Məhkəmə qərarları › İş №2(102)-946/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-946/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-946/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsil haqqının ödənilməsindən azad edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5215/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları İddiaçı 2013-cü ildə ödənişli əsaslarla Cavabdeh “İqtisadiyyat” fakültəsinin əyani şöbəsinə daxil olmuş, onunla Universitet arasında hər tədris ilinə görə 1700 manat məbləğində pul vəsaitinin Universitetin hesabına ödənilməsi barədə xx xxxxxx 2013-cü il tarixli müqavilə bağlanmışdır. 2015/2016 və 2016/2017-ci tədris illərinə görə İddiaçı tərəfindən Universitetə müqavilədə müəyyən olunmuş təhsil haqqını ödəyə bilmədiyi üçün İddiaçı semestr imtahanlarına buraxılmamış və 2017-ci ildə o, ordu sıralarına çağırılmışdır. 1 il 6 ay orduda xidmət keçdikdən sonra İddiaçı 2019-cu ilin yanvar ayında ordudan tərxis edilmiş və Universitet rəhbərliyi tərəfindən xx xxxx 2019-cu il tarixli əmrlə xx xxxxxx 2017-ci il tarixdən 2016/2017-ci tədris ilinin sonunadək təhsil h aqqını ödəməkdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin sentyabr ayında İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi imkanı olmadığı üçün 2015/2016 və 2016/2017-ci tədris illəri üçün təhsil haqqını ödəyə bilməməsini, atasının xx xxxxxx 2006-cı il tarixdə vəfat etməsini, anasına isə xx xxxxxxxx 2015-ci il tarixdə 2-ci qrup əlilliyin təyin olunmasını və bununla əlaqədar onun “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq iki dərs ilinin ödənişindən tam azad edilməli olmasına baxmayaraq yalnız təhsilinin 4-cü ilinin 2-ci semestrinin təhsil haqqından azad edilməsini, bundan başqa, xx xxxxxxxx 2015-ci ildən, yəni a nasına əlillik müəyyən edilən vaxtdan ona təqaüd verilməli olmasını, lakin cavabdehin onun 18 yaşı tamam olduqdan sonra anasının əlilliyinin müəyyən olunmasını əsas göstərməklə təqaüdün verilməsindən imtina olunmasını, halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2017-ci il tarixli “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarından sonra xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən yuxarıda göstərilən xx xxxx 1999-cu il tarixli Qanunun 1-ci maddəsinə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmu ş şəxslərə də həmin Qanunun şamil edilməsi barədə dəyişiklik edilməsini əsas göstərməklə cavabdehin üzərinə xx xxxxxxxx 2015-ci il tarixdən 2015/2016 və 2016/2017-ci tədris ilinin təhsil haqqı ödənişindən azad edilməsi barədə öhdəlik qoyulması, ordu sıralarına xidmətə çağırılanadək ala bilmədiyi 2380 manat məbləğində, ordu sıralarında xidmət etdiyi dövrdə ala bilmədiyi 1320 manat məbləğində təqaüdün, cəmi 3700 manatın cavabdehdən alınaraq ona ödənilməsi və xx xxxxxx 2018-ci il tarixə kimi qanunla müəyyən olunmuş imtiyazlardan istifadə edə bilmədiyinə görə cavabdehin üzərinə güzəştin müddətinin daha bir il artırılması, yəni əlavə olaraq bir tədris ilinin də təhsil haqqının ödənilməsindən azad edilməsi barədə öhdəliyin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səb ail Rayon Məhkəməsinin 2(009)-162/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: R.N.Qafarova) iddia qismən təmin edilərək xx xxxxxx 2017-ci il tarixdən 2016/2017-ci tədris ilinin sonunadək Universitetin mənfəəti hesabına 935,16 manat məbləğində təhsil haqqı ödənişindən azad edilməsi nəzərə alınmaqla iddiaçının xx xxxxxxxx 2015-ci il tarixdən 2015/2016 və 2016/2017-ci tədris illərinin təhsil haqqı ödənişindən azad edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması, xx xxxxxxx 2015-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək olan müddət üçün ödənilməmiş 2306,6 manat məbləğində təqaüdün cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5215/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)162/2020 saylı qətnaməsi Cavabdehnə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qanunun həmin normasının 12-ci abzasının Konstitusiyaya uyğunluğuna dair xx xxxxxx 2017-ci il tarixli qərarına və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən həmin Qanuna edilmiş dəyişikliyə əsaslanmış və hesab etmişdir ki, iddianın qismən təmin edilməsi əsaslı olmuşdur. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin qanunun qüvvəsi düzgün tətbiq edilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 1999-cu il tarixli Qanunu Maddə 1 Valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ dərəcə əlilliyi olan şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura sə viyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir; Maddə 5 Bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanını n müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 38.3. Dövlət ali və orta ixtisas təh sili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi tələb edildiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının “Təhsil haqqında” xx xxxx 2009-cu il tarixli Qanununun 14.8-1-ci maddəsinə, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 1999-cu il tarixli Qanununun 1 və 5-ci maddələrinə və həmin Qanuna dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxx 2013-cü il tarixli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2013-cü il tarixli 2896 saylı Sərəncamına əsasən 2013-2014-cü il tədris ilindən başlayaraq ölkənin bütün (dövlət və özəl) ali təhsil müəssisələrində dövlət büdcəsi hesabına valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların (yalnız əyani təhsil formasında) təhsil haqqının ödənilməsindən azad edilməsi və onlara aldığı təqaüdün iki mislinin verilməsi (23 yaşınadək) müəyyən olunmuşdur. Həmin Qanunun qüvvəsi 18 yaşı tamam olana qədər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şamil olunurdu. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli 810 saylı Sərəncamına əsasən xx xxxxxx 2018-ci il tarixdən başlayaraq dövlət büdcəsi hesabına 18 ya şı tamam olandan sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların (yalnız əyani təhsil formasında) təhsil haqqının ödənilməsindən azad edilməsi və onlara aldığı təqaüdün iki mislinin verilməsi tətbiq olunur (23 yaşınadək). Qanuna edilən sonuncu dəyişiklik iddiaçının anasına əlilliyin təyin olunduğu vaxtdan sonra qəbul edilsə də, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7ci və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87-ci maddələrinə əsaslanaraq həmin dəyişikliyin iddiaçıya münasibətdə tətbiqini mümkün hesab etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normalar ının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5215/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar