Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-957/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra İdarəsinə, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-957/21 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil oğlunun, üçüncü şəxs “xxxx” ASC-nin vəkili Bədəlov Mürsəl Natiq oğlunun iştir akı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə xxxx” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1585/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı qızının kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)- 144/2018 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi əsas borca hesablanmış faiz məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdeh X2 xx xxxx 2014-ci il tarixli, sm5213 saylı baş kredit müqaviləsinə görə tutulmalı olan faiz məbləği 43408,41 manat məbləğində müəyyən edilməklə, cavabdeh X2 xx xxxx 2014-cü il tarixli sm5213 saylı baş kredit müqaviləsinə görə əsas borca hesablanmış faiz məbləği kimi 43408,41 manat məbləğində pulun alınaraq iddiaçı “xxxx” ASC-yə verilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 10-cu məhəllə, X7 21 ünvanında yerləşən 315,1 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 400.000 manat və ünvan 2 ünvanında yerləşən 4 otaqlı mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəm əsinə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 74/6 saylı, xx.xx.2019-cu il tarixli sifarişinə əsasən Sumqayıt şəhəri, 10-cu məhəllə, H.Əliyev prospekti, 21 ünvanında yerləşən 315,1 kv.m sahədən ibarət, 2 mərtəbəli qeyri-yaşayış binası və ümumi birgə mülkiyyət hüquq üzrə İddiaçı, X4, X1 məxsus ünvan 4 ünvanında yerləşən mənzil barəsində Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə “xxxx” MMC tərəfindən aparılmış xx xxxx 2019-cu il tarixli, 47/01 və 47/02 nömrəli hərracın yekunları barədə protokolların etibarsız hesab olunması və həmin qeyri-yaşayış binası və mənzil barəsində yenidən real bazar qiymətinə uyğun olan qiymətləndirilmə aparılması öhdəliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. X6 ərizə ilə məhkəməyə müra ciət edərək hazırki mülki iş üzrə iddiaçı qismində işə cəlb edilməsini xahiş etmiş və məhkəməyə iddia ərizəsi ünvanlamışdır.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin iddiasına əsasən yekun məhkəmə qərarı ilə təmin olunan tələblərdən biri də tələbin iddiaçıya məxsus Sumqayıt şəhəri, 10-cu məhəllə, X7, 21 ünvanında yerləşən 315,1 kv.m sahədən ibarət, 2 mərtəbəli qeyri-yaşayış binasına və ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X4, X1 məxsus ünvan 6 ünvanında yerləşən 4 otaqlı mənzilə yönəldilməsi olmuşdur.
5. İş üzrə verilmiş icra vərəqinin icrası ilə əlaqədar olaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən xxxx MMC-yə sifariş verilmiş, xx xxxx 2019-cu il tarixdə hərrac keçirilmiş və bu barədə Hərracın yekunları barədə 47/01 və 47/02 nömrəli protokol tərtib edilmiş dir.
6. Hazırda məlum olmuşdur ki, artıq bir dəfə hərrac keçirilmiş və Sumqayıt şəhəri, 10-cu məhəllə, X7, 21 ünvanında yerləşən 315,1 kv.m sahədən ibarət, 2 mərtəbəli qeyriyaşayış binası 400.000 manat və ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X4, X1 məxsus ünvan 7 ünvanında yerləşən 4 otaqlı mənzil 65.000 manata hərraca çıxarılmış, lakin hərrac baş tutmadığı üçün təkrar hərrac keçirilmiş, əmlaklar müvafiq olaraq 255.000 manat və 55.250 manat qiymətləndirilmiş və «xxxx» ASC həmin məbləğ müqabilində əmlakı almaq istəmişdir. 7. xxxx onun iştirakı olmadan və həmin əmlakın satılması ilə bağlı ilk olaraq ona təklif etməli olduğu halda bunu etməmiş və onun hüquqlarını pozmuşdur. Belə ki, o, hərrac üçün müəyyən edilmiş 255.000 manat və 55.250 manat məbləğlə razı deyil və hesab edir ki, mənzil ə və qeyri-yaşayış sahəsinə real dəyərindən qat-qat aşağı qiymət qoyulması onun və ailə üzvlərinin hüquqlarını pozmaqla real bazar qiymətindən çox aşağı qiymətə satılması üçün hesablanmışdır. Belə ki, cəmi 309.021,45 manat məbləğində kredit borcu müqabilində həmin əmlak borcu ödəmək üçün kifayət edir. Lakin «xxxx» ASC həmin obyekti və mənzili dəyərindən xeyli aşağı qiymətə öz mülkiyyətinə keçirib, ekspertin müəyyən etdiyi dəyərindən daha baha sataraq əlavə qazanc əldə etmək
8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8011/2019 nömrəli, 05.12. 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. (hakim Almaz Süleymanova)
9. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən hesab etmişdir ki, ipoteka predmetinin hərracda satılması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən “Daşınar Daşınmaz Əmlakların Satışı üzrə xxxx” MMC-yə sifariş verilmiş, MMC tərəfindən qanunla nəzərdə tutulmuş qaydada hərracın keçirilməsi məqsədi ilə müvafiq hərəktlər (elanlar verilmiş, tərəflərə bildirişlər göndərilmiş) edilmiş və təkrar hərracda əmlak “xxxx” ASC tərəfindən əldə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş protokollar qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Poçt xəbərnamələrindən, eləcə də iddiaçının izahatından görünür ki, bu barədə məlumatlı olmuş, lakin müəyyən səbəblərdən hərracın keçirilməsində iştirak etməmişdir.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 319.1-ciı, “İpoteka haqqında” Qanunun 41, 42, 43-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.
12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8011/2019 nömrəli, 30.12. 2019-cu il tarixli Əlavə qətnaməsi ilə iddiaçı X3 da iddiası eyni əsaslarla rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı İddiaçı qətnamədən apelyasiya şikayəti verib.
14. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, hərrac üçün müəyyən edilmiş 250000 manat və 55250 manatla razı deyil. Hərraca çıxarılan əmlak dəyərindən kifayət qədər aşağı qiymətə satılmışdır. Əmlak ilkin olaraq ona təklif edilməli olduğu halda, edilməyib. Hüquqları pozulub.
15. Mənzil onun və ailə üzvlərinin yeganı yaşayış yeridir.
16. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1585/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8011/2019 saylı qətnaməsi (o cümlədən, xx xxxxxx 2019-cu il tarixli əlavə qətnamə) ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın təmin edilməməsi, apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. (hakimlər Şəmsəddin Abasov (sədrlik edən, məruzəçi), Səyyad Qafari və Telman Məmmədov)
17. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər lazımi qaydada xəbərdar edilməklə ipoteka predmeti olan əmlaklar açıq hərraca çıxarılmış, lakin hərrac baş tutmamış, bundan sonra 15 faiz aşağı qiymətlə təkrar hərraca çıxarılmış təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayan «xxxx» ASC tərəfindən alınmışdır.
18. Apellyasiya instansiyası hesab etmişdir ki, hər rac qanunvericilik aktlarının tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokollar tərtib edilmişdir.
19. Apellyasiya instansiyası vurğulamışdır ipoteka predmetlərinin ilkin satış qiymətini məhkəmə müəyyən etmiş və həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini alıb icraya yönəldilmişdir.
20. Apellyasiya instansiyası belə nəticəyə gəlmişdir ki, qeyd olunan protokolların etibarsız hesab olunması və əmlakın yenidən qiymətləndirilməs iüçün heç bir əsas yoxdur. Buna görədə iddia tələbi rədd edilməlidir.
21. Apellyasiya instansiyası qeyd etmişdir ki, X6 ərizə ilə məhkəməyə müraciət edərək hazırki mülki iş üzrə iddiaçı qismində işə cəlb edilməsini xahiş edib məhkəməyə iddia ərizəsi versə də, birinci instansiya məhkəməsi həmin ərizəyə heç bir hüquqi qiymət verməmiş, məhkəməyə ünvanlanm ış iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünü araşdırmamışdır. Sonrakı prosessual hərəkətlərindən isə aydın olmuşdur ki, X6 da iddiaçı qismində işdə iştirak etmiş, daha sonra isə əlavə qətnamə ilə onun iddiası rədd edilmişdir.
22. Apellyasiya instansiyasının mövqeyinə görə belə olan halda kargüzarlıq hərəkətlərinə riayət edilməsi üçün müvafiq tədbirlər görülməli, məhkəmə tərəfindən ərizənin MPM-in tələblərinə uyğunluğu yoxlanılmalı və məhkəmə icraatının mümkünlüyü müəyyən edilməli idi. Halbuki, həmin iddia ərizəsinin baxılma vəziyyəti məhkəmənin heç bir prosessual hərəkətində əks olunmamış, yalnız yekunda ərizənin rədd edilməsinə dair əlavə qətnamə qəbul edilmişdir. Bu isə qəti yol verilməzdir və məhkəmə icraatı qaydalarının aparılmasının kobud pozuntusudur.
23. Apellyasiya instans iyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi yekunda düzgün nəticəyə gəlsə də, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
24. Apellyasiya məhkəməsi mövqeyini “İpoteka haqqında” Qanunun 39.3.3, 41.2, 41.5, 43.7, Mülki Məcəllənin 319.4, 319.5, Mülki Prosessual Məcəllənin 46, 50.1, 51.3, 55.1, 57.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apely asiya şikayətinin dəlilərinə uyğun belə əsaslandırılıb ki, hərraca çıxarılan əmlak dəyərindən kifayət qədər aşağı qiymətə satılmış, əmlak ilkin olaraq ona təklif edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və Vəkil kassassiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “xxxx” ASC-nin vəkili Bədəlov Mürsəl Natiq oğlu kassasiya şikayətinə etraz edərək onun təmin edilməməsini xahiş etdi.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə xxxx” MMC-in nümayəndələri məhkəmə iclasına gəlmədiyi və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanun Maddə 39.3.3. Məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.
2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ə n azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcr übəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlil ləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
35. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
36. İddia tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbini hərracın onun iştirakı olmadan keçirilməsi və ipoteka predmetlərinin ilkin satış qiymətinin aşağı müəyyən edilməsi ilə əsaslandırmışdır. Belə olan halda iddianın təmin olunmasının qeyd edilən halların müəyyən edilməsi təşkil edir.
37. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, tərəflər lazımi qaydada xəbərdar edilməklə ipoteka predmeti olan əmlaklar açıq hərraca çıxarılmış, lakin hərrac baş tutmamış, bundan sonra 15 faiz aşağı qiymətlə təkrar hərraca çıxarılmış. İpoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ipoteka saxlayan «xxxx» ASC tərəfindən alınmışdır.
38. İpoteka predmetlərinin hərracda satış qiymətlərinin aşağı olmasına gəldikdə müəyyən edilmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)- 144/2018 saylı qətnaməsi ilə təyin edilib və həmin qətnamə qanuni qüvvəyə minib.
39. Göründüyü kimi, iddiaçıya hərrac barədə məlumat verilməsi və əmlakın dəyərinin məhkəmə qətnaməsi ilə təyin edilməsi müəyyən edilib. Başqa sözlə, iddiaçının istinad etdiyi hallar müəyyən edilməyib. Əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu öz təsdiqini tapmamışdır. Apelyasiya instansiyası da işin mü əyyən edilmiş halına uyğun olaraq mübahisəyə hərracın keçirilmə qaydası və əmlakın ilkin satış qiyməti ilə bağlı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları tətbiq edilən normaların dispozitiv şərtlərinə uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.
40. Apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasənb belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Fətulla qızının kassasiya şikay əti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1585/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.