Məhkəmə qərarları › İş №2(102)-960/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-960/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-960/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aktın ləğvi və borc məbləğinin silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9647/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İ şin halları 0285066 saylı, 31.05.2020-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, X1, X.Vəliyev küç., 2d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 194.40 manat dəymiş ziyan hesablanmışdır. 0929999 saylı, 01.03.2016-cı il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, X1, X.Vəliyev küç., 2d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 194.40 manat dəymiş ziyan hesablanmışdır. 0103113 saylı, 18.03.2016-cı il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, X1, X.Vəliyev küç., 2d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edil miş və 38.90 manat dəymiş ziyan hesablanmışdır. 0104557 saylı, 08.09.2016-cı il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, X1, X.Vəliyev küç., 2d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 172.80 manat dəymiş ziyan hesablanmışdır. 0281122 saylı, 30.03.2020-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, X1, X.Vəliyev küç., 2d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 295.20 manat dəymiş ziyan hesablanmışdır. 0300908 saylı, 31.01.2020-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, X1, X.Vəliyev küç., 2d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğac dan kənar istifadə etdiyi aşkar edilmiş və 194.40 manat dəymiş ziyan hesablanmışdır. 0285095 saylı, 30.06.2020-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, X1, X.Vəliyev küç., 2d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 194.40 manat dəymiş ziyan hesablanmışdır. 0285066 saylı, 31.05.2020-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, X1, X.Vəliyev küç., 2d ünvanda qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 194.40 manat dəymiş ziyan hesablanmışdır. 0287937 saylı, 30.07.2020-ci il tarixli aktın surətindən görünür ki, Sabunçu rayonu, X1, X.Vəliyev küç., 2d ünvanda qaz sayğacına baxış keçirilən zaman abone ntin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş və 194.40 manat dəymiş ziyan hesablanmışdır. Abonent saldosundan görünür ki, Sabunçu rayonu, X1, X.Vəliyev küç., 2d ünvanda yaşayan İddiaçı təbii qazın istehlak edilməsi və qazdan istifadə qaydalarının pozulmasına görə cəmi 7607,90 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı aktın ləğvi və akt əsasında tətbiq edilmiş məbləğin hesab kodundan silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən tərtib olunmuş aktların ləğvi və hesab koduna əsassız tətbiq edilmiş 7607,90 manat məbləğin hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılm ışdır ki, cavabdeh "Azəriqaz"' İB-in nümayəndələri tərəfindən 2011-ci ilin oktyabr ayından 2020-ci ilin avqust ayına qədər ona məxsus Sabunçu rayonu, X1, X.Vəliyev küçəsi, 2d ünvanında onun iştirakı olmadan evin qaz təsərrüfatına baxış keçirilmişdir. Baxış zamanı "Azəriqaz" İB-in nümayəndələri tərəfindən təbii qazdan sayğacdan kənar rezin boru vasitəsi ilə qeyri-qanuni istifadə olunması barədə göstərilən illər ərzində akt tərtib edilmiş qeyd olunan ünvanın hesab koduna ümumilikdə 7607,90 manat heç bir əsas olmadan dəymiş ziyan hesablanmışdır. Cavabdeh İB tərəfindən 2010-cu ildən 2020-ci ilədək həmin ünvana hesablanmış itirilmiş qaza görə 7607,90 manat dəymiş ziyan tam əsassızdır. Belə ki, qeyd olunan ünvanda neçə illərdi yaşayış olmadığından heç bir qazdan istifadə olunmamışdır. Eyni zaman da qeyd etmək istəyir ki, həmin ünvana 10.10.2016-cı il tarixdə “Azəriqaz" İB-nin nümayəndələri tərəfindən G-4 markalı 1602AZ**********26 saylı smart kart tipli qaz sayğacı qoyulmuşdur. Lakin həmin evdə yaşayış olmadığından sayğac 000 m.3 qalmışdır. Bunu orada yaşayan qonşularda təsdiq edə bilər ki, həmin ünvanda neçə illərdir ki, yaşayış olmamışdır. Bu 10 il ərzində akt tərtib edilərkən onun iştirakı, xəbəri olmamış, aktda imzası olmadan tərtib edilmişdir. Qeyd etmək istəyir ki, əgər təbii qazdan qeyri-qanuni istifadə var idisə nəyə görə Cavabdeh İB tərəfindən bu barədə aidiyyəti üzrə polis orqanına müraciət olunmamışdır. Nəyə görə həmin evin təbii qaz təhcizatı QİS-nin qəza xidməti tərəfindən qaynaqla kəsilməmiş və akt tərtib olunmamışdır. Əgər bu 10 il ərzində əgər təbii qazdan qeyri-qa nuni istifadə olmuşdursa, nəyə görə məhkəməyə müraciət edilməmişdir. Nəzərə çatdırır ki, müqavilədən irəli gələn iddia müddəti 3 ildir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş № 2(008)-6341/2020) iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə İddiaçı adına Sabunçu rayonu, X1, X.Vəliyev küçəsi, 2d ünvana dair **********00780 saylı abonent kodu üzrə əsassız hesablanmış 7355.90 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən qeyd olunan ünvanda təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda sayğacdan kənar təbii qaz xətti aşkar olunduğu qeyd edilmiş və akt Cavabdeh İB-nin nümayəndələri tərəfindən imzalanmışdır. Həmin aktlar əsasında itirilmiş qazın həcmi müəyyən edilərək hesablanmış borc məbləğinin ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçıya aid sayğacdan kənar təbii qaz xəttinin olduğunu sübut etmək cavabdehin üzərinə düşməsinə baxmayaraq cavabdeh iddiaçıya aid sayğacdan kənar təbii qaz xəttinin olmasını təsdiq edəcək sübutlar təqdim edə bilməmişdir. Belə ki, cavabdehin təqdim etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış və cavabdeh tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən halın mövcud olmasını sübut etmək üçün bir tərəfin (yəni cavabdehin) iradə ifadəsi yetərli deyildir. Cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nın maraqlarına zidd çıxarılmış müvafiq məhkəmə qətnaməsi ilə Cavabdeh İB-nın hüquq və mənafeyi pozulmuşdur. Bu səbəbdən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6341/2020 saylı 25.11.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin surəti və ya hər hansı məhkəmə bildirişi Cavabdeh İB-nin hüquqi ünvanına göndə rilmədiyindən iş üzrə məhkəmə iclaslarından xəbərsiz olmuşdur. Məhkəmə tərəfindən “tərəflərin çəkişmə prinsipi” pozulmuşdur. Sabunçu Rayon Məhkəməsində müvafiq iş üzrə iddia tələbinə birtərəfli qaydada baxılarkən, məhkəmə, tərəflər arasında mövcud olan 2(005)-2757/2020 saylı 20.10.2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsini nəzərə almamışdır. İddiaçı vaxtilə qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazı talamış olduğundan tərəfdən onun qeydiyyatda olduğu yer üzrə "dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia tələbi irəli sürülmüş və tələbləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq qətnamə qəbul edilməklə tam təmin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 25.11.2020-ci il tarixli 2(008)-6341/2020 say lı qətnamə günü bugünə kimi hələ də Cavabdeh İB-yə göndərilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov, iş № 2(103)-9647/2021) Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6341/2020 saylı 25 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh apellyasiya şikayətində tərəflər arasında mövcud olan 2(005)-2757/2020 saylı 20.10.2020-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin məhkəmə tərəfindən nəzərə alınmadığını qeyd etsə də, kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini əsas lı hesab etmir. Belə ki, iddia tələbindən görünür ki, hazırki iş üzrə iddiaçının silinməsi tələb etdiyi borc ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, X1, X.Vəliyev küç., 2d ünvanda yerləşən mənzilə quraşdırılmış abonent kodu **********00780 saylı sayğaca hesablanmış borc, cavabdehin istinad etdiyi qətnamə üzrə borc isə iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evinə quraşdırılmş **********0078 saylı sayğaca hesablanmış borcdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh İB (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)9647 /2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsi Cavabdeh İB-nı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməmiş ilk baxış iclasında məhkəmə qətnaməsi qəbul etmiş, nəticədə Cavabdeh İB-nın Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu, eləcə də Konstitusiyasının 127-ci maddəsinin İİ, Vİİ və Vİİİ bəndlərində təsbit olunmuş tərəflərin hüquq bərabərliyinə müvafiq qaydada işə baxılması şərtlərini, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi və məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması prinsiplərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi də eyni maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə baxılması barədə məhkəmə iclasını məhkəmənin 3-cü mərtəbəsində yerləşən 10-cu zalına təyin etmiş olmasına baxmayaraq, apellyasiya şikayətinə sakit və səssiz-səmirsiz məhkəmənin 1-ci mərtəbəsindəki 2-ci zalında (cinayət zalında) baxmışdır. Mülki iş üzrə prosessual tərəf kimi Cavabdeh İB-nın nümayəndəsinə və ya maraqlarını təmsil etdiyi cavabdeh hüquqi şəxsə bu barədə rəsmi və ya qeyri-rəsmi əlavə məlumat verilməmiş olduğundan, məhkəmələrdə birtərəfli baş tutan məhkəmə iclaslarından xəbərsiz olublar və nəticədə hər 2 məhkəmə tərəfindən konstitusion hüquqları pozulmuşdur. İddiaç ı tərəf məhkəmədən 7607,90 manat məbləğində borcun abonent hesab kodundan (**********00780) silinməsini tələb etmişdir. Məhkəmələr tərəfindən tədqiqatı aparılan 9 aktın cəmi üzrə hesablanmış borc məbləği isə 1673,30 manat təşkil edir. Məhkəmələr tərəfindən silinməsi qət edilmiş 7355,90 manatın reallığı məhkəmədə mübahisələndirilən aktlar üzrə öz təsdiqini tapmadığı halda, məhkəmələr qanunsuz olaraq iddiaçının abonent hesabından 7355,90 manat məbləğində borcu silmişdir. İddiaçı şəxsin məhkəmə müstəvisində mübahisələndirdiyi aşağıdakı aktlara: ******* saylı 01.03.2016-cı il tarixli; ******* saylı 18.03.2016-cı il tarixli; ******* saylı 08.09.2016-cı il tarixli; ******* saylı 30.03.2020-ci il tarixli. Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə hüquqi qiymət verilmişdir. İddi açı tərəfindən təkrar olaraq başqa bir məhkəmədə mübahisələndirilmiş həmin yuxarıdakı aktlar, vaxtilə Cavabdeh İB-nın iddia tələbi əsasında Nərimanov Rayon Məhkəməsində mübahisələndirilmiş (cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət əsasında) və həmin aktlara hüquqi qiymət verilərək yekun məhkəmə aktı qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin qətnaməsini ətraflı nəzərə almamış, nəticədə də həmin qətnamənin tərəflərin (Cavabdeh İB-nın) tələblərini müəyyən edən fakt və hallarla əlaqədar olduğunu müəyyən edə bilməmişdir. İddiaçı, Sabunçu rayonunun Tramvay küçəsində yerləşən 78 saylı fərdi yaşayış evi üçün qeydiyyata alınmış **********00780 nömrəli abonent hesab koduna hesablanmış borcun silinməsi ilə bağlı Sabunçu Rayon Məhkəməsinə (istehlakçı hüq uqlarının pozulması ilə bağlı yaşadığı yerin məhkəməsinə) müraciət etmişdir. Tərəflərindən apellyasiya şikayətinə əlavə edilmiş və qanuni qüvvəyə minmiş Nərimanov Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli 2(005)-2757/2020 saylı qətnaməsindən müəyyən olunur ki, ünvan 5 yaşayış evi üçün qeydiyyata alınmış **********00780 nömrəli abonent hesab koduna yazılmış borcun cavabdeh İddiaçı Cavabdeh İB-nın xeyrinə tutulması barədə məhkəmə aktı mövcuddur. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi apellyasiya məhkəməsi tərəfindən tam, obyektiv və ətraflı araşdırılmış olsaydı, apellyasiya məhkəməsi müəyyən edərdi ki: **********00780 nömrəli abonent hesab kodunda qeydə alınmış borcun İddiaçı Cavabdeh İB-nın xeyrinə tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Bakı Apellyasiya Məhkəməsi q əbul etdiyi qətnamənin 6-cı vərəqəsində iddiaçı tərəfin **********00780 abonent hesabına hesablanmış borcun iddiaçıya məxsus ünvan 3 ünvanına yazılmış olduğunu göstərmişdir. Məhkəmədə mübahisələndirilmiş aktlara diqqət edilsə müəyyən edilər ki, aktlar üzrə qeydə alınmış borc məbləğləri iddiaçıya məxsus ünvan 5 yaşayış evi üçün hesablanmış və həmin evə məxsus **********00780 nömrəli abonent hesabı üzrə də qeydə alınmışdır (aktlar və abonent saldosu şikayətə əlavə edilir). Bakı Apellyasiya Məhkəməsi iş materiallarına əlavə edilmiş aktların tədqiqatını düzgün aparmış olsaydı, aktlar üzrə qeydə alınmış borcun ünvan 4 ünvanına hesablanmış olduğunu deyil, məhz ünvan 5 yaşayış evi üçün qeydə alınmış olduğunu müəyyən edərdi. Yuxarıda qeyd olunan bu kimi səbəblərdən, apellyasiya şikayətinin təmin olunmaması ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı deyildir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirməli, sübutlar əlaqəli şəkildə şərh edilməli, sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməlidir. Müvafiq iş üzrə apellyasiya məhkəməsi Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20.10.2020-ci il tarixli 2(005)-2757/2020 saylı qətnaməni iş materiallarına əlavə edilmiş digər sübutlarla əlaqəli şəkildə düzgün şərh etməmiş, həmin sübutu (rayon məhkəməsinin qətnaməsini) tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Ka ssasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.2-ci maddəsinə uyğun olaraq öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 443.1-cü maddəsinə əs asən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifa dəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqs iri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu il ə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3.-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 01.03.2016-cı il tarixli 092999 saylı, 18.03.2016-cı il tarixli ******* saylı, 08.09.2016-cı il tarixli, ******* sayl ı, 31.05.2020-ci il tarixli, ******* saylı, 30.06.2020-ci il tarixli ******* saylı, 31.08.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı “Təbii Qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarından görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən evdə sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə olunması aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsinə istinadən qeyd etmişdir ki, iddiaçı cavabdehin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhk əmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin olunmaqla düzgün nəticəyə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təbii qazdan kənar qoşulma ilə qanunsuz istifadə etməsinə dair 2011-ci ilin oktyabr ayına kimi sayğaca sərfiyyata görə hesablanmış 252 manat istisna olmaqla, qalan 7355,90 manat məbləğində borcun iddiaçının günahı ucbatından yaranması cavabdeh tərəfindən sübut edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual normaları düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Tərəflər arasında bağlanmış 31.06.2015-ci il tarixli qazın alqı-satqısı müqaviləsinin 2.3.4-cü bəndinə görə, istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin m üqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu müqavilənin və «Qazdan istifadə Qaydaları»-nın tələblərinə əməl etməlidir. Tərəflər arasındakı münasibətləri tənzimləyən bu normalardan görünür ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da «Qazdan istifadə Qaydaları»nın və müqavilə şərtlərinin pozulmasına görə Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşul ması imkanı istisna deyil. Odur ki, Paylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Başqa sözlə, yalnız dayandırma tədbirinin tətbiq edilməməsinə əsaslanmaqla iş üzrə nəticəyə gəlinməsi qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, istehlakçının qaz xəttinə qanunsuz qoşulmasına görə hesablanmış zərərin əvəzinin ödənilməsi tələbinə baxılarkən belə qoşulmanın təsdiq edilməsinə dair iddiaçının təqdim etdiyi sübutlar qanunvericiliyə uyğun qaydada araşdırılmalıdır. Belə ki, paylayıcının kənar qoşulmaya dair tərtib etdiyi aktların həqiqəti əks etdirməsi baxımından mötəb ərliliyi aydınlaşdırılmalı, onların qanunvericiliyə uyğun qaydada tərtib edilməsi baxımından mümkünlüyünə qiymət verilməli, sənədləşdirilən hadisələrin olması yoxlanılmalıdır. Bununla yanaşı işdəki digər dəlillər (izahat, qanunsuz qoşulma iddia olunan dövrdə abonentin ümumiyyətlə qaz sərfiyyatına görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməməsinə dair məlumatlar, zəruri olduqda ekspertiza rəyi və s.) birlikdə qiymətləndirilərək (MPM-maddə 88), kənar qoşulma halının təsdiq edilməsi üçün sübutların kifayət edib-etməməsi qənaətinə gəlinməklə mübahisə həll edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, işin halları ilə müəyyən olunur ki, məhkəmə 2011ci ilin oktyabr ayınadək hesablanmış 252 manat həddində bor cun mövcudluğunu qəbul etmiş, qalan aktlar üzrə hesablanmış borc məbləğinin həqiqi olmasının cavabdeh tərəfindən sübut edilə bilmədiyini qeyd etmişdir. Lakin cavabdeh tərəf Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli qətnaməsi ilə baxılan iş üzrə iddiaçıya aid olan **********0780 nömrəli abonent koduna hesablanmış 7473,10 manat məbləğində pulun tutulmasını qeyd etmişdir. Belə olan halda cavabdehin mövqeyinə görə artıq həmin qətnamə ilə müəyyən edilmiş halların yenidən sübut edilməsinə ehtiyac olmamasını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin dəlillə bağlı qeyd etmişdir ki, «… cavabdeh apellyasiya şikayətində tərəflər arasında mövcud olan 2(005)-2757/2020 saylı 20.10.2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin məhkəmə tərəf indən nəzərə alınmadığını qeyd etsə də, kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini əsaslı hesab etmir. Belə ki, iddia tələbindən görünür ki, hazırki iş üzrə iddiaçının silinməsi tələb etdiyi borc ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, X1, X.Vəliyev küç., 2d ünvanda yerləşən mənzilə quraşdırılmış abonent kodu **********00780 saylı sayğaca hesablanmış borc, cavabdehin istinad etdiyi qətnamə üzrə borc isə iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Tramvay küçəsi, 78 nömrəli fərdi yaşayış evinə quraşdırılmış **********0078 saylı sayğaca hesablanmış borcdur. Göründüyü kimi, hazırki iş üzrə silinməsi tələb olunan borcla Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2757/2020 saylı 20.10.2020-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş borc məbləği bir-birindən fərqli ünvanlara hesablanmış borc məbləğidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz.» Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi faktiki olaraq hər iki iddia tələbində göstərilən abonent kodlarının eyni ünvana aid olmasına, hesablanmış borcların hansı ünvanda quraşdırılmış qaz sayğacına hesablanmasına dair heç bir araşdırma aparmamış, baxılan iş və baxılmış işlər üzrə təqdim olunan aktların eyni ünvan üzrə tərtib olunmasını aydınlaşdırması üçün heç bir tədbir görməmiş və dəlillər faktiki olaraq qiymətləndirilmədən saxlanmışdır. Bununla yanaşı cavabdeh tərəfin digər dəlilləri birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə işə təyin olunmuş məhkəmə zalından baxılmadığı üçün məhkəmə iclaslarında iştirak etmək imkanına malik olmadığı, sübutlarını təqdim edilməsi və araşdırmada iştirak etmək imkanının məhdudlaşdırıldığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu dəlilin də aydınlaşdırılması üçün heç bir cəhd göstərmədiyi işin halları ilə müəyyən olunur. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı tərəf məhkəmədən 7607,90 manat məbləğində borcun abonent hesab kodundan (**********00780) silinməsini tələb etmişdir. Məhkəmələr tərəfindən tədqiqatı aparılan 9 aktın cəmi üzrə hesablanmış borc məbləği isə 1673,30 manat təşkil edir. Silinməsi qət edilmiş 7355,90 manatın düzgünlüyü məhkəmədə mübahisələndirilən aktlar üzrə öz təsdiqin i tapmadığı halda, məhkəmələr hansı əsaslarla iddiaçının abonent hesabından 7355,90 manat məbləğində borcun silinməli olması nəticəsinə gəlməsi müəyyən edilmir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırki iş üzrə apellyasiya məhkəməsi tərəfindən qətnamə bu qaydalara əməl edilmədən çıxarılmışdır. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9647/20 21 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar