Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-955/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-648/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 7 mart 2023-cü il tarixdə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Qəbələ rayonun Nic qəsəbəsində 1,14 ha və 2,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri müvafiq olaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ailə üzvlərinin mülkiyyətinə verilmiş və bu barədə JN-0058 və JN-0059 nömrəli (kod: ********) torpağa mülkiyyət hüququna dair dövlət aktları tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2.46 ha torpaq sahəsinin 0.50 ha hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq, ona qaytarılması və torpaq sahəsinin ətrafında olan, cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmış ağac dirəklərin və taxta hasarın sökülərək açılması, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi; İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.14 ha torpaq sahəsinin 0.25 ha hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması və torpaq sahəsinin ətrafında olan, cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmış ağac dirəklərin və taxta hasarın sökülərək açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.46 ha torpaq sahəsinə verildiyi vaxtdan istifadə və sahiblik etməyə başlamışlar. Torpaq sahəsinin 0.5111 ha hissəsi kəndin suvarılmayan dağ ərazisindən, 1.9494 ha hissəsi isə suvarılan düzənlik ərazisindən verilmişdir. 2019-cu ildə yenidən torpaq sahələrinin dəqiqləşdirilməsi aparılan zaman ona və ailə üzvlərinə məxsus kəndin suvarılan düzənlik ərazisində olan 1.9494 ha torpaq sahəsinin təxminən 0.50 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, 3 illik fındıq meyvə ağacları əkərək həmin ərazini ağac dirəklərlə hasara alması məlum olmuşdur. Cavabdehdən dəfələrlə torpaq sahəsindən çıxmasını tələb etsə də, nəticəsi olmamışdır. İddiaçı2 və ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə verilmiş 1.14 ha torpaq sahəsinə mülkiyyətçilər həmin vaxtdan istifadə və sahiblik etməyə başlamışlar. 2019-cu ildə yenidən torpaq sahələrinin dəqiqlə şdirilməsi aparılan zaman ona və ailə üzvlərinə məxsus kəndin suvarılan düzənlik ərazisində olan 0.6307 ha torpaq sahəsinin təxminən 0.25 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, 3 illik fındıq meyvə ağacları əkərək və həmin ərazini ağac dirəklərlə hasara alması məlum olmuşdur. Cavabdehdən dəfələrlə torpaq sahəsindən çıxmasını tələb etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır.
4. Birinci instansiya məhkəməsində cavabdeh X5 iddianı qəbul etməyərək göstərmişdir ki, təqdim edilmiş ekspertiza rəyi ilə razı deyil. İddiaçılarla aralarında mübahisələndirilən torpaq sahəsi uzun illərdir onun istifadə və sahibliyindədir. Həmin torpaq sahəsini yararsız və istifadəsiz vəziyyətdən aqrotexniki vasitələr və üsullarla qulluq göstərməklə hazırkı vəziyyətə çatdırmışdır. Həmin torpaq sahəsində m üxtəlif növ ağaclar əkib yetişdirmişdir. Bunu bütün kənd camaatı və eləcə də iddiaçıların özləri bilirlər. Yaxın vaxtlara qədər istifadə və sahibliyində olan bağ sahəsinin mülkiyyət sənədlərinin iddiaçılarda olan sənədlərlə əlaqəsinin olub-olmadığını bilməmişdir. Çünki, həmin ərazidə onun özünə məxsus torpaq sahəsi də mövcuddur. Hesab etmişdir ki, istifadə və sahibliyində olan torpaq sahəsi onun özünə məxsusdur. Bu barədə xəbər biləndən sonra isə məsələnin əsl mahiyyəti ilə maraqlanmağa başlamış və son nəticədə ona məlum olmuşdur ki, iddiaçılar müxtəlif «yollar və vasitələrlə» mübahisələndirilən torpaq sahəsinə, yəni hazırkı bağ sahəsinə mülkiyyət sənədləri əldə etmişlər. Bundan sonra iddiaçılarla qarşılıqlı razılıq əldə edilməsinə dəfələrlə cəhd etmiş, hətta onlara ayrı yerdən torpaq sa həsi alınıb verilməsini də təklif etmişdir. Lakin bütün təkliflərə baxmayaraq iddiaçılar edilən təklifləri qəbul etməmişlər. İddiaçılara birinci növbədə mübahisə predmeti üzrə barışıq sazişinin bağlanmasını təklif edir. 5. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 99 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilən JN-0057, JN-0058 və JN-0059 saylı Dövlət Aktlarının planşetləri DTXK tərəfindən köhnə koordinat sistemi olan Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. DƏDRX tərəfindən ərazinin ümumi elektron baza məlumat xəritəsi Yeni Beynəlxalq koordinat sistemi olan WGS-84 (UTM - 38N; 39N) koordinat sistemində yığıldığından, Azərbaycan Respublikasının bütün əraziləri üzrə verilən Dövlət Aktlarının və şəhadətnamələrin xəritə məlumatlarının yeni elektron məlumat ba zasına inteqrasiyası zamanı müəyyən koordinat sürüşmələri və planşet üzrə müvafiq torpaq sahələrinin naturadakı uyğun torpaq sahələrinə nisbətdə konfiqurasiya fərqlərinə gətirib çıxarmışdır. Məhz bu ərazidə də konfiqurasiya fərqləri olduğundan sözügedən JN-0058 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic qəsəbəsində İddiaçı2 və onun ailə üzvlərinin ümumbirgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 58A konturu üzrə 0.63 ha olan torpaq sahəsinin planşet əsasında (ərazinin ümumi xəritəsi - X4) naturaya nisbətdə müəyyən yerquruluşu-mühəndis işləri aparılaraq döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. JN-0058 saylı Dövlət Aktının 58A konturu üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsinin Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Həmçi nin JN-0059 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic qəsəbəsində İddiaçı1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 2.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 59A konturu üzrə 1.949 ha olan torpaq sahəsinin planşet əsasında (X4) naturaya nisbətdə müvafiq yerquruluşumühəndis işləri aparılaraq döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. JN0059 saylı Dövlət Aktının 59A konturu üzrə 1.949 ha olan, torpaq sahəsinin 0.4589 ha hissəsinin Cavabdeh istifadəsində olunması müəyyən olunmuşdur.
6. Həmçinin qeyd olunmuşdur ki, cavabdehin istifadəsində olan mübahisəli 0.1931 ha və 0.4589 ha torpaq sahələrini iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsindən ağac dirəklər, mövcud olan ağaclar və kollar ayırır. Mübahisəli torpaq sahələrinin ölçüləri AutoCad, ArcMap, Google Mapper və SAS.Planeta xəritə proqramları vasitəsilə tərtib olunan ortofotoplanda aydın şəkildə göstərilmişdir.
7. Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia ərizəsi qismən təmin olunmuş, İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpağa mülkiyyət hüququna dair JN-0059, Kod 40600068 saylı dövlət aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 2.46 ha torpaq sahəsinin 59A kontoru üzrə 1.949 ha olan torpaq sahəsinin 0.4589 ha hissəsinin cavabdeh X1 alınaraq, İddiaçı1 qaytarılması, İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı dövlət aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin 58A kontoru üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsinin cavabdeh X1 alınaraq İddiaçı2 qaytarılması, cavabdehin istifadəsində olan mübahisəli 0.1931 ha və 0.4589 torpaq sahələrində olan ağac dirəklərinin sökülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın cavabdeh X1 tutularaq “X6” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçılar özünə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsələr də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bil mir. Bununla da iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur.
9. Məhkəmə iddianın rədd edilmiş hissəsində belə qənaətə gəlmişdir ki, iddiaçılar JN0058 saylı, kod 40600068 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmiş 1.14 ha torpaq sahəsinin 0.25 ha hissəsinin və JN-0059 saylı, kod 40600068 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmiş 2.46 ha torpaq sahəsinin 0.50 ha hissəsinin cavabdeh X5 tərəfindən zəbt edildiyini və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneə törədildiyini iddia etsələr də, bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut təqdim etməmişlər. Məhkəmə araşdırması zamanı ekspertiza rəyi ilə mübahisəli 1.14 ha torpaq sahəsinin yalnız 0.1931 ha hissəsinin və 2.46 ha torpaq sahəsinin yalnız 0.4589 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəlləsinin 139, 152-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 152.1-152.5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh X5 apellyasiya şikay əti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsinə istinadən belə əsaslandırılmışdır ki, ekspert rəyi natamam, əsassız və iddiaçıların mənafelərini təmsil edərək verilmişdir. Ekspertlər mübahisə predmetinə yerli baxışları zamanı keçmiş qaydalarla heç bir müasir texniki vasitələrdən (CıRS və s ) istifadə etməməklə demək olar ki, mübahisəli torpaq sahəsinin qonşu sərhədləri üzrə koordinatlarını müəyyən etmədən, kortəbii ölçü işləri aparmaqla kifayətlənməklə əsassız və qanunsuz rəy tərtib etmişlər. Aparılan ölçü işləri ilə bağlı o mübahisə üzrə tərəf olduğunu ekspertlərin nəzərinə çatdırmaqla hazırki şəraitdə istifadə olunan texni ki vasitələrdən istifadə edilmədən niyə ölçü işlərinin aparıldığını xəbər aldıqda, onlar həmin ölçülərin onların ofislərində yerləşən texniki vasitələrlə analiz və araşdırmaqla ekspert rəyinin veriləcəyi barədə yalan danışmaqdan belə çəkinməmişlər. Ekspertin rəyində konfiqurasiya fərqləri, koordinat sürüşmələri və s. kimi ifadələr işlədilmişdir. Bu ifadələrin özləri də iddiaçıların adlarını çəkmədiyi və həmin məsələlərlə bağlı işləri görən təşkilatlarda işləyən qohumları vasitəsi ilə torpaq sərhədlərini sürüşdürməklə, yerlərini dəyişdirməklə və daşınmaz əmlakın dövlət reyestri xidmətinin məlumat bazasında olan xəritələrində konfiqurasiya işlərini görməklə saxta yollarla sənəd alınmasına nail olduğuna dəlalət edir. Onlar onun həmin sahədə olan 0,24 ha bələdiyyə torpağını da iddiaçılara pay torpağı kimi təhvil verməsini tələb edirlər. Torpaq qonşuları Usub və Elmanda olan torpaqlarını isə onlardan tələb etmirlər.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) 2(107)-1519/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlil təqdim etməmişdir.
15. Məhkəmə gəldiyi nəticənin ə sası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 139.1., 152.1., 152.2.-152.4., 152.5-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenid ən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsinin qətnaməsi Müstəqil Məhkəmə Ekspertizasının 05 aprel 2021-ci il tarixli, 99 saylı ekspert rəyi ilə əsaslandırılmışdır. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək X6” MMC-nin işçiləri Şükür Hüseynovun, Nizami Səmədovun və Emin Quliyevin hərəkətləri barədə yazmışdır. Həmin müraciətdə 09 iyul 2021ci il tarixdə cavabdehə ünvanlanmış 260 saylı cavab məktubunda hazırda özəl məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar hüquqi tənzimləmə məsələləri davam etdiyindən Ədliyyə Nazirliyi tərəfindən bu proseslərə başlanmamış və heç kimə özəl məhkəmə e ksperti şəhadətnaməsi verilmədiyi, məhz buna görə hüquqi və fiziki şəxslər hazırda bu ekspertiza xidmətlərini göstərə bilmədikləri göstərilmişdir. Məktubun son abzasında təkrar ekspertizanın aparılması və onun icrasının Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi ilə bağlı məhkəməyə vəsatət vermək barədə hüququn olduğu qeyd olunmuşdur. Məhkəmələr maddi hüquq normalarını tamamilə yanlış tətbiq etməklə işi hərtərəfli araşdırmadan qətnamə qəbul etmişlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.Ə.Şəfiyev (sərdlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) 2(102)-440/2022 saylı, 1 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1519/2021 saylı, xx.xx.2021-c i il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, iddia tələbini qismən təmin edən məhkəmələrin qənaətinə görə İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, torpağa mülkiyyət hüququna dair JN-0059, Kod 40600068 saylı dövlət aktında göstərilən 2.46 ha torpaq sahəsinin 59A kontoru üzrə 1.949 ha olan torpaq sahəsinin 0.4589 ha hissəsi, İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı dövlət aktında göstərilən 1.14 ha torpaq sahəsinin 58A kontoru üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsi cavabdeh X5 tərəfindən zəbt edilmişdir.
20. Məhkəmələr bu nəticəyə gələrkən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixl i, 99 saylı ekspert rəyinə istinad etmişdir.
21. Lakin, Müstəqil Məhkəmə Ekspertizası” MMC-nin ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə rəyi imzalamış ekspertin xüsusi bilik tələb olunan rəy vermə səlahiyyətləri iş materialları ilə müəyyən edilmir.
22. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinə əsasən, məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ix tisasları) üzrə ekspert rəyi verə bilər.
23. İşə əlavə olunmuş ekspert rəyi bu tələblərə cavab vermir.
24. Cavabdeh apellyasiya icraatında ekspertin rəyini məhz bu əsaslarla mübahisələndirmiş və onun səlahiyyətli şəxs tərəfindən verilmədiyinə istinad etməklə, ekspertiza təyin olunmasını və ekspertizanın keçirilməsini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunması barədə yazılı vəsatət vermişdir. Lakin, məhkəmə kollegiyası həmin vəsatətə heç bir münasibət bildirməmiş, sözügedən ekspert rəyinin bu baxımdan qiymətləndirməsini aparmamışdır. Halbuki, MPM-in 88-ci maddəsində bəhs olunan sübutların qiymətləndirilməsi, məntiqi və hüquqi əsaslar üzərində qurulmuş təfəkkür prosesi olmaqla, məhkəmədən sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, mötəbərliyini müəyyən etməyi tələb edir. Həmçinin sübutların qiymətləndirilməsində obyektivlik və hərtərəflilik təmin edilməlidir.
25. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
26. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 157 və 165-ci maddələrinə, Torpaq Məcəlləsinin 48, 50, 55, 84 və 11- ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 80, 81 və 88-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. İşə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmənin 10 may 2022-ci il tarixli, 2(107)-648/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli, 10/5725 №-li ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Əmlak Məslələri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-0058 kod 40600068 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Qəbələ rayonu Nic qəsəbəsi ərazisində İddiaçı2 mülkiyyətinə verilmiş 1,14 hektar torpaq sahəsinin 58A saylı cizgisində göstərilmiş 0,63 hektar, JN-0059, kod 40600068 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı1 mülkiyyətinə verilmiş 2,46 hektar torpaq sahəsinin 59A saylı cizgidə göstərilmiş 1,95 hektar və JN-0057 kod 40600058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən cavabdeh X2 mülkiyyətinə verilmiş 1,46 hektar topaq sahəsinin 57A cizgisində göstərilən 0,85 hektar hissələrinin Dövlət Aktında göstərilmiş cizgilər ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamışdır.
28. Ali Məhkəmənin göstərişlərinə əsasən işə təkrar baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakiml ər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) 2(107)-648/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası rədd edilmişdir.
29. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təhlil olunan 13 sentyabr 2022-ci il tarixli, 10/5725 №-li ekspert rəyindən bəlli olur ki, tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin Dövlət Aktında göstərilmiş cizgilər ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mü mkün olmamış, bununla da birinci instansiya məhkəməsi məlum hüquqi nəticəyə gələrkən haqlı olmamışdır.
30. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 157, 165-ci, Torpaq Məcəlləsinin 48, 50, 55, 84, 111-ci, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 11-ci, Mülki Prosessual Məcəllənin 9, 14, 77, 88, 217, 218-ci maddələrinə, İnsan Haqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına və Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
31. İddiaçılar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnam ənin ləğv edilib iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
32. Şikayət əsaslandırılması kimi qeyd edilmişdir ki, iddianın rədd edən məhkəmə məhz Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2022- ci il tarixli 10/5725 saylı ekspert rəyinə əsaslanmışdır. Halbuki, məhkəmənin sübut kimi qiymətləndirdiyi bu rəyin sübut kimi qəbul edilməsi qeyri-mümkündür. Belə ki, ekspert rəyi adlandırılmasına baxmayaraq, həmin rəyin nəticə hissəsindən də görünür ki, ekspert rəyinin verilməsi mümkün olmamışdır. Ekspert rəy verə bilməməsinə görə rəyin verilməsindən imtina məktubu vermək əvəzinə həmin məlumatı ekspert rəyi adı altında məhkəməyə təqdim etmiş, məhkəmə isə həmin sənədin məzmununa diqqət yetirmədən, təyin olunmuş ekspertizanın məqsədinə uyğun rəyin verilib-verilməmə sini araşdırmadan birbaşa ekspert rəyi kimi qəbul etmişdir. Nəticə etibarilə məhkəmə ekspert rəyi olmadan, xüsusi bilik tələb edən məsələ aydınlaşdırılmadan qətnamə qəbul etmiş və iş üçün xüsusi əhəmiyyət kəsb edən iddiaçılara məxsus torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsi məsələsi araşdırılmadan qalmışdır. Bundan başqa, məhkəmənin qərardadında ekspert qarşısında üç sual qoyulmasına baxmayaraq, ekspert sadəcə birinci sual üzrə məlumat xarakterli qeydlər aparmış və nəticədə heç həmin sual üzrə də rəy verməmişdir. Apellyasiya məhkəməsi isə mübahisənin həll edilməsi məqsədi ilə xüsusi bilik tələb edən məsələlərlə bağlı ekspert qarşısında qoyduğu sualların cavabsız qalmasını, nəticə hissəsində qeyd olunan məlumatların işin həlli üçün heç bir əhəmiyyət daşımadığını nəzə rə almamış və iş üzrə verilmiş rəydə olan natamamlığı aradan qaldırmadan, prosessual qanunvericiliyin ona verdiyi təkrar ekspertiza təyin etmək imkanından istifadə etmədən yekun qənaətə gəlmişdir. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli 10/5725 saylı ekspert rəyində ekspert rəyinin verilməsinin mümkünsüzlüyünün səbəbi kimi iddiaçılara və cavabdehə məxsus torpaq sahələrinin cizgiləri ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq olduğunu göstərilmişdir. Ekspert rəyinin nəticə hissəsində göstərilən belə bir məlumat əsasında nə iddianın təmin, nə də ki, rədd edilməsi mümkündür. Çünki, bu rəydə xüsusi bilik tələb edən məsələnin, yəni zəbt faktının olub-olmaması ilə bağlı heç bir məlumat mövcud deyildir və həmin məsələ qeyri-müəyyən qalmışdır. Belə olan h alda, bu sənəd məhkəmə tərəfindən qoyulan sualları cavablandıran əsaslandırılmış ekspert rəyi kimi qəbul edilə bilməz. Elə bu səbəbə görə apellyasiya məhkəməsi də nəyə görə iddianı rədd etməsini göstərməmiş, sadəcə sübutları sadalamaqla kifayətlənmişdir. Bundan əlavə, ekspert rəyindən göründüyü kimi, ekspert özü heç bir araşdırma etməmiş, sadəcə 9 saylı Qəbələ Ərazi İdarəsinin 08 iyun 2022-ci il tarixli məktubunda qeyd olunan Qəbələ rayonu, Nic qəsəbəsində torpaq sahələrinin texniki və hüquqi sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyətindəki uyğunsuzluqla bağlı ümumi məlumatı olduğu kimi “ekspert rəy”inə köçürmüşdür. Yəni, ekspert mübahisəli torpaq sahəsini yerində müayinə etmədən, ekspertiza tədqiqatı aparmadan, torpaq sahəsinin vəziyyəti barədə məlumatı olmadan ancaq 9 saylı Qəbələ Ərazi İdarəsinin 08 iyun 2022-ci il tarixli məktubu əsasında iki səhifəlik vizual rəy vermişdir. Bundan başqa, işdən də göründüyü kimi, hazırkı iş üzrə mübahisənin səbəbi cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahələrinin faktiki olaraq zəbt edilməsidir, yəni cavabdeh tərəfindən faktiki istifadədə uyğunsuzluqdur. Ekspert məhz belə bir uyğunsuzluğun (zəbtin) olmasını aydınlaşdırmaq əvəzinə, sadəcə faktiki istifadədə uyğunsuzluğun olmasını qeyd etməklə kifayətlənmiş, lakin bu uyğunsuzluğun da nədən ibarət olmasını, məhz hansı torpaq sahələrinin (iddiaçılara yoxsa cavabdehə məxsus torpaq sahələrinin) göstəricilərində uyğunsuzluğun olmasını göstərməmiş və ümumiyyətlə rəyi əsaslandırmamışdır. Bundan əlavə, Nic qəsəbəsində torpaq sahələrinin texniki və hüquqi sənədlərindəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluğun olması hazırkı iş üzrə rəyin verilməsindən imtinaya əsas ola bilməz. Çünki, iddia tələbi müvafiq Dövlət Aktları əsasında iddiaçıların mülkiyyətinə verilən torpaq sahələrindən cavabdehin çıxarılmasıdır. Bu halda ekspertin araşdıraraq rəy verməli olduğu məsələ iddiaçılara məxsus Dövlət Aktlarında əks olunan məkan göstəricilərinə uyğun torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsidir. Lakin ekspert onun qarşısında qoyulan suallar üzrə torpaq sahələrini yerində müayinə edərək tədqiqat aparmaq və həmin sualları cavablandırmaq əvəzinə Nic qəsəbəsindəki ümumi torpaq problemlərindən bəhs edən 9 saylı Qəbələ Ərazi İdarəsinin 08 iyun 2022-ci il tarixli məktubunu eynilə öz rəyi nə köçürmüşdür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir. O halda ekspert rəyi mötəbər qəbul edilə bilər ki, rəy əsaslı olsun və iş materiallarında ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yoxsa, rəyin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş olması həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Başqa sözlə, ekspertin rəyi məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə tərəfindən qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi isə ekspert rəyinin hazırkı işin həllinə nə dərəcədə təsir göstərməsini, məhz bu rəy əsasında müba hisənin həll edilməsinin mümkünlüyünü yoxlamamış və ekspert rəyinin sübut kimi qəbuledilənliyinə lazımi hüquqi qiymət verməmişdir. Bundan başqa, cavabdeh tərəf özü də apellyasiya şikayətində etiraf etmişdir ki, uzun müddət həmin torpağı istifadə etmiş, qulluq göstərmiş, müəyyən vəsait xərcləmiş, lakin sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi əslində iddiaçılara məxsusdur və mülkiyyət sənədi onlardadır. Hətta onlara ayrı yerdən torpaq sahəsinin onun tərəfindən alınıb verilməsi də təklif olunmuşdur. Lakin bütün təkliflərə baxmayaraq iddiaçılar edilən təklifləri qəbul etməmişlər. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi cavabdehin bu etirafını nəyə görə qəbul etməməsi barədə mövqeyini də əsaslandırmamış və cavabdeh tərəfindən faktın etirafı iddiaçıları bu faktı sübut etmə vəzifəsindən azad etməsini nəzərə almamışdır. Bununla da, məhkəmə prosessual pozuntuya yol verərək mübahisəyə tətbiq edilməli olan MPM-in 106.3-cü maddəsini tətbiq etməmişdir. Həmçinin apellyasiya məhkəməsi iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 99 saylı rəyini də nəzərə almamış və həmin rəyə heç bir hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2022-ci il tarixli 2(102)-440/2022 saylı qərarında sözügedən rəylə bağlı mövqeyini əsas götürərək onu ümumiyyətlə sübut kimi qəbul etməmişdir. Halbuki, kassasiya instansiyası məhkəməsinin qərarında "xxxx" MMC ekspertiza fəaliyyəti ilə məşğul olması üçün qanunvericilikdə müəyyən edilmiş qaydada rəsmi reyestrdə qeydiyyatdan keçmədəyinə g örə sözügedən rəyin ekspert rəyi kimi qəbul edilməsinin mümkünsüzlüyü göstərilərək həmin rəyə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsi qeyd olunmuşdur. Həmin rəydən görünür ki, mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş, xüsusi texniki vasitələrdən istifadə olunmaqla yerquruluşumühəndis işləri aparılaraq döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və iddiaçılara məxsus torpaq sahələrinin Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Rəy hərtərəfli əsaslandırılmış və iş materiallarında olan heç bir sübutla təkzib olunmamışdır. Əksinə, cavabdehin özünün etirafı ilə də uyğunluq təşkil etmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi bu rəyə heç bir münasibət bildirməmiş və nəyə görə sübut kimi qəbul etməməsi barədə mövqeyini əsaslandırmamış dır.
33. Apellyasiya məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul etməklə Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçılara məxsus torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilməsi faktı "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 99 saylı rəyi və cavabdehin özünün etirafı əsasında sübuta yetirilməsinə baxmayaraq, məhkəmə iddianın rədd etmişdir. Halbuki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
35. Maddə 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
36. Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar v ə daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
37. Maddə 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbyacn Respublikasının Mülki Məcəlləsi
38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Maddə 152.5. Mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
42. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən eht iyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
43. Maddə 165.1-ci maddəsinə əsasən Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
44. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
45. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqla rın özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
46. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
55. Belə ki, məhkəmə kollegiyası aşağıda göstərilə n əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir.
56. İşin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, Qəbələ rayonu, Nic kəndi ərazisində aparılmış aqrar islahatla əlaqədar iddiaçılardan İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə 1,14 ha, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə 2,46 ha torpaq sahəsi verilmişdir.
57. İddiaçılardan İddiaçı2 müllkiyyətində olan torpağın 25 sotunun, İddiaçı1 isə mülkiyyətində olan torpaq sahəsinin 50 sotunun cavabdeh Əhməd Məmmədli tərəfindən zəbt edildiyini göstərərək sonuncunun zəbt edilmiş sahədən çıxarılmasını tələb edirlər.
58. Göründüyü kimi iddia tələblərinin əsaslı olub-olmaması iddiaçıların mülkiyyətində olan torpağın cavabdeh tərəfindən zəbt edilib-edilməməsindən asılı olmaqla xüsusi bilik tələb edən sahəyə aid olduğundan bu halın müəyyən edilməsi müvafiq ekspertizanın keçirilməsi yolu ilə mümkündür.
59. İşin halları ilə müəyyən edilir ki, işə ikinci apellyasiya baxışında baxan məhkəmə kollegiyası qeyd edilən məsələnin araşdırılması üçün ekspertiza təyin etmiş və ekspertizanın keçirilməsini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmiş, eyni zamanda qeyd edilən məsələ üzrə mütəxəssis rəyinin verilməsi üçün ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir.
60. Bununla bağlı ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uço tunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair tədbirlər planına istinad etməklə Qəbələ rayonunun Nic kəndi əraisində torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı yeni layihələr tərtib edildiyini və hal-hazırda həmin layihələr arasında dürüstləşdirilmiş məlumatların sistemə daxil olunması əsası ilə rəy verməkdən imtina etmiş və elektron kadastr məlumat bazasına daxil olduqdan sonra qeyd edilən məsələnin həllini tapacağını bildirmişdir.
61. Məhkəm ə Ekspertiza Mərkəzi 9 saylı Qəbələ Ərazi İdarəsinin yuxarıda qeyd edilən məktubunda göstərilənlərə istinad etməklə, iddiaçıların və cavabdehin mülkiyyətinə verilmiş dövlət aktında göstərilən məkan göstəriciləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq olduğuna görə ekspertiza qarşısında qoyulmuş suallara cavab verməmiş, bununla bağlı gəldiyi nəticəni rəy adlandırsa da, faktiki olaraq rəy verməmişdir.
62. Belə ki, ekspert rəyi öz-özlüyündə digər kriterilərlə yanaşı, o cümlədən, ekspertin qarşısında qoyulmuş suallar üzrə aparılmış tədqiqatı və bu tədqiqatın nəticəsində xüsusi bilik tələb edilən məsələlər üzrə ekspertin gəldiyi nəticəni əks etdirən yazılı bir sübut növüdür.
63. Eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin qeyd edilən mövqeyini qətnamədə əks etdirdikdən sonra işə b axan məhkəmə kollegiyası hər hansı bir qiymətləndirmə aparmadan torpaqların qanuni yolla əldə ediməsi, mülkiyyət hüququ, mülkiyyət hüququnun toxunulmazlığı, pozulmuş mülkiyyət, sahiblik, istifadə, icarə hüquqlarının qorunmalı olmasına dair çoxsaylı maddi hüquq normalarına, ədalət mühakiməsinin prinsiplərinə dair prosessual hüquq normalarına və həmin normalara münasibətdə Avropa İnsa Hüquqları Məhkəməsinin Qərarlarına istinad etsə də, sonda bu nəticəyə gəlmişdir ki, ekspert tərəflərin mülkiyyətində olan torpaq sahələrinin dövlət aktındakı məkan göstəriciləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluğu müəyyən etdiyindən iddianı təmin edən birinci instansiya məhkəməsi haqlı olmayıb.
64. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçıların tələbi məhz onların mülkiyyət hüquq unu təsbit edən dövlət aktına və həmin aktda təsbit edilmiş məkan göstəricilərinə əsaslanmaqla ondan ibarətdir ki, cavabdeh onların torpaq sahəsini zəbt etmişdir.
65. Ona görə də, işə baxan məhkəmə kollegiyası həmin dövlət aktlarındakı məkan göstəricilərinə əsasən torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini araşdırmalı və qiymət verməli idi.
66. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Nazirlər Kabinetinin 28 aprel 2016-ci il tarixli 250s saylı Sərəncamı ilə həyata keçirilən dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsin in mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planının məqsədi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla yanaşı xüsusi mülkiyyətdə olan torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsindən ibarət olmaqla, həmin sistem və xəritələrin torpaqlarının yerdəki faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə görə deyil, yalnız ayrı-ayrı fiziki və hüquqi şəxslərə səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş sənədlərin, o cümlədən X7 tərəfindən verilmiş torpağa mülkiyyət hüququnu təsbit edən dövlət aktlarının məkan göstəriciləri əsasında aparılmasından ibarətdir.
67. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qətnaməsi Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 9, 14 və 88-ci maddəsinin tələblərinə zidd olmaqla, qanuni və əsaslı deyildir.
68. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
69. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM -in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-648/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.