Məhkəmə qərarları › İş №2(102)-943/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-943/2022

21.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-943/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı ilkin iddia tələbinə, Cavabdeh1 (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi və Saatlı rayon Notariat Ofisi) qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kəndli (fermer) təsərrüfatı, vərəsəlik, hüquqi şəxsin yenidən təşkili Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı icarəyə verilmiş torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin boşaldılması barədə ilki n iddia tələbinə, Cavabdeh1 (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi və Saatlı rayon Notariat Ofisi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-285/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin hüquqi varisləri Nümayəndə, X21, X22, X23 və X24 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh1, X22, X14, X21, X15, X16 və Nümayəndə 05 aprel 1997-ci il tarixdə Saatlı rayonunun Şirinbəy kəndində yaradılacaq kəndli fermer təsərrüfatının təsisçilərinin təsis iclasını keçirmişlər və həmin iclasın 1 nömrəli protokoluna əsasən Saatlı rayonunun Şirinbəy kəndinə yaxın qış otlaq sahəsində qoyunçuluğu inkişaf etdirmək məqsədilə kəndli fermer təsərrüfatı yaradılmış, təsərrüfata "xxxx" adı verilməklə təsərrüfatın rəhbəri Cavabdeh1 seçilmişdir. Saatlı Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1997-ci il tarixli, 121 saylı sərəncamına əsasən Saatlı rayon Şirinbəy kəndində qoyunçuluğu inkişaf etdirmək üçün 15 nömrəli qış otlaq sahəsinin ərazisindən uzunmüddətli istifadə üçün "xxxx" kəndli fermer təsərrüfatına (bundan sonra – KFT) 40 ha torpaq sahəsi ayrılmış, bu barədə KFT-yə 20 avqust 1999-cu il tarixdə JN-0115, Kod 80800066 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivi tərəfindən təsdiq edilmiş Saatlı rayonu Şirinbəy İƏS Şirinbəy kəndində yaradılacaq kəndli (fermer) təsərrüfatının təsisçilərinin 05 aprel 1997-ci il tarixdə tərtib edilmiş təsis protokolunun surətində qeyd edilmişdir ki, 16 nəfərdən ibarət təsisçilər - Cavabdeh1, X15, X9, X10, X16, X31, X4, İddiaçı1, X11, X5, X6, X12, X13, X29, X25 və X7 tərəfindən

1. Saatlı rayonunun Şirinbəy İƏS Şirinbəy kəndinin yanında qış otlaq sahəsində 60 hektar torpaq sahəsi götürməklə qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə kəndli (fermer) təsərrüfatı yaradılması,

2. Kəndli (fermer) təsərrüfatına "xxxx" adı verilməsi və rəhbərinin Cavabdeh1 seçilməsi, 3. "xxxx" kəndli (fermer) təsərrüfatının Nizamnaməsinin qəbul edilməsi,

4. Rayon İcra Hakimiyyəti baş çısından "xxxx" kəndli (fermer) təsərrüfatının qeydə alınmasının və ona rayonun qış otlağı torpaqlarından 60 hektar torpaq sahəsinin qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə verilməsinə köməklik göstərməsi barədə xahiş olunması qərara alınmışdır. Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivi tərəfindən təsdiq edilmiş, Saatlı rayon Şirinbəy kənd sakini, "xxxx" KFT-nin rəhbəri Cavabdeh1 Saatlı Rayon İcra Hakimiyyətinə ünvanladığı 27 mart 2002-ci il tarixli ərizənin surətində qeyd edilmişdir ki, İcra Hakimiyyətinin 16 iyul 1997-ci il tarixli 121 saylı sərəncamı ilə onun rəhbərlik etdiyi "xxxx" KFT-yə qış otlaq sahəsindən 40 hektar torpaq sahəsi verilmişdir. Hazırda onun səhhəti imkan vermədiyinə görə həmin təsərrüfata rəhbərlik edə bilmədiyini nəzərə alıb kəndli fermer təsərrüfatına rəhbə rliyi təsərrüfatın üzvü olan X2 adına sənədləşdirilməsini xahiş edir. "xxxx" KFT-nin iclasının 25 mart 2002-ci il tarixli protokolunun surətində qeyd edilmişdir ki, Əsmər Səfərovanın sədrliyi ilə keçirilmiş iclasda təsərrüfatın rəhbəri Cavabdeh1 səhhəti nəzərə alınaraq vəzifəsindən azad edilməsi, "xxxx" KFT-yə rəhbərliyə X2 təyin edilməsi qərara alınmışdır. Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət Arxivi tərəfindən təsdiq edilmiş, Saatlı Rayon İcra Hakimiyyəti başçısının 18 iyul 2002-ci il tarixli 111 saylı sərəncamının surətində qeyd edilmişdir ki, "xxxx" KFT-nin rəhbəri Cavabdeh1 27 mart 2002-ci il tarixli ərizəsi, "xxxx" KFT-nin 25 mart 2002-ci il tarixli 01 saylı təsis protokolu nəzərə alınaraq, "xxxx" KFT-yə rəhbər X4 təyin edilmiş, X19 Komitəsinin Saatlı rayon şöbəsinə "xxxx" KFT-y ə rəhbər İbrahim Səfərovun təyin edilməsi ilə bağlı sənədlərdə müəyyən dəyişikliklərin təşkil olunması tapşırılmışdır. 19 oktyabr 2009-cu il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – MMC, VÖEN nömrə **********) qeydə alınmış, Cəmiyyətin təsisçisi və qanuni təmsilçisi X4 olmuş, nizamnaməsində və hüquqi şəxsin dövlət reyestrindən çıxarışda hüquq varisliyi barədə hər hansı qeyd olmamışdır. X4 27 sentyabr 2016-cı il tarixdə ölmüşdür. 06 fevral 2020-ci il tarixdə Saatlı rayon Notariat ofisinin xüsusi notariusu X17 tərəfindən 27 sentyabr 2016-cı il tarixdə ölmüş X2 qanuni vərəsəsi İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında iki şəhadətnamə verilmişdir. Reyestrdə 2V-36 nömrə ilə qeyd edilmiş şəhadətnamədə göstərilmişdir ki, İddiaçı1 miras ə mlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Saatlı rayon Torpaq Şöbəsi tərəfindən 20 avqust 1999-cu il tarixdə AZ 4929, Saatlı rayonunun Şirinbəy kəndində fəaliyyət göstərən MMC (VÖEN **********) JN-0115, Kod 80800066 olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə icarəyə verilmiş 40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərindəki icarə hüququndan ibarətdir. Reyestrdə 2V-37 nömrəsi ilə qeyd edilmiş şəhadətnamədə göstərilmişdir ki, İddiaçı1 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AZ 4929, Saatlı rayonunun Şirinbəy kəndində fəaliyyət göstərən MMC (VÖEN **********) 100% miras qoyana məxsus pul şəklində olan 50 manat, 5 paydan ibarət nizamnamə kapitalı və cəmiyyət üzərindəki bütün hüquqlardan ibarətdir. Reyestrdə 2V-36 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Saatlı rayonunun Şirinbəy kəndində, 15 nömrəli qış-otlaq sahəsi adlanan ərazidə yerləşən 40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququ 29.02.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 adına qeydə alınmış və bununla bağlı torpaq sahəsinin plan və ölçüsü tərtib (təsdiq) edilmişdir. Həmin hüquqla bağlı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda hüququn əvvəlki sahibi kimi MMC göstərilmişdir. Saatlı Rayon İcra Hakimiyyəti başçısının 04 iyun 2020-ci il tarixli 02/11/83 saylı məktubunda qeyd olunmuşdur ki, Saatlı Rayon İcra Hakimiyyətində İddiaçı1 torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 06 fevral 2020-ci il tarixli sərəncam və icarə müqaviləsi mövcu d deyildir. Saatlı Rayon İcra Hakimiyyəti başçısının 23 iyul 2020-ci il tarixli 04/1658 saylı məktubunda qeyd olunmuşdur ki, Saatlı rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə Saatlı Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1997-ci il tarixli 121 saylı sərəncamı ilə KFT-yə torpaq sahəsi ayrılmış, torpaq sahəsinin icarə müddətinin başa çatmasına baxmayaraq həmin sərəncamın ləğv olunması barədə sərəncam verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 (bundan sonra – iddiaçı) Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun qanuni icarəsinə verilmiş 40 hektar torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin boşaldılması haqqında qətnamə ç ıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 fevral 2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 06 fevral 2020-ci il tarixdən onun icarəsinə müddətsiz olaraq 40 ha torpaq sahəsi verilmişdir. Lakin cavabdeh uzun müddətdir ki, qeyd edilən torpaq sahəsini qeyri-qanuni zəbt edərək öz məqsədləri üçün istifadə etmiş və orada inşa edilmiş bəzi obyektləri dağıtmışdır. Dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh həmin torpaq sahəsindən çıxmamışdır. Cavabdeh, öz növbəsində, qarşılıqlı iddia verərək (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 13 saylı Şirvan Ərazi İdarəsi və Saatlı rayon Notariat Ofisi (bundan sonra – Notariat Ofisi)), N otariat Ofisinin reyestrində 2V-36 və 2V37 nömrə ilə qeyd edilərək iddiaçıya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında ona verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə, 7 nəfər olmaqla, 05 aprel 1997-ci il tarixdə Saatlı rayonunun Şirinbəy kəndində yaradılacaq kəndli fermer təsərrüfatının təsisçilərinin təsis iclasını keçirmişlər və həmin iclasın 1 nömrəli protokoluna əsasən Saatlı rayonunun Şirinbəy kəndinə yaxın qış otlaq sahəsində qoyunçuluğu inkişaf etdirmək məqsədilə kəndli fermer təsərrüfatını yaratmışlar. Həmin təsərrüfata "xxxx" adı ve rməklə təsərrüfatın rəhbəri o, seçilmişdir. Saatlı Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1997-ci il tarixli sərəncamına əsasən 15 nömrəli qış otlaq sahəsinin ərazisindən uzunmüddətli istifadə üçün KFT-yə 40 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara 20 avqust 1999-cu il tarixdə şəhadətnamə də verilmişdir. Həmin vaxtdan torpaq sahəsini təyinatı üzrə istifadə edirlər. Lakin, 06 fevral 2020-ci il tarixdə iddiaçı Notariat Ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri təsdiq etdirmiş və Saatlı rayonunun Şirinbəy kəndində fəaliyyət göstərən MMC torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə icarəyə verilmiş 40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərindəki icarə hüququnu almışdır. Sonra isə, torpaq sahəsi iddiaçının icarəsinə müddətsiz olaraq verilm işdir. Göründüyü kimi, "xxxx" KFT ilə "xxxx" MMC ayrıayrı qurumlardır. Yəni, KFT-ni 6 nəfər ailə üzvü ilə birlikdə o, yaratmışdır. İddiaçı müvafiq qurumları aldadaraq hüquq müəyyənedici sənədlər alsa da, həmin sənədlərin heç bir hüquqi əsası yoxdur. Məhkəmə baxışı zamanı üçüncü şəxs DƏDRX-in 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Notariat Ofisindən verilmiş 2V-36 və 2V-37 nömrəsi ilə reyestrdə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamələr və JN0115, Kod 80800066 olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə əsasında 28 fevral 2020-ci il tarixdə DƏDRX-in 13 saylı Şirvan Ərazi İdarəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş və həmin sənəddə Saatlı rayonunun Şirinbəy kəndində 15 nömrəli qış otlaq sahəsində 40 ha kənd təsə rrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi göstərilmişdir. Bundan sonra 06 fevral 2020-ci il tarixdən müddətsiz olaraq Saatlı rayon Şirinbəy kəndi 15 nömrəli qış otlaq sahəsi adlanan ərazidən iddiaçının icarəsinə 40 ha torpaq sahəsi verilməsi barədə DƏDRX-dən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir. Həmin çıxarışın ləğv edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Saatlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(055)541/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Pənahov) ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin olunmuş, Notariat Ofisinin reyestrində 2V-36 nömrə ilə iddiaçının adına qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında Saatlı rayon Şirinbəy kəndi 15 nömrəli qış otlaq sahəsi adlanan ərazidə yerləşən 40 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınmasına dair 28 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv olunması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində 28 fevral 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 06 fevral 2020-ci il tarixdən onun icarəsinə müddətsiz olaraq 40 ha torpaq sah əsi verilməsini qeyd etmişdir. Lakin, Saatlı Rayon İcra Hakimiyyəti başçısının 04 iyun 2020-ci il tarixli 02/11/83 saylı məktubu ilə müəyyən olunmuşdur ki, İcra Hakimiyyətində iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 06 fevral 2020-ci il tarixli sərəncam və icarə müqaviləsi mövcud deyildir. Müəyyən olunmuşdur ki, 05 aprel 1997-ci il tarixdə Saatlı rayonunun Şirinbəy kəndində yaradılacaq kəndli fermer təsərrüfatının təsisçiləri təsis iclasını keçirərək Saatlı rayonunun Şirinbəy kəndinə yaxın qış otlaq sahəsində qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə "xxxx" KFT-ni yaratmışlar, təsərrüfatın rəhbəri cavabdeh seçilmişdir. MMC isə 14 oktyabr 2009-cu il tarixdə ********** VÖEN nömrəsi ilə ərazi vergilər idarəsində qeydə alınmaqla təsərrüfatın təsisçisi X4 olmuşdur. Yəni, KFT bir ləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə şəkilində yenidən təşkil edilməmiş və ya ləğv olunmamışdır. Buradan da belə nəticəyə gəlmək olur ki, "xxxx" KFT ilə MMC ayrı-ayrı hüquqi şəxslərdir. Buna baxmayaraq, 06 fevral 2020-ci il tarixli, 2V-36 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə MMC-nin rəhbəri X4 27 sentyabr 2016-cı il tarixdə öldüyü üçün onun qanuni vərəsəsi - arvadı İddiaçı1 miras əmlakdan 1/1 hissədə pay almış, şəhadətnamə verilən miras əmlak Saatlı rayon Torpaq Şöbəsi tərəfindən 20 avqust 1999cu il tarixdə AZ 4929, Saatlı rayonunun Şirinbəy kəndində fəaliyyət göstərən MMC (VÖEN **********) JN-0115, Kod 80800066 olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə icarəyə verilmiş 40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərindəki icarə hüquq undan ibarət olmuşdur. Göründüyü kimi, Saatlı rayon Şirinbəy kəndində qoyunçuluğu inkişaf etdirmək üçün 15 nömrəli qış otlaq sahəsinin ərazisindən uzunmüddətli istifadə üçün Saatlı Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1997-ci il tarixli 121 saylı sərəncamı ilə KFT-yə verilmiş və 20 avqust 1999-cu il tarixli, JN-0115, Kod 80800066 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə KFT-nin adına qeydə alınmış 40 ha torpaq sahəsi heç bir əsas olmadan Notariat Ofisinin xüsusu notariusu tərəfindən təsdiq edilmiş 06 fevral 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən MMC-nin müvəqqəti istifadəsində olan torpaq sahəsi kimi qeyd olunmaqla iddiaçıya reyestrdə 2V-36 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş dir. İddiaçı da həmin şəhadətnamə əsasında DƏDRX-dən 28 fevral 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Belə ki, cavabdeh qarşılıqlı iddia ərizəsində Notariat Ofisinin reyestrində 2V-37 nömrə ilə iddiaçının adına qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin də ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 06 fevral 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında reyestrdə 2V-37 nömrəsi ilə qeyd edilmiş şəhadətnamə ilə müəyyən olunmuşdur ki, 27 sentyabr 2016-cı ildə ölmüş X2 qanuni vərəsəsi - arvadı İddiaçı1 miras əmlakdan 1/1 hissədə pay almalı, şəhadətnamə veril ən miras əmlak AZ 4929, Saatlı rayonunun Şirinbəy kəndində fəaliyyət göstərən MMC (VÖEN **********) 100% miras qoyana məxsus pul şəklində olan 50 manat, 5 paydan ibarət nizamnamə kapitalı və cəmiyyət üzərindəki bütün hüquqlardan ibarətdir. Göründüyü kimi, 06 fevral 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında reyestrdə 2V-37 nömrəsi ilə qeyd edilmiş şəhadətnamə MMC-nin 100% miras qoyana məxsus pul şəklində olan 50 manat, 5 paydan ibarət nizamnamə kapitalı və cəmiyyət üzərindəki bütün hüquqlardan ibarətdir və onun KFT-yə heç bir aidiyyəti yoxdur. Belə olan halda qarşılıqlı iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 55.1, 55.2, 55.4, 55.5, 59.1, 148.1, 148.2, 152.1, 157.8, 158.1.2, 158.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 8.1, 9.1, 76.1. 88, 217.3, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi obyektiv həqiqəti ifadə edən faktları nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına u yğun deyildir, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Notariat Ofisinin reyestrində 2V-36 və 2V-37 nömrə ilə iddiaçının adına qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında iddiaçının adına qeyd edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış qanuni sənədlər əsasında verilmişdir. Birinci instansiya məhkəməsi kobud səhvə yol verərək KFT-nin 7 nəfər şəxs tərəfindən təsis edildiyini göstərmişdir. Halbuki Saatlı Rayon Arxivindən əldə edilmiş sənədlərdən aydın olur ki, KFT 16 nəfər ailə üzvləri tərəfindən təsis edilmiş, 2002-ci ildən isə təsərrüfatın sədri iddiaçının mərhum həyat yoldaşı X1. İbrahim Səfərov vəfat etdikdən sonra iddiaçı tam qa nuni şəkildə Notariat Ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X12 ilkin iddiada göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq göstərmişdir ki, atasının vəfatına kimi torpaq sahəsi atasının və ailə üzvlərinin istifadəsində olmuş və təsərrüfatı onlar idarə etmişlər. Lakin atasının vəfatından sonra onların başının qarışmasından istifadə edən cavabdeh torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və istifadə etməyə başlamış, orada inşa edilmiş bəzi obyektləri dağıtmışdır. Atasının ölümündən sonra digər təsisçilər mirası qəbul etməmələri barədə notariusa ərizə vermişlər və bu səbəbdən də MMC yeganə varis kimi anası İddiaçı1 adına rəsmiləşdirilmişdir. "xxxx" KFT ilə MMC eyni təşkilatdır. "x xxx" KFT Nizamnamə təsdiq edildiyi 14 oktyabr 2009-cu il tarixdə MMC-yə çevrilmişdir. Cavabdehin təsərrüfata 2002-ci ildən sonra rəhbərlik etməməsi və orada fəaliyyət göstərməməsi ondan da aydın olur ki, o, təsərrüfatın MMC-yə çevrilməsindən məlumatsız olmuşdur. Apellyasiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və göstərmişdir ki, "xxxx" KFT ilə "xxxx" MMC ayrı-ayrı qurumlardır. Yəni, KFT-ni cavabdeh 6 nəfər ailə üzvü ilə birlikdə yaratmışdır. MMC-nin hazırda harada fəaliyyət göstərməsini bilmir və icarəsində 40 hektar torpaq sahəsinin olub-olmaması barədə məlumatı yoxdur. Atası Cavabdeh1 27 mart 2002-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinə səhhəti ilə əlaqədar təsər rüfata rəhbərlik edə bilməməsi və KFT-yə rəhbərliyin X2 adına sənədləşdirilməsi barədə ərizə yazıb imzalamamışdır. Həmin ərizə saxtadır və ekspertiza təyin edilərsə ərizənin saxta olması müəyyən edilər. Lakin hazırda atasının xəstəliyi səbəbindən onun məhkəmədə iştirak etməsi və imza nümunələri verməsi mümkün deyil. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-285/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən ləğv edilmiş, ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur. Apellyasiya məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, "xxxx" KFT 05 aprel 1997-ci il tarixdə 16 nəfər təsisçi tərəfindən yaradılıb. Saatlı Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1997-ci il tarixli, 121 saylı sərəncamı ilə qeydə alınıb. Saatlı rayon Şirinbəy İnzibati Ərazi Dairəsinə aid olan 15 nömrəli qış otlaq sahəsindən uzunmüddətli istifadəsi üçün təsərrüfata 40 hektar torpaq sahəsi, bu barədə təsərrüfata 20 avqust 1999cu il tarixdə “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilib. 25 mart 2002-ci il tarixli iclasda təsərrüfatın rəhbəri Cavabdeh1 səhhəti nəzərə alınaraq vəzifəsindən azad edilib və təsərrüfata rəhbərliyə X4 təyin olunub. 27 mart 2002-ci il tarixdə Cavabdeh1 Saatlı Rayon İcra Hakimiyyətinə ərizə verərək, səhhəti imkan vermədiyinə görə həmin təsərrüfata rəhbərlik edə bilmədiyini nəzər ə alıb, kəndli fermer təsərrüfatına rəhbərliyi təsərrüfatın üzvü olan X2 adına sənədləşdirilməsini xahiş edib. Saatlı Rayon icra Hakimiyyəti başçısının 18 iyul 2002-ci il tarixli 111 saylı sərəncamı ilə "xxxx" KFT-nin rəhbəri X4 təyin edilib, həmin sərəncam hazırda qüvvədə olmaqla etibarsız hesab edilməyib və ya ləğv olunmayıb. 14 oktyabr 2009-cu il tarixdə MMC-nin Nizamnaməsi MMC-nin təsisçisi kimi X4 tərəfindən təsdiq edilib, həmin tarixdə Vergilər Nazirliyinin 05 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydə alınıb, məhz 14 oktyabr 2009cu il tarixdən sonra "xxxx" KFT "xxxx" MMC-yə çevrilib, X2 27 sentyabr 2016-cı il tarixdə vəfatından sonra cəmiyyət onun varis kimi İddiaçı1 adına rəsmiləşdirilib. Məhkəmə şikayətin dəlillərini əsaslı hesab edərək, qeyd etmişdir ki, birinci instansiya məh kəməsi iddia tələbini təmin edərkən nəzərə almamışdır ki, "xxxx" KFT-nin rəhbəri Cavabdeh1 27 mart 2002-ci il tarixli ərizəsi, "xxxx" KFT-nin 25 mart 2002-ci il tarixli 01 saylı təsis protokolu nəzərə alınaraq, təsərrüfata rəhbərin X4 təyin edilməsi barədə Saatlı Rayon İcra Hakimiyyəti başçısının 18 iyul 2002-ci il tarixli 111 saylı sərəncamı hazırkı qarşılıqlı iddiada mübahisələndirilməmiş, qeyd olunan sərəncam qüvvədə olmaqla ləğv edilməmişdir. Həmçinin, 14 oktyabr 2009-cu il tarixdə MMC-nin Nizamnaməsinin MMC-nin təsisçisi kimi X4 tərəfindən təsdiq edilməsi, həmin tarixdə Vergilər Nazirliyinin 05 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydə alınması, "xxxx" KFT ilə "xxxx" MMC-nin eyni növ təsərrüfat olmasını təsdiq etsə də, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamaqla səhvə yol vermişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin həmin torpaq sahəsinə dair qeydiyyatdan keçmiş hüququ yoxdur. Hazırda mübahisəli torpaq sahəsi mərhum X2 varisi İddiaçı1 qeydiyyatdan keçmiş istifadəsindədir. Odur ki, cavabdehin qarşılıqlı iddia ərizəsində ləğv edilməsini xahiş etdiyi vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün heç bir əsas olmadığından, qarşılıqlı iddia təmin oluna bilməz. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçının icarəsinə verilmiş Saatlı rayonunun Şirinbəy kəndindəki, 15 nömrəli qış-otlaq sahəsi adlanan ərazidə yerləşən 40 hektar torpaq sahəsinin hal-hazırda cavabdehin qanunsuz istifadəsində olması sübuta yetirildiyindən, torpaq sahəsindən çıxarılma barədə ilk iddia tələbi t əmin edilməlidir. Məhkəmə mövqeyini Mülki Məcəllənin 66.1, 87.1, 87.2, 139.1, 152.1, 152.3, 159, 164.1, 164.2, 238.1, 238.3-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - Torpaq Məcəlləsi) 5, 47.2, 66, 67, 68, 84, 111-ci, MPM-in 4.1, 8.1, 9.1, 9.3, 14.2, 77.1, 88.1, 106.1, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdehin hüquqi varisləri (cavabdeh 30.03.2021-ci il tarixdə ölmüşdür) kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdehin hüquqi varisləri (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişlər. Şikayətə görə, məhkəmə mülki və torpaq qanunvericiliyinin tələbl ərinə zidd qətnamə çıxarmış, sübutları düzgün qiymətləndirməmiş, məhkəmə təcrübəsinin vahidliyinə əməl etməmişdir. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmənin istinad etdiyi hallar tamamilə əsassızdır. KFT cavabdeh və onun ailə üzvləri (cəmi 7 nəfər) tərəfindən təsis edilmişdir. Təsərrüfatın adından hazırlanmış 25 mart 2002-ci il tarixli protokol və cavabdehin adından Saatlı Rayon İcra Hakimiyyətinə yazılmış 27 mart 2002-ci il tarixli ərizə saxtadır. Cavabdeh belə bir ərizə yazmamışdır. Dəfələrlə xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət verilsə də, vəsatət təmin olunmamış, məsələ araşdırılmamışdır. Bundan başqa, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı 18 iyul 2002-ci il tarixli, 111 saylı sərəncamı imzalayarkən, belə bir səlahiyyətə malik olmamışdır. Belə ki, 1997-ci ildə artıq Ədliyyə Nazirliyinin Hüquqi X8 üzrə Bölgə şöbələri fəaliyyətə başlamış və bölgələrdə fəaliyyət göstərən hüquqi şəxslərlə əlaqədar bütün qeydiyyat məsələlərini həyata keçirmişlər. Məhkəmənin "xxxxkəndli fermer təsərrüfatı” MMC-nin 05 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 14 oktyabr 2009-cu il tarixdə qeydə alınması və məhz həmin tarixdən KFT-nin MMC-yə çevrilməsinə istinad etməsi də əsassızdır. Belə ki, "xxxx" KFT birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə şəklində yenidən təşkil edilməmiş və ləğv olunmamışdır. KFT cavabdehin rəhbərliyi ilə fəaliyyət göstərmişdir. X2 təmsilçiliyi ilə yeni MMC təsis edilmişdir. Onlar ayrı-ayrı hüquqi şəxslərdir. Əgər "xxxx" MMC "xxxx" KFT-nin yenidən təşkil edilməsi ilə əlaqədar yaranmışdırsa, o zaman Mülki Məcəllənin 56-57-ci maddələrinə əsasən MMC-ni n Nizamnaməsində hüquq varisliyi göstərilməli və Nizamnamə təsərrüfatın əvvəlki təsisçilərinin ümumi yığıncağının qərarı ilə təsdiq edilməli idi. 14 oktyabr 2009-cu il tarixdə təsdiq olunmuş Nizamnamədə isə bu barədə qeyd yoxdur. Ona görə də, "xxxx" KFT-nin MMC-yə çevrilməsi və X2 varisi kimi iddiaçının adına qeydə alınması barədə məhkəmənin gəldiyi qənaət yanlışdır. Kassasiya şikayətinin digər dəlilləri qarşılıqlı iddianın və apellyasiya şikayətinə etirazın dəlilləri ilə eynidir. Kassasiya şikayətinin əsası kimi, Mülki Məcəllənin 152, 157.1, 164.1, 165-ci, MPM-in 88, 217.2, 372.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfin şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərar ı ilə həyata keçirilə bilər. Maddə 55.2. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 55.4. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi X8na alındığı andan yenidən təşkil edilmiş sayılır. Maddə 55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi dem əkdir. “Kəndli (fermer) təsərrüfatı haqqında” (31.05.2002-ci ildə qüvvədən düşmüşdür) Azərbaycan Respublikasının Qanunu Maddə

2. Kəndli təsərrüfatı, mülkiyyətinə verilmiş torpaqda əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı ilə, onların emalı və satışı ilə məşğul olan vətəndaşların əmək birləşməsi olmaqla, sərbəst sahibkarlıq formasıdır. Kəndli təsərrüfatı ailə üzvlərinin və onlarla daimi işləyən digər şəxslərin ümumi mülkiyyətində olan istehsal alət və vasitələrinə, əsasən bir ailənin üzvlərinin əməyinə əsaslanan, hüquqi şəxs statusuna malik olan müstəqil təsərrüfatçılıq subyektidir. Kəndli təsərrüfatı bir nəfərdən də ibarət ola bilər. Maddə

6. Kəndli təsərrüfatının başçısı xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və ya uzun müddət təsərrüfatdan ayrıldıqda, o, özünün hüquq və v əzifələrini yerinə yetirməyi kollektivin razılığı ilə təsərrüfatın üzvlərindən birinə həvalə edə bilər. Maddə

13. Kəndli təsərrüfatının torpağa mülkiyyət hüququnun yaranması Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında keçirilir. Torpaq sahəsi naturada ayrılıb, yer quruluşu sənədləri və kəndli təsərrüfatı başçısının adına yazılan dövlət aktı verildiyi gündən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış hesab edilir. Maddə

15. Mülkiyyətə torpaq sahəsi aldıqdan sonra kəndli təsərrüfatının Nizamnaməsi müvafiq rayon, şəhər xalq deputatları Sovetində qeydə alındığı gündən kəndli təsərrüfatı yaranmış hesab edilir və həmin gündən o, təsərrüfatçı subye kt və hüquqi şəxs kimi çıxış edir: bank idarələrində hesablaşma hesabı və digər hesablar açır, onun öz möhürü olur, digər müəssisə, idarə, təşkilat və vətəndaşlarla işgüzar münasibətlər yaradır. Maddə

23. Kəndli təsərrüfatının əmlakı, qanunvericilikdə və ya təsərrüfatın üzvlərinin bağladığı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət) hüququ əsasında onun bütün üzvlərinə aiddir. Maddə 26, hissə

4. Kəndli təsərrüfatının başçısı onun bütün üzvlərinin razılığı ilə bu təsərrüfatın adından onun əmlakına idarəçilik qaydasında sahiblik, ondan istifadə və əmlak üzərində sərəncam hüquqlarını qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirir. Maddə

28. Kəndli təsərrüfatında torpağın və əmlakın vərəsəlik üzrə keçməsi və bağışlanması

1. Kəndli t əsərrüfatının başçısı torpaq sahəsi üzərindəki mülkiyyət hüququnu təsərrüfatın bütün üzvlərinin razılığı ilə və müvafiq rayon, şəhər xalq deputatları Sovetinin qərarı əsasında, torpağın təsərrüfat təyinatını dəyişdirmədən ailə üzvlərindən birinin adına keçirə bilər.

2. Əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətə verilən torpaq sahəsinin satılmasına və ya başqa cür özgəninkiləşdirilməsinə həmin sahənin alındığı vaxtdan ən azı 5 il keçdikdən sonra yol verilir.

3. Mülkiyyətdə olan əmlak və torpaq sahələri vərəsələrə qanun və ya vəsiyyət üzrə keçə bilər.

4. Kəndli təsərrüfatının başçısı öldükdə torpaq üzərində mülkiyyət hüququ təsərrüfatın bütün üzvlərinin razılığı ilə, müvafiq rayon, şəhər xalq deputatları Sovetinin qərarı əsasında onun üzvlərindən birinin adına keçir və to rpaq sənədləri (dövlət aktı) onun adına rəsmiləşdirilir.

5. Vərəsəlik və ya bağışlama yolu ilə əldə olunan kəndli təsərrüfatının əmlakı onun yeni sahibinə bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş qaydada verilir. MPM Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçü n çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (maddə 418.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qəra rdadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçı mübahisəli torpaq sahəsindən cavabdehin çıxarılmasını və sahənin boşaldılmasını xahiş edir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 28.02.2020-ci ildə tarixdə müddətsiz icarə hüququ ilə iddiaçının adına qeydə alınmışdır. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək, torpaq sahəsinə iddiaçının hüququnun qeydə alınması üçün əsas olmuş vərəsəlik hüququna dair şəhadətnamələrin və həmin qeydiyyatın ləğvini xahiş edir. İşin mübahisəsiz hallarına görə iş üzrə cavabdeh və iddiaçının əri olmuş miras qoyan X4 05.04.1997-ci ildə təsis edilmiş KFT-nin təsisçilərindən ol muşlar. Cavabdeh ən azı 25.03.2002-ci ilə qədər KFT-nin rəhbəri olmuşdur. Mübahisəli torpaq sahəsi Saatlı Rayon İcra Hakimiyyəti başçısının 16 iyun 1997-ci il tarixli, 121 saylı sərəncamı ilə Saatlı rayon Şirinbəy kəndində qoyunçuluğu inkişaf etdirmək məqsədilə uzunmüddətli istifadə üçün KFT-yə ayrılmış, həmin hüquq səlahiyyətli dövlət orqanında qeydə alınmışdır. Sərəncam hal-hazırda da ləğv edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni həlli üçün ilk növbədə hüquq münasibətlərinin yarandığı dövrdə kəndli (fermer) təsərrüfatlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar təhlil edilməlidir. KFT-nin təsis edildiyi dövrdə qüvvədə olmuş “Kəndli (fermer) təsərrüfatı haqqında” Qanun müəyyən edirdi ki, kəndli təsərrüfatı ailə üzvlərinin əməyinə əsaslanan, hü quqi şəxs statusuna malik olan müstəqil təsərrüfatçılıq subyektidir (maddə 2). Kəndli təsərrüfatının torpaq sahəsi üzərində mülkiyyət hüququ torpaq sahəsi naturada ayrılıb, yer quruluşu sənədləri və kəndli təsərrüfatı başçısının adına yazılan dövlət aktı verildiyi gündən yaranır (maddə 13). Kəndli təsərrüfatının əmlakı, qanunvericilikdə və ya təsərrüfatın üzvlərinin bağladığı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət) hüququ əsasında onun bütün üzvlərinə aiddir (maddə 23). Təsərrüfatın başçısı onun bütün üzvlərinin razılığı ilə bu təsərrüfatın adından onun əmlakına idarəçilik qaydasında sahiblik, ondan istifadə və əmlak üzərində sərəncam hüquqlarını qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirir (maddə 26, 4-cü hissə). Qanunun 28-ci maddəsinin 3-cü bəndi təsərrüfatın mülkiyyətdə olan əmlakının və torpaq sahələrinin vərəsələrə qanun və ya vəsiyyət üzrə keçə bilməsi qaydasını nəzərdə tutur. Qanunun mənasına görə təsərrüfatın bütün əmlakı (o cümlədən əmlak hüquqları) təsərrüfat başçısı olub-olmamalarından asılı olmayaraq onun üzvlərinin ümumi paylı mülkiyyətində olur. Bu baxımdan təsərrüfat başçısının ölməsi kəndli təsərrüfatının bütün əmlakı üçün deyil, ölmüş təsərrüfat üzvünün (başçısının) təsərrüfatdakı payı (əmlakı və ya əmlak hüquqları) üzərində mirasın açılmasına və vərəsəlik hüquq münasibətlərinin predmetinə çevrilməsinə səbəb olur. Eyni zamanda qanunda təsərrüfat başçısı dəyişdiyi halda əvvəlki rəhbərin təsərrüfat üzvlüyünə xitam verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, kəndli (fermer) təsərrüfatının üz vlərindən biri, yaxud rəhbəri öldüyü halda mirasın açıldığı dövrdə qüvvədə olmuş mülki qanunvericilik normalarına uyğun olaraq onun təsərrüfatdakı payına dair vərəsəlik məsələsi həll edilməlidir. Kəndli (fermer) təsərrüfatının digər üzvlərinin payları nəzərə alınmadan onun bütün əmlakının təsərrüfat başçısının əmlakı hesab edilməsi və yalnız onun vərəsələri arasında bölüşdürülməsi yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə uyğun hesab oluna bilməz. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara hüquqi qiymət vermədən kəndli təsərrüfatının torpaq sahəsi üzərində qeydə alınmış əmlak hüquqlarını yalnız təsərrüfat başçısına məxsus hüquq kimi nəzərdən keçirmiş və yalnız onun vərəsələri arasında bölünməsini qanuni hesab etmişdir. Apellyasiya instansiy ası məhkəməsi mövqeyini, həmçinin onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli torpaq sahəsinə dair qeydiyyatdan keçmiş hüququ yoxdur, torpaq sahəsinə icarə hüququ mərhum X2 varisi kimi iddiaçının adına qeydə alınmışdır. Halbuki baxılan iş üzrə cavabdeh məhz iddiaçının torpaq sahəsi üzərində qeydiyyatdan keçmiş hüququnu əsassız hesab etdiyi üçün qarşılıqlı iddia ərizəsi vermiş, torpaq sahəsinə istifadə hüququna dair iddiaçının adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu sənəd əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin qüvvədən salınmasını xahiş etmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi "xxxx" KFT ilə "xxxx" MMC-nin eyni hüquqi şəxs olduğu barədə nəticəyə gəlmişdir. Halbuki Mülki Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi şəxsin yenidə n təşkili - birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə formasında mümkündür və bu formalardan biri əvvəlki hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi X8na alındığı andan yenidən təşkil edilmiş sayılır. Baxılan iş üzrə "xxxx" MMC-nin nizamnaməsində həmin hüquqi şəxsin "xxxx" KFTnin yenidən təşkili əsasında təsis edildiyi, yaxud sonuncunun hüquq varisi olduğu barədə qeyd yoxdur. Apellyasiya instansiyası məhkəməsi iki hüquqi şəxsin eyni şəxs olduğu barədə gəldiyi qənaəti Mülki Məcəllənin 55-ci maddəsinə uyğun tərtib edilmiş və məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırmamışdır. Halbuki mülki prosessual q anunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 14.2, 77.1, 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin hüquqi varisləri Nümayəndə, X21, X22, X23 və X24 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-285/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar