Məhkəmə qərarları › İş №2(102)-957/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-957/2024

19.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-957/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (Maraqlı şəxs 3-cü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: intizam tənbehi verilməsi barədə əmrin ləğvi, əmək qabiliyyətinin olmamasına görə müavinətin tam ödənilməsi, mənəvi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (Maraqlı şəxs 3-cü şəxs qismində cəlb edilməklə) intizam tənbehi verilməsi barədə əmrin ləğvi, əmək haqqı, ə mək qabiliyyətinin olmamasına görə müavinətin tam ödənilməsi, mənəvi ziyanın ödənilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5919/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" QSC (bundan sonra – cavabdeh, QSC və ya AZTV) ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında xx.xx.2005-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdeh QSC-də “Uşaq və Gənclik Verilişləri” baş redaksiyasının böyük redaktoru vəzifəsində çalışır.

2. Cavabdeh QSC-nin "xxxx" redaksiyasının baş redaktoru X6, baş redaktorun müavini X7, böyük redaktor X2, böyük redaktor X4, redaktor X1 tərəfindən iddiaçı barəsində xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş, Aktın məzmunu belə olmuşdur ki, “iddiaçı iş prosesində redaktorla hesablaşmır, proqram rəhbərliyindən hazır olmayan verilişin efirə yerləşdirilməsini tələb edir. Yaradıcılıq baxımından müasir tələblərə cavab vermir. İddiaçı, ona tapşırılan işin öhdəsindən gəlmir. İddiaçı bir əməkdaş kimi redaksiyanın kollektivi ilə də sağlam münasibət qura bilmir. QSC-yə məxsus kompüterə parol qoyaraq əməkdaşların istifadəsinə imkan vermir. Daim “WiFi” avadanlığını söndürərək işçilərə mane olur. Oturduğu otaqda daim gərginlik yaradır. Bu hərəkətinə etiraz edənləri də ağır ifadələrlə təhqir edir”.

3. Cavabdeh QSC-nin sədrinə Radionun "xxxx" verilişləri redaksiyasının baş redaktoru Arzu Bayramova tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatda iddiaçının öz hərəkətləri ilə redaksiyadakı yaradıcı, sağlam mühitə xələl gətirməyə çalışdığı üçün barəsində tədbir görülməsi xahiş edilmişdir.

4. Cavabdeh QSC-nin Kadrlar və Xüsusi İşlər Departamentinin rəisi İlhamə Hüseynova, rəis müavini Zemfira Əliyeva, aparıcı mütəxəssisi Oksana Namazova tərəfindən iddiaçı barəsində xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş, aktda qeyd olunmuşdur ki, sonuncu etdiyi səhvlərə görə izahat yazmaqdan imtina etmişdir.

5. Cavabdeh tərəfindən 438 k/d saylı, xx.xx.2021-ci il tarixli əmrlə öz vəzifə borcuna səhlənkar və son dərəcə məsuliyyətsiz yanaşaraq qarşısına qoyulan tapşırıqları yerinə yetirmədiyinə, redaksiyanın əməkdaşları ilə kobud davranaraq daxili nizam-intizam qaydalarını kobud surətdə pozduğuna görə iddiaçıya töhmət verilmiş dir.

6. Cavabdeh QSC-nin Kadrlar və Xüsusi İşlər Departamentinin rəisi İlhamə Hüseynova, rəis müavini Zemfira Əliyeva, aparıcı mütəxəssisi Oksana Namazova tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən, iddiaçı ona verilmiş töhmət əmri ilə tanış olmaqdan və bir nüsxəsini götürməkdən imtina etmişdir.

7. Cavabdeh QSC-nin 438 k/d saylı, xx.xx.2021-ci il tarixli əmrinin üzərində iddiaçı xx.xx.2022-ci il tarixdə “əmrin bir nüsxəsini aldım” qeydi aparmaqla əmrin surətini aldığını öz imzası ilə təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, verilişlərinin bərpa olunması və 2021-ci ilin sentyabr, oktyabr və 2022-ci ilin yanvar ayı, eləcə də 2022-ci ilin 6 may tarixindən başlayaraq məcburi iş buraxmaya görə işəgötürən tərəfindən verilişləri bərpa olunan tarixədək olan müddət üçün əmək müqaviləsində göstərilən aylıq əmək haqqının ödənilməsi (alacağı əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz olmaqla, eləcə də xəstəlik vərəqələrinə görə aylıq qonorarın 60 faiz deyil, 100 faiz hesablanaraq) eləcə də mənəvi zərərə görə 2000 manat pul məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, 1986-cı ildən cavabdeh QSC-də “Azərbaycan Radiosunun” Proqramlar Direktorluğunda radionun “Uşaq və Gənclik verilişləri” baş redaksiyasında böyük redaktor vəzifəsində çalışır. Hər ay “Uğur” adlı iki veriliş hazırlayırdı ( 120 dəqiqə üçün 166 manat). İki verilişə görə 332 manat yazılır, 250 manat qonorar alırdı. Son veriliş xx.xx.2021-ci il tarixində efirə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixində (həftənin bazar günü) iddiaçının səhhətində problem yaranmışdır. Buna baxmayaraq işə gəlməyini bildirdiklərinə görə xx.xx.2021-ci il tarixində işə çıxmışdır. QSC-nin Kadrlar Departamentinin rəisi iddiaçıdan yazılı izahat tələb etmiş və iddiaçı yazılı formada izahat vermişdir. 2021-ci ilin sentyabr ayında (23 və 30-u tarixlərində) iki veriliş hazırlamalı idi. Hətta, bununla bağlı plan da təqdim etmişdir. Avqust ayında əmək məzuniyyətindən qayıtdıqdan sonra iddiaçı ilk verilişini hazırlamış, lakin verilişin efirə getməsinə icazə verilməmişdir. Buna baxmayaraq verilişləri "xxxx" göndərmişdir. xx.xx.2021-ci il ta rixdə QSC-nin sədrinə verilişlərinin heç bir səbəb olmadan efirə getməsinə icazə verilməməsi ilə bağlı məlumat vermişdir. Verilişləri efirə getmədiyindən qonorarı dayandırılmışdır. İddiaçı, redaksiyada böyük redaktor vəzifəsində çalışsa da, işəmuzd olaraq 268 manat qonorar alır. Oktyabr ayında da eyni qaydada verilişlərinin efirə getməsinə icazə verilməmişdir. Nəticədə oktyabr ayı üzrə də aylıq qonorarı da dayandırılmışdır. Halbuki, sentyabr və oktyabr aylarında işdə olmuş və müəyyən sayda veriliş hazırlamışdır. İddiaçı, bununla bağlı xx.xx.2021-ci il tarixdə QSC-nin sədrinə ərizə ilə müraciət etmişdir. Ərizə yazdığına görə kadrlar departamenti tərəfindən iddiaçıya, iddiaçının xəbəri olmadan xx.xx.2021-ci il tarixli 438 k/d saylı əmr əsasında töhmət verilmişdir. Əmr verildikdən sonra xx.xx.2021-ci il tarixində iddiaçı, Kadrlar və Xüsusi İşlər Departamentinə çağırılmış və ondan izahat tələb edilmişdir. Halbuki Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. xx.xx.2021-ci il tarixdə isə QSC-nin Hüquq Şöbəsinə müraciət etmişdir. Orada iddiaçıya məsələnin araşdırılaraq məlumat veriləcəyini bildirmişdilər. Bundan sonra verilmiş töhmət iddiaçının səhhətində ciddi problemlər yaratmış, xx.xx.2021-ci il tarixdə xəstəlik vərəqəsi ilə işdən müvəqqəti azad edilmişdir. Bir neçə gündən sonra QSC-nin hüquqşünası iddiaçıya işə gəlməli olduğunu bildirmişdi. Xəstə olmağına baxmayaraq iddiaçı işə getmiş və orada onu təqdimatda olan iki cümlə ilə tanış etmiş, lakin əmrin surəti ona təqdim ed ilməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ərizə ilə QSC-nin sədrinə təkrarən ərizə ilə müraciət etmiş və ona töhmət verilməsi barədə əmrin surətinin ona verilməsini xahiş etmişdir. Bu ərizədən sonra ona Kadrlar Departamenti tərəfindən üzərində verilmə tarixi və möhür olmadan əmr təqdim edilmişdir. İddiaçı, razılaşmayaraq etirazını bildirmiş və ona sonradan üzərində tarix və möhür olan xx.xx.2021-ci il tarixli 438 k/d saylı əmri təqdim etmişlər. 2021-ci ilin dekabr ayında da məzuniyyət vaxtı iddiaçı müalicə və müayinə olunmalı idi, lakin məcburi qaydada məzuniyyətə göndərildiyindən dekabr ayında xəstəlik vərəqəsi ilə işdən müvəqqəti azad edilmişdir. xx.xx.2022-ci il tarixdə xəstəlik vərəqəsinə görə işə çıxmağına icazə verilsə də, həkim tərəfindən daha 3 həftə xəstəxanada müalicə və müayi nə olunmağı bildirilmişdir. İddiaçı dəfələrlə işə zəng vurub xəstəlik vərəqələrinə görə veriləcək vəsaitin hesablanmasını xahiş etsə də, xahişi nəzərə alınmamışdır. Bu səbəbdən iddiaçı məcburiyyət qarşısında qalaraq xəstəxanaya olan göndərişdən imtina etmişdir. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi, o cümlədən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xəstəlik vərəqələri üzrə müavinət qazancının 60 faiz nəzərə alınmaqla hesablanmışdır.

10. İddiaçı tərəfində ərizəyə aşağıda qeyd olunmuş Əmək qabiliyyətinin olmaması barədə vərəqələr əlavə edilmişdir:

11. Bakı Şəhəri 16 saylı Poliklinika tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, SN 00007 seriyalı, ******* saylı Əmək qabiliyyətinin olmaması barədə vərəqəyə əsasən iddiaçıya “Kəskin bronxit” diaqnozu qoy ulmuş, ambulator rejimdə müayinə yazılmış, işə başlamalı olduğu vaxt isə xx.xx.2021-ci il tarix qeyd edilmişdir.

12. Bakı Şəhəri 16 saylı Poliklinika tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş SN 00007 seriyalı, ******* saylı Əmək qabiliyyətinin olmaması barədə vərəqəyə əsasən, iddiaçıya qoyulmuş diaqnoz əsasında ambulator rejimdə müayinə yazılmış, xx.xx.2021-ci il tarixədək işdən azad olunması barədə qeyd aparılmışdır.

13. Poliklinika tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş SN 00007 seriyalı, ******* saylı Əmək qabiliyyətinin olmaması barədə vərəqəyə əsasən, iddiaçıya qoyulmuş diaqnoz əsasında ambulator rejimdə müayinə yazılmış, xx.xx.2021-ci il tarixədək işdən azad olunması ilə bağlı qeyd aparılmışdır.

14. Poliklinika tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş SN 00007 seriyal ı, ******* saylı Əmək qabiliyyətinin olmaması barədə vərəqəyə əsasən, iddiaçıya qoyulmuş diaqnoz əsasında ambulator rejimdə müayinə yazılmış, işə başlamalı olduğu vaxt isə xx.xx.2021-ci il tarix qeyd edilmişdir.

15. Poliklinika tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş SN 00007 seriyalı, ******* saylı Əmək qabiliyyətinin olmaması barədə vərəqəyə əsasən, iddiaçıya yoğun bağırsağı xəstəliyi diaqnozu qoyulmuş, ambulator rejimdə müayinə yazılmış, xx.xx.2022-ci il tarixədək işdən azad olunması ilə bağlı qeyd aparılmışdır.

16. Poliklinika tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş SN 00007 seriyalı, ******* saylı Əmək qabiliyyətinin olmaması barədə vərəqəyə əsasən, iddiaçıya qoyulmuş diaqnoz əsasında ambulator rejimdə müayinə yazılmış, xx.xx.2022-ci il tarixədək işdən azad olunması ilə bağl ı qeyd aparılmışdır.

17. Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində 2021-ci ilin sentyabr ayında (23 və 30-u tarixlərində) iki veriliş hazırlamalı olduğunu və bununla bağlı plan da təqdim etdiyini, lakin sözügedən verilişlərin efirə təqdim edilmədiyini bildirir. Belə ki, Azərbaycan Radiosunun "xxxx" Redaksiyasının baş redaktoru tərəfindən QSC-nin sədrinə iddiaçı barəsində xx.xx.2021-ci il tarixli təqdimat daxil olmuşdur. Həmin təqdimatda qeyd olunmuşdur ki, redaksiyanın əməkdaşlarına yeni layihəli verilişlərin təqdim olunması tapşırılmışdır. Lakin digər əməkdaşlardan fərqli olaraq tapşırıq verilən müddət ərzində böyük redaktor olan iddiaçı tərəfindən yeni veriliş təqdim olunmayıb. İddiaçı, illərlə ssenari müəllifi olduğu “Uğur” adında k öhnə məzmunlu uşaq verilişinin ssenarisini təqdim edərək, Radionun Proqram direktorluğundan həmin köhnə verilişin efirə salınmasını tələb etmişdir. İddiaçıya, təqdim etdiyi ssenarinin günün tələblərinə qətiyyən cavab vermədiyi bildirilsə də, onun cavabı “mən bunu bacarıram” olmuş və o, bundan başqa heç bir veriliş təqdim etməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində əmr verildikdən sonra, xx.xx.2021-ci il tarixində Kadrlar və Xüsusi İşlər Departamentinə çağırılaraq ondan izahat tələb edildiyini, əmrin ona təqdim olunmadığını və s. bu kimi halları göstərir. Lakin, xx.xx.2021-ci il tarixli yuxarıda qeyd olunan təqdimatdan sonra həmin gün iddiaçıdan izahat verməsi tələb edilmişdir. Lakin iddiaçı izahat verməkdən imtina etmişdir. Bununla bağlı eyni tarixli akt da tərtib olunub. Bununla bə rabər, iddiaçı ona verilmiş töhmət əmri ilə tanış olmaqdan və həmin əmrin surətini almaqdan da imtina etmişdir. Bu hal xx.xx.2021-ci il tarixli aktla öz təsdiqini tapır. İddiaçı bir işçi kimi iş kollektivi ilə sağlam, səmimi münasibət qurmağı bacarmır, əməkdaşları heç bir səbəb olmadan etik normalara sığmayan ifadələrlə təhqir edir. Oturduğu otaqda daim gərginlik yaradır və əməkdaşlarla hədə-qorxu ilə danışır. Buna dair iddiaçı ilə bir strukturda işləyən əməkdaşlar xx.xx.2021-ci il tarixli müvafiq akt tərtib etmiş və imzalamışlar. Radionun "xxxx" redaksiyasının böyük redaktoru olan iddiaçıya öz vəzifə borcuna səhlənkar və son dərəcə məsuliyyətsiz yanaşaraq qarşısına qoyulan tapşırıqları yerinə yetirmədiyinə, habelə redaksiyanın əməkdaşları ilə kobud davranaraq daxili nizam-intizam qaydalar ını kobud surətdə pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçıya töhmət verilmişdir. İddiaçı ona təqdim olunan xx.xx.2021-ci il 438 k/d saylı töhmət əmri ilə tanış olmaqdan və bir nüsxəsini götürməkdən imtina etmişdir.

18. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən verilmiş **********7 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətinin olmamasına görə iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq ödənilmişdir.

19. İşə əlavə edilmiş bank hesabından çıxarış m əlumatlarına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilmiş müavinətin miqdarı ümumilikdə 507,18 manat məbləğində müəyyən edilir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 9/2096 saylı, xx.xx.2023-cü il tarixli rəydə qeyd olunmuşdur ki, iş materiallarında olan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli olan müavinətlə bağlı son haqq-hesab məlumatına əsasən, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixəd ək olan dövr üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli olan müavinətin miqdarı ümumilikdə 911,44 manat, ödənilmiş müavinətin miqdarı isə ümumilikdə 507,18 manat təşkil edir.

21. İşə əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarına əsasən, iddiaçıya iddia etdiyi müddət üçün əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanma dərəcəsi 100 faiz ilə nəzərə alınmışdır.

22. Məhkəmə icraatı zamanı Dövlət Sosial Müdafiə Fondu” X13 3-cü şəxs qismində işə cəlb edilmişdir.

23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-127/2023 nömrəli, xx.xx.2023-cü il ta rixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia rədd olunmuşdur.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş təqdimatdan müəyyən edilmişdir ki, iddiaçıya günün tələbinə cavab verən yeni verilişlərin hazırlanması tapşırılmış, iddiaçı isə yeni veriliş hazırlamamış və bunun əvəzinə köhnə verilişi təqdim etmişdir. Bundan əlavə cavabdehin işçiləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddiaçı redaksiyanın əməkdaşları ilə kobud davranaraq daxili nizam-intizam qaydalarını pozmuşdur. Buna görə də iddiaçı əmək funksiyasını yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən düzgün olaraq ona intizam tənbehi verilmişdir.

25. Eyni zamanda cavabdeh tərəfindən əsaslı olaraq həmin veriliş efirə verilməmişdir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyə tinin Nizamnaməsinə əsasən Cəmiyyətin həyata keçirdiyi əsas funksiyalardan biri də televiziya və radio proqramlarının yüksək ideya-bədii səviyyəsini təmin edilməsidir. İddia tələbi əsassızdır və rədd edilməlidir.

26. Məhkəmə xəstəlik vərəqələrinə görə müavinətin qazancın 60 faiz deyil, 100 faiz miqdarında hesablanaraq ödənilməsi tələbi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında “Əsasnamənin 62-ci bəndinə istinad edərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinin əsaslandırılmasında 39 il iş stajı olmasına baxmayaraq ona xx.xx.202 1-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi, o cümlədən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xəstəlik vərəqələri üzrə müavinətin qazancının 60 faizi miqdarında hesablanıb ödənilməsini bildirmiş və həmin dövr üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli müavinətin düzgün olaraq qazancının 100 faizi miqdarında hesablanaraq ödənilməsini tələb etmişdir.

27. Lakin, xx.xx.2023-cü il tarixdə iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçıya iddia etdiyi müddət üçün əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin he sablanma dərəcəsi 100 faiz ilə nəzərə alınmışdır.

28. Eyni zamanda iş materiallarına əlavə edilmiş (iş vərəqi:95) Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş iddiaçının bank hesabından çıxarışdan görünür ki, iddia ərizəsində mübahisələndirilən dövr üçün, yəni xx.xx.2021-ci il tarixindən xx.xx.2021ci il tarixinə, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan müddət üçün DSMF-nin məktublarında göstərilən cədvəllərdə qeyd olunmuş müavinət məbləğləri (46,94, 41,31, 190,86, 125,15) iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ödənilmişdir. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

29. Bu səbəbdən, iddia xəstəlik vərəqələrinə görə aylıq qonorarın 60 faiz deyil, 100 faiz hesablanaraq ödənilməsi hissəsində də əsassızdır.

30. Məhkəmə, həmçinin öz mövqeyini, Əmək Məcəlləsinin 10, 74, 186.1, 186.2, 187.1, 187.2, 195, 196, 290-cı maddələrinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Şikayət, iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq, əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunmuşdur.

33. Apellyasiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi şikayətin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermişdir.

34. Məhkəmənin iclasında üçüncü şəxs olan Maraqlı şəxs nümayəndəsi iddiaçının əmək qabiliyyətinin olmadığı dövrlər üzrə ödənişin tam köçürüldüyünü qeyd etmiş və iş üzrə tərəflər arasında yaranmış əmək mübahisənin həllini Məhkəmənin mülahizəsinə buraxmışdır.

35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5919/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), F.Talışinski və A.İmanov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin g əldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, həmin dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdır.

38. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçının mənəvi ziyanla bağlı tələbinin məhkəmələr tərəfindən təmin edilməməsi başadüşülən deyil. Faktiki olaraq əsassız yerə iddiaçının verilişi bağlanıb, ona qanunsuz olaraq töhmət verilib, məhz bu töhmət əmrindən sonra iddiaçı keçirdiyi stress nəticəsində poliklinikaya müraciət edib, əmə k qabiliyyətini müvəqqəti olaraq itirərək, işdən azad olunmuşdur. Mülki iş materiallarında olan xəstəlik vərəqələri bunu tam şəkildə sübut edir. İddiaçının mənəvi zərərə məruz qalması üçün işdə kifayət qədər sübut vardır. Lakin, məhkəmə qətnamənin həcmini artırmaq üçün hüquq normalarını qeyd etmiş, həmin normaları mübahisəyə tətbiq etməkdən çəkinmişdir. Məhkəmə, cavabdehin etiraz ərizəsində qeyd olunan bütün dəlillərin hər birini sübut kimi qəbul etmiş, lakin, etiraz olunan hallara dair etiraza dəlillərin əlavə olunmasına baxmayaraq, məhkəmə buna da heç bir əhəmiyyət verməmişdir.

39. Məhkəmə apelyasiya şikayətinin dəlillərini qətnaməsində qeyd etməmişdir. Belə ki, töhmət əmrini imzalayan “İ.Hüseynovanın” işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səl ahiyyətinə malik olub-olmaması müəyyən edilməmişdir. Mülkin işin materialında belə bir sənəd mövcud deyildir. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. 438k/d nömrəli, xx.xx.2021-ci il tarixli əmr “Kadrlar və Xüsusi İşlər departamentinin” rəisi tərəfindən imzalanmışdır. Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi tərəfindən Kadrlar və Xüsusi İşlər dep artamentinin rəisinin işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinin olub-olmamaması araşdırılmamışdır. Ən azından ona belə hüququn verilməsi barədə mülki işin materialında sübut mövcud deyildir. 40. xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, verilişlərinin bərpa olunması və 2021-ci ilin sentyabr, oktyabr və 2022-ci ilin yanvar ayı, eləcə də 2022-ci ilin 6 may tarixindən başlayaraq məcburi iş buraxmaya görə işəgötürən tərəfindən verilişləri bərpa olunan tarixədək olan müddət üçün əmək müqaviləsində göstərilən aylıq əmək haqqının ödənilməsi (alacağı əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz ödəncin də ödənilməsi) tələblərinin hansı səbəbə və əsasa görə rədd edilməsi barədə qətnamədə bir cümlə belə yoxdur. Belə ki, mülki iş materia lında olan əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçının aylıq əmək haqqı 365 manat təşkil edir. Buna görə də məcburi iş buraxmaya görə həmin məbləğ əsas götürülməli və iddiaçıya ödənilməli idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

42. Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək.

43. Maddə 74. (qeyd hissəsi) Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş ye ri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.

44. Maddə 186.1 İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

45. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, m üəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

46. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

47. Maddə

195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə;

48. Maddə 196. (1-ci hissə) Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən madd i ziyan ödənilir.

49. Maddə 196 (5-ci hissə) İşçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur..

50. Maddə

290. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaq ətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında “Əsasnamə.

51. Bənd

62. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət aşağıdakı miqdarda verilir: - Qazancın 100 faizi miqdarında; - 12 il və daha çox sosial sığor ta stajı olan işçilərə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

60. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gə linmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi möv qeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsini n qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5919/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qət naməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar