Məhkəmə qərarları › İş №2(102)-942/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-942/2025

25.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-942/2025 25.02.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-844/2024 nömrəli iş üzrə 4 dekabr 2024-cü il tarixli qərardadından hüquq və vəzifələrinə toxunan şəxs X2 prosessual hüquqi varisi İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı2 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-844/2024 nömrəli iş üzrə 1 iyul 2019-cu il tarixli qiyabi qətnaməsinin icrasından dönüş edilməsinə dair qərardaddan kassasiya şikayəti ve rmişdir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, həmin kassasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının hansı qərardadlarından kassasiya şikayəti verilə bilməsi Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində göstərilmişdir. Həmin normada icrada dönüş edilməsinə dair qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda hazırkı kassasiya şikayətinə baxılması üçün prosessual əsasların olduğu müəyyən edilmir. MPM-in 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci mad dələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-844/2024 nömrəli iş üzrə 4 dekabr 2024-cü il tarixli qərardadından İddiaçı2 verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar