Məhkəmə qərarları › İş №2(102)-96/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-96/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-96/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh1 qarşı iddia tələbinə dair QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Nümayəndə xxx oğlunun, cavabdehin vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4280/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat X2 (bundan sonra – iddiaçı) Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 8000 manat və 20000 ABŞ dolları məbləğində borc pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə qohumluq əlaqələri vardır. 2014-cü ildə cavabdeh ona kommersiya işləri ilə məşğul olduğunu, pul vəsaitinə ehtiyacı olduğunu bildirmişdir. Bir müddət sonra cavabdeh ona özünə məxsus olan obyektləri göstərmiş və ondan onları işlətmək üçün borc pul verməyi xahiş etmişdir. Cavabdehin səmimiliyinə inanaraq 2014-cü ilin dekabr ayında cavabdehə 10000 manat borc pul vermişdir. Cavabdeh aldığı pulu ildə 2000 manat olmaqla qaytarması barədə yazılı qeyd vermişdir. Həmin pulun yalnız 2000 manatını 2016-cı ildə dayısı xxxxx vəfat edərkən onun göstərişi ilə həyat yoldaşına vermişdir. Bir dəfə də oğlu vasitəsi ilə devalvasiya nəticəsi olaraq 200 ABŞ dolları göndərmişdir. Sonradan 2015-ci ilin noyabr ayında kommersiyanı genişləndirmək üçün yenidən 20000 ABŞ dolları borc istəmişdir. Cavabdehdən devalvasiya olduğunu, bunu necə kompensasiya edəcəyini soruşmuş, sonuncu kompensasiyanı aylıq bir faizlə hesablayacağını bildirmişdir. Göstərilən qaydada razılaşaraq 20000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Cavabdeh birinci instansiya məhkə məsində verdiyi izahatında göstərmişdir ki, iddiaçıya olan borcunu qaytarmışdır. Hazırda iddiaçının tələb etdiyi pul faiz borcudur. İddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra ona 200 manat pul ödəmişdir. Cavabdeh iddiaçıya borcunun olmadığını qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(021)2626/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Allahverdiyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 20000 ABŞ dolları icra olunduğu günə Azərbaycan manatı ekvivalentində, 7800 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi xx xxxxxx 2014-cü il tarixli və xx xxxxxx 2015-ci il tarixli yazılı qeydlərə istinad edərək göstərmişdir ki, cavabdeh iddiaçıdan aldığı borc məbləğlərini qaytardığını qeyd etsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Geyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin iddia qaldırıldıqdan sonra 200 manat ödəməsi nəzərə alınaraq iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2, 324.1, 324.2, 324.4, 329.3, 385, 427.3, 442, 739.1, 739.2, 740.1, 740.2, 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-4280/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və Ş.Əliyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh məhkəmədə iddiaçıdan qeydlərdə göstərilmiş məbləğlərdə borc aldığını etiraf etmiş, ona görə aldığı borcu qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. Cavabdeh isə bu halı təsdiq edə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385, 739.1, 739.2-ci maddələrinə, MPM-nin 14.2, 76.1, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdı r ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin bütün faktiki hallarını araşdırmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kassator şikayətində qeyd etmişdir ki, cavabdeh iddiaçıdan borc pul aldığını inkar etmir, lakin aldığı pulu geri qaytarmışdır. 2014-cü ildə aldığı 10000 manat pulu iddiaçıya qaytarmadığı halda, iddiaçının 2015-ci ildə yenidən cavabdehə yüksək məbləğdə pul verməsi ağlabatan deyildir. İddiaçının hazırda tələb etdiyi pul faiz borcudur. İşin qeyd olunan halı iddiaçıyla aparılan və cavabdeh tərəfindən yazısı saxlanılmış telefon danışığı ilə təsdiq olunur. Lakin məhkəmələr həmin telefon danışığı əks olunan diski sübut kimi qəbul etməkdən imtina etmişlər. Cavabdeh iddiaçıya inandığı üçün ona etdiyi ödənişlərə dair qəbz almamı şdır. İddia ərizəsində göstərilməsə də, iddiaçı onun qaytardığı pulu faiz borca hesablamışdır. Hazırda da iddiaçı yaxın qohumuna yüksək faizlə borc pul verdiyini etiraf edə bilmədiyinə görə, cavabdehin guya borcunu qaytarmadığını iddia edir. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 37, 385.1, 386.1, 389.1, 390.1, 404.1, 421.2, 423.1, 423.2, 742.1, MPM-nin 14.2, 76.1, 88, 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740-cı maddə). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmal ıdır. Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4280/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar