Məhkəmə qərarları › İş №2(102)-950/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-950/2025

08.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-950/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X4rşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu, (məruzəçi), X7 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 2(103)6549/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. “İşəgötürən” Azərbaycan Respublikasının Prezidenti yanında X6 rektoru akademik Urxan Ələkbərovla “İşçi” İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Zülfiqarova X1 tam ştat müəllim vəzifəsinə qəbul edilir. Bu müqavilə müddətli olduğundan 15 sentyabr 2016-cı il tarixdən 15 sentyabr 2017-ci il tarixədək 1 il müddətinə bağlanmışdır;

3. Azərbaycan Respublikasının Prezidenti yanında X6 Attestasiya komissiyasının yaradılması barədə 13/04 №-li, xx.xx.2024-cü il tarixli əmrindən çıxarışa əsasən Akademiyanın struktur bölmələrində çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına müvafiq olaraq tutduqları vəzifəyə uyğun olduğunu aşkara çıx armaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması məqsədi ilə 7 nəfərdən ibarət tərkibdə Attestasiya komissiyası yaradılması, attestasiya olunacaq əməkdaşlara attestasiyanın başlanmasına 1 (bir) aydan gec olmayaraq bu barədə məlumat verilməsi əmr edilmişdir.

4. Azərbaycan Respublikasının Prezidenti yanında X6 kadr məsələləri şöbəsinin xx.xx.2024-cü il tarixli xəbərdarlığına əsasən bir aydan sonra “Dillər” kafedrasında qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəllimlərin attestasiyasının keçiriləcəyi barədə kafedra müəllimləri xəbərdar edilmişlər, onlara bu müddət ərzində attestasiyaya hazırlaşmaları tövsiyə edilmişdir;

5. Azərbaycan Respublikasının Prezidenti yanında X6 Attestasiya komissiyasının xx.xx.2024-cü il tarixli attestasiya vərəqəsində İddiaçı Sübhan q ızının tutduğu vəzifəyə uyğun olmadığı göstərilmişdir;

6. Azərbaycan Respublikasının Prezidenti yanında X6 Dillər kafedrasının müəllimlərinin attestasiyasını həyata keçirən komissiya iclasının 2 nömrəli, 02 may 2024cü il tarixli Protokolundan görünür ki, kafedranın ingilis dili müəllimləri X2 və İddiaçı attestasiyasının nəticələri qeyri qənaətbəxş olduğundan tutduqları vəzifəyə uyğun deyil. Dillər kafedrasının ingilis dili müəllimləri X8 və İddiaçı attestasiyadan keçmədiklərinə görə onlar barəsində yekun qərarın qəbul edilməsinin rektorluğa təklif edilməsi qərara alınmışdır;

7. Azərbaycan Respublikasının Prezidenti yanında X6 Əmək müqaviləsinə xitam verilməsi barədə 13/57 №-li, xx.xx.2024-cü il tarixli əmrinə əsasən “Dillər kafedrası bölməsində “dosent” vəzifəsində işləyən İddiaçı Subhan q ızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 “c” bəndi - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutuduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir;

8. Azərbaycan Respublikasının Prezidenti yanında X6 02/90 nömrəli 14 may 2024-cü il tarixli Dillər kafedrasının müəllimlərinin attestasiyasının nəticələri barədə əmri ilə Akademiyanın 16 yanvar 2024-cü il tarixli 13/04 nömrəli əmrilə yaradılmış Attestasiya komissiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərini və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “A zərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalır”nın müddəalarının əsas tutaraq Dillər kafedrasının müəllimlərinin peşəkarlıq səviyyəsini, ixtisası və tutuduğu vəzifəyə uyğunluğunu, onların fərdi qabiliyyət və üstünlüklərini qiymətləndirərək müvafiq qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanları və Attestasiya komissiyasının 02 may 2024-cü il tarixli qərarını əsas tutaraq Akademiyanın Dillər kafedrasının ingilis dili müəllimləri X8 və X5 tutduğu vəzifəyə uyğun olmadığına görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas kimi “Elm haqqına” AR Qanununun 25-ci maddəsi və Dillər kafedrasının müəllimlərinin attestasiyasını həyata keçirən komissiya iclasının xx.xx.2024-cü il tarixli 1 №-li protokolu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a ) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidenti yanında X6 xx.xx.2024-cü il tarixli, 02/90 nömrəli və 16 may 2024-cü il tarixli, 13/57 nömrəli əmrlərin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməklə, onun əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında X6 dosenti. (son – 4 ildə) ingilis dili üzrə müəlliməsi vəzifəsində çalışırdı. Daha əvvəllər başqa fənləri (Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb pedaqogikası) də, tədris etmişdir. 2024-cü ilin may ayının 24-də məlum oldu ki, onu 16 may 2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad ediblər. Belə ki, 16 may 2024-cü il tarixli, 13/57 nömrəli əmrin verilməsi üçün əsas isə Azərbaycan Respublikasının Prezidenti yanında X6 02/90 nömrəli, 14 may 2024-cü il tarixli əmri olmuşdur. Həmin əmrin verilməsi üçün əsas isə guya o, (02 may 2024) attestasiya komissiyasının rəyinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Halbuki attestasiya formal keçirilmiş və heç bir qanunun tələbi qorunmamışdır. 26 may 2023-cü il tarixində də işəgötürən tərəfindən attestasiya keçirilmiş və komissiyanın üzvü olmayan 2 şəxs də orada iştirak edərək ona qarşı qərəzlilik olması səbəbilə problem yaratmışdırlar. 02 may 2024-cü il tarixində isə ingilis dilini bilməyən şəxslər komissiyanın üzvü i di. Məsələn, komissiyanın üzvü olan (elmi işlər üzrə prorektor) Əlikram Abdullayev, (Həmkarlar İttifaqının sədri) Yusif Ağayev, (tədris hissə müdiri) Ziyafət Həbibova, (kadr məsələləri şöbəsinin müdiri) Afaq Əliyeva ingilis dilini bilmir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Prezidenti yanında X6 xx.xx.2024-cü il tarixli, 02/90 nömrəli və 16 may 2024-cü il tarixli, 13/57 nömrəli əmrlərin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməklə, onun əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının işdən çıxarılma səbəbi kimi attestasiyanı uğurla keçməməsi göstərilib. Cavabdehin nüm ayəndəsi hazırlıq iclasında bildirmişdir ki, attestasiya ilə yanaşı, iddiaçının son 5 illik fəaliyyətini də nəzərə almalıdırlar. İddiaçının son 5 illik fəaliyyətinin necə uğurlu olduğunu təsdiq edən çoxsaylı sənədlər tərəflərindən məhkəməyə təqdim olunub. Onlardan biri iddiaçının İstedadlar layihəsində iştirak etdiyinə görə təşəkkürnamədir. Məhkəmənin hazırlıq iclasında o, cavabdehin nümayəndəsinə sual vermişdir ki, ekspert qrupuna necə adamlar cəlb olunub, onlar savadlı adamlardırmı?. Cavabdehin nümayəndəsi bildirmişdir ki, bəli savadlıdırlar. Əgər iddiaçı zəif biliyə sahib idisə, niyə İstedadlar layihəsinə 14 il ərzində ekspert kimi cəlb olunub? O suala cavab almamışdır. Attestasiya haqqında xx.xx.2024-cü il tarixli qərara görə Attestasiya Komissiyasının rəhbəri prorektor Əlikram Abdulla yevdir. Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən işçinin iş yeri üzrə rəhbəri Attestasiya Komissiyasının üzvü ola bilməz. Prorektor iddiaçının rəhbəridir. Bu, maddi normanın pozuntusudur. İkincisi, o, cavabdehin nümayəndəsinə sual vermişdir ki, 7 nəfərdən hansıları ingilis dilini bilir. Hətta o, ingiliscə sual səsləndirdi. Cavabdehin nümayəndəsi həmin sualları bilmədi. Cavabdehin nümayəndəsi bildirdi ki, Şahin müəllimlə bir başqa nəfər ingilis dilini bilirlər, digərləri bilmir. İngilis dilini bilən şəxslər Şahin Xəlilli və digər şəxs Akademiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əzizbəyovdur, digər 5 nəfər ingilis dilini bilmir. Burda pozulan maddi norma çox önəmlidir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının ke çirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 2-ci hissədə maddi norma pozulub. 1-ci hissədə təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik deyəndə, peşəkarlıq həmin sahə üzrə olmalıdır. Riyaziyyatı əla bilən adam ingilis dili imtahanına cəlb edilsə, indiki kimi belə vəziyyət ortaya çıxacaq. Burda 7 nəfərdən 5-i ingilis dilini bilmir. Attestasiya Komissiyasının səlahiyyətli olması ən azı 2/3 hissəsinin tərkibi uyğun olmalı, həmin tələbə cavab verməlidir. Burda isə 5/7-si tələbə cavab vermir. Attestasiya Komissiyasının qərarı obyektiv ola bilməz. İkincisi nümayəndə dedi ki, hər şey Şahin müəllimin nəzarəti altında olub, Şahin müəllim nə deyib, onu qəbul ediblər. İddiaçının elmi monoqrafiyası var. İddiaçı fəlsəfə doktoru elmi dərəcəsini alıb və elmlər doktoru elmi dərəcəsini alıb, və bunları alanda onun rəhbəri Şahin Xəlilli olub. Bunu təsdiq edən sübut “Dünya ədəbiyyatında qadın mövzusu: genezis və tipologiya”, eyni zamanda “İngilis və Azərbaycan ədəbiyyatının konsepsiyası” və s. elmi monoqrafiyalarında Şahin Xəlilli iddiaçının ingilis dili biliyinə müsbət rəy verib, yəni bildirib ki, şəxs ingilis dilini bilir. Bu monoqrafiyalar ingiliscə yazılıb. Tərəflərindən təqdim edilən məqalələr ingiliscə yazılıb. Bundan başqa, İstedadlar layihəsinin tələbələri müəllimləri barəsində, onun hansı yüksək biliyə sahib olması barədə fikirlərini təqdim ediblər. Rus dilli beynəlxalq jurnallarda iddiaçının məqalələri, Amerika, Avropa, İngiltərə, eləcə də, ingilis dili ədəbiyyatında, rus kütləvi informasiya vasitələrində, jurnallarda iddiaçının ingiliscə məqalələri çıxıb. Belə bir şəxsə ingiliscə bilmir deyilə bilməz. 2010-cu ildən 2024-cü ilə qədər iddiaçı İstedadlar layihəsinə ingilis dili üzrə ekspert kimi cəlb edilib. Cavabdehin nümayəndəsi tərəfindən attestasiyanın nəticələri haqqında qərar məhkəməyə təqdim olunmayıb. Əmək Məcəlləsində deyilir ki, attestasiyanın nəticələri attestasiyanın qərarında öz təsdiqini tapır. Şəxslərin attestasiya nəticələri barədə qərar yoxdur. Komissiya iclasının protokolunun qərara aldım hissəsi qərarı əvəz eləmir. Komissiya protokolda gəldikləri nəticəni yazıblar. Amma atte stasiya qərarı yoxdur. Attestasiya qərarı yoxdursa, protokol qərar kimi qəbul edilə bilməz. Çünki Əmək Məcəlləsi konkret olaraq deyir ki, attestasiyanın nəticələri attestasiya barədə qərarda öz təsdiqini tapır. Cavabdeh tərəfdə attestasiya qərarı yoxdur. Məhkəmə təcrübəsi belə formalaşıb ki, işçini rəsmi məlumatlandırma olmalıdır. Bu məlumatlandırma hətta iş yerində belə təqdim edilsə və şəxs bunu qəbul eləmirsə və ya imza etmirsə, bu, rəsmi məlumatlandırma deyil. Xəbərdarlığı veriblər və iddiaçı ona imza edib. Attestasiyanın keçirilməsinə ən azı 1 ay qalmış işçi məlumatlandırılmalıdır. Bu onun rəsmi məlumatlandırılması barədə sənəd deyil. İddiaçı bildirir ki, o, attestasiya keçirilən günü ona verilən xəbərdarlığı imzalayıb. Bu halda işəgötürən sübut etməlidir ki, xəbərdarlığı bir ay qabaq verib. Bu, iddiaçının evinə məktub göndərməklə ola bilərdi. Cavabdehin nümayəndəsi bildirir ki, əmək kitabçasını vaxtında veriblər. İddiaçı tərəf kimi, o, əmək kitabçasının təhvil verilməsilə bağlı sənədi istədi. Müəyyən olundu ki, iddiaçıya 21 iyunda əmək kitabçasını veriblər. Nazirlər Kabinetinin qərarı var, niyə evinə göndərməyiblər? Şəxsin son haqq-hesabı nə vaxt verilib, bu günə qədər onun sübutu təqdim olunmayıb. Şəxsin son haqq-hesabı onun əmək haqqı hesabına nə vaxt köçürülüb, cavabdeh tərəf bu gün onu təqdim edə bilmir. Baxmayaraq ki, məhkəmə işdən çıxma ilə bağlı bütün sənədlərin təqdim edilməsini cavabdehə bildirmişdir. İddiaçı tərəfin iddianın təmininin 5 əsası var. Birincisi, iş yeri üzrə rəhbər Attestasiya Komissiyasının üzvü ola bilməz. Prorektor üzvdür. İkincisi, Attestasi ya Komissiyasının üzvləri yüksək peşəkarlıq təcrübəsinə sahib deyillər, belə ki, ingilis dilini bilmirlər. Üçüncüsü, attestasiyanın keçirilməsi ilə bağlı 1 ay qabaqcadan rəsmi qaydada məlumatlandırılmayıb. Dördüncüsü, iddiaçıya attestasiyaya uyğun deyil verən adam iddiaçının elmi rəhbəri olub, ingilis dili üzrə ona müsbət rəy verib. Ona görə də, Şahin Xəlilli məhkəmə iclasına gəlməli idi. Beşincisi, Attestasiya vərəqəsində verilən sualların ingilis dilinə uyğunluğu, orfoqrafik və tərcümə məzmunu baxımından azərbaycan dili ilə müqayisəli düzgün və ya səhv sualdır bilinmir. Orda yazılan cavab da düzgündür, səhvdir, o da bilinmir. Çünki həmin hissədə mütəxəssis rəyi alınmasını məhkəmə təmin etmədi. İşə götürənin hüquqi strukturu var, onun kadrlar şöbəsi, katibliyi var, onun borcudur ki, suall arın uyğunluğunu sübut eləsin. Bütün bunları nəzərə alaraq, bir, idarə rəhbəri Attestasiya Komissiyasının üzvü ola bilməzdi, iki, Attestasiya Komissiyasının üzvləri səlahiyyətli deyil, üç, 1 ay qabaqcadan xəbərdar olması barədə rəsmi məlumat yoxdur, dörd, attestasiya vərəqəsində olan sualların cavabdehin səhv-düz olması öz təsdiqini tapmır, beş, attestasiya barədə qərar uyğunsuz deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X6 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, “Elm haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərini əsas tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında X6 “Dillər” kafedrasının müəllimlərinin attestasiyası keçirilmişdir. Attestasiyada iştirak etmiş 17 müəllimdən 15-nin tutduqları vəzifəyə uyğunluğu təsdiq edilmişdir. Həmin kafedranın iki ingilis dili müəllimi, o cümlədən X11 tutduğu vəzifəyə uyğun olmadığına görə işdən azad edilmişdir. Attestasiya olunan hər bir əməkdaşın “Attestasiya vərəqində” verilmiş suallar və cavablar öz əksini tapmışdır. Attestasiya komissiyası Azərbaycan Dillər Unversitetinin mütəxəssisinin iştirakı ilə attestasiyanı obyektiv və qə rəzsiz keçirərək müvafiq qərar qəbul edərək Akademiyanın rəhbərliyinə təqdim etmişdir. X3vericiliyin bütün tələblərinə riayət etməklə iddiaçını işdən azad etmişdir. İddiaçı iddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur. İddiaçıya işdən çıxarılarkən qanun tələblərinə əməl edilməklə son haqq-hesab ödənilmişdir. Təhsil sahəsində yüksək təcrübəsi olan mütəxəssislərin iştirakı dedikdə, burda təkcə ingilis dilindən söhbət getmir. Qanunvericiliyə uyğun olaraq Attestasiya Komissiyasında 2 nəfər mütəxəssis iştirak edir. X20 təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri Elvin Əzizbəyov və Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinin dekanı Şahin Xəlillidir. Hər bir şəxs attestasiyadan keçəndən sonra müzakirə olunur və yekdil qərar qəbul olunur, yəni şəxs tutduğu vəzifə yə uyğundur, ya uyğun deyil. Digərləri ingilis dilini bilirlər, lakin onları mütəxəssis kimi qəbul edə bilməz. Cavabdeh müəssisə dillər institutu deyil ki, hamı mütəxəssis olmalıdır. Mütəxəssis həmin tədris sahəsindən olan kafedranın müəllimləridir. Kafedranın müəllimləri attestasiyadan keçirilib. Kafedrada işləyən ingilis dili müəllimi də, Attestasiya Komissiyasında üzv kimi iştirak edə bilməz. İkincisi, işə götürənlə bağlı məsələ, işə götürən Attestasiya Komissiyasının sədri ola bilməz. İşə götürən Əlikram Abdullayev deyil, işə götürən İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovdur, Qanunda, Əmək Məcəlləsində, Nazirlər Kabinetinin 97 saylı qərarında birbaşa işə götürəndən söhbət gedir, rəhbərdən getmir. Prorektor işə götürən deyil. Akademiyada 4 prorektor var və heç biri işəgötürən deyil. Sonra protokol məsələsi ilə bağlı bildirir ki, Komissiyada iclas keçirilərkən protokol tərtib olunur. Protokolda qeydlər aparılır. Protokoldan çıxarış tərəflərindən məhkəməyə təqdim olunub. Attestasiya Komissiyasının qərarı qanunvericiliyə zidd deyil. Bütün təhsil müəssisələrində, digər müəssisələrdə də, bu qaydada gedir. Attestasiya Komissiyası heç vaxt müəllimlərə qarşı qərəzli ola bilməz. Əgər cavabdeh qərəzli yanaşırsa, onda Britaniya şurasının nəticələri və onların tərcüməsi də var. Həmin nəticələrdən də görünür ki, danışıq, dil, qrammatika ilə bağlı iddiaçı aşağı səviyyə göstərib. Britaniya şurası qərəzli yanaşa bilməz. Attestasiya Komissiyası təkcə iddiaçının ingilis dili ilə bağlı olan bilik səviyyəsini yoxlamır, digər sahələrdə də, yəni onun tədrisi bilməsi, onun qiymətlən dirmə meyarları, ümumiyyətlə təhsilin standartlarında nə tələblər var, həmin tələblər əsasında aparılır. İstedadlar layihəsinə gəldikdə, bu tələbələrin könüllülük əsasında yaradılmış ictimai özfəaliyyət təşkilatıdır. Akademiya tərəfindən onun yaradılması ilə bağlı rəsmi sənədləşmə aparılmayıb. Ona görə də, iddiaçı tərəfin dedikləri ilə razılaşmır. Attestasiya düzgün aparılmış, Əmək Məcəlləsinin 65-ci maddəsinə riayət edilmiş, Nazirlər Kabinetinin 97 saylı qərarına, Elm haqqında Qanunun 25-ci maddəsinin müddəalarına uyğun olaraq aparılmış, obyektiv aparılmış və heç kimə qarşı qərəzli mövqedə olmamışlar. Mütəxəssis məsələsinə gəldikdə, Şahin Xəlilli təkcə onlarda deyil, Respublika üzrə bütün təhsil müəssisələri tərəfindən dillərlə bağlı, ingilis dili ilə bağlı Şahin Xəlillini mütəxəssis kimi cəlb olunur. Göstərilənlərlə bağlı iddianı əsassız hesab edərək, təmin olunmamasını xahiş etmişdir.

13. Səbail Rayon Məhkəməsinin (hakim Mədinə Bağırova) 2(009)-1654/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə attestasiya qanunvericilik normalarının tələblərinə uyğun şəkildə təşkil edilmiş və keçirilmiş, müəyyən edilmiş müddətlərdə iddiaçının bu barədə məlumatlandırılması təmin edilmişdir. Attestasiya zamanı iddiaçıya verilmiş suallar onun tutduğu vəzifəyə, əmək funksiyalarına uyğun olmuş və bu funksiyalara uyğun olaraq onun bilməli olduğu məsələləri əhatə etmişdir. Lakin iddiaçı attestasiya zamanı ona verilən sualları cavablandıra bilməmişdir. Bu səbəbdən də məhkəmə komissiyanın iddiaçı ya münasibətdə qəbul etdiyi qərarı qanunauyğun və əsaslı hesab etmiş və bu mövqeyinə uyğun olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi və onun tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr qanunvericiliyin tələblərinə uyğundur, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65, 67, 68, 70, 71-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı (Vəkil) apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1654/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsini ləğv edərək, iddia əri zəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, rayon məhkəməsində qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Rayon məhkəməsi attestasiya komissiyasında olan şəxslərdən beşinin ingilis dili üzrə peşəkar mütəxəssis olmamasını araşdırmamışdır. Prorektor Ə.Abdullayev rektor olmayan vaxt onu əvəz etdiyindən, o iddiaçıya münasibətdə rəhbər şəxsdir, onun Attestasiya komissiyasına daxil olması Qanunun tələblərinə ziddir. Həmçinin iddiaçıya attestasiya ilə bağlı bir ay qabaqdan məlumat verilməsi sübut olunmur, məhkəməyə attestasiyanın nəticələrinə dair qərar təqdim olunmayıb, yalnız protokol təqdim ol unub, o iclasın gedişini göstərir, qərar isə iclasın yekununa dair müstəqil sənəddir. Bundan başqa Komissiyanın səlahiyyət müddəti onun yaradılması barədə xx.xx.2024-cü il tarixli əmrdə qeyd edilməyib. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov) 2(103)-6549/2024 nömrəli 3 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1654/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apelyasiya instansiyası məhkəməsi komissiyanın y aradılması barədə əmrdə komissiyanın səlahiyyət müddətinin göstərilməməsi və onun səlahiyyətli olmaması barədə apellyasiya şikayətinin dəlili üzrə qeyd etmişdir ki, attestasiyanı həyata keçirən komissiya xx.xx.2024-cü il tarixli əmrlə yaradılmışdır. Həmin əmrdə komissiyanın xx.xx.2023-cü il tarixli iclasın qərarını əsas tutaraq yaradılması göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli protokoldan çıxarışdan isə görünür ki, 2024-2025-ci tədris ilinin sonunadək fəaliyyət göstərən Attestasiya komissiyasının yaradılması qərara alınmışdır. Demək ki, attestasiya komissiyası səlahiyyətli olmuşdur, həmin dəlil əsassızdır.

20. Eləcə də rayon məhkəməsi tərəfindən attestasiya komissiyasında olan şəxslərdən beşinin ingilis dili üzrə peşəkar mütəxəssis olmamasının araşd ırılmaması barədə dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı xx.xx.2024-cü il tarixli əmrlə təşkil edilmiş attestasiya komissiyasının tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında X6 Tədris işləri üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Abdullayev, Tədris-metodiki və analitika şöbəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru, professor Ziyafət Həbibova, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elvin Əzizbəyov, Kadr məsələləri şöbəsinin müdiri Afaq Əliyeva, Akademiyanın hüquqşünası Nümayəndə, X10 Komitəsinin sədri, ictimai əlaqələr üzrə müşavir, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Ağayev, həmçinin Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini n dekanı, filologiya elmləri doktoru, professor Şahin Xəlilli daxil olmuşdur, bu da ona dəlalət edir ki, attestasiya komissiyasının tərkibi Əmək Məcəlləsinin 65, 68-ci maddələrinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun təşkil edilmişdir.

21. Həmçinin apellyasiya şikayətinin Komissiya üzvlərindən beşinin ingilis dilini bilməməsi barədə dəlili üzrə qeyd edilmişdir ki, komissiya üzvlərindən iki nəfərinin (professor Şahin Xəlilli, dosent Elvin Əzizbəyov) ingilis dili üzrə peşəkar mütəxəssis olması iddiaçının attestasiyadan keçirilməsi üçün yetərli hesab edilməlidir. Həmin komissiyanın iddiaçı ilə yanaşı, həm də digər ixtisa s üzrə olan müəllimləri də attestasiyadan keçirmək üçün yaradıldığını da nəzərdən qaçırmaq olmaz. Belə olan halda isə məlum olur ki, komissiyanın müxtəlif ixtisaslı peşəkarlardan ibarət olmaqla təşkil edilməsi məntiqlidir, əks halda komissiyaya hər ixtisas üzrə eyni sayda mütəxəssisin daxil edilməsi tələb olunardı ki, bunun da mümkünsüz və anlaşılmaz olması aşkardır.

