Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-960/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin formaya uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlundan ( məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəmnəsinin 31 oktyabr 2023-cü il tarixli 2(103)-6115/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətini nə zərdən keçirərək, aşağıdakı qərardadı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı onun tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli işdən çıxarılma barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4323/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim R. Qoşqarlı) iddianın təmin edilməməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən X.Mərdanova, hakimlər E.Həsənov və S.Bəhrəmzadə) xx.xx.2023-cü il tarixli, 2(103)-6115/2023 saylı qətnaməsi ilə iddiaçının verdiyi apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4323/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməs i, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli işdən çıxarılma barədə əmrinin – İddiaçı münasibətdə qismən ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" ASC-də “texniki təhlükəsizlik üzrə mühəndəsi vəzifə”sinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun) bərpa edilməsi, işə bərpa olunduğu günə qədər ona məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməsi qət edilmişdir.
4. Həmin qətnamədən cavabdeh "xxxx" ASC (Vəkil1) kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhk əməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 5. 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;[581] 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud pro sessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. 6. 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 7. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 8. 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 9. 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;
10. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq belə hesab edir ki, cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
12. Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti verilərkən prosessual normaların tələblərinə tam əməl olunmayıb. Belə ki, Azərbaycan Respublikasının MPM-in 407.1-ci maddəsinin tələbinə əsasən kassasiya şikayəti MPM-lə müəyyənləşdirilən formada verilməlidir.Azərbaycan Respublikasının MPM-ə Əlavə 3-də kassasiya şikayətinin forması müəyyənləşdirilmişdir. Lakin cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti müəyyənləşdirilmiş formaya (cədvəl) uyğun deyildir. Yəni MPM-in 407.1-ci maddəsinin tələbinə tam əməl olunmamışdır.
13. Odur ki, kassasiya şikayəti qanunverilicikdə göstərilmiş formaya uyğun verilmədiyi üçün işə kassasiya qaydasında bax maq üçün prosessual əsaslar yoxdur.
14. Kassasiya şikayətinin müəyyən olunmuş formada verilməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi tərəfindən MPM-in 409-cu maddəsinin tələbinə zidd olaraq şikayət iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
16. Beləliklə, cavabdeh tərəfindən kassasiya şikayəti kass asiya şikayəti icraata qəbul edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
18. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə cavabdeh "xxxx" ASC kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli, 2(103)-6115/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.