Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-945/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılması, kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsi üzərində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi tələbin ə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)1639/2024 nömrəli iş üzrə 27 sentyabr 2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 12 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Ağdam rayonu Qaradağlı kəndi ərazisində yerləşən 0.25 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ağdam Rayon Məhkəməsinin (hakim Rafiq Məmmədov) xx.xx.2024-cü i l tarixli 2(013)-1026/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan qeydiyyat nömrəsi № ********** olan və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilmiş Ağdam rayonu, Qaradağlı kəndində yerləşən 0.25 ha torpaq sahəsinin 24.0 kv.m. hissəsindən Cavabdeh1 və 23.0 kv.m. hissəsindən isə Cavabdeh2 çıxarılması, İddiaçı mülkiyyətində olan Ağdam rayonu, Qaradağlı kəndində yerləşən 0.25 ha torpaq sahəsinin 24.0 kv.m. hissəsinin üzərində yerləşən tikilinin Cavabdeh1 və 23.0 kv.m. hissəsinin üzərində yerləşən tikilinin Cavabdeh2 hesabına sökülməsi, iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 100 (bir yüz) manat ekpertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərə k qaydada tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(104)-1639/2024 nömrəli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1026/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasi ya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Ağdam Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin qanuna uyğun şəkildə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) 2(104)-1639/2024 nömrəli iş üzrə 27 sentyabr 2024-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(104)-1639/2024 nömrəli qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş kassasiya şikayəti şikayət vermə müddət i ötürüldüyündən geri qaytarılması qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə, saat 14:22-də Cavabdeh2 “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qərardadı xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi qaydada verilmiş hesab olunur. Hazırkı kassasiya şikayəti isə MPM-in 405.0.2-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, (qərardad rəsmi qaydada verildiyi gündən etibarən 10 gündən sonra) 19 avqust 2024-cü il tarixdə verilmiş və buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır.
8. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh2 qərardadı xx.xx.2024-cü il tarixdə almasına baxmayaraq, kassasiya şikayətini xx.xx.2024cü il tarixdə verməklə şikayət vermə müddətini ötürmüş, həmçinin buraxılmış müddətin bərpa edilməsinə dair ərizə və sübutlar təqdim olunmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 (Vəkil ) kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini və apellyasya şikayətinin qanuna uyğun şəkildə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə ədalətlə, faktlara və qanuna əsasən baxmama qla maddi hüquq normasını düzgün tətbiq etməmiş,təqdim edilən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlar əsasında hüquq normalarına müvafiq qiymət verməyərək prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnamədə heç bir izahata qiymət verməmiş, izahatları şərh etməmişdir.
11. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1639/2024 saylı qərardadı qanuna zidd olaraq qəbul edilmişdir. Belə ki, sözü gedən qərardad ilə cavabdehin qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh orta təhsilli, hüquq təhsili olmayan siravi bir şəxsdir. Elektron məhkəmənin nə olduğunu şikayəti vuran zaman məlumatı olmuşdur. Apellyasiya şikayətini isə internet sayıtlarından baxaraq başa düşdüyü üz rə yerləşdirmişdir. Cavabdehin vəkili yoxdur və apellyaisya şikayətini elektron məhkəmə sisteminə özü yerləşdirmişdir. İndi isə qəbul edilmiş qərardad ilə cavabdehin hüquqları daha da pis pozulmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli qərardad ona poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə çatmışdır. Qərarın aşağı hissəsində qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Poçt vasitəsilə aldığı müddətdən 10 gün tamam olmamış qərardaddan şikayət vermişdir. Qəbul edilmiş qərardadda isə qərardad elektron məhkəmə sisteminə vurulduqdan 10 gün müddət ərzində vurulamlı olduğunu deyirlər. Cavabdeh qərardan kassasiya şikayətini 19 avqust 2024-cü il tarixdə yerləşdirmiş, 27 sentyabra qədər də ona heç bir məlumat verilməmi şdir. 02 sentyabr 2024-cü il tarixdə vəkilinin köməkliyi ilə mülki iş üzrə olan elektron sistemə kassasiya şikayətinin mahiyyəti barədə məlumat verilməsi üçün ərizə yazmışdır. 27 sentyabra qədər cavabdehə heç bir məlumat verilməmiş və 27 sentyabrda qanunsuz qərar qəbul olunaraq kassasiya şikayətinin verilməsi müddətinin keçdiyini bildirdilər. Halbuki, cavabdeh hüquq təhsili olmayan, İ Qarabağ Müharibəsinin iştirakçısı olaraq elektron məhkəmə sistemindən anlayışı yoxdur. Cavabdeh bu zamana qədər qanunsuzluq edərək heç bir şəxsin torpaq sahəsini zəbt etməmişdir. Qanunsuzluq etmədiyi üçün də birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Narazı olduğu üçündə apellyasiya şikayəti verir. Lakin işə baxan hakimlər cavabdehin apellyasiya şikayətinin düzgün qaydada forma məzmuna uyğun olm adığını bildirərək mülki işin birinci instansiya məhkəməsinə geri qaytarılmasına dair qərar qəbul etmişdir. Bu hal isə cavabdehin hüquqlarımı kobudcasına pozur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 130.1.Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Maddə 130.3.Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
15. Maddə 133.1.Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən ş əxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
16. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:
17. Maddə 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.
18. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərə findən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Apellyasiya instansiyası məhkəməsinin ak tı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur.
24. Kassasiya şikayətini qaytarmaqla apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, Cavabdeh2 qərardadı xx.xx.2024-cü il tarixd ə almasına baxmayaraq, kassasiya şikayətini xx.xx.2024-cü il tarixdə verməklə şikayət vermə müddətini ötürmüş, həmçinin buraxılmış müddətin bərpa edilməsinə dair ərizə və sübutlar təqdim olunmamışdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin irəli sürülməməsi kassasiya şikayətinin geri qaytarılması üçün qanuni əsasdır.
27. İşin müəyyən edilmiş hallarından da görünür ki, kassasiya şikayəti verilməsi üçün müddət ötüb, onun bərpası barədə ərizə də verilməmişdir.
28. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin h üquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat versə də, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və bu hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər daxilində məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur ki, bu cür məhdudiyyətlərdən biri də MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir.
29. Belə olan halda da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin kassasiya şikayətini qaytarması MPM-in 130.3, 405.0.2 və 408.1.4-cü maddələrinin tələblərinə uyğun olub.
30. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhk əməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1639/2024 nömrəli iş üzrə 27 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.