Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-953/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6489/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə mart 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə ba xan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsində 17 mart 2018-ci il tarixdə nikah bağlanmış və 11 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur.
3. Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 42, 4 saylı mənzil xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. 4. 24 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək materialların əlavə yoxlamaya qaytarılması barədə qərara əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 nömrəli evdə yaşayan İddiaçı şikayət ərizəsi ilə rayon prokurorluğuna müraciət edərək bildirmişdir ki, X6 atası Tarıverdiyev Rasim ilə əlbir olub c inayət əlaqəsinə girərək onun etibarından sui-istifadə edib ünvan 1 ünvanda yerləşən mənzili 12.000 ABŞ dolları və 8.000 manat müqabilində ona satmış, sonradan öz cinayətkar əməllərini pərdələmək məqsədilə Cavabdeh2 onunla rəsmi nikaha daxil olmuş, 5 ildən artıq həmin mənzildə yaşayaraq bütün kommunal xidməti xərclərini ödəsə də, 2022-ci ilin yanvar ayında Cavabdeh2 anası Cavabdeh1 ilə birlikdə qeyd olunan mənzilə gəlib zor tətbiq etməklə mənzilə daxil olub zorla həmin mənzili onun əlindən almışlar. Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru M.Fevzullayevin 319/22 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı vaxtından əvvəl və əsassız olduğundan ləğv edilmişdir. Material əlavə araşdırma aparılmasının təşkil edilməsi üçün onlara qaytarılmışdır. 5. 20.06.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 56C ünvanında yaşayan X1 iş görmək məqsədi ilə pulunu aldığı Rasim adlı şəxsin keçmiş həyat yoldaşı tərəfindən hüquqların pozulması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciəti araşdırılması məqsədi ilə Səbail RPİ-nə göndərilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. X1 mənzilə yaşayış hüququnun tanınması tələbi mülki xarakter daşıdığından ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «mənzilə köçürmə » iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 42 ünvanına köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 atası Rasim Mirzəyev ilə əlbir olaraq iddiaçının etibarından sui-istifadə edərək iddiaçıdan 12.000 ABŞ və 8.000 manat məbləğində pul alaraq qeyd edilən evi iddiaçıya satmışlar. İddiaçını inandırmaq məqsədi ilə Cavabdeh2 iddiaçı ilə xx.xx.2018-ci il tarixdə hətta rəsmi nikaha daxil olmuş və pulu ələ keçirmişdir. İddiaçı bildirir ki, 5 il ərzində evin işıq pulu, su pulu və qaz pulu onun adına olmuşdur. 2022-ci ilin yanvar ayında Cavabdeh2 və anası (digər cavabdeh) Cavabdeh1 iddiaçıya fiziki zor tətbiq edərək, iddiaçının evə görə ödədiyi pulu qaytarmadan iddiaçını, 5 i l ərzində yaşadığı evdən qovmuşlar. İddiaçı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidmətinə” dəfələrlə müraciət etmiş, Səbail Rayon Prokurorluğunda olmuş və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Birinci instansiya məhkəməsində Cavabdeh2 izahatında göstərmişdir ki, iddiaçı Natəvan xanım onunla nikahda olan dövrdə (2018-ci ildən 2022-ci ilin fevral ayına) qədər orada yaşayıb. Atası vəfat edəndən sonra Azərbaycana gəliblər. Birinci mərtəbəyə dair 2005-ci ildə sərəncam verilib. İkinci və üçüncü mərtəbələrlə bağlı sənədləşməyə dair müvaviq səlahiyyətli orqana müraciət edib. İddiaçı ilə nikaha daxil olsalar da, bu nikah formal xarakter daşıyıb, ailə olmayıblar.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-133/2023 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir və məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/1376 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən 4 saylı mənzilin və mənzilə daxil olan digər hissələrin sahəsinin 72,2 kv.metr təşkil etdiyi, 4 saylı mənzilin və mənzilə daxil olan digər hissələrin həmin mənzilə dair Azərbaycari Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********68-05101-093011 nömrəli çıxarış sənədinə və xx.xx.2022-ci il tarixli, inventar nömrəsi 04/3353 olan Texniki Pasport sənədinə daxil edil diyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, inventar nömrəsi 04/3353 olan Texniki Pasportda göstərilən anbar tikilisinin sol tərəfində, iki mərtəbəli tikili inşa edildiyi, tikilinin birinci mərtəbəsinin ümumi sahəsinin 18,9 kv.m, ikinci mərtəbəsinin ümumi sahəsinin isə 23,2 kv.m təşkil etdiyi və həmin iki mərtəbəli tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********6805101-093011 N°-li Çıxarış sənədinə və xx.xx.2022-ci il tarixli, inventar nömrəsi 04/3353 olan Texniki Pasport sənədinə daxil edilmədiyi müəyyən edilmişdir. Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən 4 saylı mənzilin və anbar tikilisinin təmirli olduğu, lakin anbar tikilisinin sol tərəfində inşa edilmiş iki mərtəbəli tikilidə isə faktiki olaraq təmir işlərinin davam etdirildiyi müəyyən edilmişdir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-133/2023 nömrəli iş üzrə 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının illər əvvəl mübahisəli yaşayış sahəsinə köçüb yaşaması hüquqi əsaslarla deyil, insan faktoru ilə, yəni evə aidiyyəti olan şəxslərin icazəsi ilə baş verərək müvəqqəti xarakter daşımışdır. İşin bu halı həm də cavabdehlərin tələbi ilə iddiaçının 2022-ci ilin fevral ayından mübahisəli mənzildən əmlakları i lə köçüb getməsi ilə də tam təsdiqini tapır. Bu hal həmçinin iş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)- 578/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının məzmunu ilə də öz təsdiqini tapır. Belə ki, qərardaddan görünür ki, iddiaçı Cavabdeh1 həmçinin cavabdeh kimi cəlb etdiyi X2 özünə məxsus yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 2022-ci ilin fevral ayında X3 yaşadığı sahəni boşaldaraq çıxıb getdiyi üçün ona qarşı da qaldırılmış iddia ərizəsi geri götürülməklə iddia baxılmamış saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər iddiaçını yaşadığı sahədən zorla qovması və həmin sahənin də iddiaçıya məxsus olması (su və qaz xidməti kodunun onun adına olmasına baxmayaraq) heç b ir mötəbər və tutarlı sübutlar ilə təsdiq olunmur. Həmçinin yaşadığı sahədən köçüb gedəndən sonra yenidən əvvəl müvəqqəti yaşadığı sahəyə köçməsinə dair iddiaçının irəli sürdüyü dəlillər heç bir hüquqi əsasa söykənmir. Qeyd edilənlərə əsasən, iddiaçının yaşadığı sahəni pul ilə alması və onun pulunun qaytarılmadan zorla cavabdehlər tərəfindən həmin sahədən çıxarılması ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 2.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 4.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaç ı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun onunla əsaslandırılmışdır ki, 5 ilə yaxın mübahisəli mənzildə yaşaması, kommunal ödəmələri həyata keçirməsi, mənzildən cavabdehlər tərəfindən zorla çıxarılmasının təqdim edilmiş sübutlarla öz təsdiqini tapmasına baxmayaraq, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2562/2023 nömrəli mülki iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müəyyən edilir ki, yuxarıda qeyd edilən və sahəsi 72,2 kv.metr olan 4 saylı mənzil hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 məxsusdur. Mənzil xx.xx.2022-ci il tarixdə onun adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Rasim Mirzəyev Cavabdeh1 əri olmuş və onların nikahı pozulmuş, bu barədə xx.xx.1990-cı il tarixdə müvafiq şəhadətnamə verilmişdir. Rasim Mirzəyev 2021-ci ilin iyun ayında vəfat etmişdir. Hazırkı iş üzrə iddiaçı yuxarıda qeyd edilən ünvana məhz Rasim Mirzəyevin vasitəsilə köçmüş, müəyyən müddət ərzin də həmin ünvanda yaşamış və 2022-ci ilin əvvəlində həmin ünvanı tərk etmişdir.
18. İddiaçı həmin mübahisəli (“Reyestrdən çıxarışda” nəzərdə tutulmamış və ikinci mərtəbədə yerləşən) sahəyə köçürülməsinin əsası kimi Rasim Mirzəyevin və sonuncunun övladı olan Cavabdeh2 əlbir olaraq və onun etibarından sui-istifadə edərək sahəni ona 12.000 ABŞ və 8.000 manat müqabilində satması faktını göstərir.
19. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçı, onunla Rasim Mirzəyev və Cavabdeh2 arasında mübahisəli sahəyə dair “Alğı-satqı müqaviləsinin” şifahi qaydada bağlandığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları təqdim etməmişdir.
20. Bu halı təsdiq edə biləcək sübutlar təqdim edilmiş olsa idi belə onda nəzərə alınmalıdır ki, iddiaçının köçmək istədiyi sahə alğı-satqının predmeti ola bilmə zdi. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır.
21. İş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçının Cavabdeh1 keçmiş əri Rasim Mirzəyevdən aldığını iddia etdiyi otaq buna lazımi icazələr alınmadan inşa edilmiş özbaşına tikilidir.
22. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçı mübahisəli sahəyə istifadə etmək hüququnu qazanmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 139-cu maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanun unun 2-ci maddəsinə görə, daşınmaz əmlaklara dair bütün hüquqlar dövlət qeydiyyatına alınmalı və həmin qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməlidir. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikintiyə hər hansı əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkündür.
23. Göründüyü kimi, iddiaçının yaşayış sahəsindən istifadə etmək, həmin sahədə yaşamaq hüququ yaranmamışdır.
24. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində bildirdiyi dəlillər: onun uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşaması, orada yaşadığı dövrdə kommunal xərcləri ödəməsi və sair bu kimi dəlilər iddiaçının mübahisəli yaşayış sahəsinə köçməsi üçün əsas deyil. Çünki, qanunverici ümumiyyətlə bu kimi hallar mövcud olduğu halda da özbaşına ti kiliyə hər hansı hüququnun yaranmasını nəzərdə tutmamışdır.
25. İddiaçının dediyinə görə o, həmin otağı onunla Rasim Mirzəyev arasında şifahi qaydada bağlanmış müqaviləyə əsasən almışdır.
26. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, mübahisəli sahə özbaşına tikili olmasaydı belə, iddiaçının qeyd etdiyi hal onun həmin otağa köçürülməsi üçün əsas ola bilməzdi.
27. Mülki Məcəllənin tələblərinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (maddə 394.). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən q ərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1.). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır (maddə 146.3.).
28. Mülki Məcəllənin 146.1, 146.3, 394-cü maddələrinin hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, daşınmaz əmlak ilə bağlı iddiaçının bildirdiyi (şifahi və notariat orqanından kənar) qaydada “Alğı-satqı müqaviləsi” bağlanıla bilməz və iddiaçının bildirdiyi qaydada bağlanmış müqavilə etibarsızdır və heç bir hüquqi nəticə yaratmır – iddiaçı həmin sahəyə istifadə hüququ qazanmamışdır.
29. Bu səbəbdən də müəyyən edilir ki, iddiaçının mübahisəli otağa köçməsi üçün əsas yoxdur. Mübahisəli otağa köçməsini iddiaçı həmçinin onunla əsaslandırır ki, o, həmin otaqda yaşadığı müddət ərzində su və qaz xidmətlərinin kodu onun adına olmuş və o, kommunal xərcləri özü ödəmişdir.
30. Məhkəmə hesab etmişdir ki, bu halın mövcudluğu iddiaçının mübahisəli otağa köçməsi üçün əsas ola bilməz.
31. Belə ki, Cavabdeh1 Rayon Məhkəməsinə verdiyi izahatdan görünür ki, o, Rusiya Federasiyasına köçən zaman iddiaçıya icazə vermişdir ki, iddiaçı mübahisəli otaqda yaşasın.
32. İddiaçı həmin ünvanda yaşayıbsa, deməli kommunal xidmətlərdən istifadə edib. Kommunal xidmətlərdən istifadə edibsə, həmin xidmətlərin əvəzini ödəməli idi. Bunun üçün isə su və qaz xidmətlərinin kodu onun adına da rəsmiləşdirilə bilərdi.
33. Bu baxımdan müəyyən edilir ki, iddiaçının müzakirə edilən bu dəlili də əsassızdı r. Məhkəmə həmçinin iddiaçı ilə Cavabdeh2 rəsmi nikahda olması halına da qiymət verərək bildirmişdir ki, həmin nikahın formal və müvəqqəti xarakter daşıması hər iki tərəfin izahatları ilə təsdiq olunur.
34. Məhkəmə hesab etmişdir ki, həmin nikahın formal xarakter daşıyıb-daşımaması hazırkı işin həlli üçün əhəmiyyət kəsb etmir. Çünki yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. Belə olan halda iddiaçının Cavabdeh1 münasibətdə ailə üzvü sayılıb-sayılmaması müəyyən olunmalıdır. Lakin işin hallarından müəyyən olunur ki iddiaçı ilə Cavabdeh1 arasında etibarlı ailə münasibətləri yoxdur və olmamışdır.
35. Odur ki, iddiaçının mövcud mənzil qanunvericiliyin tələbləri baxımından (Mənzil Məcəlləsi; maddələr 30 və 68) da həmin mübahisəli yaşayış sahəsinə köçürülməsi üçü n əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, MPM-in 14.2, 77, 88, 418.1, 418.2 və 418.7-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən iş üzrə sədrlik edən hakim məhkəməni təxirə salaraq İddiaçı yaşadığı mənzilə kommunal xərclərin ödənilib-ödənilməməsi barədə qəbzlərin nüsxələrini tələb etmiş və tərəflərindən həmin qəbzlərin nüsxələri elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş, lakin buna baxmayaraq məhkəmə yenə də qərəzli olaraq qanunsuz qətnamə çıxarmışdsır. Cavabdeh özü də təsdiq etmişdir ki, hələ həyat yoldaşı Rasim Mirzəyev sağlığında Natəvan Tarverdiyeva həmin mənzildə yaşamış, sonradan isə Rasim Mirzəyev 2021-ci ilin iyul ayında vəfat etdikdən sonra da həmin evdə yaşamağa davam etmişdir. Ekspertin rəyindən də görünür ki, iddiaçı Natavan Tarverdiyevanın yaşadığı mənzil cavabdehlərin nə mülkiyyətində, nə də istifadəsindədir. İddiaçənın istifadə hüququ cavabdeh tərəfindən pozulur, o, 5 il yaşadığı və istifadə etdiyi mülkiyyət cavabdeh tərəfindən özbaşına zəbt edilmiş, cavabdeh tərəfindən ona məxsus mülkiyyət məhkəmə qərarı olmadan ələ keçirildiyindən o, öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququnu itirmişdir. Hesab edir ki, tərəfindən məhkəməy ə çoxlu saylı sübutlar, qərarlar, kommunal xərclərin ödənilməsi barədə qəbzlərin surətləri təqdim olunmmasına baxmayaraq, məhkəmə qərəzli surətdə onlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı vermiş olduğu iddia ərizəsində və əlavə olunmuş sənədlərdə kifayət qədər öziddiasını sübut etmək üçün sənədlər qoymasına baxmayaraq, məhkəmə həmin sübutlara düzgün qiymət verməmiş, cavabdeh isə demək olar ki, məhkəmədə iştirak etməmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının, AR Mülki Məcəlləsinin tələblərinə düzgün əməl etməmiş və qanunsuz qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi
39. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvl ərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
40. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
41. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisini n ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Mülki Prosessual Məcəllə
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə köçürülməsi üçün qanuni əsaslar müəyyən edilmir.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüqu q normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6489/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.