Məhkəmə qərarları › İş №2(102)-957/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-957/2025

01.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-957/2025 01.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiаçı İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya baxışından çıxarılma, kassasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslər kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etdikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyab r 2024-cü il tarixli 2(103)-5071/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılması məsələsinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi

1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli 2(010)83/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyə tində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Səlimə Miriyeva)

3. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5071/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli 2(103)-5071/2024 nömrəli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5071/2024 saylı 18 sentyabr 2 024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 18 fevral 2025-ci il tarixli 2(102)-957/2025 nömrəli mülki işin icraata qəbul edilməsi barədə qərardadı ilə kasasiya şikayəti yazılı icraat qaydasında baxılması üçün icraata qəbul edilmişdir.

7. Mülki iş kassasiya icraatında olarkən Cavabdeh2 (vəkil X2) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5071/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və buunla əlaqədar işin baxışdan çıxarılaraq kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün yoxlanılması üçün mülki iş materiallarının apelyasiya instansiyası məhkəməsinə göndərilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir.

8. MPM-nin 417.1.7-ci maddəsinə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

9. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli 2(102)-957/2025 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək, mülki iş kassasiya baxışından çıxarılaraq Cavabdeh2 kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

10. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5071/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 18 fevral 2025-ci il tarixli 2(102)-957/2025 nömrəli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılaraq Cavabdeh2 kassasiya şikayətinin Azərbaycan Respubli kası Mülki Prossesual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar