Məhkəmə qərarları › İş №2(102)-959/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-959/2024

01.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-959/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(103)202/2023 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ayrı-ayrıl ıqda verilmiş kassasiya şikayətləri üzrə işə 01 may 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şt-10 nömrəli, 27 fevral 2013-cü il tarixli əmri ilə Respublika X5 Kompleksinin direktoru vəzifəsinə işə qəbul edilmişdir.

2. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika Stend Atıcılığı üzrə İdman Kompleksinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması 10-12 fevral 2020-ci ildə başlanılmış və 13-18 fevral 2020-ci ildə başa çatmışdır. Aparılmış yoxlama zamanı çoxsaylı pozuntu halları aşkar edilmişdir. Belə ki işçilərin təhsil və iş təcrübəsi normalarına riayət edilməyərək rəhbərlik tərəfindən işə götürülməsi halları aşk ar edilmişdir. Yoxlama zamanı Kompleksin istifadəsində benzin yanacağı ilə işləyən avtomobillər olmadığı halda, benzin yanacağından istifadə ilə bağlı kassa çekləri təqdim olunmuşdur. Kompleksdə son 15 gün ərzində xronometraj aparılması üçün müşahidə kameralarına baxış keçirilməsinə Kompleksin müdiriyyəti və nəzarət xidməti şöbəsinin rəisi tərəfindən 18 fevral 2020-ci il tarixə kimi icazə verilməmişdir. Kompleksdə əsas vəsaitlərin və mal materialların dövriyyəsi barədə heç bir sənəd təqdim edilməmiş və kompleksdə alınan və kompleksə əvəzsiz verilən əsas vəsaitlər və mal materialların mədaxil və məxaric dövriyyəsini yoxlamaq mümkün olmamışdır. Gənclər və İdman Nazirliyi tərəfindən Respublika Stend Atıcılığı üzrə İdman Kompleksinə 2019-cu il üzrə təsdiq olunmuş xərclər smetasının gəlirlər hi ssəsində 440.000 manat nəzərdə tutulmuş və tam ödənmişdir. Lakin smetanın gəlirlər hissəsində Kompleks üzərinə düşən öhdəliklər cəmi 17447 manat vəsait icra edilmişdir və sair.

3. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işəgötürənin Şt-05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ŞT 05 nömrəl i, 18 fevral 2020-ci il tarixli əmrin ləğv edilməsi, onun X5 Kompleksinin direktoru vəzifəsinə işə bərpa edilməsi, işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, onun tərəfindən Kompleksin hesabına yatırdığı vəsait qismində 130.000 manat, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği qismində 1.500 manat, eləcə də mənəvi ziyana görə 15.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şt-10 nömrəli, 27 fevral 2013-cü il tarixli əmri ilə Respublik a X5 Kompleksinin direktoru vəzifəsinə işə qəbul edilmiş, Şt-05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı cavabdehi 2020-ci ilin fevral ayında məhkəməyə vermiş və məhkəmədən cavabdehin Şt-05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmrinin ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdehin qanuni təmsilçiləri ilə görüş keçirilmiş və həmin görüşdə əldə edilən razılığa əsasən o, iddiasını geri götürməli və cavabdeh onun barəsində verilən əmri dəyişərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə deyil, 69-cu maddəsi ilə (öz təşəbbüsü ilə) xitam verilməsi barədə razılıq əldə edilmişdir. Gö rüş zamanı əldə edilən razılığa əsasən o, iddia ərizəsini geri götürsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə dəyişiklik etməmişdir. Görüşdə əldə edilən razılığa əsasən o, əmrin dəyişməsi üçün dəfələrlə cavabdehin yüksək rütbəli məmurlarına müraciətlər etsə də keçmiş Nazirin səhhətində olan problemlərlə əlaqədar işə çıxmadığını və bu səbəbdən əmrdə dəyişiklik etmək imkanlarının olmadığını ona bildirmişdilər. Nəhayət, o yenidən məhkəməyə müraciət etmək üçün ilk növbədə mediasiya keçirilməsi üçün təkliflə cavabdehə yazılı müraciət etmiş, cavabdeh onun müraciətinə cavab vermədiyi üçün Mediasiya Şurasına mediasiyanın təşkili üçün müraciət etmişdir. Mediasiya Şurasının təyin etdiyi mediator tərəfindən tərəflərə bildiriş göndərilmiş və cava bdeh bu görüşə də gəlməmişdir. O, əmək fəaliyyətinə 2013-cü ildən başlasa da Respublika X5 Kompleksinin təmiri 2016-cı ildə yekunlaşdıqdan sonra faktiki fəaliyyətə başlamışdır. Qeyd etmək lazımdır ki, Kompleksdə təmir işləri cavabdeh tərəfindən təhkim edilmiş podratçı təşkilat tərəfindən aparılmış və podratın nəticəsi cavabdehə təqdim edilmişdir. Podratın nəticəsi onun tərəfindən qəbul edilməmişdir. O, 2017-ci ildən etibarən Kompleksdə olan çatışmazlıqlar barədə və çatışmazlıqların aradan qaldırılması üçün köməklik edilməsi üçün dəfələrlə cavabdehə və müxtəlif səlahiyyətli dövlət orqanlarına müraciətlər etmişdir.

6. Cavabdehin nümayəndəsi iddia tələblərinin tam əsassız olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək iddiaçının cavabdehə qarşı işə bərpa və sair tələbləri ilə bağlı bildirmişdir ki, iddia ərizəsində iddia müddətinin bərpası ilə bağlı Mülki Məcəllənin 382-ci maddəsinə istinad olunması əsassızdır. Belə ki iddiaçının şəxsiyyəti ilə bağlı halların (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və s.) heç biri onda müşahidə edilməmiş, bu barədə heç bir sübut təqdim olunmamışdır. Mülki hüquqda iddia və kəsici müddətlər fərqləndirilir. Bu mülki hüquqların həyata keçirilməsi müddətidir ki, qanunverici yalnız bu müddət ərzində şəxsə öz pozulmuş hüquqlarının bərpa olunması üçün imkan tanıyır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşka r etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının əmək fəaliyyətinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 18 fevral 2020-ci il tarixli, Şt-05 saylı əmri ilə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. 17 mart 2020-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərkən artıq əmri, əmək kitabçasının notarial qayda da təsdiq olunmuş surətlərini iddia ərizəsinə əlavə etmişdir. Bu onun artıq hüququnun pozulmasının aşkar edildiyi gündən xəbərdar olmasını sübut etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(005)-1893/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 14 fevral 2022-ci il tarixli, 2(005)-373/2022 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi nə işəgötürənin 19 fevral 2020-ci il tarixli, 17 saylı əmri ilə xitam verilmişdir. İddiaçı isə 17 mart 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsinə işdən çıxma haqqında əmrin surətini də əlavə etmişdir. Bu da sübut edir ki, iddiaçı ilk dəfə məhkəməyə müraciət edərkən hüquqlarının pozulması barədə məlumatlı olmuşdur. Qeyd edilən iddia birinci instansiya məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(005)-1893/2020 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırkı iddia ərizəsi ilə isə məhkəməyə 28 oktyabr 2021-ci il tarixdə müraciət edilmiş və bununla da Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbləri pozulmuşdur.

9. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranm ış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bununla da iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək mövcud iddia tələbləri rədd edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 3, 42.1, 45, 47, 56.2, 287, 288, 288-ci maddənin “ğ” bəndinə, 292, 296-cı maddəsinin 5-ci bən dinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, əmək müqaviləsinə xitam verilməsi barədə iddia ərizəsini məhkəməyə vaxtında təqdim etmiş və birinci instansiya məhkəməsində tərəflər arasında olan razılığa əsasən o, iddia ərizəsini geri götürdükdən sonra cavabdeh onun əmək müqaviləsinə xitam vermənin əsası olmuş əmri dəyişməyi öhdəsinə götürmüşdür. Bu hal mülki işin mübahisəsiz halıdır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələblə rinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi o, hüquqlarının müdafiəsi üçün məhkəməyə vaxtında müraciət etmiş, cavabdeh onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrinə dəyişiklik etmək barədə öhdəlik götürdüyü üçün iddiasını geri götürmüşdür. Lakin dövlət orqanının vəzifəli şəxsinə etibar edərək iddiasını geri götürdüyü halda onu aldadaraq əmrinə dəyişiklik etməmək, əksinə iddia müddəti tətbiq etməklə iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmək nəinki Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Respublikasının adından qətnamə qəbul edən birinci instansiya məhkəməsi tərəfindən dövlətin nüfuzuna ləkə gətirən kobud qa nun pozuntusu hesab edilməlidir. Cavabdehin onu aldatması iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi kimi qiymətləndirilməməlidir. Belə ki Mülki Məcəllənin 382-ci maddəsində və Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edildiyi kimi obyektiv hal hesab edilərək mahiyyəti üzrə işə baxılmalıdır. Məhkəməyə iddia ərizəsi vaxtında irəli sürülmüş, cavabdeh tərəfindən onu təmin edən tələbin yerinə yetiriləcəyi barədə öhdəlik götürülmüşdür. Belə olan halda iddia müddətinin axımı kəsilməlidir. Həmçinin cavabdehin təqdim etdiyi arayışda ona olan borcun bir qismi etiraf olunmuşdur. Belə olan halda iddia müddəti tətbiq edilə bilməz. Birincisi, bu məbləğin geri tələb edilməsi işəgötürənin işçiyə vurduğu maddi ziyan kimi qiymətləndirilməməlidir. Belə ki onun tərəfindən verilən borc işəgötürənin vurduğ u maddi ziyan kimi qiymətləndirilə bilməz və o, 2020-ci ilin dekabr ayında və 2021-ci ilin yanvar ayında cavabdehə müraciət edərək Kompleksə yatırdığı pul vəsaitlərini geri tələb etmişdir. Cavabdeh onun müraciətlərinə 20 may 2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Kompleksin onun qarşınızda hər hansı bir borcunu müəyyən etmək mümkün olmamışdır. Belə olan halda onun pulunu geri tələb etmək üçün müddət 20 may 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa cavabdeh təqdim etdiyi arayışda cavabdehin ona 39.020 manat borcunun olduğunu etiraf etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 may 2022-ci il tarixli, (103)3624/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir, lakin 08 sentyabr 2023-cü il tarixli məktubla məhkəmə ekper tizasının aparılmasından imtina edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiya məhkəməsi) 18 oktyabr 2023-cü il tarixli, 2(103)-202/2023 saylı qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)-373/2022 saylı qətnaməsi kompleksin hesabına yatırdığı vəsait qismində 130.000 manatın və məhkəmə xərclərinin tutulmasının təmin edilməyən hissələrində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissələrdə qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 39.020 manat və ödənilmiş dövlət rüsumuna görə 98 manat, cəmi 39118 manat pulun tutulması qət edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası işdə olan sübutlara əsasən hesab etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində, habelə həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndində nəzərdə tutulan kobud əmək pozuntusuna yol verməsi mülki iş materialları ilə istisna olunmamışdır. Belə ki işin bu halları aparılmış araşdırmalar nəticəsində öz təsdiqini tapmışdır. Buna görə də əmrin verilməsi qanuni olmuşdur.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə iddia müddətinin ötürülməsi ilə əlaqədar mübahisələndirilən əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi ilə bağlı hissədə iddia müddətini tətbiq etməklə iddia tələbini rədd e dərkən düzgün hüquqi nəticəyə gəlsə də qeyd olunan əsasla iddia tələbinin Kompleksin hesabına yatırdığı vəsait qismində 130.000 manatın və məhkəmə xərcləri ilə bağlı hissələrdə təmin edilməməsi qanuni və əsaslı olmamışdır.

18. Belə ki əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzin də səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən 06 aprel 2020-ci ildə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edilmiş və iddia ərizəsinə işdən çıxma haqqında əmrin surəti əlavə edilmişdir. Bu da sübut etmişdir ki, iddiaçı ilk dəfə məhkəməyə müraciət edərkən hüquqlarının pozulması barədə məlumatlı olmuşdur. Qeyd edilən iddia birinci instansiya məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(005)-1893/2020 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırkı iddia ərizəsi ilə isə məhkəməyə 28 oktyabr 2021-ci il tarixdə, 1 ildən artıq müddət keçdikdən sonra müraciət etmiş və bununla da iddiaçı əmək müqaviləsinə xitam veril məsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbləri üzrə bir aylıq iddia müddətini ötürmüş, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Hazırkı halda iddia birinci instansiya məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(005)1893/2020 saylı qərardadı ilə baxılmamış saxlanıldığı üçün iddia müddətinin axımı iddiaçının 2(005)-1893/2020 saylı mülki iş üzrə birinci instansiya məhkəməsinin müraciət etdiyi vaxt dan davam etmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddianın baxılmamış saxlanılmasına görə cavabdeh tərəfindən aldadıldığını qeyd etsə də bu hal birinci instansiya məhkəməsinin sözügedən qərardadı və iş materialları ilə öz təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar təqdim olunmamışdır.

22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı iddia tələbinin təmin edilməməsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

23. Məhkəmə kollegiyası iddia tələbinin X5 Kompleksinin hesabına yatırdığı vəsait qismində 130.000 manat vəsaitin cavabdehdən tutulması ilə bağlı hissəsinə mün asibətdə isə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı bir neçə dəfə cavabdehə yazılı müraciətlər edərək X2 direktor işlədiyi dövrdə Kompleksin fəaliyyətsizliyini təmin etmək üçün yatırdığı şəxsi vəsaitini geri ödəməyi tələb etmiş, lakin iddiaçı işdən çıxarkən təhvil-təslimdə iştirak etməməsi səbəbindən vəsaitin geri qaytarılmasından imtina olunmuşdur.

24. Həmçinin iddiaçının gördüyü işlərin cavabdeh tərəfindən bəyənilməməsi və ya iddiaçı tərəfindən görülmüş işlərin lazimi qaydada aparılmaması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir etiraz olmamışdır. Əksinə, cavabdeh iddiaçının müraciətlərinə “təhvil-təslimdə iştirak etməmiş olduğuna” görə vəsaiti qaytarmaqdan imtina edirsə, bir növ “iştirak etsə idi qaytarılardı” deməklə iddiaçı tərəfindən görülmüş işlərin bəyənildiyi məzmunda ir adə ifadəsi ortaya qoymuşdur.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Stend Atıcılığı üzrə İdman Kompleksinin birinci instansiya məhkəməsinə ünvanladığı 31 yanvar 2022-ci il tarixli, 05/22 saylı məktuba əsasən İddiaçı Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsində çalışdığı 27 noyabr 2012 - 18 fevral 2020-ci il tarixlərdə kassa hesabına kassa mədaxil orderlərinə əsasən öz adından bir neçə dəfə vəsait qoymuşdur, həmçinin kassa məxaric orderlərinə əsasən bir neçə dəfə vəsait götürmüşdür. Mədaxil və məxaric olunan vəsait aşağıda göstərildiyi formada kassa sənədlərində öz əksini tapmışdır. Belə ki mart 2013-cü ildə 38750,0 manat, fevral 2016-cı ildə 1145,0 manat, iyun 2016-cı ildə 300 manat, oktyabr 2016-cı ildə 4670,0 mana t məbləğlərində pul vəsaitləri qoyulmuş, iyul 2015-ci ildə 1500 manat, iyul 2016-cı ildə 1145,0 manat, fevral 2018-ci ildə 3200 manat götürülmüşdür. Qeyd olunan məktublarla da müəyyən olunmuşdur ki, qalıq, yəni iddiaçı tərəfindən götürülməmiş vəsait 39.020 manat təşkil etmişdir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Özgə işlərini tapşırıqsız aparma qanundan irəli gələn tələb olmaqla həmin tələblər üzrə ümumi iddia müddəti 10 il təşkil edir.

27. Beləliklə, məhkəmə kollegiyası özgə işlərini tapşırıqsız aparma ilə bağlı qanunvericiliyin normalarına əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının Kompleksin hesabına yatırdığı vəsait qismində 130.000 manat pul tələb edilməsi ilə bağlı iddia tələbi qanund an irəli gəlməklə qeyd olunan tələb üzrə iddia müddəti on il olduğundan iddia müddətinin keçməsi ilə əlaqədar birinci instansiya məhkəməsi iddianı qeyd olunan hissədə rədd edərkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır və məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlməmişdir.

28. Buna görə də məhkəmə kollegiya hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə Stend Atıcılığı üzrə İdman Kompleksinin birinci instansiya məhkəməsinə ünvanladığı 31 yanvar 2022-ci il tarixli, 05/22 saylı məktubda qalıq vəsait kimi qeyd olunmuş 39.020 manat vəsait tutulmalıdır.

29. İddianın mənəvi zərərlə bağlı hissəsinə qiymət verən məhkəmə kollegiyası qeyd etmişd ir ki, qanunvericinin mövqeyinə görə mənəvi zərərin vurulmasını iddia edən tərəf, fiziki və mənəvi sarsıntı keçirmələrini və bunların cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqənin olduğunu sübuta yetirməlidir. İddiaçı isə bununla bağlı sübutları təqdim etməmişdir. Həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin təmin edilməsi üçün xüsusi norma olaraq Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində göstərilən əsaslar da müəyyən olunmamışdır.

30. Dövlət rüsumu ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 437 manat dövlət rüsumunun 98 manatı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda iddiaçının vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği qismində 1500 manatın cavabdehdən tutulması ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi məbləğdə xərc çəkməsi ilə əlaqədar hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.

31. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 324.2, 324.4. 337.1. 337.2-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05 avqust 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

32. Birinci instansiya məhkəməsinin Qətnaməsindən həm iddiaçı, həm də cavabdeh ayrıayrılıqda kassasiya şikayətləri vermişlər.

33. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, cavabdehdən onun xeyrinə 39.020 manat pul və ödənilməmiş dövlət rüsumuna görə 98 manat, cəmi 39.118 manat pulun tutulması hissəsində dəyişdirmədən saxlayıb, qalan hissədə ləğv edilərək iddianın tam təmin olunması məqsədi ilə mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmə si barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Kompleksin hesabına yatırdığı 130.000 manat pul vəsaitinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Mülki iş materialları bir ildən artıq müddətdə ekspertizada qalmış, ekspert bir neçə dəfə vəsatətlə müraciət edərək rəy verilməsi üçün zəruri sənədlərin verilməsini tələb etmişdir. Lakin cavabdeh tələb edilən sənədləri bilərəkdən təqdim etməkdən yayınmışdır. Onun müxtəlif dövlət orqanlarına yazdığı şikayətlərinin nəticəsində cavabdeh müxtəlif sənədlər təqdim etsə də, ekspert rəyinin verilməsi üçün tələb edilən sənədləri verməmişdir. Cavabdeh 602 səhifə sənəd təqdim etdiyi halda bank çıxarışlarını təqdim etməməsi onun eksperti yayındırmaq məqsədi daşıd ığını aşkar şəkildə sübut etmişdir. Məhz bank hesabından çıxarışlar təqdim edilmiş olsa onun tərəfindən Kompleksin hesabına yatırılan məbləğlər öz təsdiqini tapa bilərdi. Xüsusilə qeyd etmək lazımdır ki, cavabdehin təqdim etdiyi sənədlər hətta özünün etiraf etdiyi ona olan 39.020 manat borc məbləğini sübut edə bilməmişdir. Belə olan halda sübut edilir ki, cavabdeh bilərəkdən 1 ildən artıq müddətdə sənədləri təqdim etməməklə, nəhayət onun şikayətlərindən sonra təqdim etdiyi yarımçıq sənədlər həqiqəti gizlətmək məqsədi ilə edilmişdir. Bu halda apellyasiya instansiyası məhkəməsi qətnamənin 67-ci bəndində tamamilə qərəzli mövqe sərgiləyərək guya cavabdehin onda olan bütün sənədləri təqdim etdiyi üçün Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərinin pozulmadığını bildirmişdir. O, eks pert tərəfindən tələb edilən sənədlərin cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi üçün zəruri tədbirlər görülməsi xahişi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə təəssüf ki, iddiaçının bu qanuni tələbini yerinə yetirməmiş, cavabdehin həmin sənədləri təqdim etməsi istiqamətində qanunvericiliklə tələb edilən tədbirləri görməmişdir. Həmçinin, ekspertin tələb etdiyi sənədlərin cavabdeh tərəfindən ekspertizaya təqdim edilməməsi faktına apellyasiya instansiyası məhkəməsi heç bir mövqe bildirməmişdir. Odur ki apellyasiya məhkəməsi tərəfindən cavabdehin qanunsuz hərəkətsizliyinə münasibət bildirilməməsi nəticəsində prosessual hüquq normaları pozulmuşdur.

35. Cavabdeh (Vəkil X1) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilmiş 39.020 manat hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin iddiaçının işəgötürənə verdiyini iddia etdiyi (yəni X4 münasibətdə qeyd etdiyi 130.000 manat) vəsaitin ona qaytarılması hissəsində maddi hüquq normasını tamamilə pozmuşdur. Belə ki apellyasiya instansiyası məhkəməsi sözügedən pul tələbini müvafiq mülki mübahisə kimi, yəni qətnamədə göstərdiyi özgə işlərini tapşırıqsız icra etməsi kimi qəbul edirdisə onda buna hazırkı iddia çərçivəsində baxmamalı və həmin hissədə iddianı baxılmamış saxlamalı idi. Digər tərəfdən iddiaçının bir illik sözügedən iddia müddətini ötürməsi həm birinci in stansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi özü ziddiyyətli qətnamə qəbul etməklə iddia müddətinin ötürülməsini nəzərə almadan iddianın təmin edilmiş hissəsində səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tələbləri pozulmuş, cavabdehin dəlilləri üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamış və nəticədə cavabdehin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququ pozulmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

38. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

39. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

40. Maddə 72 (“c”bəndi). İşçi tərəfindən təqsirli hərə kətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

41. Maddə 186 ( 1-ci hissə). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

42. Maddə 186 (2-ci hissəsinin “ç” bəndi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh n övlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.

43. Maddə 296 ( 2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

44. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

45. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, hə mçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

46. Maddə

311. İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan apar an şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

48. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.

49. Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

50. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

51. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

52. Maddə 381.1.Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış idd ia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin əsaslılığı iddiaçının kassasiya şikayətində iddianın rədd olunan hissəsində, cavabdehin kassasiya şikayətində isə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamə tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

65. Kassasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində istisna olmaqla apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddianın rədd olunan hissələrində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı əmək mübahisəsində düzgün tətbiq edib.

66. Ona görə də kassasiya instansiyası məhkəməsi iddianın rədd olunan hissələrində əlavə a raşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissələrində dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

67. İddianın təmin olunan hissəsinə, habelə cavabdehin kassasiya şikayətinin dəlillərinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə iddianı təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub və maddi hüquq normalarının təfsirində səhvə yol verib.

68. Belə ki cavabdehin 31 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı cavabdehin Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsində çalışdığı 27 noyabr 2012-ci ildən 18 fevral 2020-ci il tarixədək olan dövrdə kassa mədaxil orderlərinə əs asən öz adından Kompleksə 2013-cü ilin mart ayında 38.750 manat; 2016-cı ilin fevral ayında 1.145 manat; 2016-cı ilin iyun ayında 300 manat; 2016-cı ilin oktyabr ayında 4.670 manat məbləğində vəsait qoyub; Kompleksdən isə 2015-ci ilin iyul ayında 1.500 manat; 2016-cı ilin iyul ayında 1.145 manat; 2018-ci ilin fevral ayında 3.200 manat məbləğində vəsait götürüb.

69. Əvvəla, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1087.1-ci və 1090.1-ci maddələrinin tələblərini hazırkı əmək mübahisəsinə tətbiq edərkən Əmək Məcəlləsinin 1-ci, 2-ci, 3-cü maddələrinin, habelə Mülki Məcəllənin 2.3-cü maddəsinin tələblərini nəzərə almayıb. Belə ki, sözügedən normaların mənasına görə, mülki qanunvericilik əmək münasibətlərində yalnız subsidiar olaraq tətbiq oluna bilər. Yəni ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənə bilir.

70. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1087.1, 1090.1ci maddələrinin təfsirində də səhvə yol verib və iddiaçının tapşırıqsız cavabdehin işlərini apardığı nəticəsinə gəlsə də tapşırıqsız aparılmış işlərin nədən ibarət olması ilə bağlı heç bir araşdırma aparmayıb. Halbuki sözügedən normaların mənasına görə tapşırıqsız özgə işlərinin aparılması dedikdə - sahibkarın işlərinin ondan heç bir tapşırıq almadan və ya digər əsas olmadan kənar şəxs tərəfindən aparılma sı anlaşılır. Başqa sözlə özgə işlərini tapşırıqsız aparma sahibkarın xəbəri və razılığı olmadan ona aid olan işin başqa şəxs tərəfindən aparılmasından ibarətdir.

71. Bundan başqa Mülki Məcəllənin 1090-cı maddəsinin mənasına görə özgə işlərinin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun olmalıdır. Özgə işləri bu tələblərə uyğun həyata keçirildikdə icraçı çəkmiş olduğu xərclərin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Şübhəsizdir ki, aparılmış işlərin sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə müvafiq aparılması onun özü tərəfindən də təsdiqlənməlidir.

72. Belə ki yuxarıda şərh olunan maddələrdə nəzərdə tutulduğu kimi işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmədikdə bir qayda olaraq icraçı x ərclərin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilməz. Bu ümumi qaydadan belə bir istisna nəzərdə tutulmuşdur ki, işlərin aparılmağa qəbul edilməsi sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmədikdə belə işlərin aparılması prosesində o, varlanmış olarsa, icraçı xərclərin ödənilməsini və öhdəliklərdən azad edilməsini tələb edə bilər.

73. Özgə işlərinin aparılmasında icraçının əsas vəzifəsi Mülki Məcəllənin 1087.1-ci maddəsinə əsasən onun vicdanla aparmaqdır. İcraçı tapşırıqsız olaraq sahibkarın işini onun mənafeyinə və ehtimal olunan istəyinə uyğun olaraq apararkən lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, işin gözlənilən nəticə ilə qurtarmaması icraçını xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb etmək hüququndan məhrum etmir. B elə halda işin gözlənilən nəticə ilə qurtarmaması vicdanla hərəkət etmiş icraçıdan asılı olmayan səbəblərdən baş verir.

74. Şərh olunan maddələrdə nəzərdə tutulduğu kimi bu halda tapşırıqsız aparılmış iş sahibkarın şəxsi mənafeyinə və ehtimal olunan istəyinə deyil, ictimai marağa uyğun olmalıdır. Qeyd olunan maddələrin bu müddəası sahibkarın şəxsi mənafeyi və ehtimal olunan istəyi ilə onun icra etməli olduğu ictimai vəzifəsi arasında hansısa uyğunsuzluq olduqda tətbiq edilir.

75. İşdən görünür ki, tərəflər arasında əmək münasibətləri olub və iddiaçı 27 noyabr 2012-ci ildən 18 fevral 2020-ci il tarixədək cavabdehin X5 Kompleksinin direktoru vəzifəsində işləyib və işəgötürənin 18 fevral 2020-ci il tarixli, Şt-05 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci madd əsinin “ç” bəndinə əsasən xitam verilib.

76. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən İdman Kompleksinə sözügedən pul vəsaitinin hansı məqsəd üçün, hansı müddətə qoyulduğunu, ümumiyyətlə həmin vəsaitin təyinatını, orada həmin vəsait hesabına iddiaçı tərəfindən hansı işlərin görüldüyünü, görülmüş işlərin cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun olub-olmadığını araşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən sözügedən sualları aydınlaşdırmaq üçün müvafiq ekspertizalar keçirib əsaslandırılmış rəylər almadan, yalnız iddiaçının irəli sürdüyü arqumentlərə əsaslanaraq iddianı qeyd olunan hissədə təmin edib və nəzərə almayıb ki, sözügedən normaların mənasına görə, özgə işlərinin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun olmalıdır. Öz gə işləri yalnız bu tələblərə uyğun həyata keçirildikdə icraçı çəkmiş olduğu xərclərin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər.

77. Ona görə də kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə hüquqi əsaslandırması ilə razılaşmır və hesab edir ki, ehtimal olunan işlərin aparılmağa qəbul edilməsi cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmədikdə belə işlərin aparılması prosesində və nəticəsində cavabdeh həqiqətən varlanmış olarsa, iddiaçı həmin xərclərin ödənilməsini “Özgə işlərin tapşırıqsız aparılmasını” tənzimləyən Mülki Məcəllənin 1087.1, 1090.1-ci maddələrinin tələblərinə əsasən deyil, “Əsassız varlanmanı” tənzimləyən Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddələrinin tələblərinə uyğun olaraq ge ri tələb etməlidir.

78. Belə ki sözügedən normaların mənasına görə tərəflər arasında etibarlı müqavilə münasibətləri olmadığından hazırkı iddia tələbinin hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələri ilə bağlı müddəaların tələbləri baxımından araşdırıla bilər.

79. Əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün işə baxan məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: birincisi, cavabdehin əmlak əldə etməsi; ikincisi, həmin əmlakın iddiaçının əmlakı hesabına əldə olunması; üçüncüsü, bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsas hesab olunur.

80. Eyni zamanda iddiaçının sözügedən pul vəsaitini İdman Kompleksinə hansı müddətə qoymasını mülki iş materialları ilə müəyyən etmək mümkün deyil və iddiaçı sonuncu dəfə İdman Kompleksinin kassasından 2018-ci ilin fevral ayında 3.200 manat pul götürmüşdür.

81. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

82. Göründüyü kimi əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyən edilib.

83. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edil ir.

84. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

85. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 373.1-ci maddəsində nəzərdə tutulan on illik iddia müddətinə istinad edərək özgə işlərini tapşırıqsız aparma münasibətlərindən irəli gələn tələblərə on illik iddia müddətini tətbiq edib, iddianı qeyd olunan hissədə təmin edərkən, gəldiyi nəticəni yuxarıda sadalanan normaların tələbləri baxımından lazımi şəkildə araşdırmayıb və Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun pozulduğu məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşməsi ni nəzərə almayıb.

86. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iddia olunan pul vəsaitinə aid hissədə tərəflər arasında əmələ gəlmiş münasibətlərə aydınlıq gətirilməli və yalnız bundan sonra iddiaçının öz hüququnun pozulduğunu nə vaxtdan bildiyi və ya bilməli olduğu gün müəyyən olunmalı və iddiaçının iddia müddətini ötürüb-ötürməməsi məsələsinə düzgün hüquqi qiymət verilməlidir. Həmçinin ödənilmiş dövlət rüsumu cavabdehdən iddianın təmin olunan hissəsində tutulduğundan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu hissədə də ləğv edilməlidir.

87. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hes ab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 88. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub.

89. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

90. Kassa siya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, cavabdehin kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - cavabdehdən iddiaçının xeyrinə 39.020 manat, ödənilmiş dövlət rüsumuna görə 98 manat, cəmi 39.118 manat pulun tutulması hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalı və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalılır.

91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini n tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(103)-202/2023 saylı qətnaməsi qismən - cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən İddiaçı xeyrinə 39.020 manat, ödənilmiş dövlət rüsumuna görə 98 manat, cəmi 39.118 manat pulun tutulması hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən, İddiaçı kassasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar