Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-961/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun silinməsi 09.03.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9174/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı 1. 14 yanvar 2020-ci il tarixdə tərtib edilmiş R 171765 saylı aktdan görünür ki, ünvan 1 ünvanında olan sayğaca EEİQ-ya uyğun baxış keçirilən zaman sayğacın hesablama tablosunun deşildiyi və tablonun oxunmadığı müəyyən edilmişdir. 2. 20 fevral 2020-ci il tarixdə tərtib edilmiş R 171815 saylı aktdan görünür ki, ünvan 1 ünvanına abonentin şifahi tələbinə əsasən baxış keçirilmiş, quraşdırılmış elektrik sayğacının tamamilə əridiyi və yararsız halda olduğu müəyyən edilmişdir. 3. 11.03.2020-ci il tarixli ******* saylı protokoldan görünür ki, 171815 saylı akt əsasında sayğac quraşdırılmış, çıxarılan sayğac isə tam yanmışdır.
4. Həmçinin iş materiallarından görünür ki, 14 yanvar 2020-ci il tarixli R №171765 saylı və 20 fevral 2020-ci il tarixli R №171815 saylı aktlar əsasında ünvan 2 ünvanı üzrə İddiaçı adına olan «**********90083» saylı abunə koduna 3142,67 manat borc hesablanmışdır (1609,58+625,33+907,76). İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ASC tərəfindən tərtib edilmiş 14.01.2020-ci il tarixli və 20.02.2020-ci il tarixli aktların ləğv edilməsini və həmin aktlar əsasında hesablanmış 3164 manat məbləğində borcun silinməsini xahiş etmişdir
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Lakin 14 yanvar 2020-ci ildə ona məxsus olan, ünvan 4 ünvanında küçədə yerləşən işıq sayğacı sındırılmış və bununla bağlı Xə özü məlumat vermişdir. X əməkdaşları tə rəfindən heç bir məlumat verilmədən və onun iştirakı olmadan 2500 manat məbləğində cərimələnmişdir. Sözü gedən akta əsasən sayğacın hesablama tablosunun deşildiyi və bu tablonun oxunmadığı aşkar edilmişdir. 20 yanvar 2020-ci il tarixdə isə X əməkdaşları protokol tərtib edərək onun məlumatı və iştirakı olmadan işıq sayğacını dəyişdirmişlər. Dəyişdirilən bu sayğac daha sonra alışaraq yanmışdır. 20 fevral 2020-ci il tarixdə X əməkdaşları, yenə ona heç bir məlumat vermədən və iştirakı olmadan akt tərtib etməklə onu 500 manat cərimələmişlər. Akta əsasən ünvana baxış keçirilərək sayğacın əriyib yararsız halda olduğu, yenisi ilə əvəz olunmalı olduğu müəyyən edilmişdir. 11 mart 2020-ci il tarixdə isə X əməkdaşları protokol tərtib edərək onun məlumatı və iştirakı olmadan işıq sayğacını dəyişdirmişl ər. X əməkdaşları tərəfindən tərtib olunan protokol və aktların heç birində iştirak etməmiş və imzası yoxdur, aktların nüsxəsinin verilməsi ilə bağlı müraciət etsə də, müraciəti rədd olunmuş və iki aktdan hər hansı birinin surəti verilməmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(006)1201/2021 saylı qətnaməsi iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş 14 yanvar 2020-ci il tarixli R 171765 saylı və 20 fevral 2020-ci il tarixli R 171815 saylı aktların ləğv edilməsi, ünvan 2 ünvanı üzrə İddiaçı adına olan «**********90083» saylı abunə koduna qeyd olunan aktlar üzrə hesablanmış 625,33 manat borc və əlavə olaraq hesablanmış 1609,58 manat borc, cəmi 2234,91 manat məbləğində elektrik enerjisi borcunun əsassız sayıl araq silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan aktlar tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur.
9. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən aktlar tərtib edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq abonent və hal şahidlərinin iştirakı təmin olunmamış, aktlar abonent və hal şahidləri tərəfindən imzalanmamış, həmçinin istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, sayğacın təhvil verilməməsi və pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər ha nsı bir sübut təqdim olunmamışdır.
10. Bundan başqa hər iki aktdan göründüyü kimi, sayğac ümumi istifadədə olan yerdə quraşdırıldığından abonentin sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıması qanuna ziddir.
11. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərtib olunan hər iki akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmış və əsassız olaraq 625.33 (R №171765 akta görə 472,12 manat + sayğac təhvil verilmədiyinə görə 74,06 manat + R №171815 akta görə 79,15 manat ) manat borc hesablanmışdır.
12. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş abunə haqqında arayışda hesablanmış 1.609,58 manat borc 11.01.2020-ci il tarixdən 05.02.2020-ci il tarixədək olan dövrü, yəni sayğacın elektron tablosunun yararsız vəziyyətdə olduğu dövrü əhatə etdiyinə görə, həmçinin cavabdeh tərəfindən qeyd olunan borcun nəyə əsasən və hansı formada hesablanmasına dair sübutlar təqdim edilmədiyinə görə qanuni hesab oluna bilməz.
13. Məhkəmə öz mövqeyini «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13, 17-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6, 7.11, 8.17, 8.32, 8.33, Mülki Prossesual Məcəllənin 14.2,, 77.1, 77.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9174/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməs i ilə (hakimlər: V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1201/2021 saylı iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi qismən təmin edilərək, ünvan 2 ünvanı üzrə İddiaçı adına əlavə olaraq hesablanmış 907,76 manat məbləğində elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə hesablanmış 1.609,58 manat borcun sayğacın elektron tablosunun yararsız vəziyyətdə olduğu dövrü əh atə etdiyinə görə, həmçinin cavabdeh tərəfindən qeyd olunan borcun nəyə əsasən və hansı formada hesablanmasına dair sübutlar təqdim edilmədiyinə görə silinməsi barədə haqlı nəticəyə gəlsə də, həmin borc məbləğinə aid olan 907,76 manat borcun silinməməsi barədə yalnış nəticə gəlmişdir.
17. Belə ki, apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi göstərmişdir ki, abunə haqqında arayışda göstərilən 1609,58 manat borc və 907,76 manat borc təzə sayğac quraşdırılarkən, köhnə sayğac üzərində olan sərfiyyata görə hesablanmış borcdur, sadəcə arayışda 907,76 manat “bağlanan aktlar” bölümündə göstərilmişdir, əslində həmin məbləğ də 1609,58 manat borcun davamı olaraq hesablanmış borc məbləğidir.
18. Əlavə olaraq 2517,34 manat (1609,58+907,76) borc hesablanmış, abunə haqqında arayış da isə 1609,58 ma nat bir qeyd edilmiş, 907,76 manat isə “bağlanan aktlar” bölümündə göstərilmişdir. Odur ki, həmin hissədə iddia qismən təmin edilməli və əlavə olaraq hesablanmış 907,76 manat məbləğində elektrik enerjisi borcu silinməlidir.
19. Kollegiya cavabdehin apelyasiya şikayətini əsassız hesab etmişdir.
20. Belə ki, “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbinə görə elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Lakin hazırki iş üzrə tərtib edilmiş aktlardan görünür ki, aktların tərtib edilməsində hal şahidlərinin iştirakı təmin edilməmiş, akt yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmış, hal şahidl əri və abonent tərəfindən imzalanmamışdır. Bu isə həmin aktların mötəbərliyini şübhə altına alır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdi rilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”
28. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. (maddə 7.6)
29. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanı lmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. (maddə 7.11)
30. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik v erilməsinə görə ödənişin alınmasına yol verilmir. (maddə 8.4)
31. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxi lində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. ( maddə 8.32)
32. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. (maddə 8.33) Mülki Prossesua l Məcəllə
33. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
34. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
36. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. (maddə 106.3)
37. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9174/2021 nömrəli iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.