22. Apellyasiya şikayətinin digər dəlili prorektorun Ə.Abdullayev rektor olmayan vaxt onu əvəz etdiyindən, o iddiaçıya münasibətdə rəhbər şəxsdir, onun Attestasiya komissiyasına daxil olması qanunun tələblərinə ziddir. Məhkəmə kollegiyası hesab etmişdir ki, prorektor qanuna əsasən işəgötürən hesab olunmadığından, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

23. Apellyasiya şikayətində daha sonra göstərilmişdir ki, iddia çıya attestasiya ilə bağlı bir ay qabaqdan məlumat verilməsi sübut olunmur. Bununla bağlı qeyd edilmişdir ki, mülki iş materiallarında olan müəllimlərin attestasiyadan keçirilməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlığı iddiaçı ilə yanaşı digər 16 nəfər müəllim tanış olma hissədə imza etmişlər və bu da onu göstərir ki, iddiaçı attestasiya barədə müəyyən edilmiş qaydada məlumatlandırılmışdır.

24. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, məhkəməyə attestasiyanın nəticələrinə dair qərar təqdim olunmayıb, yalnız protokol təqdim olunub, o iclasın gedişini göstərir, qərar isə iclasın yekununa dair müstəqil sənəddir. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli attestasiya vərəqəsində iddiaçının tutduğu vəzifəyə uy ğun olmaması barədə (7 səs lehinə olmaqla) nəticəyə gəlinmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli iclas protokolundan çıxarışdan məlum olur ki, iddiaçı attestasiyadan keçmədiyindən onun barəsində yekun qərarın qəbul edilməsinin rektorluğa təklif edilməsi qərara alınmışdır. Demək ki, Komissiya tərəfindən iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə müvafiq qərar yekdil şəkildə qəbul edilmişdir, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11 “b”, 65, 68-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na, Mülki Prosessual Məcəlləsinin 4.1, 9, 14.2, 77.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2024-cü il tarixli 2(103)-6549/2024 nömrəli qətnaməsini ləğv edərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılaraq göstərilmişdir ki, attestasiya komissiyasının 7 üzvündən 5-nin ingilis dilini bilməməsi dolayısı ilə onların qəbul etdiyi qərarı əsassız edir. Həmin şəxslər attestasiya zamanı verilən sualların və cavabların düzgünlüyünü müəyyən edə bilməzdi. Bu baxımdan mütəxəsi s rəyi əldə olunmalı idi, lakin məhkəmə həmin hissəni araşdırmamış, mütəxəssis rəyinin alınması ilə bağlı iddiaçının vəsatətini əsassız olaraq rədd etmişdir. (səh. 30)

28. Attestasiya vərəqəsində komissiya tərəfindən əməkdaşlara verilmiş sual va cavabların qeydiyyatını komissiyanın tərkibinə mütəxəssis kimi daxil edilmiş Azərbaycan Dillər Universitetinin filologiya elmləri doktoru X13 nəzarəti altında Dillər kafedrasının laborantı X18 tərəfindən aparılmışdır, lakin X18 attestasiya komissiyasının üzvü deyildir və onun attestasiya vərəqəsini doldurması “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2.7-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Bu da attestasiya komi ssiyasının işinin obyektiv, şəffaf aparılmasını sual altında qoymuşdur, məhkəmə isə bu faktı araşdırmamışdır.

29. Akademiyanın prorektoru Əlikram Abdullayevin attestasiya komissiyasının sədri olması qanunun tələblərinin kobud surətdə pozur, attestasiya komissiyasının obyektivliyini sual altına qoyur. Apellyasiya məhkəməsinin qətnaməsinin 37-ci bəndində qeyd edilənlər isə işə formal yanaşmanın göstəricisidir.

30. Attestasiya komissiyasının yaradılması haqqında qərarda onun səlahiyyətli müddəti göstərilməlidir, lakin hazırki işdə attestasiya komissiyasının səlahiyyətli müddəti göstərilməmişdir və bu baxımdan 2 may 2024-cü ildə keçirilən attestasiyada attestasiya komissiyasının səlahiyyətli olub-olmaması öz təsdiqini tapmamışdır. Bu baxımdan qanunun tələbləri pozulmuşdur, lakin məhkəmə bu hal ı da araşdırmamışdır. Belə ki, attestasiya komissiyasının yaradılması haqqında 16 yanvar 2024-cü il tarixli, 13/04 tarixli əmrdə komissiyanın səlahiyyət müddəti göstərilməmişdir.

31. Attestasiya vərəqəsi, attestasiyanın nəticələri barədə əmr cavabdeh tərəfindən tərtib olunsa da iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar sübut qismində təqdim olunmamışdır. Eyni zamanda cavabdehin nümayəndəsi qeyd etmişdir ki, attestasiya ilə bağlı bütün sənədlər məhkəməyə təqdim olunub. Bu da o deməkdir ki, işçinin attestasiya nəticəsində tutduğu vəzifəyə uyğun olmadığı ilə bağlı qərar qəbul etməmişdir. Bu isə Əmək Məcəlləsinin 67.1-ci maddəsinin kobud surətdə pozulması deməkdir.

32. Attestasiya Komissiyasında 2 nəfər mütəxəssis iştirak etmişdir. X20 təşkilat və beynəlxalq əlaqələr şöbəsinin mü diri Elvin Əzizbəyov və Azərbaycan Dillər Universitetini filologiya fakültəsinin dekanı Şahin Xəlillidir. Digərləri ingilis dilini bilirlər, lakin onlar mütəxəssis kimi qəbul edilə bilməz. Əmək Məcəlləsinin 65.3-cü maddəsinin tələbinə əsasən, attestasiya komissiyasının üzvləri təcrübəli və yüksək peşəkarlıq qabiliyyətinə malik olan mütəxəsislər olmalıdır. Burada peşəkarlıq deyiləndə həmin şəxslərin məhz ingilis dilində peşəkar olması lazım idi. Şəxsin öz sahəsində peşəkar olması onun inglis dili müəlliminin öz peşəsinə uyğun olub-olmaması barədə qərar qəbul etməsi üçün kifayət deyil. Cavabdehin nümayəndəsi Nümayəndə öz izahatında qalan 5 nəfər üzvün mütəxəsis olmadığını etiraf etmişdir. Bu baxımdan Əmək Məcəlləsinin 65.3-cü maddəsinin tələbləri pozulmuşdur.

33. İddiaçıya attestasiyanın keç irilməsi barədə məlumat verilməmiş, xəbərdarlıq məktubunun hansı tarixdə tərtib olunması və imzalanması ilə bağlı hər-hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır.

34. İşin faktiki hallarının hərtərəfli araşdırılması üçün Şahin Xəlillinin şahid qismində prosesə cəlb olunması zəruri idi, lakin məhkəmə bu barədə vəsatəti rədd etmişdir. Eyni zamanda attestasiya komissiyasının üzvlərinin dil səviyyələrini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi, komissiya üzvlərinin şahid qismində iclasa dəvət olunması ilə bağlı verdiyimiz heç bir vəsatət təmin olunmamışdır. Halbuki, bu vəsatətlər işin hərtərəfli araşdırılması üçün mühüm əhəmiyyət kəsb edirdi. (səh. 31)

35. Attestasiya komissiyasının verdiyi sualların ingilis dilinin qrammatikasına uyğunluğu, orfoqrafik, tərcümə, məzmun baxım ından azərbaycan dili ilə müqayisə olunması, sualların düzgün və ya səhv tərtib olunmasının aydınlaşdırılması üçün mütəxəssis cəlb olunması zərurəti var idi, işin hərtərəfli araşdırılması üçün mütəxəsisin cəlb olunması lazım idi, lakin məhkəmə vəsatətləri təmin etməmiş, vəsatətin rədd edilməsi ilə bağlı əsaslandırılmış qərardad çıxarmamışdır.

36. Kassasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65, 67-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 88, 97.1-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayəti ilə bağlı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

38. Maddə 11, bənd “b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir.

39. Maddə 65, hissə

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

40. Maddə 65, hissə

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

41. Maddə 67, hissə

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı h aqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

42. Maddə 70 bənd “c”. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əmək qanunvericiliyinə uyğun olmuşdur.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının kassasiya şikayəti ilə eyniməzmunlu dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilmək lə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 2(103)6549/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar