Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-955/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: sahibliyin müdafiəsi; evdən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1779/2023 nömrəli iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlərin kassasiya şikayətinə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2000-ci ildən 2016-cı ilədək mübahisəli evə dair kommunal xidmətlər, o cümlədən evə aid telefon nömrəsi iddiaçının adına olmuş, sonradan onun istəyi ilə qardaşı X2 adına keçmiş, sonuncu 2018-ci ildə vəfat etmişdir.
2. Cavabdehlər mübahisəli tikilidə 2018-ci ildə yaşamağa başlamış, Cavabdeh2 atası X2 rəsmi nikahda olmuş arvadı X3 ərinin qeyri-rəsmi arvadı Cavabdeh1 və Cavabdeh2 2018-ci ildə mübahisəli evdən çıxarmış, 2022-ci ilin may ayında isə onlar yenidən həmin evə köçmüşlər.
3. Cavabdehlər mərhum XXXun sağlığında mübahisəli evdə yaşamamışlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin XXX unvandakı evdən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 2(012)-318/2023 nömrəli iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşin araşdırılmış halları ilə müəyyən edilir ki, mübahisəli evin özbaşına tikili olması işin mübahisəsiz halıdır. Həmçinin də həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. Başqa sözlə, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla özbaşına tikili statusuna malikdir.... Məhkəmə hesab edir ki, ilk növbədə aydınlaşdırılmalı məsə lə özbaşına tikili üzərində tərəfllərdən kimin Mülki Məcəllənin 179-cu maddəsi ilə müəyyən edilən sahiblik hüququnun mövcud olub-olmamasını müəyyən etməkdir. İddiaçı 2000-ci il tarixdə ünvan küçəsində 0.6 ha torpaq sahəsi alaraq üzərində fərdi yaşayış yeri inşa etməsini, 2002-ci il tarixdən ailəsi ilə birlikdə orada yaşamağa başladıqdan bir müddət sonra uşağının xəstəliyi ilə əlaqədar olaraq ünvan2ndə yerləşən mənzilinə köçməsini, sonradan qardaşının oğlu Cavabdeh2 ona məxsus ünvan1 yerləşən mənzilinin boş olmasından və orada heç kimin yaşamamasından istifadə edərək oranı zəbt etməsini iddia edir. Cavabdeh isə əksinə torpağın onun atası tərəfindən alınmasını, əmisi İddiaçı kirayədə yaşamasın deyə atası ona evdə yaşamasına icazə verməsini, 2018-ci ildə həmin evə köçüb yaşamalarını, iddiaçin in evə və onun inşa edildiyi torpaq sahəsinə mülkiyyət və ya istifadə hüququ olmadığı üçün o bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamasını, atasının tikdiyi evin ona miras qalmasını, atasının vəfat etməsindən istifadə edərək əmisi İddiaçı atasının inşa etdiyi evi əlindən almaq məqsədi ilə onu və anasını bu evdən çıxarma və bu evi boşaldaraq ona təhvil vermə tələbi ilə məhkəməyə müraciət etməsini göstərərək iddiaya etiraz etmişdir.... Cavabdeh tərəf mübahisəli evin atası tərəfindən inşa edilməsini və evin mühafizə zonasında yerləşdiyi üçün atasının torpaq və evə dair heç bir hüquqmüəyyənedici sənəd əldə edə bilməməsini göstərsə də, hazırda bu evin qaz, su və işıq sayğaclarının onun adına olmaqla, bələdiyyə vergisini də ödəməsinə istinad edərək həmin evin iddiaçıya ümumiyyət lə heç bir aidiyyatının olmamasını göstərmişdir....... işin materiallarından aydın görünür ki, 2000-ci ildən 2016-cı ilədək mübahisəli evə dair kommunal xətlər, o cümlədən evə aid telefon nömrəsi iddiaçının adına olmuş, sonradan onun istəyi ilə bunlar hamısı qardaşı X2 adına keçmiş, sonuncu 2018-ci ildə vəfat etmişdir. Bu halların mövcudluğu həqiqətən də iddiaçının 2016-cı ilə qədər mübahisəli tikilidən təyinatı üzrə istifadə etməklə yaşamasını və kommunal xidmətlərin haqqını ödəməsini təsdiq edir. Cavabdeh tərəf mübahisəli evin atası tərəfindən inşa edilməsini bildirsə də, kommunal xidmətlərə görə bütün sənədləşmələrin nəyə görə iddiaçının adına olmasına aydınlıq gətirməmiş, bunu yalnız X2 həmin evi qardaşı İddiaçı müvəqqəti yaşamaq üçün verməsini göstərməklə kifayətlənmişdir. Həmçini n məhkəmə qeyd etməyi də zəruri sayır ki, cavabdeh tərəfin özünün də etiraf etdiyi kimi mübahisəli tikilidə məhz 2018-ci ildən başlayaraq yaşamağa başlamışdır. İddiaçı tərəfin təqdim etdiyi şahid ifadələri ilə də müəyyən edilmişdir ki, cavabdehin atasının rəsmi arvadı X3 ərinin qeyri rəsmi arvadı Cavabdeh1 və cavabdeh olan oğlunu 2018-ci ildən mübahisəli evdən çıxartmış, 2022-ci ilin may ayından isə onlar yenidən həmin evə köçmüşlər. İddiaçı bununla bağlı, ona məxsus ünvan1 yerləşən mənzilinin Cavabdeh2 tərəfindən zəbt edilməsi və kilidinin dəyişdirilməsi barədə məlumat vermiş və bununla əlaqədar tədbir görülməsini xahiş etmişdir. Cavabdeh tərəf faktiki sahib olan iddiaçının öz təşəbbüsü ilə müəyyən məqsədlər üçün kommunal xidmətlərin qardaşı, cavabdehin atası X2 adına keçirilməsindan (vəf atından sonra oğlunun adına keçirilmişdir) istifadə edərək hazırda da yalnız həmin sənədlərə istinad edərək mübahisəli evi zəbt edərək ora sahiblik hüquqlarının cavabdeh tərəfə aid olmasını israr edir, lakin mübahisəli tikiliyə hansı əsaslarla hazırda sahiblik etməsinə dair tutarlı və mötəbər sübutlar təqdim etməmişdir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər apellyasiya şikayəti vermişlər.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1779/2023 nömrəli iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), L.Rəhimli və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəf mübahisəli evə aid torpaq sahəsinin cavabdehin atası X4 tərəfindən alınması və mübahisəli evin atası X4 tərəfindən inşa edilməsinə dair qonşuların aktlarını təqdim etsə də məhkəmə həmin halların digər sübut növləri ilə təsdiqlənmədiyi üçün sübut kimi qiymətləndirmir. Belə ki, işin materiallarından aydın görünür ki, 2000-ci ildən 2016-cı ilədək mübahisəli evə dair kommunal xətlər, o cümlədən evə aid telefon nömrəsi iddiaçının adına olmuş, sonradan onun istəyi ilə bunlar hamısı qardaşı X2 adına keçmiş, sonuncu 2018-ci ildə vəfat etmişdir. Bu halların mövcudluğu həqiqətən də iddiaçının 2016-cı ilə qədər mübahisəli tikilidən təyinatı üzrə istifadə etməklə yaşamasını və kommunal xidmətlərin haqqını ödəməsini təsdiq edir. Cavabdeh tərəf mübahisəli evin atası tərəfindən inşa edilməsini bildirsə də, kommunal xidmətlərə görə bütün sənədləşmələrin nəyə görə iddiaçının adına olmasına aydınlıq gətirməmiş, bunu yalnız X2 həmin evi qardaşı İddiaçı müvəqqəti yaşamaq üçün verməsini göstərməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin özünün də etiraf etdiyi kimi mübahisəli tikilidə məhz 2018-ci ildən başlayaraq yaşamağa başlamışdır. İddiaçı tərəfin təqdim etdiyi şahid ifadələri ilə də müəyyən edilmişdir ki, cavabdehin atasının rəsmi nikahda oimuş arvadı X3 ərinin qeyri- rəsmi arvadı Cavabdeh1 və cavabdeh olan oğlunu 2018-ci ildən mübahisəli evdən çıxarmış, 2022-ci ilin may ayından isə onlar yenidən həmin evə köçmüşlər. İddiaçı bununla bağlı, ona məxsus ünvan1 yerləşən mənzilinin Cavabdeh2 Ağaddin oğlu tərəfindən zəbt edilməsi və kilidinin dəyişdirilməsi barədə məlumat vermiş və bununla əlaqədar tədbir görülməsini xahiş etmişdir.... Bundan əlavə məhkəmə kollegiyasının araşdırması ilə əlaqədar Cavabdeh2 öz izahatında bildirmişdir ki,atasının sağlığinda mübahisəli evdə heç vaxt yaşamamış,həmin evin onun atasına məxsus olduöunu iddiaçı olan əmisi ona bildirərək onu həmin evə yaşamaq üçün atasının vəfatından sonra 2018-ci ildəburaxmış,iddiaçı isə cavabdehin həmin evə onun razılığı olmadan özbaşına daxil olduğunu göstərmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki,cavabdehlər mərhum X1 mübahisəli evdə deyil,kirayədə yaşadıqlarından həmin evin mərhum Ağəddinə məxsus olmasına dair cavabdehlərin də lilləri işin faktiki hallarına və məntiqə uyğun olaraq əsassızdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
11. Kassasiya şikayətinin dəlillərinə görə, məzilin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 atası tərəfindən alınmışdır. Bu əmlakın iddiaçıya heç bir aidiyyəti yoxdur və bir sözlə iddiaçını iddia tələbi irəli sürməkdə subyetiv hüququn sahibi kimi qəbul etmək mümkün deyil. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət resterində qeydiyyatdan keçməmiş və mənzilin qeydiyyat vəsiqəsi yoxdur. Mənzilə kim sahiblik edirsə, həmin mənzil ona məxsusdur. Ap ellyasiya instansiya məhkəməsi bu halı nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı iddiaçının etirazında şikayətin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hə r kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu durlar; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; Maddə
159. Əşyaya sahiblik Sahiblik əşya ya faktik sahibliyə nail olmaqla əldə edilir; Maddə
164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır; 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir; Maddə
165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə ə ldə edildikdə bu cür iddia istisna edilir; 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafi q olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhk əməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsul unu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şi kayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
25. İlk olaraq, hər hans ı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.
26. Hazırkı mübahisə iddiaçının daşınmaz əşya üzərində sahibliyinin cavabdehlər tərəfindən pozulması və onun bu hüququnun müdafiəsi ilə bağlıdır.
27. Bu anlamda sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.
28. Hazırkı mübahisəyə Mülki Məcəllənin 157.8 və 158.4-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verdikdə, nəzərə alınmalıdır ki, əmlak hüquqlarının iki ayrı növü olan tələb və əşya hüquqları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.
29. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və sair). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır.
30. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ, Mülki Məcəllənin 567-ci maddəsi; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ, Mülki Məcəllənin 675-ci maddəsi). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilmir. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır.
31. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kredito run borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə ortaya çıxa biləcək bir əşya (misal, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər.
32. Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmaması barədə dəlili əsassızdır. Belə ki, mülkli işə mahiyyəti üzrə baxmış məhkəmələr cavabdehlər tərəfindən onun əşya hüquqlarına müdaxilə edilənədək mübahisəli özbaşına tikilinin iddiaçıya məxsus olmasını və sonuncunun həmin tikilin in sahibi olmasını müəyyən etmişlər. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı öz qətnaməsində göstərmişdir ki, “... cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığı üçün cavabdehlərin iddiaçıya məxsus ünvan 1 ünvanındakı ev 21B saylı evdən çıxarılması əsaslıdır.”
33. Bu da onu deməyə əsas verir ki, iddiaçı cavabdehlərə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, onlardan tələb etmək və müdafiə olunmaq hüququ kimi elementləri özündə ehtiva edən subyektiv hüquqa malik olmuşdur.
34. Şikayətin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, h azırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §17).
35. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Göstərilənl ərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1779/2023 nömrəli iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.