Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-947/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh XX1rşı iş üzrə QƏRARİ Açar sözlər:müqavilələrin hüquqi qüvvəsinin tanınması, torpaq sahəsi ilə əlaqədar arxiv arayışının və eskiz planının verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)7080/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 11 aprel 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi: İşin halları Abşeron rayonu, X5 sovxozu ilə X12 arasında bağlanmış 1985-1986-ci illərə aid “tərəvəz istehsalatına dair” podrat müqavilələrinin surətinə əsasən, həmin müqavilələr, X12 tərəfindən, ona müvəqqəti təhkim olunmuş torpaq sahəsinin hər hektarından müqavilədə göstərilən miqdarda keyfiyyətli tərəvəz məhsulu əldə edib sovxoza təhvil verməsi barədə öhdəlik götürməsi haqqında bağlanılmışdır. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(003)-4495/2021 saylı qətnaməsi ilə ərizəçi İddiaçı “ölüm faktının müəyyən edilməsi və şəxsin ölmüş elan edilməsinə dair” ərizəsi təmin edilərək 1884-cü il təvəllüdlü X8 xx.xx.1959-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi, 1843-cü il təvəllüdlü X9 ölmüş elan edilməsi və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün 1843-cü il təvəllüdlü X9 ölüm günü hesab edilməsi qət edilmişdir. Bakı şəhəri, 7 saylı Notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunun surətinə əsasən, notarius tərəfindən X7 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətlə əlaqədar olaraq hazırda mərhumun nəticəsi İddiaçı qanun üzrə vərəsəsi olması barədə məlumat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə bildirilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən (Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən 756 kv.sajina torpaq sahəsi) faktiki istifadədə olan 0.71 ha to rpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Azərbaycan Respubli kasının Dövlət Tarix Arxivinin Nümayəndə ünvanladığı xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi üzrə Buzovna kəndinin 1886-cı il dair kameral siyahısında X14-43 yaş, onun oğlanları X17- 7 yaş, X15- 2 yaş, adlı şəxslərin adları qeyd olunmuş və onların Buzovna kəndində 756 kv.sajina bərabər olan torpaqda üzüm sahəsi olmuşdur. Ailə 5 rubl 30 qəpik dəyərində dövlət vergisi və torpaq rüsumu ödəmişdir. X2 xx.xx.1981-ci il tarixdə ölmüşdür. xx.xx.2008-ciil, xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2010-cu il tarixli yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün qəbzlərin surətlərindən görünür ki, Nümayəndə tərəfindən Buzovna Bələdiyyəsinin hesabına ödənişlər aparılmışdır. xx.xx.2013-cü il tarixli əhalidən vergilərin qəbulu üçün qəbzlərin surətlərinə əsasən, Nümayəndə Üzeir oğlu tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin KTM-nin hesabına 55 manat, 33 manat məbləğlərində torpaq vergisi ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 Nümayəndə Üzeir oğluna ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunun surətinə əsasən, sonuncunun müraciətinə cavab olaraq bildirilmişdir ki, X4 adına Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin X3 arxiv qovluğunda torpaq sahəsinin ayrılması barəsində heç bir məlumat aşkar edilməmişdir, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli fərmanına uyğun olaraq yalnız X3 arxiv qovluğunda adları eynilik təşkil etdiyi halda ƏMDX-nin yanında DƏDRX-in 1 saylı Bakı Şəhər Əraz i idarəsinə təqdim etmək üçün arxiv arayış və yerləşmə sxemi təqdim edilir. Belə ki, onun tərəfindən təqdim olunmuş müqavilə və milli arxiv arayışına əsasən tərəflər arasında (yəni atası ilə müəssisə arasında bağlanılan müqavilə) müəssisənin balansında olan əkilib-becərilən torpaqların əmək haqqlarının ödənişi üçün smeta müqaviləsidir. Nəzərinizə çatdırmaq istəyirik ki, təqdim olunan digər milli arxiv arayışında adları qeyd olunan vətəndaşlara fərdi mənzil tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında heç bir məlumat aşkar edilməmişdir. Qeyd olunan nəzərə alaraq bildirilmişdir ki, yalnız torpaq sahəsinin ayrılmasına dair əmrdən çıxarışda və sərəncamdan çıxarışda müəssisənin arxiv qovluğunda olan ad ilə eynilik zərurəti olarsa, plan cizgi və arayışın verilməsi mümkündür. İş üzrə q əbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra– iddiaçı) cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X11nə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi ilə əlaqədar X5 sovxozu ilə 1985-ci il tarixində bağlanmış müqavilələrin hüquqi qüvvəsinin cavabdeh tərəfindən tanınması və ona qeyd olunan torpaq sahəsi ilə əlaqədar arxiv arayışının və torpaq sahəsinin eskiz planın cavabdeh tərəfindən verilməsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onun ulu babasına məxsus olan Buzovna qəsəbəsində yerləşən t orpaqları SSRİ yarandıqdan sonra Buzovna qəsəbəsində fəaliyyət göstərən Tərəvəzçilik Südçülük sovxozunun sərəncamına verilmişdir. Daha sonra 1985-ci ildə o, X5 sovxozu ilə müqavilə bağlayaraq, ailə briqadası yaratmaqla, həmin torpaq sahəsini istifadəsinə götürmüşdür və dövlətə əkilən məhsulun planı və vergisini ödəmişdir. İlkin olaraq ona 2.5 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra o, ulu babasına məxsus olmuş və müqavilə əsasında onun istifadəsində olan torpaq sahəsini özəlləşdirməyə çalışsada, X5 sovxozu və digər inzibati orqanlar tərəfindən ona süni maneələr yaradılmağa başlanılmışdır. Torpaq sahəsinin əksər hissəsi X5 sovxozu tərəfindən qanunsuz üsullarla başqa şəxslərin istifadəsinə və mülkiyyətinə verilmişdir. 03 dekabr 2013-cu i l tarixdə ona məxsus təsərrüfat evini və hasarını sökərək torpağın qalan hissəsini də zəbt etmək istəmişlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayətinə baxılıb araşdırılması haqqında göstəriş verilmişdir. Sözügedən İdarə həmin torpaq sahəsinin və sökülmüş tikilinin onlara aid olduğunu aydınlaşdırmış və onlara dəymiş ziyanın tam bərpa edilməsi qənaətinə gəlmişdir. X5 sovxozunun vəzifəli şəxsləri tərəfindən torpaq sahəsinin bir hissəsi qanunsuz özgəninkiləşdirildikdən sonra, hazırda onun istifadəsində cəmi 0.71 ha torpaq sahəsi qalmışdır. Ulu babasına məxsus olmuş torpaq sahəsini özəlləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə müraciətinə cavab olaraq bildirilmişdir ki, torpağı özəlləşdirmək üçün arxiv arayışı və eskiz planı olmalıdır. Bununla əlaqədar Abşeron rayon Arxiv İdarəsinə verdiyi ərizəyə cavab olaraq xx.xx.2016-ci il tarixli məktubla ona bildirilmişdir ki, Buzovna Südçülük-Tərəvəzçilik sovxozunun sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. Bundan sonra torpağın özəlləşdirilməsi üçün İnzibatiİqtisad Məhkəməsinə müraciət etmiş və ona bildirilmişdir ki, Abşeron rayon Dövlət Arxiv İdarəsinin verdiyi rəsmi cavab və ərizə ilə Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyestri Xid mətinə müraciət etməlidir. O, məhkəmənin qərarına uyğun olaraq, xx.xx.2017-ci il tarixində Abşeron rayon Arxiv İdarəsinin cavabını əlavə etməklə Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2017-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 saylı Qərarına uyğun arayışların verilməsi ilə bağlı xidmət haqqını ödədiyi halda torpağın özəlləşdirilməsi mümkündür. Lakin arxiv arayışının və torpaq sahəsinin eskiz planının təqdim edilməsi zəruri olmuşdur. Bununla əlaqədar hazırda X5 sovxozunun ərazisinin idarəçisi olan cavabdeh XX11 müraciət etmişdir. Lakin cavabdehin 06 may 2021-ci il tarixli, 103 nömrəli məktubu ilə guya ona torpaq sahəsinin ayı rlması ilə bağlı arxiv qovluğunda məlumatın aşkar edilmədiyi bildirilmiş, arxiv arayışının və torpaq sahəsinin eskiz planın təqdim edilməsindən imtina edilmişdir. Halbuki, onda torpaq sahəsinin ayrılması ilə bağlı X5 sovxozu ilə bağlanmış müqavilələrin əsli mövcuddur. Göründüyü kimi, cavabdeh mülki hüquqlarından sui-istifadə edərək, ona maddi ziyan vurulmasına səbəb olur, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına süni maneələr yaradır. X5 sovxozu müqavilə əsasında torpaq sahəsini onun istifadəsinə versə də, hazırda həmin müqavilələr məhkəmə qərarı ilə və ya digər hüquqi yollarla ləğv edilməsə də, cavabdeh həmin müqavilələrin hüquqi qüvvəsini tanımaqdan qanunsuz olaraq imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəb əsində yerləşən “Tərəvəzçilik südçülük” sovxozu Azərbaycan Respublikası Prezidentinin 01 avqust 1992-ci il tarixli Sərəncamına əsasən X tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 01 noyabr 2000-ci il tarıxli, 45 saylı Sərəncamı ilə “Tərəvəzçilik-südçülük” sovxozu ləğv edilmiş və onun bazasında İşlər İdarəsının tabeliyində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “X10” yaradılmışdır. İddiaçının təqdim etdiyi 1985-1986-ci illərə aid olan Abşeron rayonu, Buzovna tərəvəzçilik-südçülük sovxozunun təsərrufat məhsulun istehsalına dair podrat müqaviləsində qeyd olunmuşdur ki, müvəqqəti təhkim olunmuş torpaq sahəsindən tərəvəz məhsulu əldə edib sovxoza təhvil verilməlidir. Eyni zamanda, arxiv sənədlərinə əsasən X6 fərdi yaşayış e vinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında məlumat aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısın”da dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarıxlı Fərmanının 2.5-ci bəndinə əsasən X “X11” tərəfindən vətəndaşın fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda arxiv arayışı və plan-cizgi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətənda şa verilməsi nəzərdə tutulur. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(003)1384/2022 saylı qətnaməsi ilə (hakim S.X.Bəhrəmzadə) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Abşeron rayonu X5 sovxozu (hazırda isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X11) arasında podrat müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən sonuncu, ona sovxoz tərəfindən müvəqqəti təhkim olunmuş torpaq sahəsinin hər hektarından müqavilədə göstərilən miqdarda keyfiyyətli tərəvəz məhsulu əldə edib sovxoza təhvil verməsi barədə öhdəlik götürmüşdür. İddia tələbinin əsasını isə həmin müqavilələr əsasında sovxoz tərəfindən iddiaçının mülkiyyətinə (sahibliyinə) torpaq sahəsi verilməsi, hazırda isə həmin müqavilələr müəssisə tə rəfindən qəbul olunmayaraq, istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün müvafiq arxiv arayışının və torpaq sahəsinin eskiz planın verilməməsi təşkil edir. İşin mübahisəli halı isə 1985-1986-ci illərə aid olan Abşeron rayonu, Buzovna tərəvəzçilik-südçülük sovxozunun təsərrüfat məhsulun istehsalına dair podrat müqaviləsi əsasında iddiaçıya müvəqqəti təhkim olunmuş torpaq sahəsindən tərəvəz məhsulu əldə edib sovxoza təhvil verilməsindən ibarət olmaqla, ona fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılmamasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi ilk olaraq iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi ilə əlaqədar X5 sovxozu ilə 1985-ci il tarixində bağlanmış müqavilələrin hüquqi qüvvəsinin cavabdeh tər əfindən tanınması hissəsinə qiymət verərək hesab etmişdir ki, tələb əsassızdır və təmin edilməməlidir. Belə ki, həmin müqavilələr podrat müqaviləsi olmaqla 1985 və 1986-cı illərə dair iddiaçıya sovxoz tərəfindən müvəqqəti təhkim olunmuş torpaq sahəsində keyfiyyətli tərəvəz məhsulunun əldə edilib sovxoza təhvil verilməsindən ibarətdir və həmin müqavilələr qeyd olunan illərə aid olmaqla cavabdeh Müəssisə tərəfindən inkar edilmir. Odur ki, məhkəmə hesab etmişdir ki, 1985 və 1986-cı illərə dair bağlanılmış podrat müqavilələrinin (torpaq sahəsinin onun sahibliyinə ayrılması məqsədilə) hüquqi qüvvəsinin tanınması tələbi əsassızdır və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi, iddia tələbinin torpaq sahəsi ilə əlaqədar arxiv arayışının və torpaq sahəsinin eskiz planın cavabdeh tərəfindən v erilməsinin təmin edilməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçının qeyd olunan tələblə bağlı iddia irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməsi mümkün deyildir. Belə ki, arxiv arayışının və torpaq sahəsinin eskiz planın verilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsinin iddiaçıya verilməsi işin halları ilə müəyyən olunmur və bu barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq sənədlər (qərar, əmr, çıxarış) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Birinci instanmsiya məhkəməsi hüqu qi mövqeyini Mülki Məcəllənin 752.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun onunla əsaslandırılmışdır ki, məhkəmə, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli və əlaqəli şəkildə qiymətləndirməmişdir. Belə ki, məhkəmə qətnaməsinin məzmumundan da aydın olduğu kimi qətnamənin əsaslandırma və nəticə hissələri arasında ziddiyətlər mövcuddur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)7080/2022 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlimiş, maddi və pros essual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 752.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi faktiki mülkiyyətçi hüququ ilə 30 ildən artıq müddətdir ki, fasiləsi z və etirazsız olaraq iddiaçının sahibliyindədir. Belə olan halda, iddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisi kimi qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı “Torpaq islahatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən sovxozun özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan şəxsdir. Belə ki, iddiaçı, 1963-1996-cı illər ərzində fasiləsiz olaraq həmin sovxozda işləmiş, sovxozdan təqaüdə çıxmış, sovxozun ərazisindən müddətli hərbi qulluğa çağırılmışdır. Lakin, işə baxmış məhkəmələr tərəfindən yuxarıda qeyd olunan xüsusatlar araşdırılmamış, iş üzrə qəbul edilmiş məhkəmə qətnamələri ilə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi sübutlara qeyri-obyektiv, qərəzli bax mış, sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər; Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır; Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir; Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mülki Prosessal Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Mad də 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası mə hkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnam ə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının adına X X3 arxiv qovluğunda torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir və iddiaçı tərəfindən təqdim edilmiş sözügedən müqavilələrin kserosurətlərinə və milli arxiv arayışına görə tərəflər arasında müəssisənin balansında olan əkilib-becərilən torpaqların əmək haqqlarının ödənişi üçün smeta müqaviləsidir. İddiaçıya fərdi mənzil tikintisi haqqında torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçı ilə Abşeron rayonu, X5 sovxozu (hazırda isə X X11) arasında podrat müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən sonuncu, ona sovxoz tərəfindən müvəqqəti təhkim olunmuş torpaq sahəsinin hər hektarından müqavilədə göstərilən miqdarda keyfiyyətli tərəvəz məhsulu əldə edib sovxoza təhvil verməsi barədə öhdəlik götürmüşdür. Hazırki iddia tələbinin əsasını həmin müqavilələr əsasında sovxoz tərəfindən iddiaçının mülkiyyətinə (sahibliyinə) torpaq sahəsi verilməsi, hazırda isə həmin müqavilələr müəssisə t ərəfindən qəbul olunmayaraq, istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün müvafiq arxiv arayışının və torpaq sahəsinin eskiz planın verilməməsi təşkil edir. İşin mübahisəli halı isə 1985-1986-ci illərə aid olan Abşeron rayonu, Buzovna tərəvəzçilik-südçülük sovxozunun təsərrüfat məhsulun istehsalına dair podrat müqaviləsi əsasında iddiaçıya müvəqqəti təhkim olunmuş torpaq sahəsindən tərəvəz məhsulu əldə edib sovxoza təhvil verilməsindən ibarət olmaqla, ona fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılmamasından ibarət olmuşdur. Halbuki, Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər; Həmin Məcəllənin 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır; Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir; Həmin Məcəllənin 68-ci maddəsində göstərilir ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələbləri baxımından ilk olaraq iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi ilə əlaqədar X5 sovxozu ilə 1985-ci il tarixində bağlanmış müqavilələrin hüquqi qüvvəsinin cavabdeh tərəfindən tanınması hissəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, tələbi bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin müqavilələr podrat müqaviləsi olmaqla 1985 və 1986-cı illərə dair iddiaçıya sovxoz t ərəfindən müvəqqəti təhkim olunmuş torpaq sahəsində keyfiyyətli tərəvəz məhsulunun əldə edilib sovxoza təhvil verilməsindən ibarətdir və həmin müqavilələr qeyd olunan illərə aid olmaqla cavabdeh Müəssisə tərəfindən inkar edilmir. Odur ki, məhkəmə hesab etmişdir ki, 1985 və 1986-cı illərə dair bağlanılmış podrat müqavilələrinin (torpaq sahəsinin onun sahibliyinə ayrılması məqsədilə) hüquqi qüvvəsinin tanınması tələbi əsassızdır və təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddia tələbinin torpaq sahəsi ilə əlaqədar arxiv arayışının və torpaq sahəsinin eskiz planın cavabdeh tərəfindən verilməsinin təmin edilməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçının qeyd olunan tələblə bağlı iddia irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməsi mü mkün deyildir. Belə ki, arxiv arayışının və torpaq sahəsinin eskiz planın verilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsinin iddiaçıya verilməsi işin halları ilə müəyyən olunmur və bu barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq sənədlər (qərar, əmr, çıxarış) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və kassasiya instansiyası məhkəməsi bu əsaslandırılma ilə razılaşır. Bu ba xımdan kassasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-7080/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.