Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-960/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6rşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-960/2025 (Açar sözlər: borclunun pul məbləğinin ödənilməsini gecikdirməsi; borclunun icranı gecikdirməsinin hüquqi nəticələri; borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6rşı “borcun ödənilməsinin gecikdirilməsinə görə faizin tutulması” tələbin ə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4938/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 4 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 1.600 kv.m sahəsi olan əmlak kompleksinin 1.422,1 kv.m. hissəsi Zığ dairəsi – Heydər Əliyev adına X5 avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 2008-ci ildə cavabdeh tərəfindən sökülmüşdür. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1498/2014 nömrəli, 24 sentyabr 2014-cü il tarixli qə rarı ilə iddiaçının cavabdehlər Suraxanı Rayon İcra Hakimiyyətinə və "xxxx" ASC-yə qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar iddiaçıya dəymiş 1.500.000 manat real zərərin və 1.000.000 manat əldən çıxmış faydanın ödənilməsi, faktiki olaraq iddiaçının istifadəsində olan 3 ha torpaq sahəsindən onun istifadəsinə maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan əmlak kompleksinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi kimi iddiaçıya dövlət büdcəsi vəsaiti hesabına 1.226.253,60 manat məbləğində kompensasiyanın ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
3. Həmin qərardan cavabdehlər "xxxx" ASC və Suraxanı Rayon İcra Hakimiyyəti və üçüncü şəxs Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apel lyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-372/15 nömrəli, 16 aprel 2015-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən - iddia tələbinin Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı təmin edilməsi və dəymiş ziyanın əvəzi kimi iddiaçıya kompensasiyanın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qərar iddiaçıya pul vəsaitinin ödənilməsi hissəsində dəyişdirilərək, cavabdeh "xxxx" ASC-dən 1.226.253,60 manat tutulub iddiaçıya ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-908/15 nömrəli, 22 iyul 2015-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC-nin v ə üçüncü şəxs Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməmiş, iddia tələbi Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə mümkün sayılmamış, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2016-cı il tarixdə iş üzrə icra vərəqəsi verilmişdir. 5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmuşdur. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X8 çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-372/15 nömrəli, 16 aprel 2015-ci il tarixli qərarı ilə müəyyən edilmiş 1.226.253,60 manat kompensasiya məbləği xx.xx.2023-cü il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İddiaçı ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.
7. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X9 (bundan sonra cavabdeh, yaxud Dövlət Agentliyi) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 920.000 manat pulun və ödənilmiş 1.210 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən 1.600 kv.m. sahəsi olan əmlak kompleksinin 1.422,1 kv.m. hissəsi Zığ dairəsi – Heydər Əliyev adına X5 avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 2008-ci ilin yay aylarında "xxxx" ASC tərəfindən sökülmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1498/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarına əsasən isə sözügedən əmlak kompleksinin sökülməsi ilə əlaqədar mülkiyyətçi iddiaçıya 1.226.253,6 manat məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Həmin qərardan icra sənədi verilmiş və icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İc ra şöbəsinə göndərilmiş, uzun müddətdən sonra, yəni xx.xx.2023-cü il tarixdə kompensasiya məbləği mülkiyyətçiyə ödənilmişdir. Əmlak kompleksinə görə kompensasiya məbləği 15 il gecikdirilməklə mülkiyyətçiyə ödənilmişdir. Mülkiyyətçinin bu müddət ərzində həmin vəsaitdən istifadə edə bilməməsi onun əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd edildiyi kimi əmlak kompleksi 2008-ci ilin yay aylarında sökülmüş, müvafiq kompensasiya isə iddiaçıya 2023-cü ilin noyabr ayının 22-də ödənilmişdir. Ona görə hesab edir ki, kompensasiya məbləğinin 2008-ci ildən xx.xx.2023cü il tarixədək ödənilməyərək gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 920.000 manat pul cavabdeh Dövlət Agentliyindən iddiaçının xeyrinə tutulmalıdır. Sözügedən məbləğin ödənilməsi üçün xx.xx.2023-c ü il tarixli məktubla cavabdehə müraciət edilmiş, lakin iddiaçının tələbi təmin edilməmiş və ümumiyyətlə həmin məktub cavablandırlmamışdır. Ona görə də iddiaçı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim etmiş və işin faktiki hallarına, o cümlədən yuxarıda göstərilən məhkəmə qərarlarına istinad edərək, bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)372/15 nömrəli, 16 aprel 2015-ci il tarixli qərarı qanuni qüvvəsini almış, icraya yönəlmiş və xx.xx.2023-cü il tarixdə məhkəmə qaydasında müəyyən edilmiş 1.226.253,60 manat məbləğində pul ödənilmişdir. Hazırda isə iddiaçı ona ödənilməli olan məbləğin indeksasiyasını tələb edir ki, bu da qanuni deyil və əsass ızdır.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-1892/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia qismən təmin edilərək, 510.939 manat pulun və ödənilmiş 672 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi mübahisəyə hüquqi qiymət verərək bildirmişdir ki, iddiaçıya məxsus əmlak kompleksi dövlət ehtiyacı üçün söküldüyünə görə cavabdehin həmin zərərin əvəzini ödəmək öhdəliyi yaranmış, lakin o, öhdəliyini gecikdirərək icra etmişdir. Bu səbəbdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehdən illik 5% məbləğində pul tutulmalıdır.
12. Məhkəmənin mövqeyinə görə ki, illik 5% zərərin hansı müddət üçün hesablanmasının müəyyən edilm əsi məqsədi ilə ilk öncə cavabdehin obyektin dəyərini ödəmək vəzifəsinin hansı tarixdən yaranması aydınlaşdırılmalıdır. Belə ki, iddiaçıya məxsus əmlak kompleksi dövlət ehtiyacları üçün 2008-ci ildə sökülsə də, həmin əmlak kompleksinin dəyəri məhkəmə qərarı əsasında müəyyən edilmiş və qərar xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. İşdən də göründüyü kimi, iddiaçıya 1.226.253,60 manat pulun ödənilməsinin əsasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)908/2015 nömrəli, 22 iyul 2015-ci il tarixli qərarı təşkil edir. Ona görə də, öhdəliyin icrasının gecikdirilməsinin başlanğıcı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan - xx.xx.2015-ci il tarixdən götürülməlidir. Gecikdirilmə müddətinin xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 8 il 4 ay (100 ay ) olmasını nəzərə alaraq riyazi üsulla (1.226.253,6 x 5% /12 x 100 = 510.939) hesablandıqda 5 faizlə tutulmalı məbləğ 510.939 manat təşkil edir.
13. Həmçinin, məhkəmə cavabdehin məhkəmə qərarının vaxtında icra edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi halda, 8 il 4 ay müddətində həmin qərarın icra edilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 445.7-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh Dövlət Agentliyi apellyasiy a şikayətləri vermişlər.
16. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməsi, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 605 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa istinadən əsaslandırmış, həmçinin qeyd etmişdir ki, məhkəmə obyektin sökülməsinə görə ona ödənilməli olan vəsaitin gecikdirilməsi müddətini hesablayarkən səhvə yol vermişdir. Belə ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Bu o deməkdir ki, ona məxsus əmlak kompleks i dövlət ehtiyacı üçün sökülmədən əvvəl cavabdeh onun dəyərini ədalətli şəkildə ödəməli idi. Cavabdehin əmlak kompleksinin dəyərini ona ödəmək vəzifəsi onun sökülməsindən əvvəl yarandığından öhdəliyin icrasının gecikdirilməsinin başlanğıcı əmlak kompleksinin söküldüyü vaxtdan götürülməlidir. Məhkəmə nəzərə almamışdır ki, hazırkı işdə 5%-in tutulması üçün əsas məhkəmə qərarının icra edilməməsi deyil, dövlət ehtiyacı üçün ona məxsus əmlak kompleksinin sökülməsi ilə yaranan pul öhdəliyinin icra edilməməsi təşkil edir. Bu mənada onun hüquqlarının pozulması, yəni öhdəliyin icrasının gecikdirilməsi məhkəmə qərarının qanuni qüvvəsini aldığı vaxtdan deyil, yuxarıda qeyd edildiyi kimi obyektin söküldüyü vaxtdan başlamışdır. Çünki, məhkəmə qərarı ilə sadəcə sökülmədən əvvəl cavabdehin ona ödəməli ol duğu əmlakın obyektiv dəyəri müəyyən edilmişdir. Bir sözlə, onun əmlak kompleksinin dəyərini almaq hüququ, cavabdehin isə həmin dəyəri ona ödəmək vəzifəsi əmlakın söküldüyü vaxt yaranmışdır. Göründüyü kimi, obyektin dəyərinin ona sökülmədən əvvəl ödənilməsini təsbit edən konkret maddi hüquq norması olsa da, məhkəmənin qətnamədəki mövqeyinin ümumiyyətlə maddi-hüquqi əsası yoxdur.
18. Cavabdeh apellyasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, dövlət ehtiyacları üçün alınan əmlakın dəyərinə (kompensasiya) vəsait ayrılması səlahiyyəti Maliyyə Nazirliyinə aiddir. Bu tip işlərdə isə Qanunun tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məqsədi ilə Agentlik tərəfindən mütəmadi olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmiş, lakin ödənilməsi nəzərdə tutulan kompensasiya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmadığından qərarın icrası təmin edilməmişdir. Bu da qanunda olan boşluqdan irəli gəldiyindən Agentlik öz üzərinə düşən öhdəlikləri vaxtında icra edə bilməmişdir və bu da hüquqi və fiziki şəxslərin haqlı narazılığına səbəb olmuşdur. Belə ki, məhkəmə qərarlarının icrası üzrə məsələlərin tənzimlənməsi, fiziki və hüquqi şəxslərə dəymiş ziyanın ödənilməsini nəzərdə tutan məhkəmə qərarlarının icrasının təmin edilməsi məqsədi ilə ödənilməsi mümkün olmamış, kompensasiyanın maliyyələşdirilməsi üçün “Avtomobil Yolları” X3 ayrıca xərc istiqaməti üzrə v əsaitin ayrılmasının nəzərdə tutulması və həmin vəsait hesabına icrası təmin edilməmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi zərurəti yaranmışdır. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 318 nömrəli qərarı ilə “Avtomobil yolları” X4 vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydalarına” dəyişiklik edilmiş və həmin Qaydalara əlavə edilmiş 3.1.4cü yarımbəndə əsasən “avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi və “Torpaqlar ın dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq avtomobil yollarının çəkilməsi üçün torpaqların (tikililərin, qurğuların və torpaqla möhkəm bağlı olan digər əşyaların) alınmasını zəruri edən layihələrin icrası ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən ödənilməli olan kompensasiyaların maliyyələşdirilməsi “Avtomobil yolları” X4 vəsaitinin yönəldiyi xərc istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bundan sonra, bu tip məhkəmə qərarlarının icrası məsələsi “Avtomobil yolları” X4 vəsaitinin yönəldiyi xərc istiqamətlərindən biri kimi müəyyən edildiyindən Agentlik tərəfindən öhdəliyin vaxtında icra edilməməsindən söhbət gedə bilməz. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 318 nömrəli qərarı ilə tənzimləndiyindən növbəti il vəsait Agentlik tərəfindən i ddiaçının hesabına köçülürmüşdür.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4938/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilərək, 919.689,15 manat müəyyən edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını, o cümlədən iddiaçıya məxsus olmuş əmlakın sökülməsi tarixini nəzərə almadan gecikdirilmiş vaxt üçün illik 5 faizi xx. xx.2015-ci il tarixdən hesablamaqda səhvə yol vermişdir. İddiaçıya məxsus olmuş əmlakın sökülməsi vaxtı əsas götürülməklə illik 5% hesablanmalıdır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya məxsus obyektin yerləşdiyi torpaq sahəsinin alınması, habelə həmin kompleksin 2008-ci ildə sökülməsi dövlət ehtiyacı, yəni “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlı olmuşdur. Bu vəzifələrin icrası cavabdehin üzərinə qoyulmuş və əmlak kompleksi məhz onun tərəfindən alınmış, söküntü işləri də onun sifarişi və təşkilatçılığı ilə həyata keçirilmişdir. Bu işlərin icrası vəzifəsini daşıyan cavabdeh söküntüdən əvvəl, yəni qabaqcadan bu əmlakın dəyərini ədalətli ödəmək öhdəliyini də daşımışdır. Lakin alınma ilə bağlı (həmin mübahisəd ən də görünür ki, tərəflər arasında razılıq olmuşdur) tədbirlər görməsinə və nəticədə iddiaçıya məxsus olmuş əmlak kompleksinin söküntüsünü həyata keçirməsinə baxmayaraq, cavabdeh nəinki qabaqcadan, hətta sonradan qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası qaydasında da xeyli müddət bu öhdəliyini icra etməmiş, ödəniş yalnız xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçıya məxsus olmuş əmlakın dəyərini təşkil edən pul məbləğinin ödənilməsi gecikdirilmişdir. Qeyd edilənlər öz növbəsində iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyi halda, gecikdirilmiş həmin vaxt üçün ən azı illik 5 dərəcə ilə hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etmək hü ququnu yaratmış olur ki, bu məbləği də cavabdeh ödəməyə borcludur. Bu yanaşma eyni zamanda, hazırkı tələbin ödənilməli olan məbləğin indeksasiyası tələbi olmadığını və apellyasiya şikayətinin bu barədə dəlilinin əsassız olmasını təsdiq edir.
23. Məhkəmə kollegiyası dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödəmək şərti ilə yol verilməsinin Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edildiyini, habelə iddiaçının mülkiyyətində olan əmlakın dövlət əhəmiyyətli yolun çəkilməsi üçün ondan alındığını nəzərə alıb, birinci instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq pulun ödənilməsinin gecikdirilməsi vaxtını Azərbaycan Respublikası Ali Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının qərar qəbul etdiyi xx.xx.2015-ci il tarixdən hesablanmasını qanuni və əsaslı hesab etmir.
24. Belə ki, iddiaçıya məxsus olmuş əmlak 2015-ci ildə deyil, 2008-ci ildə sökülmüşdür. Lakin sökülməsinə baxmayaraq, onun dəyərinin ödənilməsi ilə bağlı öhdəliyin yerinə yetirilməməsi səbəbindən tərəflər arasında məhkəmə mübahisəsi yaranmışdır. Həmin mübahisə üzrə xx.xx.2015-ci il tarixdə çıxarılmış Ali Məhkəmənin qərarı ilə də məhz 2008-ci ildə sökülmüş əmlaka görə ödənilməli olan kompensasiya məbləği müəyyən edilmişdir. Başqa sözlə, 2015-ci ildə məhkəmə qaydasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan əmlakın 2008-ci ildə baş vermiş söküntüsündən əvvəl bu əmlakın dəyəri olaraq iddiaçıya 1.226.253,60 manat məbləğində pul ödənilməli idi. Bununla belə, həmin məblə ğin 2015-ci ildə müəyyən edilməsi onun 2008-ci ildə ödənilməli olması faktını istisna etmir, əksinə təsdiq edir və illik 5 faiz məbləğinin 2015-ci ildən deyil, məhz 2008-ci ildən hesablanmasını şərtləndirir. Hazırkı tələbi üzrə də iddiaçı məhkəmə qərarının icra olunması tarixini deyil, ona məxsus əmlakın sökülməsi nəticəsində yaranan pul öhdəliyinin icrası tarixini əsas götürür. Hər bir halda, iddiaçının mülkiyyəti 2008-ci ildə söküldüyündən, onun dəyərinin ədalətli əvəzini almaq hüququ da məhz həmin vaxt yaranmışdır.
25. Məhkəmə kollegiyası pul məbləğinin ödənilməsinin gecikdirilməsi vaxtının müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf əmlak kompleksinin 2008-ci ilin iyul ayında söküldüyünü bildirsə də, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş Mətləb Cəfərova (iddiaçının adından etibarnamə ilə çıxış edən şəxs) ünvanlanmış xx.xx.2008-ci il tarixli məktubda avtomobil yolunun inşası ilə əlaqədar onun ətrafının təmizlənməsi və gələcəkdə abadlaşdırılması məqsədi ilə yol boyu yerləşən bəzi obyektlərin sökülməsi və tikinti qırıntılarının ərazidən daşınması qeyd edilsə də, iddiaçının mülkiyyətində olan əmlakın sökülüb-sökülməməsi məsələsinə aydınlıq gətirilməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 555 saylı, xx.xx.2008-ci il tarixli sərəncamında isə Suraxanı rayonu ərazisində Zığ – Aeroport magistral avtomobil yolunun yeni çəkildiyi qeyd edilmişdir. İddiaçı özü də iddia ərizəsində kompensasiya məbləğinin 15 il gecikdirilməklə ona ödənildiyini bildirir.
26. Məhkəmə kollegiyası gö stərilənləri, o cümlədən 1.226.253,60 manat məbləğində pul vəsaitinin müddət etibarı ilə ən pis halda xx.xx.2008-ci il tarixədək iddiaçıya ödənilməli olmasını, iddiaçının özünün də iddia ərizəsində kompensasiya məbləğinin 15 il gecikdirilməklə ona ödənildiyini bildirməsini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, məhz xx.xx.2008-ci il tarixdən başlayaraq bu məbləğin ödənilməsi gecikdirilmişdir. Bu səbəbdən 1.226.253,60 manat məbləğində pula xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət üçün ilik 5 faiz hesablanmalı, nəticə etibarı ilə cavabdehdən iddiaçının xeyrinə bu qaydada aparılmış hesablama üzrə ümumilikdə (1.226.253,60 x 5/100 = 61.312,68 – 1 il, 61.312,68 x 15 il = 919.689,75) 919.689,75 manat məbləğində pul vəsaiti tutulmalıdır.
27. Məhkəmə kollegiyası o halı da nəzərə almışdır ki, 1.226.253,60 manat məbləğində kompensasiya söküntü aparılan, yəni 2008-ci il üçün müəyyən edilmiş və obyektin hər kv.m. üçün maksimum deyil, orta hesab edilən məbləğ olmuşdur. Halbuki, həmin məbləğdə kompensasiyanın müəyyən edilməsi barədə məhkəmə aktı 2015-ci ildə, yəni 7 il sonra qanuni qüvvəsini almışdır. Bu hal Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin işə baxılan zaman 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı xx.xx.2014-cü il tarixli məktubu ilə də öz təsdiqini tapır (i.v.15 və 36). Həmin məktubda mülkiyyət hüququ olan mülkiyyətçilərə qeyri-yaşayış sahələrinin 1 kv.m. üçün (zirzəmi istisna olmaqla) onların təmir səviyyəsindən və konstruksiyasından asılı olaraq, 500 – 1.100 manat arasında kompensasiyanın hesablandığı və mülkiyyətçilərə ödənildiyi göstə rilmişdir. Başqa sözlə, iddiaçı 2023-cü ildə (təbii ki, 15 ildən sonra bu əmlakın dəyəri daha da yüksəkdir), lakin 2008-ci ildə mövcud olmuş və orta hesab edilən qiymətlərlə hesablanmış kompensasiya məbləğini almış, məhkəmə qaydasında onun xeyrinə hər hansı başqa, o cümlədən əldən çıxmış fayda məbləği tutulmamışdır. Həm bu halın mövcudluğu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmunu illik 5 faiz məbləğinin məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarının qəbul edildiyi xx.xx.2015-ci il tarixdən hesablanmasını şərtləndirmir.
28. Məhkəmə kollegiyasının hazırkı mövqeyi cavabdehin apellyasiya şikayətinin digər dəlillərinin də əsassız olduğunu təsdiq edir. Belə ki, bu qəbildən olan vəsaitlərin ayrılması səlahiyyətinin Maliyyə Nazirliyinə aid ol ması və pul vəsaitinin yalnız 2023-cü ildə ayrılması səbəbindən kompensasiya məbləğinin iddiaçıya ödənilməsi hazırkı iddianın rədd ediməsi üçün əsas ola bilməz. Hər bir halda, artıq müəyyən edildiyi kimi, dövlət əhəmiyyətli yolun çəkilməsinin, o cümlədən həmin ərazidə söküntü işlərinin aparılmasının təşkilatçısı və icraçısı cavabdeh olmuş (həmin vaxt "xxxx" ASC), bu baxımdan söküntüsü aparılmış əmlakın dəyərinin ödənilməsi işinin təşkili və icrası öhdəliyini də daşımışdır. Maliyyə Nazirliyinin məktubunda da kompensasiyanın hesablandığı və mülkiyyətçilərə ödənildiyi qeyd edilmişdir. Bu da öz növbəsində iddiaçıya məxsus əmlakın dəyərinin də söküntü zamanı və ya həmin ərəfədə ödənilməsinin mümkün olduğunu təsdiq edir. Lakin həmin vaxt cavabdeh tam fərqli mövqedən çıxış etmişdir. Belə ki, komp ensasiyanın ödənilməsi ilə bağlı iddiaçının iddiası üzrə məhkəmə mübahisəsi çərçivəsində cavabdeh iddiaya qarşı verdiyi etirazında iddiaçıya məxsus hər hansı tikilinin sökülmədiyini, ona məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmadığını, onun mülkiyyətində olan əmlakın yeni avtomobil yolunun tikintisi altına düşmədiyini, həmin avtomobil yolundan kənarda mövcud olduğunu bildirmiş, birinci instansiya məhkəməsi tərəfindən kompensasiya məbləği tutulduqdan sonra da həmin qərarı apellyasiya və kassasiya qaydasında mübahisələndirmiş, nəticə etibarı ilə cavabdehin təşəbbüsü ilə həmin məhkəmə mübahisəsi bir neçə il davam etmişdir. Bu səbəbdən 2008-ci ildə ödənilməli olan məbləğin gecikdirilərək, 2023-cü ildə ödənilməsi məhz cavabdehin təqsiri üzündən olmuşdur.
29. Apellyasiya instansiyas ı məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 5.3, 157.9, 385.1, 386.1, 445.7-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarına və və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.2, 217.3, 217.4, 384.0.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4938/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli əlavə qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə t utulan pulun məbləği hissəsində dəyişdirilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 1.209,70 manat məbləğində pulun tutulması, apellyasiya şikayətinin ərizə üzrə baxılan qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
31. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-908/15 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı qanuni qüvvəsini almış, icraya yönəlmiş və xx.xx.2023-cü il tarixdə məhkəmə qaydasında müəyyən edilmiş 1.226.253,60 manat məbləğində pul ödənilmişdir. Hazırda isə iddiaçı ona ödənilməli olan məbləğin indeksasiyasını tələb edir.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iddiaçı tərəfin təqdim etdiyi sənədlər sübut kimi qəbul edilsə də, cavabdehin dövlət büdcəsindən maliyyələşən qurum kimi təqsirinin olubolmaması, maliyyə nazirliyinə sorğu verərək vəsatin hansı səbəbdən ayrılıb-ayrılmadığı müəyyənləşdirilməmişdir.
34. Belə ki, qüvvədə olan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən torpaqların alınması ilə bağlı qərarı Nazirlər Kabineti qəbul edir, alınma ilə bağlı vəsatətləri adətən İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi qaldırır, dövlət ehiyacları üçün alınan əmlakın dəyərinə (kompensasiya) vəsait ayrılması səlahiyyəti isə Maliyyə Nazirliyinə aiddir. Bu tip işlərdə isə qanunun tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məqsədi ilə Agentlik tərəfindən mütəmadi olaraq Maliyyə Nazirliyinə müraciət edilmiş, lakin ödənilməsi nəzərdə tutulan kompensasiya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmadığından qərarın icrası təmin edilməmişdir. Bu da qanunda olan boşluqdan irəli gəldiyindən Agentlik öz üzərinə düşən öhdəlikləri vaxtında icra edə bilməmiş və bu da hüquqi və fiziki şəxslərin haqlı narazılığına səbəb olmuşdur. Kompensasiyanın maliyyələşdirilməsi üçün “Avtomobil Yo lları” X3 ayrıca xərc istiqaməti üzrə vəsaitin ayrılmasının nəzərdə tutulması və həmin vəsait hesabına icrası təmin edilməmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi zərurəti yaranmışdır. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 318 nömrəli qərarı ilə “Avtomobil yolları” X4 vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydalarına” dəyişiklik edilmiş və həmin Qaydalara əlavə edilmiş 3.1.4-cü yarımbəndə əsasən “avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərə vurulmuş zər ərin əvəzinin ödənilməsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq avtomobil yollarının çəkilməsi üçün torpaqların (tikililərin, qurğuların və torpaqla möhkəm bağlı olan digər əşyaların) alınmasını zəruri ödənilməli olan kompensasiyaların maliyyələşdirilməsi “Avtomobil yolları” X4 vəsaitinin yönəldiyi xərc istiqamətlərindən biri kimi müəyyən edilmişdir. “Avtomobil yolları” X4 vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi Qaydalarının” 3.2-ci bəndinə əsasən həmin Qaydalarda nəzərdə tutulan istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsi Azərbaycan Rsepublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hər büdcə i li üçün təsdiq etdiyi Fondun xərclər smetasına əsasən həyata keçirilir. Bundan sonra bu tip kompensasiyanın maliyyələşdirilməsi məsələsi “Avtomobil yolları” X4 vəsaitinin yönəldiyi xərc istiqamətlərindən biri kimi müəyyən edildiyindən Agentlik tərəfindən öhdəliyin vaxtında icra edilməməsindən söhbət gedə bilməz. Belə ki, mübahisəli məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı ilə tənzimlənmiş, növbəti il isə vəsait Agentlik tərəfindən iddiaçının hesabına köçülürmüşdür.
35. Kassasiya şikayətinin digər dəlili Mülki Prosessual Məcəllənin 97-ci maddəsinə istinad edilməklə belə əsaslandırılmışdır ki, işə baxan məhkəmələr ekspertiza təyin etmədən öz təşəbbüsü ilə riyazi hesablamalara əsasən cavabdehdən həmin vəsaitin əsassız yerə tutulması qənaətinə gəlmişd ir. Halbuki mübahisəli məbləğ müəyyən edilərkən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
36. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində ə ldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
40. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
41. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
42. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
43. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilmə məsi borclunun icranı gecikdirməsi sayılır.
44. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya)
45. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərha l məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı:
46. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyət inə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarı:
47. Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa q anunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri:
61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
63. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları əsas etibarı ilə düzgün tətbiq edilsə də, məhkəmə işin faktiki halları ilə bağlı tərəfl ərin qarşılıqlı münasibətləri üzrə yekun nəticəyə gələrkən iddiaçının xeyrinə tutulmalı pulun məbləğinin müəyyən edilməsi hissəsində yanlışlığa yol vermişdir.
64. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində istifadədə olan 0,19355 ha torpaq sahəsində yerləşən 1.600,4 kv.m. ümumi, 50,7 kv.m. əsas, 1.549,7 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (əmlak kompleksi kimi yardımçı təsərrüfat) iddiaçının mülkiyyətində olmuşdur. Həmin əmlakın 1.422,1 kv.m. hissəsi dövlət ehtiyacları ilə əlaqədar (Zığ dairəsi – Heydər Əliyev adına X5 avtomobil yolunun tikintisi), lakin qabaqcadan dəyəri ödənilmədən Suraxanı rayon icra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə "xxxx" ASC tərəfindən 2008-ci ilin yay aylarında sökülmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1498/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarına əsasən iddiaçının cavabdehlər Suraxanı Rayon İcra Hakimiyyətinə və "xxxx" ASC-yə qarşı iddiası qismən təmin edilərək, sözügedən əmlak kompleksinin sökülməsi ilə əlaqədar mülkiyyətçi iddiaçıya 1.226.253,6 manat məbləğində kompensasiyanın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Həmin qərardan cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şaxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(103)372/15 nömrəli, 16 aprel 2015-ci il tarixli qərarı ilə, birinci instansiya məhkəməsinin qərarı qismən - iddia tələbinin Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı təmin edilməsi və dəymiş ziyanın əvəzi kimi iddiaçıya kompensasiyanın dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qərar iddiaçıya pul vəsaitinin ödənilməsi hissəsində dəyişdirilərək, cavabdeh "xxxx" ASC-dən 1.226.253,60 manatın tutulub iddiaçıya ödənilməsi qərara alınmış, apellyasiya məhkəməsinin həmin qərarı Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)908/15 nömrəli, 22 iyul 2015-ci il tarixli qərarı ilə qeyd olunan məbləğin cavabdehdən tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(103)-372/15 nömrəli, 16 aprel 2015-ci il tarixli qərarından xx.xx.2016-cı il tarixdə icra sənədi verilmiş və icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, lakin əmlak kompleksinə görə müəyyən edilmiş 1.226.253,60 manat kompen sasiya məbləği gecikdirilməklə uzun müddətdən sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçıya ödənilmişdir.
65. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında” xx.xx.2016-cı il tarixli və “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” xx.xx.2017-ci il tarixli Fərmanları ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, bundan sonra isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X8 çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.
66. İddiaçı iddia ərizəsində, mülkiyyətində olan əmlak kompleksinin 2008-ci ilin yay aylarında "xxxx" ASC tərəfindən sökülməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1498/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarına əsasən isə sözügedən əmlak kompleksinin sökülməsi ilə əlaqədar ona 1.226.253,6 manat məbləğində kompensasiyanın ödənilməsi qərara alınaraq, həmin qərardan icra sənədi verilməsinə baxmayaraq, qərarın uzun müddətdən, 15 ildən sonra, yəni xx.xx.2023-cü il tarixdə icra edilməsi və ona həmin kompensasiya məbləğinin gecikdirilməklə ödənilməsini qeyd edərək, kompensasiya məbləğinin 2008-ci ildən xx.xx.2023-cü il tarixədək ödənilməyərək gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 920.000 manat pulun cavabdeh Dövlət Agentliyindən onun xeyrinə tutulmasını xahiş etmişdir.
67. Cavabdeh Dövlət Agentliyi isə iddia ərizəsinə qarşı verdiyi etirazında iddianı qəbul etməmiş, həmin etirazında, eyni zamanda apellyasiya və kassasiya şikayətlərində iddiaçının hazırda ona ödənilməli olan məbləğin indeksasiyasını tələb etməsini, kompensasiya məbləğinin gecikdirilməklə ödənilməsinə görə təqsirli olmadığını və məsuliyyət daşımadığını, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğinin dövlət büdcəsindən maliyələşən Dövlət Agentliyinə vaxtında ayrılmadığını, Agentliyik tərəfindən müraciət edilsə də, pul vəsaitinin yalnız 2023-cü ildə ayrılmasına görə Agentlyin öz üzərinə düşən öhdəlikləri vaxtında icra edə bilməməsini və qərarın icrasının vaxtında təmin edilməsinin mümkün olmamasını qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
68. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği” hissəsində dəyişməsi, həmin hissədə iddianın qismən təmin edilm əsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı cavabdehin kassasiya şikayətinə münasibətdə hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyi halda, gecikdirilmiş həmin vaxt üçün ən azı illik 5 dərəcə ilə hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnun yaratmış olması, bu məbləği də cavabdehin ödəməyə borclu olması, hazırkı tələbin ödənilməli olan məbləğin indeksasiyası tələbi olmadığı və apellyasiya şikayət inin bu barədə dəlilinin əsassız olması ilə bağlı hazırkı qərarın 22-ci paraqraında əksini tapmış həmin əsaslandırması ilə razılaşır.
69. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxladığı hissədə apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan eyni məzmunlu dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
70. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxladığı hissədə cavabdehin kassasiya şi kayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən iddia tələbinin tam rədd olunması hissəsində cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır.
71. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini “cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği” hissəsində dəyişərək, iddiaçıya ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğinin bununla bağlı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi xx.xx.2015-ci il tarixdən (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərar qəbul etdiyi xx.xx.2015-ci il tarixdən) deyil, iddiaçının özünün də iddia ə rizəsində kompensasiya məbləğinin 15 il gecikdirilməklə ona ödənildiyini bildirməsini nəzərə alaraq, xx.xx.2008-ci il tarixdən başlayaraq bu məbləğin ödənilməsinin gecikdirilmiş hesab etməsi və 1.226.253,60 manat məbləğində pula görə xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət üçün ilik 5 faiz hesablanmalı olması barədə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.
72. Belə ki, iddiaçının ona ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizin hesablanmalı olması barədə istinad etdiyi 1.226.253,6 manat məbləğ məhz məhkəmə qərarı ilə müəyyən edilmiş və qeyd olunan məhkəmə qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixdə qəbul edildiyi qərar ı ilə qanuni qüvvəsini almışdır. Qərarın icra edilməsi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən onun qanuni qüvvəyə minməsindən sonra mümkündür. Ona görə də xx.xx.2015-ci il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qərarına görə müəyyən edilmiş 1.226.253,6 manat məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizin xx.xx.2008-ci il tarixdən hesablanması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə səhvdir.
73. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəm ə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
74. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
75. Məcəllənin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur.
76. Məhkəmə kollegiyası qeyd edir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (Mülki Məcəllənin 445.7-ci maddəsi, xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya) Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirdiyi tarix isə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi xx.xx.2015-ci il tarixdən iddiaçıya kompensasiyanın ödənildiyi xx.xx.2023cü il tarixədək müddəti ə hatə edir.
77. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə prosessual qənaət prinsipi, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş 1.226.253,60 manat pul məbləğinin gecikdirilmə müddətinin xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan 8 il 4 ay (100 ay) müddəti əhatə etməsi nəzərə alınaraq, həmin müddətə görə gecikdirilmiş vaxt üçün illik beş faizə görə hesablanmış 510.939 manat (1.226.253,6 x 5% / 100 = 61.312,68 / 12 x 100 = 510.939) cavabdehdən alınaraq iddiaçıya ödənilməli, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
78. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, dövlət rüsumunun əvəzi kimi cavabdehd ən iddiaçının xeyrinə 1.209,70 manat məbləğində pulun tutulması barədə apellyasiya instansiya məhkəməsinin 4 dekabr 2024-cü il tarixli əlavə qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən cavabdehdən iddiaçının xeyrinə tutulmalı dövlət rüsumunun məbləği 1.209,70 manat məbləğində saxlanılmalıdır.
79. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı pulun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən 1.226.253,60 manat pula xx.xx.2015-ci il tarixdən xx.xx.2023-ci il tarixədək müddət üçün ilik 5 faiz dərəcəsi ilə hesablanmış 510.939 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, apellyasiya instansiyası məhkəməsinin qətnam əsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4938/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı pulun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X7 1.226.253,60 (bir milyon iki yüz iyirmi altı min iki yüz əlli üç manat, altmış qəpik) manat pula xx.xx.2015-ci il tarixdən - xx.xx.2023-ci il tarixədək müddət üçün ilik 5 faiz dərəcəsi ilə hesablanmış 510.939 (beş yüz on min doqquz yüz otuz doqquz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.