Məhkəmə qərarları › İş №2(102)-954/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-954/2025

02.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-954/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, sadə yazılı əqd, öhdəliyin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2024-cü il tarixli 2(103)-5978/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh xx.xx. 2022-ci il tarixdə “borc müqaviləsi” başlıqlı sadə yazılı formada əqd imzalayaraq İddiaçı xx.xx.2022-ci il tarixə 126600 ABŞ dolları borcu aldığını təsdiq edərək 2023-cü ilin mart ayından başlayaraq qaytarmağı üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı və X4 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı münasibətdə 126.600 ABŞ dolları, digər iddiaçı X2 münasibətdə isə 21500 ABŞ dolları, eyni zamanda 12560 manat faiz pulun və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(007)-1262/2024 saylı, 27 mart 2024-cü il tarixli qərardad ı ilə iddiaçı X1 Cavabdeh qarşı «borc» tələbinə dair iddiası ayrıca icraata ayrılmışdır.

4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, Cavabdeh işə əlavə olunan əlyazmadan da göründüyü kimi şahidin də iştirakı ilə xx.xx.2022-ci il tarixdə 126.600 ABŞ dolları məbləğində pulun onun tərəfindən alındığını, müəyyən işə yatırım edərək həmin işdən xeyir qazanacağını bildirmişdir. Beləliklə, ümumi şəkildə cavabdeh qeyd olunan sənədə əsasən İddiaçı münasibətdə 126.600 ABŞ dolları məbləğində maddi ziyan vurmuşdur.

5. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, onun heç kimə borcu yoxdur. O, ilk dəfə Bəşirdən 2017-ci ildə 47.000 ABŞ doları məbləğində pulu 5% ilə almış, ayda 2350 ABŞ dolları o lmaqla, 36 aya 84.600 ABŞ dolları pulu Bəşirə qaytarmışdır. O, faiz pulunu ödəmiş, əsas borc isə qalmışdır. Daha sonra 32.000 ABŞ dolları pulu da borc almış və ümumi borc məbləği 79.000 ABŞ dolları olmuşdur. Bu pulun üstünə 3.5% olmaqla, yəni hər ay 2765 dollar olmaqla 29 aya 80.185 ABŞ dolları faiz gəlmişdir. Həmin faizlərin 32.585 dolları hissəsini ödəmiş, 47.600 borcu qalmışdır. Bəşir həmin 47.600 dolların üstünə əsas borc olan 79.000 dolları gələrək, 126.000 ABŞ dolları borc hesablamışdır. O, Bəşirə 100.000 dollardan çox pul qaytarmışdır.

6. Birinci instansiya məhkəməsinin 16 avqust 2024-cü il tarixli, e-2(007)-1262/2024 nömrəli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbi təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sübut etmə yükü üzərinə düşən iddiaçı, haz ırkı iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etmişdir, cavabdeh tərəfindən isə bunun əksini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir, belə olan halda, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır.

8. Bundan başqa, məhkəmə Cavabdeh “iddiaçıya hər hansı borcunun olmaması” barədə izahatında göstərdiklərinə münasibətdə isə qeyd etmişdir ki, o, izahatında əsas borcunun 126.600 ABŞ dolları deyil, əslində 79.000 ABŞ dolları olmasını və əlavə olaraq həmin borcun üzərinə 3.5 faiz hesabı ilə 46.600 ABŞ dolları qalıq faiz borcu qaldığını, ümumilikdə 126.600 ABŞ dolları pulun məhz bu qaydada y arandığını, lakin 84.600 ABŞ dolları və 32.585 ABŞ dolları olmaqla hissə-hissə bütün borcunu iddiaçıya qaytardığını qeyd etsə də, İddiaçı da bu halı təkzib etməmiş, əksinə izahatında 85.000 ABŞ dolları pul vəsaitinin ona qaytarıldığını təsdiq etmiş, lakin həmin pulun hazırda iddia tələbinə hər hansı bir aidiyyətinin olmadığını vurğulamışdır, cavabdeh isə bunun əksini təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və cavabdeh tərəfindən şəxsən imzalanmış iltizamdan isə görünür ki, o, iddiaçıya 126.600 ABŞ dolları borcunun olmasını etiraf etmiş, hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür, məhkəmə iclası zamanı isə həmin iltizamın şəxsən özü tərəfindən imzalanmasını inkar etməmişdir. Belə olan halda, cavabdehin məhkəmə iclasın da göstərdikləri xüsusatlar iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 329.2, 389.1, 442, 739.1, 740.1, 743-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı qarşısında 126.600 ABŞ dolları pulun ödənilməsi ilə əlaqədar öhdəlik götürməmişdir. Bu mübahisəli məbləğ olan 126.600 ABŞ dolları tələbin ödənilməsi ilə bağlı məsuliyyəti tərəflər arasındakı razılaşmaya əsasən istisna və ya məhdudlaşdırıla bilər. 126.600 ABŞ dolları pulun ödənilməsi öhdəliyi üzərinə götürməmiş, Cavabdeh, İddiaçı ilə münasibətdə əsaslı və qanunu tələbi təmin etmək məsuliyyəti daşımır. Hüquqi əsas olmadan borcun gecikdirilməsi o hallarda baş verir ki, bu cür gecikdirmə həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Beləliklə, Cavabdeh, İddiaçı ilə münasibətdə əsaslı və qanunu tələbi təmin etmək məsuliyyəti daşımasa da, hüquqi əsas olmadan 126.600 ABŞ dollar borcun gecikdirilməsi Cavabdehdan asılı olmamış və İddiaçı bilərəkdən həmin borcun ödənilməsi üçün şərait yaratmamışdır. Birinci instansiya məhkəməsi bu hala əhəmiyyət verməmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərini pozmaqla səhvə yol vermişdir. Məhkəmə prosesində bunlar protokolda da öz əksini tapmışdır ki, İddiaçı Cavabdehdan 85000 ABŞ dolları aldığını etiraf etmiş və bildirmişdir ki, bu 85000 ABŞ dolları guya onun Cavabdeh verdiyi 180000 ABŞ dolları borcun müqabilində baş vermişdir. Lakin məhkəmə prosesində İddiaçı, Cavabdeh haçansa 180000 ABŞ dolları borcun verdiyini sübut edə bilməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5978/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışınski) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və cavabdeh tərəfindən şəxsən i mzalanmış iltizamdan müəyyən olunmuşdur ki, o, iddiaçıya 126.600 ABŞ dolları borcunun olmasını etiraf etmiş, hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür, məhkəmə iclası zamanı isə həmin iltizamın şəxsən özü tərəfindən imzalanmasını təsdiq etmişdir. Belə olan halda, cavabdehin məhkəmə iclasında göstərdikləri xüsusatlar iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.

14. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirmişdir ki, bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh qeyd etdiyi hala dair heç bir sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edə bilməmişdir.

15. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 324.1, 329.2, 406.1, 406.3, 407.2, 739.1, 740.1, 743-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinini rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, tərəflər arasında borc pulun verilməsi barədə heç bir rəsmi müqavilə imzalanmamışdır. Odur ki, məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsini hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. İddiaçı iddia ərizəsində yalnız guya cavabdehə verdiyi borc məbləğini tələb etdiyindən və həmin borcla əlaqədar vurulmuş maddi ziyan tələb etmədiyindən, qeyd olunan maddə hazırkı mübahisəyə düzgün tətbiq edilməmişdir. Bundan başqa, iddiaçının cavabdehə verdiyi ümumilikdə 79.000 ABŞ dolları borca görə 117.000 ABŞ dolları qaytarmışdır, verdiyi borcdan əlavə 38.185 ABŞ dolları qaytarmışdır. Buradan da görünür ki, cavabdeh aldığı borcdan əlavə faizlər hesablandığı üçün 38.185 ABŞ dolları qaytarmışdır. Lakin bütün qeyd olunanlar PBdəki araşdırma zamanı və məhkəmədə təsdiq olunsa da, məhkəmə tərəfindən işin qeyd olunan halları - yəni borcu faizləri ilə birlikdə qaytardığının təsdiq olunması məhkəmələr tərəfindən nədənsə nəzərə alınmamışdır. Məhkəmə baxışı zamanı da iddiaçı cavabdehdən 85.000 ABŞ dolları aldığını etiraf etmişdir, lakin qeyd etmişdir ki, bu məbləği guya cavabdehə borc verdiyi 180.000 ABŞ dolları pulun müqabilində almışdır. Lakin cavabd ehə həmin məbləğdə borc verməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İstinad olunan hallar onu təsdiq edir ki, məhkəmə tərəfindən iddiaçının iddia tələbinin təmin olunması ilə əlaqədar məhkəmə tərəfindən sübutlara obyektiv və qərəzsiz qiymət verilməyərək, qeyd olunan prosessual hüquq normasının tələbləri pozulmuşdur.

18. Cavabdeh kassasiya şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 739.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdır ılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

21. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

22. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavil ənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

24. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

25. Maddə

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

26. Maddə 385.2. Öhdəliyin i cra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

33. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

34. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bor cla bağlı müqavilə münasibətləri yaranmış, cavabdeh xx.xx.2022-ci il tarixdə yazılı əqd imzalamaqla iddiaçıya həmin tarixə olan qalıq borcunun 126600 ABŞ dolları təşkil etdiyini təsdiq etmişdir.

35. İşə baxmış məhkəmə cavabdeh tərəfindən borcun qaytarılması ilə bağlı öhdəliyin icra edilmədiyini müəyyən edərək iddianı təmin etmişdir.

36. Kassasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, iddiaçıdan borc götürdüyü pulun faizlərlə birlikdə 100.000 dollardan çox hissəsinin qaytarıldığı məhkəmə araşdırması zamanı təsdiq edilsə də, məhkəmə bu halı nəzərə alınmamışdır.

37. İşdən görünür ki, cavabdehin bu dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış, cavabdeh hakimin sualına cavab olaraq iddiaçıdan götürdüyü borcun bir hissəsini 2020-ci ildə qaytardığını bildirmiş, xx.xx.2022-ci il tarixli sadə yazılı formada imzaladığı əqddən sonra cavabdehin iddiaçıya hər hansı vəsait qaytardığı sübut olunmamışdır.

38. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, mülki qanunvericiliyin tələblərinə uyğundur. İşə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətdə istinad edilən maddi hüquq normalarının pozuntusuna yol verildiyi müəyyən edilmir.

39. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2024-cü il tarixli 2(103)5978/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar