Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-949/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı X2 və Cavabdeh-nin vəkili Hüseynov Zaur Elbrus oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8416/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı X4 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəmə sinin 30 avqust 2016-cı il tarixli, 2(011)-8528/2016 saylı qətnaməsi ilə (hakim N.Ə.Misirzadə) İddiaçı Cavabdeh-yə qarşı “mənzilin sahibliyə və istifadəyə verilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, ünvan 1 ünvanda inşa olunmuş 4 saylı yaşayış binasının 19-cu mərtəbəsində, ümumi tikinti sahəsi 226.6 kvadrat metr olan 85 saylı mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi, həmin mənzilin açarlarının İddiaçı təqdim edilməsi, mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması, mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifələrinin Cavabdeh-yə həvalə edilməsi, 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh-dən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının 2(103)-10083/2016 saylı, 21 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), C.İ.Səfiyeva və V.T.Həsənov), Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2016-cı il tarixli, 2(011)8528/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3161/2017 saylı, 03 may 2017-ci il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və Ə.Ə.Əliyev), Cavabdeh-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10083/2016 saylı, 21 dekabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 31 iyul 2017-ci il tarixli, 2(103)-7597/2017 saylı qərardadı ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və S.F.Hacıyev), iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdeh-yə qarşı, İddiaçı və Cavabdeh arasında imzalanmış 11.08.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında inşa olunmuş 4saylı yaşayış binasının 19-cu mərtəbəsində, ümumi tikinti sahəsi 226,6 kv.m. olan 5 otaqlı 85 saylı mənzilin iddiaçı X3 təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneəçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə iddia ərizəsinə dair mülki iş üzr ə yekun qərar çıxarılanadək iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(011)-796/2018 saylı qətnaməsi ilə (hakim İ.N.Abbasova) iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdeh-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(103)-7567/2018 saylı qərardadı ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.Q.Hüseynov), işlər əlaqəli olduğundan iddiaçı Aidə Talıbovanın cavabdehlər İddiaçı və Cavabdeh-yə qarşı “müqavilənin etibarsız sayılması, mənzilin təhvil verilməsi və s.” tələblərinə dair mülki işlə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh-yə qarşı “mənzilin sahibliyə və istifadəyə verilməsi” tələblərinə dair mülki işin birləşdirilərək bir icraatda baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1649/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.N.İmanov ), X2 və Cavabdeh-nin apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2016-cı il tarixli, eləcə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnamələrinin ləğv edilərək, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh-yə qarşı“mənzilin sahiblik və istifadəyə verilməsi və sair” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Aidə Talıbovanın iddiasının təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 11.08.2011-ci il tarixli, 184 saylı, ünvan 2 ü nvanında inşa edilən 4 saylı yaşayış binasının, 19-cu mərtəbəsində, ümumi sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı 85 saylı mənzilə dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 226,6 kv.m. olan 5 otaqlı 85 saylı mənzilin Cavabdeh tərəfindən X3 təhvil verilməsi, Aidə Talıbovanın həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması və iddiaçı Aidə Talıbovanın həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneçilik törədilməsinin Cavabdeh-yə qadağan edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2352/2019 saylı, 03 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və Ə.Ə.Şadiyev), İd diaçı kassasiya şikayəti qismən təmin edilərək,Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1649/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8416/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov), X2 və Cavabdeh-nin apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-796/2018 saylı iş üzrə 06 aprel 2018-ci il tarixli qətnaməsinin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)8528/2016 saylı iş üzrə 30 avqust 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş dir. İşin halları: İddiaçı, Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.08.2011-ci il tarixli, 184 saylı müqaviləyə əsasən ünvan 3 ünvanında inşa olunmuş 4 saylı yaşayış binasının 19-cu mərtəbəsində, ümumi tikinti sahəsi 226.6 kvadrat metr olan 85 saylı mənzilin onun sahiblik və istifadəsinə verilməsi, həmin mənzilin açarının ona təqdim edilməsi, həmin mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması, mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifələrinin Cavabdeh-yə həvalə edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aidə Talıbova iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli mənzil 24.04.2008-ci il tarixində ona satıl ması səbəbindən Cavabdeh-nin eyni mənzili 11 avqust 2011-ci ildə İddiaçı sata bilməzdi, bu səbəbdən sonuncu müqavilə etibarsız sayılmalıdır. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı X4 və Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayətləri vermiş və kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib X2 iddiasının təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İddiaçı X4 və Cavabdeh kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası yalnız İddiaçı mövqeyinə istinad etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı X2 və Cavabdeh-nin vəkili Hüseynov Zaur Elbrus oğlu kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, id diaçı X2 və Cavabdeh-nin vəkili Hüseynov Zaur Elbrus oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı X4 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etm əyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 11 avqust 2011-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh, ünvan 1 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 19-cu mərtəbəsində yerləşən, ümumi tikinti sahəsi 226. kv.m. olan 5 otaqlı 85 saylı mənzili hər bir kv.m.-nin qiyməti 521 manatdan hesablanmaqla, ümumi dəyəri 118.000 manata İddiaçı təhvil verməyi öhd əsinə götürmüşdür. 11.08.2011-ci il tarixli maliyyə arayışına görə, qeyd olunan məbləğ Cavabdeh-yə tam ödənilmişdir və İddiaçı MMC-yə borcu yoxdur. Buna baxmayaraq, mənzildən istifadəyə maneələr yaradıldığından İddiaçı, 26 aprel 2016-cı il tarixdə Cavabdeh-yə xəbərdarlıq ünvanlayaraq, 10 gün ərzində mənzilində sahiblik və istifadəyə dair məhdudiyyətlərin aradan qaldırılması və sərbəst şəkildə 85 saylı mənzilə daxil olmaq, təmir işlərinə başlamaq üçün şərait yaradılması barədə konkret tədbirlərin görülməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bununla bağlı hər hansı tədbir görülmədiyindən, İddiaçı Xətai rayon məhkəməsinə müraciət etmişdir. Aidə Talıbova iddia ərizəsində bildirmişdir ki, 24 aprel 2008-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh, ünvan 1 ünvanın da inşa edilən 4 saylı yaşayış binasının 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 226,6 kv.m. olan 5 otaqlı 85 saylı mənzili hər bir kv.m.-nin qiyməti 900 manatdan hesablanmaqla, ümumi dəyəri 203.940 manata ona təhvil verməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışına görə mənzilin pay dəyəri Cavabdeh-yə tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur. Cavabdeh tərəfindən verilmiş 19.06.2017-ci il tarixli arayışda mənzilin mülkiyyətçisinin Aidə Talıbova olduğu qeyd edilmişdir. Həmçinin Cavabdeh ilə Aidə Talıbova arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli, 151 saylı qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqaviləyə əsasən, 24 aprel 2008-ci il tarixli müqavilə ilə satılmış mənzilin tikinti normalarına uyğun Aidə Talıbovaya təhvil verilməsi razılaşdırılmışdır. İş materia llarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli protokolundan görünür ki, ünvan 1 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 19cu mərtəbəsində yerləşən ümumi tikinti sahəsi 226 kv.m. olan 5 otaqlı 85 saylı mənzilə hakim tərəfindən yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mübahisəli mənzil istifadəyə verilməmiş və orada hazırda yaşayış yoxdur. Bundan başqa, ümumiyyətlə həmin mənzilin giriş qapısı qoyulmamış, mənzilin divarları malalanmamış, təmir-tikinti işləri aparılmamışdır. Bütün bunlar Xətai Rayon Məhkəməsinin 06 aprel 2018ci il tarixli qətnaməsində qeyd olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən iddia müddətinin keçməsinə dair ərizə də təqdim edilmişdir. İşin hallarından görünür ki, ünvan 1 ünvanda inşa edilmiş, 4 say lı yaşayış binasının 19-cu mərtəbəsində yerləşən 85 saylı mənzilə dair həm İddiaçı, həm də Aidə Talıbova müqavilə təqdim edərək öz iddia tələblərini irəli sürmüşlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı, 11 avqust 2011-ci il tarixdə Cavabdeh ilə müqavilə bağlayaraq sözügedən mənzili almış və onun dəyəri olan 118.000 manat məbləğində pulu şirkətə ödədiyindən Cavabdeh əşyanın dəyərinin tam ödənilməsinə dair 11.08.2011-ci il tarixli maliyyə arayışı vermişdir. Həmin müqavilə və maliyyə arayışı adı çəkilən MMC tərəfindən direktor Məzahir Cəfərov şəxsində imzalanmış və möhürlə təsdiq edilmişdir. Cavabdeh-nin nümayəndəsi, İddiaçı ödədiyi pul vəsaitinin M.Cəfərov tərəfindən şirkətin kassasına mədaxil edilmədiyini bildirməsinə baxmayaraq müqavilə əsasında alınmış pul vəsaiti nin şirkətə mədaxil olunmaması dəlili, hüquqi şəxslə onun təmsilçisi arasında yarana biləcək mübahisə olmaqla, İddiaçı hüquqi vəziyyətinə (pay haqqını tam ödəmiş şəxsin mülkiyyətçi olmasına) təsir etmədiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu məlumat mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Həmçinin Cavabdeh, İddiaçı ödədiyi pul vəsaitinin satış qiymətlərinə uyğun olmadığını bildirsə də, tərəflər müqavilə azadlığı prinsipi çərçivəsində mövcud şərtlərə görə əşyanın dəyərini istədikləri məbləğdə razılaşdırmaqda sərbəst olduqlarından apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qiymətin aşağı olması dəlili də özüözlüyündə müqavilənin etibarsız sayılması üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı, Konstitusiyanın 29-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çı xış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığı daxildir. İş materiallarından görünür ki, Aidə Talıbova, mübahisəli mənzilin 24 aprel 2008-ci ildə ona satılması səbəbindən Cavabdeh-nin eyni mənzili 11 avqust 2011-ci ildə İddiaçı satmağa səlahiyyətinin olmadığını bildirərək, sonuncunun müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, A1nın müqaviləsi uydurma əqd kimi etibarsızdır. Azərbayca n Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzil həqiqətən də 24.04.2008-ci il tarixli müqavilə əsasında Aidə Talıbovaya satılmış olsaydı bunu Cavabdeh-nin (əvvəlki direktoru Məzahir Cəfərovun, sonrakı nümayəndələri Adəm Orucovun və Adilağa Hüseynovun) bilməməsi mümkün deyildi. Buna baxmayaraq, Cavabdeh, həmin mənzilin 11 avqust 2011-ci ildə İddiaçı satılmasına dair müqavilə imzalamışdır. MMC-nin hazırkı nümayəndəsi A.Hüseynov, mənzilin İddiaçı satılmasını keçmiş direktor M.Cəfərovun dələduzluq əməli kimi qiymətləndirsə də, işdəki sənədlərdən görünür ki, şirkətin sonrakı nümayəndələri (hətta A.Hüseynovun özü) belə məhkəmə çəkişmələrində 2017-ci ilin aprel ayınadək A1 barədə məlumat verməmişlər. İş materiallarından görünür ki, İddiaçı mənzilin təhvil verilməsinə dair iddiasına baxılarkən şirkətin nümayəndəsi X5, 19.08.2016-cı il tarixli məhkəmə iclasında İddiaçı şirkətə yaxınlaşıb ona məxsus mənzili tələb edə biləcəyini, bu məsələdə mübahisə olmadığını və iddianı qəbul etdiyini bildirmişdir. Hətta həmin iddianın təmin olunması barədə Xətai Rayon Məhkəməsinin 30.08.2016cı il tarixli qətnaməsindən Cavabdeh-nin nümayəndəsi K.F.Quliyev 31.10.2016-cı ildə apellyasiya şikayəti verdikdə, şirkətin digər (o cümlədən apellyasiya baxışında iştirak edən) nümayəndəsi Adilağa Hüseynov, 21.12.2016-cı ildə təqdim etdiyi apellyasiya şikayətinə əlavədə, habelə 09.03.2017-ci ildə verdiyi kassasiy a şikayətində mübahisəli mənzilə dair Aidə Talıbova ilə 24.04.2008-ci ildə müqavilə bağlanmasına və mənzilin ona satılmasına dair heç bir məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənzilə dair məhkəmədə mübahisə getdiyi halda, onun hələ 2008-ci ildə Aidə Talıbovaya satılmasını adları çəkilən nümayəndələrin heç birinin bilməməsi inandırıcı deyil və Cavabdeh həmin nümayəndələrin bu faktı hansısa obyektiv səbəbdən bilmədiklərinə, yaxud bilməli olmadıqlarına dair sübut təqdim etməmişdir. Müəyyən edilmişdir ki, mənzilin Aidə Talıbovanın istifadəsinə verilməsi haqqında 20.11.2015-ci il tarixli müqaviləni, habelə mənzilin həmin şəxsə məxsus olması barədə 12.01.2016-cı il tarixli arayışı Cavabdeh-nin adından icraçı direktor kimi məhz Adilağa Hüseynov imzalamışdır. Başqa sözlə, 2015-ci ilin noyabrında və 2016-cı ilin yanvarında həmin sənədləri Cavabdeh-nin təmsilçisi kimi öz imzası ilə təsdiqləyən Adilağa Hüseynovun 2016-cı ilin dekabrında təqdim etdiyi apellyasiya şikayətinə əlavədə və 2017ci ilin mart ayında verdiyi kassasiya şikayətində Aidə Talıbovanın müqaviləsini bilməməsi və bu barədə məlumat verməməsi mümkün deyildi. İş materiallarından görünür ki, Aidə Talıbova bildirmişdir ki, mənzil 20.11.2015-ci il tarixli müqavilə ilə ona təhvil verilmiş, həmin mənzilə qapı qoymuş, onu idarə etmiş, kommunal xərcləri ödəmişdir. Araşdırma zamanı isə nəinki bu məlumatları təsdiqləyən mötəbər sübutlar təqdim olunmamış, hətta onların həqiqətə uyğun olmadığı ortaya çıxmışdır. Belə ki, Cavabdeh-nin nümayəndəsi mənzili sahibinə təhvil verərkən bir qayda olaraq, “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” müqavilə bağladıqlarını bildirmişdir. Hazırkı işdə Aidə Talıbova ilə 20.11.2015-ci il tarixdə bağlanmış 151 nömrəli müqavilə ilə yanaşı, eyni məzmunlu 05.11.2013-cü il tarixli müqavilənin surəti mövcuddur. Bununla belə, A1 ilə 2013-cü ildə müqavilə bağlandığı halda, eyniməzmunlu müqavilənin 2015-ci ildə yenidən bağlanmasının ağlabatan səbəbi məhkəməyə izah olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əşyaya sahiblənməni təsdiq edən faktlardan biri, yəni A1 tərəfindən mənzilə qapının qoyulması, birinci instansiya məhkəməsinin hakiminin 02.04.2018-ci ildə keçirdiyi yerli baxışla təkzib olunmuşdur. Hakim tərəfindən yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli mənzil istifadəyə verilməmiş, or ada yaşayış yoxdur, həmin mənzilin giriş qapısı ümumiyyətlə qoyulmamış, divarları malalanmamış və təmir-tikinti işləri aparılmamışdır. A1nın nümayəndəsi mənzili idarə etməsini təsdiq edən kommunal (işıq, su, qaz və siqnalzasiya) ödəniş kimi 05.11.2013-cü il tarixli qəbzin surətini təqdim etmişdir. Lakin həmin sənəd kommunal xidmətləri həyata keçirən qurumlar tərəfindən deyil, mübahisənin həllində maraqlı olan Cavabdeh tərəfindən təsdiq olunduğundan apellyasiya instansiyası məhkəməsi həmin sənədi mötəbər sübut kimi qəbul etməmişdir. Cavabdeh, mənzilin dəyərinin hansı hesaba ödənilməsini, bu barədə bankın müvafiq maliyyə sənədlərini, şirkətə mədaxillə bağlı mühasibatlıq sənədlərini məhkəməyə təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin müqaviləsi olan şəxslərdən hansına satılmasının Cavabdeh-nin maliyyə sənədlərindəki məlumatlardan yoxlanılması üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərmişdir. Həmin qurumun 29.08.2019-cu il tarixli, ********* nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh-nin vəzifəli şəxsləri barəsində aparılan cinayət işi üzrə şirkət tərəfindən ünvan 3 ünvanında inşa edilən 4 ədəd binada yaşayış və qeyri-yaşayış sahələrinin alıcılara satılarkən tərtib olunmuş müqavilələrin və satışa dair əməliyyatların rəsmiyyətə salınmasının düzgünlüyünə dair audit yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsində tərtib olunmuş 30.01.2013-cü il tarixli akta əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə predmeti olan, 4 saylı binada yerləşən, sahə si 226.6 kvadrat metr olan 85 saylı mənzil İddiaçı satılmışdır. Həmin sənədlərdə mənzilin 2008-ci ildə X1 dair məlumat mövcud deyil. Göründüyü kimi, 24.04.2008-ci il tarixdə bağlandığı iddia edilən müqavilə barədə məlumatların şirkətin maliyyə sənədlərində olmaması onun həqiqi olmamasına inamı daha da artırır. İş materiallarından görünür ki, İddiaçı bağladığı müqavilə və ona verilmiş maliyyə arayışı kompyuterdə tərtib olunmaqla, sənədlərin tarixi və nömrəsi göstərildiyi halda, Aidə Talıbovanın müqaviləsində tarix, alıcının adı və mənzilə dair məlumatlar əllə yazılmış, müqavilənin nömrəsi, habelə şəxsiyyət vəsiqəsi məlumatları, habelə onun adına olan maliyyə arayışında ümumiyyətlə tarix və nömrə mövcud deyil. Ali Məhkəmənin iş üzrə göstərişinə uyğun olaraq həmin xüsusatların yoxlanılması mə qsədilə müqaviləni tərtib edən şəxsin kimliyinə, sənədi nə vaxt tərtib etməsinə dair məlumatların, habelə həmin şəxsin dinlənilməsi üçün məhkəməyə təqdim edilməsi tələb olunsa da, bu tələblər Cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sənədin rəsmi kitabda qeydiyyatdan keçməsini göstərən əlamətlər kimi onun nömrə və tarixinin olması mühüm əhəmiyyət kəsb edir və hazırkı işdə Aidə Talıbova, öz sənədlərinin mötəbərliliyinə ciddi şübhələr olduğu halda, müqaviləsində nömrənin, maliyyə arayışında isə həm tarixin, həm də nömrənin olmamasının səbəblərini ağlabatan dəlillərlə izah edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Aidə Talıbova ilə Cavabdeh arasında tərtib edilmiş müqavilə qarşılıqlı hüquq və öhdəli k yaratmağa yönəlmiş iradə ifadələri olmamaqla görünüş üçün bağlanmış uydurma əqddir və belə əqd isə əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Aidə Talıbova ilə Cavabdeh arasında bağlanmış əqd uydurma olması səbəbindən qarşılıqlı öhdəliklər icra edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin, yəni əqdin etibarsızlığının nəticələrinin tətbiqi mümkün deyil. Aidə Talıbova ilə Cavabdeh arasında bağlanmış 24.04.2008-ci il tarixli müqavilə heç bir hüquqi nəticə əmələ gətirmədiyi üçün həmin MMC-nin 11.08.2011-ci il tarixli müqavilə əsasında ünvan 1 ünvanda inşa edilmiş, 4 saylı yaşayış binasının 19-cu mərtəbəsində yerləşən 85 saylı mənzilə sərəncam verərək onu İddiaçı satmaq səlahiyyəti olduğundan apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı həmin müqaviləni bağladıqdan və pay haqqını tam ödədiyi andan həmin əmlaka mülkiyyət hüququ qazanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ ə ldə etdiklərindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı, müqavilənin 2.1.1-ci bəndinə və Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, mənzilin onun sahiblik və istifadəsinə verilməsini, həmin mənzilin açarının ona təqdim edilməsini, həmin mənzildə təmir işlərinin başlanmasına şərait yaradılmasını, mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmasını öhdəliyin icrasını gecikdirmiş Cavabdeh-dən tələb etməkdə haqlıdır. Belə ki, adları çəkilən tərəflər arasında bağlanmış müqavilənin 2.1.1-ci bəndinə görə, satıcı Cavabdeh,...tikinti-quraşdırma işlərini layihə sənədlərində müvafiq olaraq qüsursuz və dövlət tikinti komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə al ıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -569.1-ci maddəsinə görə, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. -427.2-ci və 427.4-cü maddələrinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə bo rcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Aidə Talıbovanın əqdin etibarsızlığına dair iddianı qaldırmaq üçün müddəti ötürməsi barədə İddiaçı ərizəsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, A1nın irəli sürdüyü iddia (sərəncam səlahiyyəti olmamasına görə bağlanmış əqdin etibarsızlığı tələbi) əhəmiyyətsizlik halına istinaddır. Əqdin əhəmiyyətsizlik səbəbilə etibarsız hesab olunması üçün isə qanunda müddət nəzərdə tutulmamışdır. Çü nki, əhəmiyyətsiz əqdlər məhkəmə qərarından asılı olmayaraq özü-özlüyündə etibarsızdır (MM-nin 337.3-cü maddəsi). Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsindəki 1 illik müddət əhəmiyyətsiz əqdin etibarsız sayılması üçün iddia qaldırmaq müddəti deyil, belə əqdin nəticələrinin tətbiqi haqqında iddia müddətidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi, hər iki iddia üzrə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassatorlar kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsələr də, iş mater ialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları ətraflı araşdırılmaqla düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində tam düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X4 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8416/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-949/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-949/2020
25.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver