Məhkəmə qərarları › İş №2(102)-958/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-958/2023

10.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-958/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı, Cavabdeh1 Faiq qızı və Cavabdeh2 qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının cavabdeh İddiaçı qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Faiq qızının cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzilə istifadə hüququnun tanınması tələbləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5384/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İş üzrə tərəflər ataları Məmmədov Faiq Əbdülxalıq oğluna məxsus olmuş Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadırlar.

3. Məmmədov Faiq Əbdülxalıq oğlu sağ ikən yaşayış sahəsini İddiaçı bağışlamış və xx.xx.2010-cu ildə mənzil üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

4. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X5, Cavabdeh1 F aiq qızı, Cavabdeh2, xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X11 ünvan 2 ünvanında qeydiyyatdadırlar.

5. Kooperativ binada mənzil tikintisi üçün müqavilə və maliyyə arayışının surətinə əsasən, X5 xx.xx.2011-ci ildə "xxxx" MMC-dən ümumi sahəsi 50 m2 olan 1 otaqlı mənzili almış və 20.000 (iyirmi min) manat məbləğində pul ödəmişdir. 6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli QXM 381/M saylı qiymətləndirici rəyindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, ev 13, 61 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 70.000 (yetmiş min) manat, orta aylıq kirayə haqqı 300–350 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İlkin iddia üzrə İddiaçı cavabde hlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı, Cavabdeh1 Faiq qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və azyaşlılar xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X7 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlkin iddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçirilərək, xx.xx.2010-cu il tarixdə onun adına MA ******* seriyalı Çıxarış verilmişdir. Cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı, Cavabdeh1 Faiq qızı və Cavabdeh2 uzun illər öncə daimi yaşamaq üçün başqa ünvana getmiş, mənzildə onlara aid heç bir əşya və əmlak qalmamışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdehlər qeydiyyatdan çıxmamış, formal pasport qeydiyyatı hələ də qalmaqdadır. Cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı, Cavabdeh1 Faiq qızı və Cavabdeh2 həmin ünvanla heç bir əlaqələri yoxdur və hər üçünün evləri, yaşayış yerləri vardır. Xəzər Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh tərəfindən **********00470 saylı abonent koduna hesablanmış 12909.6 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Qarşılıqlı iddia üzrə Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, onun və yetkinlik yaşına çatmayan qızı X9 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 8 mkr, Heydər Hüseynov küçəsi, 13 saylı evin 61 saylı mənzilinə istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, atası Məmmədov Faiq Əbdülxalıq oğlu ilə anası X8 1972-ci ildə ailə qurmuşlar və mübahisəli mənzil də həmin ildə alınmışdır. Onlar 4 uşaq olmaqla hamısı eyni ünvanda doğulub boya başa çatmış, həmin ünvanda qeydiyyatdadırlar. Hələ ataları sağ ikən 2010-2011-ci illərdə onların razılığı ilə evi qardaşları İddiaçı adına bağışlamışdır. Atası onlara bildirmişdir ki, həmin evdə onlarında payı var. Sadəcə o vəfat etdikdən sonra vərəsəlik qaydasında evin gələcəkdə sənədləşmə işində problem olmasın deyə belə etmişlər. Qardaşı onların da payını verəcək. Bu səbəbdən də onlar bu məsələyə əhəmiyyət verməmişlər. 2003- cü ildə Cavabdeh1, 2004- cü ildə X5, 2007-ci ildə Cavabdeh2, 2011-ci ildə İddiaçı ailə qurmuşlar. X5 2004-cü ildə nikaha daxil olsa da, qısa zamanda ayrılmış və ayrıldıqdan sonra faktiki olaraq, anası ilə birlikdə mübahisəli mənzildə yaşamış, övladı da həmin mənzildə anadan olmuşdur. Ataları 2013-cü ildə, anaları isə 2020-ci ilin avqust ayında vəfat etmişdir. Anaları vəfat etdikdən sonra İddiaçı evə gələrək, orada daimi yaşayan X2 yetkinlik yaşına çatmayan gözdən əlil olan qızı ilə birlikdə evi tərk etməsini tələb etmiş, mənzilin ona məxsus olduğunu bildirmişdir. X5 həmin evdə anadan olmuş, fasiləsiz olaraq ailə üzvləri ilə, sonda isə anası ilə birlikdə yaşamış, başqa yaşayış yeri yoxdur. Yetkinlik yaşına çatmayan qızı da həmin ünvanda anadan olandan yaşayır. Bununla da onun və qızının h əmin mənzildə doğulan gündən istifadə hüququ yaranmışdır.

11. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Faiq qızı cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun və yetkinlik yaşına çatmayan uşaqları X11 və X10 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, Heydər Hüseynov küçəsi, 13 saylı evin 61 saylı mənzilinə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Həmin qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, atası Məmmədov Faiq Əbdülxalıq oğlu ilə anası X8 1972-ci ildə ailə qurmuşlar və mübahisəli mənzildə həmin ildə alınmışdır. Onlar 4 uşaq olmaqla hamısı eyni ünvanda doğulub boya başa çatmış, həmin ünvanda qeydiyyatdadırlar. Hələ ataları sağ ikən 2010-2011-ci illərdə onların razılığı ilə evi qardaşları İddiaçı adına bağışlamışdır. Atası onlara bildirmişdir ki, həmin evdə onlarında payı var. Sadəcə o vəfat etdikdən sonra vərəsəlik qaydasında evin gələcəkdə sənədləşmə işində problem olmasın deyə belə etmişlər. Qardaşı onlarında payını verəcək. Bu səbəbdən də onlar bu məsələyə əhəmiyyət verməmişlər. 2003-cü ildə o, ailə qurduqdan sonra bu evdə də yaşamış, övladları bu evdə doğulmuş, həmin evdə də qeydiyyatdadırlar. 2020-ci ilin avqust ayında anaları vəfat etdikdən sonra İddiaçı evə gələrək ona və bacısı Hüsniyyəyə maneələr törətməyə başlamışdır. Bacısı həmin mənzildə daimi yaşasa da o, həmin mənzilə hərdən gəlib gedir. Müvəqqəti olaraq baldızının evində yaşayır.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abb asova) ilkin iddia təmin edilərək, İddiaçı tərəfindən X4 2000 (iki min) manat məbləğində kompensasiya ödənilməklə, mübahisəli mənzilindən X2 istifadə hüququna xitam verilməsi, İddiaçı tərəfindən X4 2000 manat məbləğində kompensasiya verilməsi və X2 mübahisəli mənzilindən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi, Cavabdeh1 Faiq qızının Cavabdeh2 X3, X6 və X7 mübahisəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvanda olan istixananın təbii qaz təchizatına görə ümumilikdə 14171.90 manat məbləğində borc yazılmışdır. Həmin borcun 12909.60 manat məbləğində hissəsi akt əsasında tətbiq edilmiş borcdan, digər 1262,3 manat (14171.90 – 12 909.60= 1262.3) hissəsi isə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə yaranmış borcdan ibarətdir. Qeyd olunan məbləğdə borcun olması barədə iddiaçının məlumatı xx.xx.2021-ci il tarixli Bakı Regional Qazın Satışı Departamentinin ona ünvanlanmış məktubu əsasında olmuşdur.

15. Məhkəmə hesab etmişdir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarlar, yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxslərin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği; kompensasiya təklif edənin və təklif olunan şəxslərin maddi im kanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri məsələn, mülkiyyətçinin hüquqlarının müdafiə olunması nəzərə alınmalıdır.

16. Məhkəmə hesab etmişdir ki, X4 2.000 manat məbləğində kompensasiya verilməklə, cavabdeh X2 istifadə hüquqlarına xitam verilməsi əsaslı və ədalətlidir.

17. Həmçinin, Cavabdeh1 Faiq qızının uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 228, 255, 262, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 191.1, 191.3, 216-220-ci maddələrinə istinad edərək əsasland ırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ilk iddianın ona münasibətdə rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, cavabdeh X5 mübahisəli mənzilində anadan olmuş, 2004-cü ildə ailə qurmuş, 4-5 aydan sonra isə mübahisəli mənzilə qayıdaraq orada yaşamağa başlamış, qızı Gülşən də xx.xx.2005-ci ildə mübahisəli mənzildə anadan olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh X5 anadan olandan hal hazıradək mübahisəli mənzildə yaşamış, onun qızı 2005-ci ildə həmin mənzildə anadan olmuş və hal hazırdada anası ilə birlikdə həmin mənzildə yaşayır və onların əmlakları da həmin mənzildədir. Əgər onlar mənzildən çıxarılarlarsa faktiki olaraq evsizeşiksiz, xəstə uşağı ilə birlikdə küçədə qalmış olacaqdır. Məhkəmə bütün bunları nəzərə almadan cavabdeh X2 qarşılıqlı iddiasını qanunsuz və əsassız olaraq təmin etməmiş, onun anadan olandan hal-hazıradək yaşadığı mənzilindən istifadə hüququna xitam verilməsi və 2000 manat məbləğində kompensasiya verməklə faktiki olaraq vətəndaşı tamamilə pis vəziyyətdə qoymuşdur, məhkəmənin bu qərarı qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “Kooperativ binada mənzil tikintisi üçün Müqavilədən və maliyyə arayışından məlum olur ki, X5 xx.xx.2011 -ci ildə "xxxx" MMC-dən ümumi sahəsi 50 m2 olan 1 otaqlı mənzili almış və 20000 manat məbləğində pul ödəmişdir”. Lakin məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC-nin rəhbərinin Azərbaycan Respublikası Baş Prokurorluğu yanında korrupsiya İdarəsində cinayət işi gedir və orada X5 zərəçəkmiş şəxs kimi tanınması üçün ərizə ilə müraciət etsə də hələ bu günə kimi zərərçəkən kimi tanınmamışdır. Məhkəmənin qətnaməsində istinad etdiyi həmin mənzili alarkən də faktiki olaraq Hüsniyyə Məmmədova aldadılmış, ona qarşı dələduzluq edilmişdir. Yəni, məhkəmənin yazdığı ümumi sahəsi 50 m2 olan 1 otaqlı mənzil faktiki olaraq cavabdeh X4 verilməmiş və o, "xxxx" MMC tərəfindən aldadılmışdır. Hazırki vəziyyətdə 2000 manat məbləğində kompensasiya vermək gülüncdür. Məhkəmə Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, 13 saylı evin, 61 saylı mənzili Bakı şəhərinin çox əlverişli yerində yerləşdiyinə, mənzillərin burada qiymətinin baha olm ası hallarını nəzərə almamışdır. Əslində cavabdeh X2 istifadə hüququna xitam verildiyi təqdirdə belə məhkəmə ən azından ona hazırki bazar qiyməti nəzərə alınmaqla 25000 – 30000 manat məbləğində kompensasiya verilməli idi. İş materiallarından görünür ki, cavabdeh X5 İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun və yetkinlik yaşına çatmayan qızı X9 ilə birlikdə mübahisəli mənzilinə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş. Məhkəmə ilkin iddianı rədd etmək və qarşılıqlı iddianı təmin etmək əvəzinə əsassız və qanunsuz olaraq ilkin iddianı təmin etmişdir, məhkəmə qətnaməsini əsaslandıra bilməmiş, ancaq və ancaq qətnamədə absurd fikirlər qeyd etmişdir. Cavabdeh X2 qanunla qorunan hüquq və mənafeyinə ziyan vuran,ona mənəvi zərbə vuran q ətnamə qəbul etmişdir. Halbuki əsas İddiaçı həmin mənzilə heç bir ehtiyacı yoxdur. O, bir qardaş kimi öz bacısı qarşısında mənəvi borcunu yerinə yetirmək əvəzinə məhkəməyə yalan deyərək guya onun həmin mənzildə yaşamadığını bildirmişdir. Məhkəmə təcrübəsində bu qəbildən olan iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Beləliklə, müəyyən olunur ki, iddiaçının cavabdehə təklif etdiyi kompensasiyanın məbləği ona məxsus olan mənzilin dəyərinin heç 3%-i etmir. Göründüyü kimi, hazırki vəziyyətdə 2000 man at məbləğində kompensasiya verilməsi yetərli deyildir.

21. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov - sədrlik edən və məruzəçi, E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni Cavabdeh3 və onun övladı Gülşən Qasımzadəyə aid hissədə ləğv edilib, ilk iddianın 2.000 manat kompensasiya verilməklə Cavabdeh3 övladı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi 13 saylı evin 61 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə aid hissədə rədd edilməsi, Cavabdeh3 qarşılıqlı iddiasının təmin edilərək, onun və övladı Gülşən Qasımzadənin sözügedən mənzildən istifad ə hüquqlarının tanınması qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna malikdir. Onun bu hüququ mənzil hələ atasının icarəsində, daha sonra mülkiyyətində olan zaman əvvəlki Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə əsasən əmələ gəlib. Cavabdeh3 doğulduğu vaxtdan (1973-cü ildən) bu günədək həmin mənzildə yaşayır və daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməyib. Cavabdeh3 qarşı “istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə” iddiaçının tələb irəli sürməsi faktı da onu təsdiq edir ki, iddiaçı da onun mənzildən istifadə hüququnun olduğunu qəbul edir.

23. Həmçinin, Cavabdeh3 övladı Gülşən Qasımzadənin də mənzildən istifadə hüququ vardır. Belə ki, qa nuna görə uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.

24. İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi üçün Cavabdeh3 2.000 manat kompensasiya təklif etmişdir. Lakin, Cavabdeh3 bununla razılaşmamış və qeyd etmişdir ki, 2.000 kompensasiya həddindən artıq azdır və ona ən azından 25.000 manat kompensasiya verilməlidir. İddiaçı isə bildirmişdir ki, artıq kompensasiya təklif etməyə maddi imkanı yoxdur və Cavabdeh3 özünün Xırdalan şəhərində yerləşən, yeni tikilmiş çoxmənzilli binada ayrıca mənzili vardır. İddiaçı bunu təsdiq etmək üçün məhkəməyə müqavilənin surətini təqdim etmişdir. Lakin, Cavabdeh3 bunu təkzib edib, bildirmişdir ki, onun sahibliyində belə bir mənzil yoxdur, həmin mənzilin müqaviləsi başqa şəxsin, yəni Anar Qasımovun adınadır. Onu aldadıblar, eyni mənzilə dair iki şəxsin adına müqavilə bağlanıb, bununla bağlı cinayət işi başlanıb. Cavabdeh3 istinad etdiyi müqaviləni apellyasiya icraatı zamanı məhkəməyə təqdim etmişdir.

25. Göründüyü kimi, Cavabdeh3 mülkiyyətində, icarəsində və ya istifadəsində başqa mənzil yoxdur və o, ayrıca mənzil almağa imkan verən qazanca və ya gəlirə malik deyil. Qanuna görə ilk iddia o, halda təmin oluna bilər ki, iddiaçının təklif etdiyi kompensasiya Cavabdeh3 davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin.

26. Belə ki, mənzilin satış qiyməti 70.000 manat, oxşar şəraitli mənzilin aylıq kirayə haqqı isə 300-350 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat zamanı təklif edilən 2.00 0 manat (yəni ayda 300 manat kirayə haqqı ödəməklə oxşar şəraitli mənzildə yaşamaq üçün 6 aylıq kirayə haqqı) kompensasiya yetərli deyil. Cavabdeh3 ödənilməli olan kompensasiya ən az 5 il oxşar şəraitli mənzildə yaşamaq imkanı verməlidir. Belə ki, ağlabatan mühakimə əsasında 5 il kifayətdir ki, Cavabdeh3 yaşayış sahəsinə olan ehtiyacını müstəqil surətdə ödəmək üçün zəruri olan tədbirləri həyata keçirsin. 5 il (60 ay) üçün kirayə haqqının məbləği 18.000 manat təşkil edir (60 ay x 300 manat = 18.000 manat), ona görə də Cavabdeh3 istifadə hüququna xitam verilməsi üçün ona 18.000 manat kompensasiya ödənilməlidir. Lakin, iddiaçı bu məbləğdə kompensasiya ödəmək istəmir. Belə ki, o, birinci instansiya məhkəməsində 2.000 manat kompensasiya təklif etmişdir, apellyasiya instansiyası məhkəməsində isə bildirmişdir ki, bundan artıq kompensasiya təklif etməyə imkanı yoxdur. Qanuna görə məhkəmə, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Odur ki, ilk iddia rədd olunsa da hazırkı qətnamə ilə kompensasiyanın məbləğinin 18.000 manat müəyyən edilməsi qanuna uyğundur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının təklif etdiyi 2.000 manatın az olduğunun müəyyən edilməsi üçün kompensasiyanın məbləği təyin olunmalıdır, çünki “az” nisbi anlayışdır və kompensasiyanın məbləğinə nisbətdə azdır. Kompensasiyanın məbləği isə 18.000 manatdır.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiya sı məhkəməsindəki birinci icraat

28. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2049/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsi ilə (Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2(103)-9402/2021 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

30. Kassasiya məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmadığı barədə iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı lazımi qaydada araşdırma aparmamış, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 saylı binanın 1 otaqlı, ümumi sahəsi 50 kv.metr olan 19 saylı mənzilinin hüquqi vəziyyətinə aydınlıq gətirməmış və həmin mənzilin qanuni sahibini müəyyən etmədən, yalnız Cavabdeh3 izahatına və onun məhkəməyə təqdim etdiyi sənədlərin kserosurətlərinə istinad edərək onun istifadəsində başqa mənzilin olmaması qənaətinə gəlmişdir.

31. Digər tərəfdən, mübahisəli mənzil iki otaqdan ibarət olmaqla, Binəqədi rayonunda yerləşir və qiymətəndiricinin rəyinə görə həmin mənzilin dəyəri təxminən 70.000 manat, həmin ərazidə mənzillərin orta icarə haqqı isə 300-350 manat civarındadır.

32. Kassasiya inst ansiyası məhkəməsində baxılmış bu kateqoriyadan olan işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi göstərmişdir ki, Binəqədi rayonunda yerləşən iki otaqlı mənzilə olan istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən təklif edilən kompensasiyaların məbləğləri təxminən 10.000-12.000 manat civarında olub, habelə keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ isə bir qayda olaraq məhkəmənin qərarı əsasında 1-2 il müddətinədək saxlanılıb.

33. Belə ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamand a qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.

34. Mülki qanunverciliyə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği mənzilin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kif ayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.

35. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 ödənilməli olan kompensasiyanın ən azı 5 il oxşar şəraitli mənzildə yaşamaq imkanı verməsi, 5 il (60 ay) üçün kirayə haqqının məbləğinin 18.000 manat təşkil etməsi və bu səbəbdən də onun istifadə hüququna xitam verilməsi üçün 18.000 manat kompensasiya ödənilməli olması qənaətinə gələrkən, kompensasiyanın məbləğini, müddəti hansı meyarlara əsasən müəyyən etməsini qətnamədə göstərməmiş və ödənilən kompensasiya məbləğinin əslində ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməli olmasını nəzərə almamışdır.

36. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 228.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

37. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, kompensasiya məbləğinin 5000 manat olaraq artırılmasına razı olduğunu qeyd etmişdir.

38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5384/22 nömrəli iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışınski (sədrlik edən və məruzəçi), A.İmanov, Q.Əsgərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiya məbləğinin m üəyyən edilməsi hissəsində dəyişdirilərək, İddiaçı tərəfindən cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına ödəniləcək kompensasiya məbləği 5000 manat müəyyən edilmişdir.

39. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə kompensasiya məbləği hissədə səhv nəticəyə gəldiyindən, təklif edilən 2000 manat məbləğində kompensasiyanı ağlabatan, reallığa uyğun, həmçinin ədalətli hesab etməməsi ilə bərabər, hansı məbləğin ağlabatan hesab ediləcəyi istiqamətində araşdırma aparmamış, ədalətli məhkəmə çəkişməsinə müvafiq mübahisənin həllinə şərait yaratmamış, təklif edilən məbləğin artırılması yönəmində detallı müzakirələr aparmamışdır.

40. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçinin üstün mülkiyyət hüququ, cavabdeh Məmmədo va (Qasımova) Hüsniyyə Faiq qızının (övladı ilə birgə) iki il müddətinə oxşar şəraitli (bir otaqlı) mənzildə aylıq kirayə haqqı 200 manat götürməklə 5000 manat məbləğində kompensasiyanın verilməsi qənaətbəxşdir. Nə qədər ki, mübahisəli mənzil iki otaqlı olsa da cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı mübahisəli mənzildə anaları ilə yaşamış, bu da iddiaçının dediklərinə uyğun, şəxslərin bir otaqlı mənzilə müvafiq yaşayış sahəsindən yararlanmaq mümkünlüyünü şərtləndirir.

41. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərb aycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun“ Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiyasının 62-67, 2009-ci ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 6, 8, 53, 123, qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 11.1, 146, 152-164, 228, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan R espublikasının Qanununun 1, 2, 7, MPM-nin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, dəyəri hazırda 110000 manatdan yuxarı olan mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı cəmi 5000 manat kompensasiya verilməsi ağlabatan və qanuni deyil.

44. Həmçinin, apellyasiya instansiya məhkəməsi tərəfindən sübutları səthi araşdırılmış, ilkin iddianın təmin edilməsini təsdiq edən hər hansı sübutun olmaması nəzərə alınmamış, kassasiya instansiya məhkəməsi tərəfindən iş materialları qaytarıldıqdan sonrakı müddətdə, ölkədə baş verən qiymət artımı və inflyasiya nəzərə alınmamış, azı 2 il əvvəl təqdim edilmiş sübutlara istinad edilməklə, ədalətsiz qətnamə qəbul edilmişdir.

45. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlara həmin ərazidə kirayə mənzillərin aylıq 450-500 manata kirayə verilməsi, mübahisəli mənzilin isə 110000-115000 manat məbləğində olması təsdiq edildiyi halda, məhkəmə həmin sübutlara hüquqi qiymət verməmiş, formal mülahizələrə əsaslanmaqla qanunsuz qətnamə qəbul etmişdir.

46. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2, MPM-nin 14.1, 77.1, 88, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

48. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

49. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərək ətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

50. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

51. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

52. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında t əsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

53. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tə rkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

54. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

55. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

61. Kassa siya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır.

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

64. Belə ki, mübahisə Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, 13 saylı evin 61 saylı mənzilindən istifadə hüququ və bu hüquqa kompensasiya ödənilməklə xitam verilməsi ilə bağlı bağlıdır.

65. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından belə görünür ki, Hüsniyyə Məmmədova (Qasımova) Mülki Məcəllənin qəbul edildiyi 2000-ci ilədək həmin mənzildə daimi yaşamaqla oradan istifadə etsə də, 2003-cü ildə ailə quraraq başa mənzilə köçmüşdür. Bununla belə o, qısa müddətdən sonra yenidən həmin yaşayış sahəsinə qayıdaraq sonrakı illərdə mənzil mülkiyyətçisi ilə birgə yaşamış, ailə münasibətlərindən irəli gələn mənzildən istifadə hüququ əldə etmişdir.

66. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər.

67. Bununla belə, həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

68. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

69. İş materiallarında Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının "xxxx" MMC ilə xx.xx.2011-ci ildə bağladığı müqavilə əsasında Xırdalan şəhərində yeni tikilmiş çoxmənzilli binada mənzil i almasına dair sənədlərin surəti mövcuddur (§ 5).

70. İddiaçı tələbinin əsaslarından biri kimi həmin hala istinad edir. Məmmədova (Qasımova) Hüsniyyə isə bildirir ki, Fuad LTD MMC-dən əldə etmək istədiyi həmin mənzil bir neçə şəxsə satılmışdır, bununla bağlı Korrupsiya qarşı Mübarizə Baş İdarəinə müraciət etmiş, mənzillə bağlı hökm mövcuddur, nəticə etibarilə onun adına heç bir əmlak yoxdur.

71. Qeyd edilənlərə əsasən, mübahisənin düzgün həlli üçün Məmmədova (Qasımova) Hüsniyyənin mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmamasının araşdırılması və bu xüsusata düzgün hüquqi qiymət verilməsi mühüm əhəmiyyət kəsb etmişdir.

72. Bununla əlaqədar mülki işə baxmış əvvəlki kassasiya kollegiyası vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 mübahisəli yaşayış sah əsinə ehtiyacının aradan qalxıb-qalxmadığı barədə iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı lazımi qaydada araşdırma aparmamış, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 saylı binanın 1 otaqlı, ümumi sahəsi 50 kv.metr olan 19 saylı mənzilinin hüquqi vəziyyətinə aydınlıq gətirməmış və həmin mənzilin qanuni sahibini müəyyən etmədən, yalnız Cavabdeh3 izahatına və onun məhkəməyə təqdim etdiyi sənədlərin kserosurətlərinə istinad edərək onun istifadəsində başqa mənzilin olmaması qənatinə gəlmişdir”.

73. İkinci apellyasiya baxışında kassasiya məhkəməsinin bu göstərişi lazımi şəkildə yerinə yetirilməmiş, həmin məsələ aydınlaşdırılmamışdır. Belə ki, apellyasiya kollegiyası göstərilən xüsusatın araşdırılması üçün Bakı Ağır Cinayəylər Məhkəməsinə və "xxxx" MMC-ə ünvan ladığı sorğularda Cavabdeh3 (Məmmədovanın) 2011-ci ildə aldığı iddia olunan Xırdalan şəhərindəki 50 m2 bir otaqlı mənzil barədə deyil, hazırkı işdə mübahisə predmeti olan Bakı şəhəri, 8 mkr, H.Hüseynov küçəsi, ev 13, mənzil 61 barədə məlumatların verilməsini xahiş etmişdir.

74. Nəticə etibarilə iş üzrə əhəmiyyət kəsb edən hal aydınlaşdırılmamış və apellyasiya məhkəməsi də bu xüsusata diqqət yetirmədən İddiaçı yeni təklifinə uyğun olaraq Cavabdeh3 (Məmmədovanın) istifadə hüququna xitam verilməsinə dair kompensasiya məbləğini dəyişdirməklə 5000 manat müəyyən etmişdir.

75. Halbuki, Cavabdeh3 (Məmmədovanın) 2011-ci ildə bağladığı müqavilə əsasında Xırdalan şəhərində mənzil əldə edib-etmədiyinə dair hal müəyyən olunmadan hazırkı mübahisə üzrə, o cümlədən kompensasiya məbləğinə dair yuxarıda gös tərilən nəticəyə gəlinməsi qanuni və əsaslı yanaşma hesab edilə bilməz.

76. Ona görə ki, Cavabdeh3 (Məmmədovanın) ayrı bir yaşayış sahəsi əldə etmədiyi təqdirdə onun mübahisəli mənzilə olan ehtiyacı aradan qalxmış sayılmır. Belə olan halda, onun istifadə hüququna ədalətli kompensasiya ödənilməklə xitam verilə bilər.

77. Əvvəlki kassasiya kollegiyası bu məsələ ilə bağlı qeyd etmişdi ki, “...bu kateqoriyadan olan işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, Binəqədi rayonunda yerləşən iki otaqlı mənzilə olan istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən təklif edilən kompensasiyaların məbləğləri təxminən 10.000-12.000 manat civarında olub, habelə keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüquq u isə bir qayda olaraq məhkəmənin qərarı əsasında 1-2 il müddətinədək saxlanılıb.”

78. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kompensasiya məbləğini müəyyənləşdirərkən qeyd olunanları da nəzərə almamış, sadalanan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutların qiymətləndirilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 55-59). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.

79. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına qaytarı lmalıdır.

80. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5384/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar