Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-949/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 oğlü, X7 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rahim oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2918/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 10 iyun 2021-ci il tarixli, 05/01-2307/11 nömrəli məktubu ilə göndərilmiş Siyəzən rayon dövlət notariat ofisində 29 iyun 1998-ci il tarixdə 2V-245 reyestr nömrəsi ilə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinə görə Siyəzən şəhərinin Xətai küçəsindəki 1 mərtəbəli, 2 yaşayış otaqlı, 67,5 kv metr yaşayış, 128,3 kv metr ümumi sahəsi olan 99 nömrəli fərdi yaşayış evi keçmiş Dəvəçi rayon XDS-in icraiyyə komitəsinin 13 may 1981-ci il tarixli, 9 nömrəli qərarı ilə X1 adına qeydə alınmış, sonuncu 18 avqust 1986-cı il tarixdə öldükdən sonra onun ailə üzvləri, o cümlədən qızı, oğulları və Cavabdeh1lar mərhum analarından miras qalan evdən onlara çat an paydan qardaşları un xeyrinə imtina etmiş, nəticədə sonuncu qeyd edilən miras əmlaka münasibətdə mərhum nın vərəsəsi kimi Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 15 aprel 2009-cu il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə görə Siyəzən şəhəri, Xətai küçəsindəki 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 67,5 kv metr yaşayış, 60,8 kv metr köməkçi sahədən ibarət 99 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 27 avqust 2009-cu il tarixdə verilm iş AZ-İ seriyalı, 078670 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X4 arasında olan nikah 27 avqust 2009-cu il tarixdə ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin gün 20 nömrəli qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişi soyadında qalmış, qadına Abdulova soyadı verilmişdir. Siyəzən rayon Dövlət Notariat Kontorunun notariusu tərəfindən təsdiqlənmiş, 10 yanvar 2011-ci il tarixdə 4Ə-04 reyestr nömrəsi ilə qeydə alınmış həmin tarixli müqaviləyə əsasən satıcı X8 (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən 09 dekabr 2010-cu il tarixdə verilmiş 46 saylı etibarnamə əsasında çıxış edən nümayəndəsi X5 vasitəsilə) mülkiyyətində olan Siyəzən şəhərinin Xətai küçə sindəki 0,06 ha torpaq sahəsində yerləşən 99 saylı fərdi yaşayış evini İddiaçı 20000 manata satmışdır. 10 yanvar 2011-ci il tarixli, 4Ə-04 nömrəli notariat işində olan X3 ərizəsinin surətindən görünür ki, o, atası un mülkiyyətindəki Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 99 saylı evin satılmasına etiraz etməmişdir. Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən 15 yanvar 2011-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 99 saylı ev həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********03-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən RPŞ Q və ŞV qrupu tərəfində n 15 yanvar 2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatdadır. X2 ifadəsində göstərmişdir ki, iddiaçı keçmiş arvadı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3lar isə qardaşlarıdır. Mübahisəli evi təxminən 1980-ci illərdə, toyundan təxminən 5-6 il əvvəl özü tikmiş, evin inşa edilməsində qardaşları və in köməkliyi olmamışdır. Anası 1986-cı ildə vəfat etdikdən sonra ev vərəsəlik qaydasında onun adına keçmiş, habelə bununla bağlı cavabdehlər də notariusa razılıq ərizələri vermişlər. 2009-cu ildə arvadı Səadətdən boşandıqdan sonra o, da bu evi tərk etmiş, orada yaşamamışdır. Daha sonra, həmin evi 10 yanvar 2011-ci il tarixdə alqı-satqı yolu ilə keçmiş arvadı Səadətə satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh3, Kərimov Musa oğlu, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 99 saylı evə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra ərizə ilə müraciət edərək Kərimov Musa oğlu, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş, məhkəmə Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən onun ərizəsini təmin etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1985-ci il tarixdə cavabdehlər və Cavabdeh3ların qardaşı la rəsmi nikaha daxil olmaqla ailə qurmuş, Siyəzən şəhəri, Xətai küçəsindəki 99 nömrəli evə gəlin köçmüş, 2009-c u ilədək həmin evdə yaşamış, həmin ildə la olan nikahı pozulmuşdur. Mübahisənin predmeti olan yaşayış evini 10 yanvar 2011-ci il tarixdə keçmiş əri dan 20000 manata satın almış, yaşayış evinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus olan evdə qeydiyyatda olsalar da, onlar faktiki olaraq Siyəzən şəhərində, müxtəlif ünvanlarda, öz evlərində yaşayırlar. Cavabdehlərin evində qeydiyyatda olmalarını bir neçə müddət bundan əvvəl, yəni evi satmaq istəyərkən bilmişdir. Cavabdehlərə evindən qeydiyyatdan çıxmalarını təklif etmiş, lakin onlar bundan imtina etmişlər. Bu barədə yazılı ərizə ilə Siyəzən RPŞ-nə müraciəti də nəticəsiz qalmış, ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Cavabdehlərin evində qeydiyyatda qalmaları formal xarakter daşıyı r, sonuncular artıq uzun müddətdir ki, özlərinə məxsus evlərdə yaşayırlar. Cavabdehlərin evində qeydiyyatda olmaları onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Tərəflərin təqdim etdikləri sübutlara, həmçinin şahid kimi dindirilən X6 ifadəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsi, Mülki Məcəllənin 152.1-ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına istinad etməklə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlər və Cavabdeh1ların, habelə sonuncunun qızı Cavabdeh2 mübahisəli fərdi yaşayış evindən uzun müddət istifadə etməmiş, davamlı surətdə, daimi olaraq başqa yerdə yaşamış, hal-hazırda da yaşayırlar, onlar daimi yaşamaq üçün başqa yaşhayış sahəsinə köçmüşlər. Belə olan halda cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi əsasları aradan qalxmış olur ki, bu da həmin hüququn xitamı ilə nəticələnir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. a) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Gülnarə Tağızadə sədrlik edən və məruzəçi, Lətfə Məmmədova, Telman Quliyev) 04 oktyabr 2021-ci il tarixli qətnaməsi il ə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər və Cavabdeh1lar, habelə sonuncunun qızı Cavabdeh2 ilə İddiaçı arasındakı hüquq münasibətləri 01 oktyabr 2009cu il tarixdən əvvəl yarandığından mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birli kdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya kö çdüyü gündən pozulmuş hesab edilir. (Məcəllənin 53-cü maddəsinin 3-cü və 4-cü hissələri, 87 və 123-cü maddələri). “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İddiaçının mülkiyyətində yaşayış evi keçmiş Dəvəçi rayon X DS-in icraiyyə komitəsinin 13 may 1981-ci il tarixli, 9 nömrəli qərarı ilə nın adına qeydə alınmış, D.Kərimorva 18 avqust 1986-cı il tarixdə öldükdən sonra onun ailə üzvləri, o cümlədən qızı, oğulları və Cavabdeh1lar mərhum analarından miras qalan evdən onlara çatan paydan qardaşları un xeyrinə imtina etmiş, nəticədə sonuncu qeyd edilən miras əmlaka münasibətdə mərhum D.Kərimovanın vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş, habelə bu ev 15 aprel 2009-cu il tarixdə un adına qeydiyyata alınmışdır. Bundan sonra, 10 yanvar 2011-ci il tarixdə mülkiyyətində olan Siyəzən şəhərinin Xətai küçəsindəki 99 saylı fərdi yaşayış evini keçmiş arvadı İddiaçı 20000 manata satmış və 15 yanvar 2011-ci il tarixdə onun adına dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər və Cavabde h3lar mübahisəli fərdi yaşayış evini müvafiq olaraq 1998ci və 2000-ci illərdə tərk edənədək oranın keçmiş mülkiyyətçisi olan anaları və sonrakı sahibi, habelə mülkiyyətçisi qardaşları la birgə yaşamaqla ümumi təsərrüfat idarə etdiklərindən onların həmin evdən iddiaçı ilə birlikdə istifadə hüquqları olmuşdur. Digər Cavabdeh2 da mübahisəli ünvana münasibətdə cavabdeh atası Cavabdeh1 hüququndan törəmə istifadə hüququ mövcud olmuşdur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evində istifadə hüququnu əldə etmiş cavabdehlər və Cavabdeh1ların özlərinin də məhkəmə iclasında izahatları ilə uzun müddət həmin evdən istifadə etmədikləri və davamlı surətdə, daimi olaraq başqa yerdə yaşadıqları müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh1 qızı digər Cavabdeh2 da atası ilə birlikdə hələ azyaşlı olarkən mübahisəli ünvanı tərk etməsi, uzun müddət həmin evdən istifadə etməməsi və davamlı surətdə, daimi olaraq başqa yerdə valideynlərinin yanında yaşaması müəyyəndir, bu hal da işin müəyyən edilmiş digər faktiki halları kimi mübahisə doğurmur. İşin halları ilə cavabdehlərin digər daimi yaşayış yerlərinin olması sübuta yetirilmiş, eləcə də, müəyyən edilmişdir ki, onların mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurəti mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq ed ilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən mübahisəli yaşayış evindən istifadə hüququnun olması ilə bağlı hallar düzgün dəyərləndirilməmiş, qardaşı tərəfindən yaşayış evi iddiaçıya satlırkən onun razılığının alınmamasını, istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilə biləcəyini nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə yazılı etiraz verərək şikayətdə irəli sürülən dəlillərin əsassız olduğunu, məhkəmələr tərəfindən araşdırılmaqla hüquqi qiymət verildiyini kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdrilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsidən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): Maddə. 53-cü maddənin 3-cü və 4-cü hissələri. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalar ına uyğun həll edilməlidir. Mülki Prosessual Məcəllə: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflərin mübahisəli mənzilə dair hüquqları 2000-ci ilədək yarandığından mübahisənin həlli 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarının tələbləri pozulmamışdır. Cavabdehin özü də etiraf etmişdir ki, mübahisəli yaşayış evini 2000-ci ildə tərk etmiş, bir neçə il müxtəlif ünvanlarda kirayədə qalmış, 2005-ci ildə isə ünvan 2əmin vaxtdan dja ailəsi ilə ora köçmüşdür. Mübah isəli yaşayış evində qeydiyyatdan başqa heç bir əlaqəsi yoxdur. Belə olan halda məhkəmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin 53, 54 və 87-ci maddələrinin tələblərini nəzərə alaraq Cavabdeh3 mübahisəli yaşayış evində istifadə hüququnun itirilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin digər dəlilləri, yəni istifadə hüququna kompensasiya verilməklə xitam verilə bilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hal apellyasiya şikayətində irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Kassasiya şikayəti digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ay dınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2918/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.