685 manat sığorta ödənişi hesablanmış və sığortaolunan sığorta aktına imza atmaqla qiymət və sığorta ödənişi məbləği ilə razılaşdığını bəyan etmişdir. Lakin sığorta aktına imza atdıqdan sonra sığortaolunan həmin nəqliyyat vasitəsinə dəymiş zərəri müəyyən etmək üçün başqa təmir müəssisəsinə müraciət etmişdir.

14. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən yenidən əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın nəticələri əsasında tərtib edilmiş Azərbaycan Respublikası Əd liyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3701 saylı, 01 avqust 2022-ci il tarixli rəyi ilə, nəzəri hesablama yolu ilə "xxxx" servis mərkəzinin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Hyundai Sonata” minik markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11510 manat müəyyən edilmişdir.

15. Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq Yasamal Rayon Prokurorluğu tərəfindən bildirilmişdir ki, DSKŞ-nin İddiaçı Yasamal rayon filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AS012394 nömrəli saxta sığorta şəhadətnaməsi əsasında qanunsuz hərəkətlər edilməsi barədə Dövlət Sığorta Kommersiya Şirkətinin müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarla DSKŞ-nin İddiaçı Yasamal rayon filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AS012394 nömrəli sığorta şəhadətnaməsinin saxta olmadığı müəyyən edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(103)-2795/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyasının işin araşdırılmış hallarına əsasən mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin əsas dəlili sığorta şəhadətnaməsinin verildiyi anda etibarsız olması ilə bağlıdır. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayır və qeyd edir ki, hazırkı işdə cavabdeh iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir. Halbuki, cavabdehin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq olunmuş sığorta şəhadətnaməsinin etibarsızlığını, onun əhəmiyyətsiz əqd olmasını sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Bundan başqa, cavabdeh iddiaçıya bundan əvvəl də qanunsuz olaraq iki dəfə - xx.xx.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi üzrə 4645 manat və xx.xx.2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi üzrə isə 955 manat ödəniş edilməsini iddia edir. Əgər həqiqətən də sı ğorta şəhadətnaməsi etibarsız olmuşsa, o zaman qeyd edilən hadisələrlə bağlı əvvəllər də sığorta ödənişinin verilməsi hansı əsasla mümkün sayılmış və ödənilmişdir. Cavabdeh tərəfindən bu anlaşılmazlığa ağlabatan dəlillərlə aydınlıq gətirilməmişdir. Digər tərəfdən, iddiaçının barəsində Baş Prokurorluğa müraciət edilməsi, sığorta şəhadətnaməsini tərtib edib imzalayan cavabdehin səlahiyyətli işçisinin isə barəsində hər hansı tədbir görülməməsi özü belə məntiqli deyildir. Beləliklə, əksi sübut olunmadığı müddətdə sığorta şəhadətnaməsinin etibarlığlığının şübhə altına alınması üçün əsaslar yoxdur.

18. İşin apellyasiya baxışı zamanı Yasamal Rayon Prokurorluğuna sorğu göndərilmiş sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli, 286-c-22 saylı məktubla bildirilmişdir ki, DSKŞ-nin İddiaçı Yasamal ray on filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AS012394 nömrəli saxta sığorta şəhadətnaməsi əsasında qanunsuz hərəkətlər edilməsi ilə bağlı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından 03.10. 2022-ci il tarixdə AR CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir.

19. Məktuba əlavə edilmiş Yasamal rayon prokurorluğunun müstəntiqi, ikinci dərəcəli hüquqşünas X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə DSKŞ-nin İddiaçı Yasamal rayon filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AS012394 nömrəli sığorta şəhadətnaməsinin saxta olmadığı müəyyən edilmişdir.

20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, sığorta şəhadətnaməsinin etibarsızlığı b arədə dəlillər əsassızdır, həmçinin dəymiş ziyanın ekspert rəyində müəyyən edilmiş məbləğdən aşağı olması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 382-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2795/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayətinin dəlilləri apelyasiya şik ayətinin dəlilləri ilə eynilik təşkil edir və əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" şirkəti müstəqil ekspert deyil və Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil edilməmişdir. Bu səbəbdən həmin müəssisənin avtomobilə dəymiş zərəri qiymətləndirməyə ixtiyarı yoxdur. İşə baxılması zamanı həmin müəssisə tərəfindən tərtib olunmuş qüsur aktı məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz, eyni zamanda iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunduğu halda ekspert rəyinin verilməsi üçün əsas ola bilməz. Birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sözügedən avtonəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilmiş, ekspert isə verdiyi rəyində yalnız qarşı tərəfin vermiş olduğu qüsur aktına istinad etmişdir. İddi açının sığorta aktını imzalayaraq, dəymiş zərərin məbləği ilə razılaşdıqdan sonra, daha artıq məbləğdə pul vəsaiti əldə etmək məqsədilə məhkəməyə müraciət etməsi tamamilə qanunsuz bir hərəkətdir, eyni zamanda dələduzluq halı kimi qiymətləndirilməlidir. İddiaçı ilə bağlanmış sığorta müqaviləsində 400 manat məbləğində azadolma məbləği (franşiza) nəzərdə tutulmasına və tətbiq edilməli olmasına baxmayaraq, işə baxmış məhkəmələr tərəfindən nəzərə alınmamış, dəymiş zərərin bütünlüklə cavabdehdən tutulması qət olunmuşdur. Bu səbəbdən, işə baxılarkən qeyd olunan hal da nəzərə alınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 883.1. Sığorta müqaviləsi sığortal ının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 26. 888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır.

27. Maddə 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şə rti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada.

28. Maddə 899.1-1. Bu Məcəllənin 899.1-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər.

29. Maddə 899.3. Bu Məcəllənin 899.1-ci və 899.2-ci maddələrinə əməl edilməməsinə görə sığortaçı məsuliyyət daşıyır.

30. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

31. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığ orta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

32. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

33. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.

34. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:... 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;... 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, tərəflər arasında yaranmış münasibətlər sığorta müqavil əsi üzrə yaramışdır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə İddiaçı məxsus olan “Hyundai Sonata” minik markalı, **-MM-*** (hazırda **-ZS-***) dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2019-cu il tarixdə sığorta haqqı ödənilərək 012394 nömrəli avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində avtomobilə maddi ziyan vurulmuşdur. İş üzrə təyin edilmiş ekspertiza rəyinə əsasən avtomobilə dəymiş zərər 11510 manat müəyyən olunmuşdur.

48. Buna müvafiq olaraq iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin sığorta münasibətlərini tənzimləyən normaları təşkil edir. İşə baxmış məhkəmələr də mübahisəyə həmin normaları tətbiq etmiş və d üzgün nəticəyə gəlmişdir. 49. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsi və avtomobilə ziyan vurulması sığorta hadisəsidir və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh sığorta ödənişini etməkdən imtina etməsini iddiaçıya xx.xx.2020-ci il tarixli məktubunda avtomobilin dövlət qeydiyyat nişanının dəyişdirilməsi və bu barədə sığortaçıya məlumat verilməməsi ilə izah etmişdir. İddiaçı haqlı olaraq bu halın sığorta ödənişi etməkdən imtina etmək üçün əsas olmadığını bildirərək hazırki iddianı irəli sürmüşdür. Lakin cavabdeh birinci instansiya məhkəməsində sığorta ödənişin etməkdən imtinanın əsasını dəyişərək bildirmişdir ki, sığorta müqaviləsində avtomobilə aid məlumatlar sığorta müqaviləsi bağlanan zaman yox, sonradan daxil edilmişdir.

50. İşə baxmış məhkəmələr bu dəlilləri rədd etmiş və sığorta müqaviləsinin etibarlı olduğu barədə nəticəyə gələrək iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Çünki işdən göründüyü kimi sığorta müqaviləsi sığortaçının təmsilçisi tərəfindən tərtib olunmuşdur və avtomobilə aid məlumatlar da sığortaçının nümayəndəsi tərəfindən daxil edilmişdir.

51. Kassatorun irəli sürdüyü dəlillər qətnamənin ləğv olunmasına əsas vermir. Belə ki, əvvəla cavabdeh tərəf işə aşağı instansiya məhkəmələrində baxılarkən kassasiya şikayətində göstərilən dəlilləri irəli sürməmişdir. Zərərin müəyyən olunması üçün ekspertin istinad etdiyi mütəxəssis rəyi ilə bağlı dəlilləri də cavabdehin nümayəndəsi apelyasiya instansiyası məhkəməsində irəli sürməmiş, məhkəmə işdə olan sənədləri elan edərək həmin sənədlərə da ir vəsatət və əlavənin olub-olmadığını soruşduqda, cavabdeh əlavə və vəsatətinin olmadığını bildirmişdir. Bundan başqa, həmin dəlillər məzmunu etibarilə işin hallarının araşdırılması ilə bağlıdır. Bu dəlillər isə kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2795/2023 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar