Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-956/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Sumqayıt bələdiyyəsinin Cavabdeh (İbrahimov Raqif Tapdıq oğlu üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: Torpaq münasibətlərindən irəli gələn mübahisələr, torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Sumqayıt bələdiyyəsinin Cavabdeh (İbrahimov Raqif Tapdıq oğlu üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “zəbt o lunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-179/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 01 aprel 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında 21 iyun 2001-ci il tarixli protokola əsasən, 56,6 hektardan ibarət “Samur-Abşeron” kanalı ərazisindəki torpaq sahələri “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq xəritələşdiri lərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. 2. 21 iyun 2001-ci il tarixli akta və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü və 21-ci maddələrinin göstəricilərinə əsasən, torpaqların mülkiyyət formaları üzrə inventarizasiya edilib, təyinatına görə araşdırma apararkən bələdiyyə mülkiyyətinə verilən torpaqların ümumi cəmi 7.829,80 hektar olmuşdur.
3. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 21 iyun 2001-ci il tarixli Sumqayıt şəhər ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların eksplikasiyasına əsasən, çoxmənzilli evlərin yaşayış sahəsi, mikrorayon daxili həyətlər, daxili küçə və s. torpaq yolları, prospekt, küçə baş yolları, ictimai tikililər, park və meydanlar, boş açıq sahələr, sair yarasız və başqa sahələr, örüş-otlaq sahələri, yaşıllı q zolaqları və sahələr, su hövzələri göl-göiməçələr, fərdi yaşayış sahəsi, qeyri-yaşayış sahəsi, qeyri bağ-bostan, tərəvəz sahəsi, “Yaşma” kollektiv bağ-bostan sahəsi, “Sarıqaya” bağ təsərrüfatı, dənizkənarı sahil xətti (qumlaqlar), çay, su axarlar, qəbiristanlıq, sairə dini obyektlər, fiziki və hüquqi şəxslərin istifadəsi, sair kommunikasiya xətləri, təhsil sahəsi, məktəblər, tibb sahəsi, xəstəxana və sair, magistral şosse yolları, dəmir yolu, “SamurAbşeron” kanalı, uşaq bağçaları, sair kənar təşkilati obyektləri sənaye obyektləri, xüsusi təyinatlı istifadəçi, sənaye obyektlərinin yardımçı təsərrüfatları sahələri Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmişdir.
4. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 11 nömrəli protokol qərarına əsasən, Raqif İbrahimovun müraciəti nəzə rə alınaraq Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınacaq Yeni Yaşayış massivində, mövqe sxem əsasında fərdi ev tikintisi üçün 600 kvadrat metr həyətyanı torpaq sahəsi ayrılmışdır.
5. Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli akta əsasən, Sumqayıt şəhər Bələdiyyəsinin icra aparatının memarlıq və tikinti şöbəsinin ərazi üzrə baş nəzarətçisi Xəlil Abbasov, Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinin ərazi üzrə nəzarətçiləri Mövlanverdi İsmayılov, İlqar Bayramov və Kamran Əliyev Sumqayıt şəhəri Yeni yaşayış massivinin 7-ci məhəlləsində yerləşən torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən 0,24 ha torpaq sahəsini bir metr hündürlüyündə daş hasarla hasarlayaraq i çindəki iri ağacları dibindən kəsərək zəbt etmiş və orada qanunsuz dəmir köşk yerləşdirilmişdir. Cavabdeh zəbt etdiyi torpaq sahəsinin boşaldılması tərəflərindən tələb olunsa da, o, buna əhəmiyyət verməmiş və qanunsuz əməlinə saxta sənədlə haqq qazandırmağa çalışmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 26 yanvar 2017-ci il tarixli, **********12 saylı məktubuna əsasən, Raqif İbrahimovun adına Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəllə ərazisində yerləşən, sahəsi 2.400 kv. Metr olan həyətyanı torpaq sahəsinin qeydiyyata alınması barədə məlumat yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Sumqayıt bələdiyyəsi (bundan sonra iddiaçı və ya bələdiyyə) Cavabdeh (bundan sonra cavabdeh) qarşı (İbrahimov Raqif Tapdıq oğlu üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 2.400 kvadrat metr olan həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılıması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı iddia ərizəsinə dəyişiklik edilərək, cavabdeh tərəfindən zəbt edilmiş Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış m assivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılıması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, üçüncü şəxs Raqif İbrahimov Sumqayıt bələdiyyəsinə müraciət edib, bələdiyyənin xx.xx.2008-ci il tarixli, 11 saylı qərarı ilə onun adına sənədləşdirilmiş Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan Yeni Yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən oranı zəbt etmiş cavabdehin çıxarılmasına köməklik göstərməsini xahiş etmişdir. Aparılmış araş dırmalar nəticəsində müəyyən olunmuşdur ki, bələdiyyə torpaq sahəsinə daxil olan sözügedən torpaq sahəsi həqiqətən də hər hansı hüquq müəyyənedici sənədi olmadan zəbt edilmiş və qanunsuz olaraq hasara alınaraq orada dəmir köşk yerləşdirilmişdir. Halbuki qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına ziddir. Cavabdehin heç bir qanuni sənədi olmadan torpaq sahəsindən istifadə etməsi torpaq sahəsini özbaşına tutma (zəbt etmə) kimi qiymətləndirilməlidir.
10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(060)-597/2017 nömrəli, 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim Ruhiyyə Əsgərova) iddiaçının cavabdehə (üçüncü şəxs Raqif İbrahimov) qarşı zəbt olunmuş torpaq sa həsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilmiş, Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin 13,3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə X1 Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi ayrılmış, lakin həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş, Rafiq İbrahimov torpaq sahəsi üzərində yaranan sahiblik və istfiadə hüquqlarının realizəsindən ötrü bələdiyyəyə müraciət etmiş, bələdiyyə də həmin şəxsin hüquqlarının realizəsinin təmin edilməsi üçün məhkəməyə müraciət etmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, bələdiyyə üçüncü şəxsə həyətyanı torpaq sahəsi ayırması barədə qərar qəbul etsə də, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, üçüncü şəxs yalnız həmin torpaq sahəsinə sahiblik və istifadə etmək hüququna malikdir. Bələdiyyə öz inzibati əraziləri daxilində öz səlahiyyətləri daxilində torpaq istifadəçisi kimi üçüncü şəxsin hüquqlarını müdafiə etmək səlahiyyətinə malikdir. Üçüncü şəxsin sahibliyində və istifadəsində olan torpaq sahəsi 600 kvadrat torpaq sahəsinin cavabdeh tərə findən hər hansı müdaxilə edilməsinin və üçüncü şəxsin sahiblik və istifadə hüquqlarının realizəsinin məhdudlaşdırılmasının aydınlaşdırılmasından ötrü müvafiq ekspertiza təyin edilmişdir. Ekspertiza tədqiqatı mütəxəssis rəyinin Məhkəmə Ekspertiza Mərkəzinə verilməməsinə görə geri qaytarılsa da, keçirilmiş baxışın nəticəsinə dair tərtib edilmiş aktın göndərilməsini ekspert nəzərə almamışdır. Halbuki Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə baxış keçirilmiş və mübahisə predmeti təşkil edən ərizədə cavabdehin istifadəsində 0,1326 ha torpaq sahəsi olduğu, həmin torpaq sahəsinin 13,3 kv.metr hissəsində yardımçı tikili inşa edildiyi müəyyən edilmişdir. Bu hal tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnu ağlabatan müddətdə realizəsi üçün qənaətə gəlməyə əsas verdiyindən, yenidən ekspertizaya göndərilməsi zərurətini aradan qaldırır. Çünki artıq bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi faktı müəyyən edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı “Bələdiyyə torpaqlarının idarəsi edilməsi haqqında” Azərbaycan Respublikasınının Qanununun 4.0.11, 5.1-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Məcəllənin 180.4-cü, Mülki Prosessual Məcəllənin 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır k i, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəllə ərazisində yerləşən, sahəsi 600 kv. metr olan həyətyanı torpaq sahəsindən onun çıxarılmağı və həmin torpaq sahəsinin 13,3 kv. metr hissəsində inşa edilmiş yardımçı tikilinin onun hesabına sökülməsində əsaslı olmamışdır. Qeyd olunan ərazi onun torpaq sahəsinə aid deyildir və qətnamədə qeyd olunan 13,3 kv. metr yardımçı tikili heç vaxt onun torpaq sahəsində olmamışdır. Onunla qonşu olan Fikrət adlı vətəndaşın torpaq sahəsi vardır, qeyd olunan 13,3 kv. metr yardımçı tikili onun sahəsindədir, Fikrət orad a yaşamır. Həmin yardımçı tikili ilə onun torpaq sahəsinin hasarının arası 30 metr məsafə vardır. O, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Onun torpaq sahəsi 0,10 hektardır. Bu torpaq sahəsi ona 1999-cu ildə baş mühasib işlədiyi "xxxx" ASC tərəfindən verilmişdir. Bununla əlaqədar ona Bağçının üzvlük kitabçası (№ 1207) da verilmişdir. 2012-ci ildə qanuni sənəd əsasında ev tikmiş və həmin vaxtdan da orada daimi yaşayır. Heç vaxt nə məhkəmə tərəfindən, nə də icra məmuru tərəfindən ona bildiriş gəlməmişdir. 2012-ci ildə ev tikəndə bələdiyyənin işçilərinin, hətta bələdiyyə sədrinin də məlumatı olmuşdur. İddiaçının xx.xx.2016-cı il tarixli aktına əsasən guya 0,24 ha torpaq sahəsini hüquqmüəyyənedici sənəd olmadan zəbt edib ora dəmir köşk qoyulmuşdur. Baxış keçirilsə onda 0,10 hektardan artı q torpaq sahəsinin olub-olmaması müəyyən edilər. Məhkəmə bütün bunları nəzərə almamış, onun məhkəmədə iştirakını təmin etmədiyindən qeyd etdikləri ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, icra məmuru əraziyə baxmağa gələndə onu çağırdı və ondan ərazinin kimə məxsus olduğunu soruşdu. Qonşunu tanıdığı üçün ərazinin onun olduğunu bilirdi. İcra məmuru qonşusu Fikrət Quliyevi çağırdı və onun sənədlərinə baxdı. Bundan sonra da qərarında göstərdi ki, ərazi ona yox, Fikrət Quliyevə məxsusdur. Raqif İbrahimov ona qarşı sonradan iddia qaldırmışdır. Bu səbəbdən hazırki qətnamədən apellyasiya şikayəti vermişdir. Raqif İbrahimov bələdiyyənin işçilərindəndir. Bələdiyyən in sədri Soltan adlı şəxs gəlib torpaq sahəsinə baxdı və ona tikinti aparmağa icazə verdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
17. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddia olunan ərazi cavabdehə aid deyildir. Ərazi qonşu X2 torpaq sahəsidir. Dolayısı ilə iş üzrə cavabdeh düzgün müəyyən olunmamışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ziya Abdullayevin xx.xx.2019-cu il tarixli qərarında mübahisəli torpaq sahəsinin cavabdehə deyil, X4 məxsus olması göstərilmişdir və həmin qərar hal-hazırda qüvvədədir. İcra məmuru birinci instansiya məhkəməsinin qətnaməsinin icrası üçün dəfələrlə mübahisəli əraziyə getmişdir. Cavabdehə torpaq illərlə işlədiyi qurum olan "xxxx" ASC tərəfindən ayrılmışdır. O, 1980-ci ildən təyinatla gənc mütəxəssis kimi həmin müəssisədə işləməyə başlamışdır. 1996-cı ildə torpaq almaq üçün növbəyə durmuş və 1999-cu ildə ona 10 sot torpaq sahəsi ayrılmışdır. 2016-cı ildə isə cavabdehə bağçılığın üzvlük kitabçası verilmişdir. Bələdiyyəyə 2000-2008-ci illərdə vergi cavabdeh tərəfindən ödənilmişdir. Bu barədə qəbzlər və üzvlük kitabçası məhkəməyə təqdim olunmuşdur. Raqif İbrahimovla razılığa gəlmək üçün sənədləri ona da göstərmiş və danışıqlar aparmışlar. Raqif İbrahimov bildirmişdir ki, o, da hesab edir ki, tələb onlara yönəlməli deyil, yəni mübahisəli ərazi onların torpaq sahəsi deyil. Əlavə olaraq qeyd etmişdir ki, onun problemi Hətəm İbayevlə deyil, bələdiyyə ilədir. Hətəm İbayev 2012-ci ildən oğlu ilə birlikdə həmin ərazidə ev tikməklə yaşayır. Mütəxəssis torpaq sahəsində ölçmə aparandan sonra məlumatlı olmuşdur ki, sahəyə gəlinib və ölçmə işləri aparılıb. Məhz bu səbəbdən çəkdiyi hasarı iki daş hündürlüyündə əlavə olaraq qaldırmışdır. Bu fakt özü sübut edir ki, mübahisəli ərazinin hazırki cavabdehlə heç bir əlaqəsi yoxdur. Əvvəl məhkəmədə izahat verəndə bildirmişlər ki, torpaq sahəsi iddiaçının mülkiyyətində deyil. Amma ekspert rəyində göstərilir ki, torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bunun nə dərəcədə həqiqəti əks etdirdiyini deyə bilməz. Amma bilir ki, həmin ərazidə bələdiyyənin torpağı yoxdur. Bələdiyyənin torpaqları həmin ərazidən aşağıdadır. İş materiall arında xx.xx.2016-cı il tarixli akt var. Həmin aktda göstərilmişdir ki, 24 sot torpaq sahəsində 1 metr hündürlüyündə hasar çəkilib və dəmir köşk tikilib. Halbuki, Cavabdeh 2012-ci ildən həmin ərazidə evini tikməklə yaşayır. Bələdiyyə tərəfindən məhkəməyə Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli qərarı təqdim olunub. Orada “Samur-Abşeron” kanalı boyu ərazinin yeni yaşayış massivi kimi bələdiyyəyə təhkim olunması göstərilmişdir. Həmin qərarda 7-ci məhəllənin adı çəkilmir. Cavabdehə verilən ərazi 7-ci məhəllədə yerləşir. Mübahisəli torpaq sahəsinə dair texniki şərtlər 2012-ci ildən cavabdehə verilib və həmin vaxtdan da bu əsasla o kommunal xidmətlərdən istifadə edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini n ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı bələdiyyənin nümayəndəsi, eyni zamanda üçüncü şəxs Raqif İbrahimovun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırda qüvvədə olan Torpaq Məcəlləsindən əvvəl qüvvədə olan Məcəllə torpağa mülkiyyətin növu kimi kollektiv mülkiyyəti də tanıyırdı. Bu formada müəssisə işçilərinə torpaq ayrılmasının əsası müəssisənin rəhbərliyinin və həmkarlar komitəsinin birgə qərarı olurdu. Bu prosesin özünün konkret prosedur qaydaları var idi. Bu barədə keçmiş SSRİ Nazirlər Kabinetinin, sonra da Azərbaycan SSRİ Nazirlər Kabinetinin “Bağçılıq Cəmiyyətlərinin Nizamnaməsinin təsdiq edilməsi barədə” qərarı v ar. Həmin qərarda birbaşa göstərilmişdir ki, torpaq sahəsi hansı formada ayrıla bilər. Bu zaman metallurq cəmiyyətinin sədri torpaq ayıra bilməz. İşçiyə torpaq sahəsinin ayrılması barədə müəssisə rəhbərliyinin və müəssisənin həmkarlar komitəsinin birgə qərarı olmalıdır. Hal-hazırda həmin torpaq sahələrinə rəsmi mülkiyyətə dair sənəd almaq mümkün deyil. Çünki torpaq sahəsinin ayrılma proseduru qanuna uyğun formada aparılmayıb. Torpaq sahəsi 400 kv.m-dən az, 600 kv.m-dan çox olmamaq şərti ilə ayrıla bilər. Üzvlük kitabçasında 10 sot torpaq sahəsinin ayrılması qeydinin olması həmin kitabçanın saxta olmasına dəlalət edir. Bundan əlavə latın qrafikalı möhürlərlə bağlı bildirmişdir ki, “Polad” möhürü 2003-cü ildə, “Metallurq” möhürü 2005-ci ildə hazırlanıb. Bu barədə məktub var. Amma kitabçalara həmin möhürlər vurulub və göstərilmişdir ki, 80-90cı illərdə torpaq sahələri ayrılıb. İcra məmuru qərarında başqa şəxsin adını göstərməklə öz səlahiyyətlərini aşıb. Fikrət Quliyevin həmin ərazi ilə bağlı sənədləşməsi başa çatmayıb. Həmin ərazi və 7-ci məhəllə bələdiyyə mülkiyyətidir. İddia ərizəsində yarımçıq tikili, yaxud 13 kv.m. ərazidən bəhs etməmişlər. Tikili deyəndə hasarı nəzərdə tuturlar. 3-cü şəxsin onlara müraciətinə əsasən iddia qaldıraraq 600 kv.m. ərazinin boşaldılmasını və həmin ərazidə inşa edilmiş qanunsuz tikilinin (hasarın) sökülməsini tələb etmişlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəm ə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/845 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2186/2023 nömrəli mütəxəssis rəyinə əsasən Sumqayıt şəhərinin cənubunun “SamurAbşeron” kanalınn şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində Cavabdeh faktiki istifadəsində 1.197,5 kv.metr torpaq sahəsinin olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən Cavabdeh adına Sumqayıt şəhərinin cənubunda “SamurAbşeron” kanalının şimalında salınan y eni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində olan torpaq sahəsi qeydiyyatdan keçmədiyindən qərardadın ikinci və üçüncü suallarını cavablandırmaq mümkün olmamışdır.
20. Qərardadda ekspert qarşısında qoyulmuş suallar tam cavablandırılmadığından məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3463 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən zəbt edildiyi iddia edilən Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisindəki torpaq sahəsinin Bələdiyyənin mükiyyətinə aid olduğu müəyyən edilmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-179/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və i Səyyad Qafar) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi torpaq sahəsinin 13,3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilmiş, iddia tələbi torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin (hasarın) cavabdehin hesabına sökülməsi hissəsində təmin edilmədən, qətnamə qalan hissədə - Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən cavab dehin çıxarılıması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin torpaq sahəsindən çıxarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi olması barədə tərəflər arasında fikir ayrılığı olmuş, qeyd edilən halın aydınlaşdırılması üçün iş apellyasiya instansiya məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Qərardadda ekspert qarşısında qoyulmuş suallar tam cavablandırılmadığından məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eks pertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3463 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh Hətəm İbayev tərəfindən zəbt edildiyi iddia edilən Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisindəki torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində aid olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyində və iş materiallarında məlumatlar olmadığından qərardadın ikinci sualını cavablandırmaq mümkün olmamışdır. Göründüyü kimi, iddia tələbində cavabdehin çıxarılması qeyd edilən torpaq sahəsinin iddiaçı bələdiyyənin mülkiyyətində olması keçirilmiş ekspertizanın nəticələrinə dair ekspert rəyləri ilə təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi torpaq sahəsinin 13,3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilməlidir. Belə ki, iddia tələbindən və nümayəndənin izahatından görünür ki, tələbdə həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin, yəni daş hasarın cavabdehin hesabına sökülməsi xahiş edilsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq tələbdə qeyd edilməyən torpaq sahəsinin 13,3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin sökülməsini qət etmişdir. Göründüyü kimi torpaq sahəsinin 13,3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin sökülməsi barədə tələb olmasa da məhkəmə iddia tələbindən kənara çıxaraq qətnamə qəbul etmiş, bununla da prosessual qanunvericilik normalarının tələblərini pozmuşdur.
24. Bundan başqa məhkəmə kollegiyası tələbin torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin (hasarın) sökülməsi tələbinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı torpaq sahəsində daş hasarın tikilməsini qeyd etsə də, buna dair mötəbər sübutlar təqdim etməmişdir. İddia tələbinin qeyd edilən hissəsi mötəbər sübutlarla təsdiqini tapmadığından tələb həmin hissədə təmin edilə bilməz.
25. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 239.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.6, 47.7, 56.6, 66.1.1, 111, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
26. Qətnamədən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsasları kimi müvafiq icra hakimiyyəti orqanlarının qərarları olması göstərilmişdir. Ona da eyni əsasla torpaq sahəsi ayrılmışdır. Belə ki, mübahisəli 0,10 ha torpaq sahəsi bələdiyyə bir qurum kimi formalaşanadək qanuni əsaslarla "xxxx" X8 Cəmiyyətinin “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyətinə ayrıldığından, sonuncu isə bağçının üzvlük kitabçalarına əsasən həmin torpaq sahələrini bağçılıqbostançılıq məqsədi ilə xx.xx.1999-cu il tarixli, 5 nömrəli protokolla onun daimi istifadəsinə verildiyindən və ona qanuni əsasla verildiyi vaxtdan etibarən torpaq sahəsinə dair hüquq və vəzifələrini icra edərək torpaq sahəsindən təyinatına uyğun istifadə etdiyindən, hazırda da "xxxx" X8 Cəmiyyətinin “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyətinin torpaq sahəsi ilə bağlı ona qarşı hər hansı tələbi olmadığından və beləliklə də bələdiyyənin Konstitusiyamızdan, qanunlarımızdan və digər normativ hüquqi aktlardan irəli gələn hər hansı hüquq və mənafeləri pozulmadığından Bələdiyyənin iddiası təmin oluna bilməzdi. Apellyasiya məhkəməsinin qərardadı ilə 2 dəfə ekspertiza təyin olunmuşdur. Məhkəmə Ekspertiz a Mərkəzinin xx.xx.2023-cü il tarixli 1-ci rəyində nisbətən obyektiv rəy verilsə də, xx.xx.2023-cü il tarixli 2-ci rəyində mərkəzə təqdim olunmuş “elektron baza məlumatlarını(kadastrportalı.az) nəzərə alaraq onun zəbt edildiyi iddia edilən ərazidəki torpaq sahəsinin guya bələdiyyə mülkiyyətində olması doğru deyildir. Çünki torpaq sahələri bələdiyyələr yaranan dövrədək vətəndaşlara əvəzsiz verilmişdir. İddiaçı məhkəməyə 2017-ci ildə müraciət edəndə nəinki məhkəməyə ərazinin onlara məxsus olması barədə sərəncam, xəritə və s. təqdim etməmiş, hətta indiki kimi heç baza məlumatları (kadastrportalı.az) da məhkəməyə təqdim olunmamışdır. Hazırda ola bilər ki, həmin torpaq sahələri Bələdiyyənin ərazisinə daxil etsinlər (boş sahələr), ancaq bələdiyyə mülkiyyəti deyildir. Onun torpaq sahəsiin bələdiy yə mülkiyyəti olması barədə iddiaçının və məhkəmənin mövqeyi sözdən, formal mülahizədən başqa bir şey deyildir.
28. Kassator bildirmişdir ki, 2001-ci ilin yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bag sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunverciliyə uygun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddiaları qəbul edilə bilməz. Bu qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində (yaşayış evi, həyətyanı və bag sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyələrin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş qaydalara uyğun satılması) nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci ilin ya nvarın 1-dən etibarən həyata keçirir. Ona görə də bələdiyyə hazırkı iddia ilə məhkəmədə iddia qaldıra bilməzdi və məhkəmə də bu iddianı icraata qəbul edə bilməzdi. Bundan başqa, əgər bu torpaq sahəsi 2008-ci ildə bələdiyyə üzvü Raqif İbrahimova ayrılmışdırsa, niyə bir dəfə də olsun bu illər ərzində torpağına sahib çıxmayıb, gəlib torpağından istifadə etməyib və ya məsələ qaldırmayıb. Biz bu məsələni məhkəməyə bildirsək də apellyasiya instansiya məhkəməsi bunu araşdırmamış, nəzərə almamışdır. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Sumqayıt şəhər X3 İcraiyyə Komitəsinin 4.417 nömrəli, 1989-cu il tarixli qərarı ilə Azərboru prokat zavodunun 2000 ailəsinə Samur-Abşeron kanalının şimal meşə xəttində 162 hektar torpaq sahəsi ayrılmışdır. Həmin qərara uyğun olaraq 1999-cu ildə mühasib işlədiyi "xxxx" X8 Cəmiyyətinin Həmkarlar İttifaqı təşkilatının qərarına və onun nəzdində olan “Metallurq” kollektiv bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli, 5 nömrəli protokoluna əsasən “Samur-Abşeron” kanalının şimal hissəsində 0,10 ha hissədən ibarət torpaq sahəsi ona ayrılmış və ona 1207 saylı Bağçının üzvlük kitabçası verilmişdir. Həmin vaxtdan da torpaq sahəsi onun istifadəsindədir və orada qanuni sənədlər əsasında ev tikib yaşayır. Sonradan Bağçının üzvlük kitabçasını itirdiyi üçün onun xx.xx.2006-cı il tarixli müraciəti əsasınd a xx.xx.2006-cı ildə ona Üzvlük kitabçasının dublikatı verilmişdir (xx.xx.2006-cı il tarixli ərizəsinin surətini və xx.xx.2023-cü il tarixli “Metallurq” bağçılıq Birliyinin arayışını da şikayətinə əlavə edir). Bundan başqa, xx.xx.2006-cı ildə ona bağın özəlləşdirilməsi məqsədi ilə protokoldan çıxarış da verilmişdir (həmin sənəd mülki işə əlavə olunmuşdur). 2012-ci ildə o həmin torpaq sahəsində qanuni esksiz layihəsi əsasında ev tikmiş, qaz, su, işığa görə texniki şərt almış və həmin vaxtdan indiyədək orada ailəsilə birgə daimi yaşayır. 2012-ci ildə o ev tikəndə Bələdiyyənin işçilərinin və Bələdiyyə sədrinin də məlumatı olmuş, hətta Bələdiyyə sədri Soltan müəllim gəlib onun torpağa məxsus ilkin təsdiqedici sənədlərinə baxdıqdan sonra ona xeyir-dua da vermişdir. 2000-ci ildən 2008-ci il tari xədək onun tərəfindən bələdiyyəyə torpaq vergisi də ödənilmiş və ona Bələdiyyə tərəfindən xx.xx.2008-ci il tarixdə ödəniş qəbzi verilmişdir. O, bu iradlarını iddia ərizəsi verilən vaxtda Bələdiyyə sədri olmuş Soltan müəllimə bildirərkən o, ona iddia ərizəsinə hansı şəraitdə imza etdirildiyini xatırlamadığını bldirmiş və torpaq sahəsinin həqiqətən ona məxsus olduğunu, bu barədə sənədlərin qaydaya salmalarını öz işçiləri olmuş şəxslərə göstəriş vermiş, həmçinin hüquqşünas Vəkil2 zəng edərək sənədlərin məhkəmədən geri qaytarılmasını, Raqif İbrahimova başqa yerdə torpaq sahəsinin ayrılmasını tələb etmişdir. Lakin hüquqşünas Vəkil2 buna əməl etməmişdir. Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 0,1 0 ha olan 1207 saylı torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə uyğun olaraq əvəzsiz olaraq onun mülkiyyətinə verilmişdir. Onun mülkiyyəti olan bu torpaq sahəsini iddiaçı qeyri-qanuni olaraq xx.xx.2008-ci il tarixli, 11 nömrəli (protokol) qərarı ilə öz bələdiyyə üzvü olmuş X1 verilməsi və hazırkı iddia ilə məhkəməyə müraciət etməsi heç bir qanunvericiliyə uyğun ola bilməzdi. O da təəccüb doğuran haldır ki, iddiaçı bələdiyyə 1-ci instansiya məhkəməsinə müraciət edəndə Raqif İbrahimova ayrılmış xx.xx.2008-ci il tarixli, 11 nömrəli (protokol) qərarı təqdim edir və bunun əsasında da torpaq sahəsindən çıxarılmağını tələb edirlər, Apellyasiya məhkəməsində isə iddiaçının nümayəndəsi 600 kv.m. torpaq sahəsinin Raqif İbrahimovun mülkiyyətinə verilməsinə dair xx.xx. 2016-cı il tarixli, 12 nömrəli (protokol) digər qərarı təqdim etmişdir. O hesab etmişdir ki, bu qərar da iddiaçının saxtalığının bariz nümunəsidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
29. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə 29. hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
31. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya ) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
33. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
34. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
37. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya o ndan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
38. Maddə
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilmək; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilmək bələ diyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilmək; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilmək; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilmək və s. səlahiyyətləri aşağıdakılardır.
39. Maddə 47 (6-cı hissə). Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.
40. Maddə 47 (7-ci hissə). Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər.
41. Maddə 56 (6- cı hissə). Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir.
42. Maddə 59. (1-ci hissə). Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə.
43. Maddə 66 (1-ci hissə). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirili r.
44. Maddə 67 (3-cü hissə). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
45. Maddə 67 (4-cü hissə). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
46. Maddə 111 (1 və 2-ci hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 25 iyun 1999-cu il tarixə kimi qüvvədə olmuş Torpaq Məcəlləsi.
47. Maddə
23. Vətəndaşların, müəssisələrin və tə şkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər X3 qərarı ilə yer qurluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir.
48. Maddə
25. Müəssisələr, idarələr və təşkilatlar bostançılıq və digər məqsədlər üçün torpaq sahələrini öz işçilərinə müvafiq rayon, şəhər X3 razılığı ilə müdriyyətin və həmkarlar ittifaqı təşkilatlarının qərarı əsasında verirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu.
49. Maddə
4. Bələdiyyələr yalnız öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; bu torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlah iyyətlərinə malikdirlər.
50. Maddə 7.3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun torpaqları fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına xüsusi mülkiyyətə verilə bilər.
51. Maddə 16.1. 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.
52. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunv ericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxu d qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
61. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv a raşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
65. İddianın təmin edilməsi barədə nəticəyə gələrkən birinci instansiya məhkəməsi bələdiyyənin üçüncü şəxs Raqif İbrahimova həyətyanı torpaq sahəsi ayırması barədə qərar qəbul etsə də, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, üçüncü şəxsin yalnız həmin torpaq sahəsinə sahiblik və istifadə etmək hüququna malik olmasına, üçüncü şəxsin sahibliyində və istifadəsində olan 600 kvadrat metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi faktının müəyyən edilməsinə, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə məhkəmə tərəfindən torpaq sahəsinə baxış keçirilərkən cavabdehi n istifadəsində 0,1326 ha torpaq sahəsi olduğuna, həmin torpaq sahəsinin 13,3 kv.metr hissəsində yardımçı tikili inşa edildiyinə əsaslanmışdır.
66. Apellyasiya instansiya məhkəməsi isə, birinci instansiya məhkəməsinin qətnaməsini torpaq sahəsinin 13,3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edərək, qətnaməni qalan hissədə dəyişdirilmədən saxlayarkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3463 nömrəli ekspert rəyinə əsasən, cavabdeh Hətəm İbayev tərəfindən zəbt edildiyi iddia edilən Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisindəki torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində aid olduğunun müəyyən edilməsinə, ona görə də birinci instansiya məhkəməsinin cavabdehin torpaq sahəsindən çıxarılması barədə gəldiyi nəticədə haqlı olmasına, iddia tələbində həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin, yəni daş hasarın cavabdehin hesabına sökülməsi xahiş edilsə də, məhkəmənin iddia tələbindən kənara çıxaraq tələbdə qeyd edilməyən torpaq sahəsinin 13,3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin sökülməsini qət etməsinə, bununla da prosessual qanunvericilik normalarının tələblərini pozmasına, iddiaçı torpaq sahəsində daş hasarın tikilməsini qeyd etsə də, buna dair mötəbər sübutları təqdim etməməsinə, ona görə də iddia tələbinin qeyd edilən hissəsinin mötəbər sübutlarla təsdiqini tapmamadığına görə tələbin həmin hissədə təmin edilə bilməməsinə əsaslanmışdır.
67. Məhkəmə kollegiyası cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi ilə bağlı məhkəmələrin gəldikləri nəticə ilə aşağıdakılara əsasən razılaşmır.
68. Belə ki, birinci instansiya məhkəməsinin iclaslarında iştirakı təmin edilmədiyinə görə cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilməklə apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş - Sumqayıt şəhər X3 “Samur-Abşeron” kanalının şimalında yerləşən meşə zolağı boyunca Sumqayıt Boru-Prokat Zavodunun əməkdaşları üçün 2000 ailəlik şəhər tipli qəsəbə salınması məqsədilə 162,0 hektar torpaq sahəsinin ayrılması barədə xx.xx.1989-cu il tarixli, 23 nömrəli qərarından, Cavabdeh xx.xx.1999-cu il tarixdə 5 nömrəli protokola əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvü qəbul edilməsi, ona Bağçılıq Cəmiyyətinin bağından sahəsi 1.0 80 kv.m. olan 1207 nömrəli bağ sahəsinin Sumqayıt XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daimi istifadə etmək üçün verilməsi barədə “Bağçılıq üzvlük Kitabçası”ndan, Sumqayıt şəhər Bələdiyyəsinə 2000-2008-ci illər üçün Sumqayıt “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin 1207 nömrəli torpaq sahəsindən istifadəyə görə 45 manat vergi ödəməsi barədə xx.xx.2008-ci il tarixli, 041216 nömrəli Qəbzdən, Sumqayıt “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin Cavabdeh məxsus bağ evinin eskiz layihəsindən və apellyasiya məhkəməsinin iclaslarında aparılmış araşdırmalardan görünür ki, cavabdeh üçüncü şəxs Raqif İbrahimova Bələdiyyə tərəfindən verilməsi iddia edilən 0,06 ha torpaq sahəsini özbaşına zəbt etməmişdir. Cavabdeh həmin vaxt işçisi olduğu Sumqayıt Boru-Prokat Zavoduna aid torpaq sahəsinə Sumqayıt XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən buraxmış və xx.xx.1999-cu il tarixdə 5 nömrəli protokola əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvlüyünə qəbul edilmiş, ona verilən bu səlahiyyətlərdən istifadə edərək cavabdeh torpaq sahəsinə uzun müddət sahiblik etmiş, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, istifadəsində olan torpağa görə bələdiyyəyə vergi ödəmişdir. Məhz cavabdehin sahibliyində və istifadəsində olan həmin torpaq sahəsinin sonradan Bələdiyyə tərəfindən üçüncü şəxs Raqif İbrahimova verilməsi isə hər hansı sübutla təsdiqini tapmamaqla yanaşı, üçüncü şəxsin də ona verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, sənəd üzrə torpaq sahəsinin üçüncü şəxs ə Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 11 nömrəli protokol qərarına əsasən verilməsi görünsə də, üçüncü şəxs uzun müddət həmin torpaq sahəsinə faktiki yiyələnməyə cəhd etməmişdir.
69. Apellyasiya instansiya məhkəməsi isə təqdim edilmiş sübutlar əsasında işin bu faktiki halları ilə bağlı ətraflı araşdırma aparmamış, cavabdehin məhz üçüncü şəxs Raqif İbrahimova məxsus torpaq sahəsini qanunsuz zəbt etməsi, həmin ünvanda cavabdehin icazəsiz ev inşa etməsi və uzun müddət orada yaşamasından iddiaçı Bələdiyyənin məlumatlı olmaması barədə düzgün olmayan qənaətə gəlməklə, iş üzrə istinad etdiyi maddi hüquq normalarını da düzün tətbiq etməmişdir.
70. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair mülkiyyət hüququ qanunvericiliklə müəyyən olunm uş qaydaya uyğun rəsmiləşdirilməsə də, mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması iddiaçı və üçüncü şəxs tərəfindən mübahisələndirilməmiş, həmin torpaq sahəsində evin tikilməsinə, cavabdehin orada ailəsi ilə yaşamasına iddiaçı etiraz etməmiş, hətta iddiaçı tərəfindən cavabdehdən torpaq sahəsindən istifadəyə görə ödənilmiş vergi qəbul edilmişdir.
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsinə sahiblik etməsinə iddiaçının etiraz etməməsinə, həmin torpaq sahəsində inşa edilən evin iddiaçının razılığı ilə cavabdeh tərəfindən tikilməsinə, uzun müddət həmin evdə yaşamasına, ümumiyyətlə bağ evlərinin altında yerləşən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olmasına, bunun ekspert rəyi ilə müəyyən edi lməsinə hər hansı zərurətin olmamasına baxmayaraq, cavabdehin torpaq sahəsindən məcburi çıxarılmasına dair nəticəsini hüquqi cəhətdən düzgün əsaslandırmamış, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaya qarşı olan etirazının dəlillərinə, yəni işçisi olduğu Sumqayıt Boru-Prokat Zavoduna aid torpaq sahəsini Sumqayıt XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən əldə etməsinə və xx.xx.1999-cu il tarixdə 5 nömrəli protokola əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvlüyünə qəbul edilməsinə, ona verilən bu səlahiyyətlərdən istifadə edərək torpaq sahəsinə uzun müddət sahiblik etməsinə, torpaqdan istifadə etməsinə görə iddiaçıya vergi ödəməsinə hər hansı münasibət bildirməmiş, torpaqda evini inşa edilməsi ilə bağlı heç bir araşdırma aparmamışdır.
72. Halb uki “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinin imperiativ tələbi ondan ibarətdir ki, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 73. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamının 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. 74. “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-ci il tarixli Fərmanının 25-ci maddəsinə əsasən, 01 yanvar 2001-ci il tarixədək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddiaları qəbul edilə bilməz. Bu qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində (yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş qaydalara uyğun satılması) nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 01 yanvar 2001-ci il tarixdən etibarən həyata keçirir.
75. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının məhkəməyə müraciət edərək, cavabdehin faktiki olaraq sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsində onun ev tikib, uzun müddət ailəsi ilə yaşadıqdan sonra həmin torpaq sahəsinin iddiaçı tərəfindən üçüncü şəxsə verilməsi, cavabdehin torpaq sahəsindən çıxarılıması və tikilinin sökülməsini tələb etməsi barədə hərəkətlərinin hüquqdan sui -istifadə olmasına, iddianın bu qaydada təmin edilməsinin cavabdehin ziyana düşməsinə səbəb olacağına apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.
76. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
77. Azərbaycan Respublika sı Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
78. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
79. Oxşar mövqe X5 Məhkəməsi tə rəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
80. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli sahəyə daxil olması, orada ev tikib yaşaması, uzun illər həmin sahədən və evdən təyinatı üzrə istifadə etməsinin onun həmin əmlaklara vicdanlı sahib olması baxımından qiymətləndirilməsini və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyünü də m üzakirə etməmişdir.
81. Belə ki, həmin normaya əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir.
83. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instan siya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.
84. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
85. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndi rilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
86. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şüb hə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
87. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
88. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
89. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-179/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün a pelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.