Məhkəmə qərarları › İş №2(102)-954/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-954/2021

18.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-954/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşiş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirak ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1947/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxx xxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-4991/2017 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbi qismən təmin edilmiş, 2000 manat dəyərində yataq dəsti, 1600 manat dəyərində bar-6 stul, 200 manat dəyərində çılçıraq, 400 manat dəyərində televizor, 250 manat dəyərində paltaryuyan maşın, 400 manat dəyərində hər biri 200 manat olan 2 ədəd xalça, 240 manat dəyərində 3 dəst pərdə, 80 manat dəyərində stolüstü lampa (işıq), 600 manat dəyərində mətbəx vəqonaq otağı üçün qab-qacaq, 75 manat dəyərində tozsoran, 45 manat dəyərində ətçəkən maşın, 50 manat dəyərində ütü və ütü altlığı, 200 manat dəyərində 4 dəst yorğandöşək, yastıq, taxt örtüyü, 40 manat dəyərində saat, 50 manat dəyərində dəsmallar, döşək ağları, stol örtükləri, 80 manat dəyərində “Tefal” çay dəsti, 60 manat dəyərində “duxovka”, 120 manat dəyərində “Aura” qazan dəsti, 150 manat dəyərində “Çemodan qaşıq” dəsti, 40 manat dəyərində 4 ədəd çaynik, 20 manat dəyərində 1 ədəd çaydan, 140 manat dəyərində (bulud qaşığı 12 ədəd) çaydan dəsti, 50 manat dəyərində boşqab dəsti, 200 manat dəyərində (12 ədəd + 6 ədəd bulud) dərin boşqab, 40 manat dəyərindədördbucaq podnos dəsti və yumru podnos dəsti, 80 manat dəyərində 32 ədəd nəlbəki, 24 dəst çaşka nəlbəki, əlavə qaşıq, 24 dəst çəngəl, zibil vedrəsi, 2 ədəd çörək yığmaq üçün böyük qab, stol üstü çörək qabı, 12 ədəd büllur düzqabı, 100 manat dəyərində 4 ədəd büllur qəndqabı və 12 ədəd bıçaq dəsti, 120 manat dəyərində kiç ik çıçaq dəsti, ət taxtası, qozçəkən maşın, sürtkəc, aşsüzən, böyük qazan, 24 ədəd ləpə yığmaq üçün qab, post dəsti (8 ədəd + 1 tək taxtüstü, 1 ədəd ədyal, 1 ədəd taxt örtüyü), 1 ədəd divan örtüyü, 1 ədəd südrə, 12 ədəd telefon altlığı, 12 ədəd büllur stəkan, 1 ədəd bağema qabı, cəmi 7355 manat dəyərində cehiz əşyaları və ya cehiz əşyaların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, mübahisələndirilən Abşeron rayonu Masazır kəndi, X.Məmmədov küçəsi, dalan 2, 2 saylı fərdi yaşayış evi özbaşına tikilidir, iki yataq otağı bir zaldan ibarətdir. Orada cavabdeh, cavabdehin arvadı, atası və bacısı yaşayır,zal ümumi istifadədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İdd iaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır kəndi, X.Məmmədov küçəsi, dalan 2, 2 saylı fərdi yaşayış evində bölgü aparılması, gəlin köçdüyü və yaşadığı böyük otağın ona ayrılmaqla mətbəx və hamam birgə istifadədə qalmaqla bölgü aparılması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Abşeron rayonu Masazır kəndi, X.Məmmədov küçəsi, dalan 2, 2 saylı fərdi yaşayış evinə köçürülərək orada yaşamaq və evdən istifadə etmək hüququ ilə yaşayır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi, Sumqayıt Apellyasiya və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvaf iq qətnaməsi və qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Abşeron İcra şöbəsinin əməkdaşları tərəfindən mübahisəli evə köçürülərək həmin evdə yaşamağa başlamışdır. Abşeron rayonu Masazır kəndi, X.Məmmədov küçəsi, dalan 2, 2 saylı fərdi yaşayış evində yaşadığı müddətdən başlayaraq keçmiş qaynatası X6 müxtəlif vasitələrlə İddiaçı yaşamasına mane olmuş, qaz və işığı kəsərək sonuncunu sözügedən evdə yaşamaqdan imtina etməsinə məcbur etmişdir. X1 Ülkər Həmzəxan qızının yataq otağına girir, həmin otaqda uzanır, İddiaçı evdən istifadə etmək imkanı vermir. Abşeron rayonu Masazır kəndi, X.Məmmədov küçəsi, dalan 2, 2 saylı fərdi yaşayış evi 2 otaqdan ibarət olmaqla maneəsiz bölünə bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizənin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 Oktay oğlu iddia tələbini qəbul etməyib, izahatında bildirdi ki, İddiaçı Abşeron rayonu Masazır kəndi, X.Məmmədov küçəsi, dalan 2, 2 saylı fərdi yaşayış evinə köçürülsə də, heç vaxt həmin evdə yaşamamışdır. Həmçinin, İddiaçı daha sonra cehiz əmlak tələbi ilə məhkəməyə müraciət etmiş,cehiz əmlaklarını da evdən çıxartmışdır. Hazırda da, İddiaçı Abşeron rayonu Masazır kəndi, X.Məmmədov küçəsi, dalan 2, 2 saylı fərdi yaşayış evində yaşamasına heç bir maneəçilik törənməmişdir. İddianın təmin edilməməsini xahiş etdi. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ( hakim Cəmilə Səfiyeva) iddia tələbi rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflərin izahatlarından göründüyü kimi mübahisəli özbaşına tikili iki yataq otağı və bir zaldan ibarətdir. İddia tələbi təmin olunduğu halda həmin tikilidə yaşayan digər şəxslərin oradan istifadəsi mümkünsüz olar. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari - sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Telman Məmmədov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edən birinci instansiya məhk əməsinin gəldiyi nəticə ilə razılaşmış, apelyasiya şikayətinin dəlillərini formal mülahizələr hesab edərək təmin etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassas iya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfində n tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçı Abşeron rayonu Masazır kəndi, X.Məmmədov küçəsi, dalan 2, 2 saylı fərdi yaşayış evinə köçürülmək lə orada yaşayış sahəsindən istifadəni əldə etmişdir. İddiaçı kassasiya şikayətində 2 otaqdan ibarət olan Abşeron rayonu Masazır kəndi, X.Məmmədov küçəsi, dalan 2, 2 saylı fərdi yaşayış evinin bölünməsini xahiş etmişdir. İş materiallarından görünür ki, mübahisəli ev özbaşına tikilidir, iki yataq otağı və bir zaldan ibarətdir. Mülki Məcəllənin normalarına əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin tələblərinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, di gər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi iddiaçının özbaşına tikilinin yaşayış evi bölünməsini tələb etmək hüququnun, cavabdehin isə həmin iddia tələbinə məsuliyyət daşımaq vəzifəsinin hüquqqi əsasları yoxdur. Daşınmaz əmlakı, o cümlədən yaşayış evinin bölünməsini tələb etmək mülkiyyətçiyə məxsus hüquqdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sax lanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1947/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar