Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-961/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair ilk, habelə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: göstərilmiş tibbi xidmətə görə borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)1344/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 16 oktyabr 2019-cu il tarixdə Cavabdeh1 və İddiaçı MMC arasında “Hamiləliyə və doğuşa görə tibbi xidmət müqavilə”si bağlanmış, 17 oktyabr 2019-cu il tarixdə qeysəriyyə əməliyyatı yolu ilə doğum həyata keçirilmişdir. Əməliyyatdan sonra Cavabdeh1 qanaxmalar baş verdiyi üçün sonuncunun üzərində 3 dəfə əməliyyat aparılmışdır. Cavabdeh1 bir neçə gün kritik vəziyyətdə qalmış, sonradan vəziyyəti stabilləşməklə, 11 noyabr 2019-cu il tarixdə o, evə yazılmışdır.
2. Qeyd olunan müqavilə üzrə Cavabdeh1 adın dan əri Cavabdeh2 tərəfindən İddiaçı MMC-nin hesabına 2700 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə, sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan 23191,14 manat məbləğində əsas borcun, 1623,37 məbləğində dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 24814,51 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən Cavabdeh1 göstərilmiş tibbi xidmətə görə hesabl anan məbləğ MMC-nin xəzinədarlığına ödənilməli idi. Belə ki, Müqavilənin 7.2-ci bəndinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 7.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Əməliyyat zamanı xəstənin vəziyyətində gözlənilməz ağırlaşma baş vermişdir. Xəstənin həyati təhlükəsini aradan qaldırmaq məqsədi ilə zəruri tibbi yardım göstərilmişdir. Sözügedən tibbi yardım həm kifayət qədər xərc tələb edən, həm də tibbi praktikada çətin və mürəkkəb bir proses olmuşdur. Lakin bütün bunlara baxmayaraq müqavilədə göstərilənlərdən əlavə tibbi xidmətlərə görə cavabdehlər tərəfindən xəstəxanaya heç bir ödəniş edilməmişdir. 16 oktyabr 2019 – 11 noyabr 2019-cu il tarixlər aralığında xəstə Cavabdeh1 MMC-də tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 24191,14 manat təşkil etmişdir ki, buna görə cavabdehlər 1000 manat məbləğində ödəniş etmişlər. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qalan 23191,14 manat borc məbləği cavabdehlər tərəfindən ödənilməmişdir. Cavabdehlərin ödəməli olduğu 23191,14 manat məbləğində əsas borc üzrə 7 faiz dərəcəsi ilə dəbbə pulunun hesablanaraq 1623,37 manat cavabdehlərdən tutulub MMC-yə ödənilməsi zərurəti də yaranmışdır.
5. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 100000 manatın və ödəni lmiş dövlət rüsumu 30 manatın həmin tələb üzrə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, bağlanmış müqaviləyə əsasən MMC qeysəriyyə yolu ilə əməliyyat edərək uşaqların doğulması üzrə tibbi xidmət göstərməli, qarşılıqlı iddia üzrə iddiaçılar isə 2100 manat xidmət haqqı ödəməli idilər. Həmin məbləğ dərhal cavabdehə ödənilmişdir. Hospitalda qeysəriyyə əməliyyatı yolu ilə doğuş həyata keçirilmiş və Cavabdeh1 əməliyyatdan tam rahat çıxmışdır. Lakin sonradan onda fəsadlar baş vermiş, qanaxma olmuş, qanaxma nəticəsində komaya düşmüş, 4 gün komada qalandan sonra, yenidən həyata qaytarılmış, müalicəsi davam etdirilərək evə yazılmışdır. Komadan ayılandan sonra ona məlum olmuşdur ki, həkimlərin səhvi ucbatından qadınlıq orqa nı zədələnmiş, doğuş zamanı cift tam götürülmədiyi üçün fəsad baş verərək onda qanaxma olmuş, onun və ərinin razılığı olmadan onun qadınlıq orqanı qanunsuz olaraq əməliyyat yolu ilə götürülmüşdür. Bütün bunlar nəticəsində Cavabdeh1 mənəvi iztirablar keçirmiş, həkim səhvi ucbatından qadın üçün ən vacib orqanından və bundan sonra dünyaya uşaq gətirmək imkanından məhrum olmuşdur. Bütün bu ağır günlər və baş vermiş ağır hadisələr nəticəsində kəskin və dərin iztirablar keçirmişlər və bu iztirablar davam edir. Bunlar azmış kimi, cavabdeh MMC-nin rəhbərliyi hələ öz səhvləri ucbatından ona belə bir ağır xəsarət və ağır iztirablar yaşatmasına baxmayaraq, üstəlik onlardan öz səhvləri ucbatından baş vermiş ağırlaşma nəticəsində çəkdikləri xərcləri də istəyərək onları məhkəməyə vermişdir. Bütün bunlar a görə MMC-dən çəkdikləri mənəvi iztirablara görə dəymiş mənəvi zərərin əvəzi olaraq 100000 manat tələb edirlər.
7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 22 iyun 2020-ci il tarixli rəyində göstərilmişdir ki,
1. Ginekoloji təcrübəyə əsasən, “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatın texniki cəhətdən düzgün icrasından sonra uşaqlıq qanaxmasının baş verməsi mümkündür. Bu patologiya əksər hallarda uşaqlıq əzələlərinin tonusu, yəni yığılma qabiliyyətinin pozulması, həmçinin uşaqlığın fıbroması, mioması, miometriumda çapıq çox döllük hamiləliklərdə, dölyanı mayenin çox olması, iri döl və s. səbəblərdən yarana bilər.
2. Cavabdeh1 üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatından sonra, onda erkən zahılıq dövründə baş verm iş uşaqlıq qanaxmasının qarşısının alınması üçün konservativ tibbi tədbirlər görülmüş, lakin bu tədbirlərin effektsizliyi səbəbindən tibbi göstəriş əsasında “Total abdominal histerektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir.
3. Cavabdeh1 baş vermiş qanaxma uşaqlığın atoniyası (yığılmaması) səbəbindən meydana çıxmışdır. Bunun qarşısının alınması üçün tibbi göstəriş əsasında operativ müdaxilələrinin aparılması zəruri olmuşdur.
4. Qanaxma mənbəyi olan uşaqlığın çıxarılmasına tibbi göstəriş olmuşdur. Lakin inkişaf edən damar daxili laxtalanma sindromu yenidən cərrahi hemostazın aparılmasına səbəb olmuş və təkrar cərrahiyyə əməliyyatı, yəni “Diaqnostik laporatomiya” və “Qalça arteriyasının bağlanması və qarın boşluğunun tamponizasiyası” icra edilmişdir.
5. Hər hansı bir tibbi müdaxilə zaman ı orqanın çıxarılması zəruri olduğu hesab edilirsə, xəstə və xəstənin qohumlarına məlumat verilməklə bu haqda razılıq alınır. Lakin həyati göstəriş olduğu halda təxirəsalınmaz müdaxilə icra oluna bilər.
6. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Cavabdeh1 üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatı və əməliyyatından sonrakı müdaxilələr zamanı onda damarların zədələnməsi hesabına qanaxmanın baş verməsi müəyyən edilməmişdir.
7. Cavabdeh1 üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatının gedişi zamanı cift götürülmüş və toxumalar bərpa edilmişdir.
8. Cavabdeh1 adına təyinat vərəqələrində qeyd edilmiş dərman preparatları onun vəziyyətinə və müalicəsinə uyğun olmuşdur.
9. Dərman preparatlarının xəstəyə istifadə olunub-olunmamasını məhkəmə-tibb i yolla təyin etmək mümkün deyildir.
10. Cavabdeh1 adına ekspertiza tədqiqatına təqdim edilmiş stasionar xəstənin tibbi kartasında metodoloji xarakterli uyğunsuzluqlar müəyyən edilmədi.
12. Cavabdeh1 vəziyyətinin ağırlaşması ilə əlaqədar ona aparılmış müayinələr və icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra göstərilmiş tibbi xidmət, həmçinin aparılmış transfuziyalar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur.
13. Cavabdeh1 müayinə və müalicəsi ilə əlaqədar onun digər xəstəxanalara köçürülməsi həkimlərin konsiliumunun qərarı əsasında həyata keçirilə bilər.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(009)437/2020 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) hər iki iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə ilk iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəti cəni onunla əsaslandırmışdır ki, 16 oktyabr 2019-cu il tarixli “Tibbi Xidmət Müqaviləsi”ni xəstə Cavabdeh1 imzalamış və həmin müqavilə üzrə də öhdəliklərini yerinə yetirərək müqavilənin 5.1-ci bəndinə uyğun 2100 manat məbləğində ödəniş etmişdir. Bundan əlavə, iddiaçı tərəf xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə xəstə Cavabdeh1 MMC-də tibbi xidmət göstərilməsini və göstərilmiş tibbi xidmətin ümumi məbləğinin 24191,14 manat təşkil etməsini iddia edir. İşin araşdırılmış halları, eləcə də ekspert rəyi ilə də müəyyən edilmişdir ki, Cavabdeh1 vəziyyətinin ağırlaşması ilə əlaqədar ona aparılmış müayinələr və icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra göstərilmiş tibbi xidmət, həmçinin aparılmış transfuziyalar ona təyin edilmiş diaqnoza uyğun olmuş və bu hərəkətlər “Tibbi Xidmət Müqaviləsi” nin şərtləri daxilində həyata keçirilmişdir. Cavabdeh1 ilə bağladığı tibbi xidmət müqaviləsi doğuşla bağlı olmuşdur və cavabdeh müqavilədə əks edilmiş qiymətlə razılaşarkən göstərilən tibbi xidmətlərin bu məbləğ civarında ödəməsinə ümid edərək onu ödəmişdir. Lakin, eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 doğuşdan sonra onda yarana biləcək fəsadların olacağını bilmirdi və bilə də bilməzdi. Ekspert rəyindən də görünür ki, Cavabdeh1 doğuşdan sonra baş vermiş qanaxma uşaqlığın atoniyası (yığılmaması) səbəbindən meydana çıxmış, bunun qarşısının alınması üçün tibbi göstəriş əsasında operativ müdaxilələrinin aparılması zəruri olmuşdur. Lakin Cavabdeh1 doğuşla bağlı tibbi xidmətlərin ödənişindən sonra əlavə olaraq ona göstəriləcək xidmətlərin də əvəzli olmaqla bunun qarşılığını ödəməsinə dai r öhdəlik götürməsi işin halları ilə öz təsdiqini tapmamışdır. İşin materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli “doğulacaq uşağın yaxının razılığı” adlanan sənəddə doğulacaq uşağın valideyni kimi Cavabdeh2 göstərilsə də, həmin sənəddəki imzanı Cavabdeh1 imzalamışdır. Göründüyü kimi, Cavabdeh2 iddiaçı ilə öhdəliklə bağlı heç bir sənədə imza etməmişdir (imzanın Cavabdeh1 aid olması ilkin iddiaçının və cavabdehlərin izahatı ilə təsdiq edilir). Cavabdeh1 izahatlarına əsasən ona bu sənədlərə imza etməyi ilk iddiaçının əməkdaşları təklif etmiş və o elə vəziyyətdə olmuşdur ki, hansı sənədi imzalamasının fərqində olmamışdır. Cavabdeh2 da izahatından görünür ki, tibbi xidmətlə bağlı müqavilə üzrə yalnız 2100 manat ödənilməsi barədə ona şifahi məlumat vermişlər və o, ilk olaraq Cavabdeh1 a dından 300 manat, xx.xx.2019-cu ildə 1900 manat, yəni müqavilədə nəzərdə tutulan məbləğdən əlavə 100 manat ödəniş etmiş, lakin buna əhəmiyyət verməmişdir. xx.xx.2019-cu ildə isə iki dəfəyə 500 manat ödəmiş və bunu da xəstəxananın əməkdaşlarının dedikləri qaydada ödəmişdir. Əlavə olaraq ondan həmin vaxt məbləğ ödənilməsi tələb olunmayıb.
10. İşin materiallarından görünür ki, Cavabdeh1 iddiaçı MMC-nin hesabına müqavilədə nəzərdə tutulmuş məbləğdən əlavə 600 manat da ödəmişdir. Lakin cavabdeh tərəfin izahatlarına əsasən onlara əlavə olaraq qeyd edilən məbləğin ödənilməsi bildirilmiş, bu məbləği ödəmək iqtidarında olduqları üçün həmin məbləği ödəmişlər və onlara ilk iddiada göstərilən məbləğin ödəməli olmalarına dair həmin vaxt heç kim məlumat verməyib. Bu barədə onlar qarşı iddia qaldırılanda n sonra məlumatlı olmuşdur. İlk iddiaçı tərəfin cavabdeh tərəfi tibbi xidmət müqaviləsində göstərilən xidmətlərdən (doğuşla bağlı) əlavə göstərilən xidmətlərə görə 24191,14 manat ödəməli olmasına dair məlumatlandırmasını, ümumilikdə isə iddiasının əsası kimi istinad etdiyi cavabdehlərin onun qarşısında öhdəlik daşıyıcısı olmasını sübut edə bilməmişdir.
11. Məhkəmə qarşılıqlı iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər qarşılıqlı tələblərinin əsası kimi həkimlərin səhvi ucbatından Cavabdeh1 qadınlıq orqanının zədələnməsi, doğuş zamanı cift tam götürülmədiyi üçün fəsad baş verərək onda qanaxma olduğu üçün onun və ərinin razılığı olmadan onun qadınlıq orqanını qanunsuz olaraq əməliyyat yolu ilə götürülməsi ilə onlara mənəvi zərər vurulmasın ı iddia etmişlər. Lakin cavabdehlərin həkim səhvi ucbatından onlara mənəvi zərər vurulmasına dair dəlilləri iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə təkzib edilir. Həmçinin ekspert rəyi ilə o da müəyyən edilmişdir ki, Cavabdeh1 baş vermiş qanaxma uşaqlığın atoniyası (yığılmaması) səbəbindən meydana çıxmışdır. Bunun qarşısının alınması üçün tibbi göstəriş əsasında operativ müdaxilələrin aparılması zəruri olmuşdur. Bu zaman həyati göstəriş olduğu halda təxirəsalınmaz müdaxilə icra olunma faktı baş vermişdir ki, bu halda da Cavabdeh2 razılığının alınmamasında ciddi qanun pozuntusuna yol verilməmiş, qanaxma mənbəyi olan uşaqlığın çıxarılmasına tibbi göstəriş olmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 386.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 101.3, 206.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC ayrıca, habelə ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(009)437/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(103)5185/2021 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovun və Ş.A.Məmmədovanın iştirakı ilə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2020-c i il tarixli, 2(009)-437/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Mülki qanunvericiliyin tələblərinə əsasən müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir və hazırki tələblərin əsas qayəsi müqavilə münasibətlərdən irəli gələn mübahisədir. Qanunvericilik hüquqdan suiistifadəni qadağan edir və bu əsas üzərində həyata keçirilən razılaşma və hərəkətlərin isə etibarsızlığını müəyyən edir. Xüsusən qeyd edilməlidir ki, təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz tələb etmək hüququ verən, qiymətlərin əsassız qısa müddətdə yüksəldilməsini nəzərdə tutan müddəalar etibarsız sayılır. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə dax il edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Mülki qanunvericilik müqavilə şərtlərini təfsir edərkən məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 16. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 16-cı maddələrində ehtiva edilənlərə əsasən, tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək; təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək; özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyin ə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək: xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək kimi özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələridir. Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir.
17. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının müqavilənin etibarsız şərtlərinə istinad etməsi və öz vəzifəsinə uyğun həyati təhlükə qarşısında qalmış şəxsə təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün qarşı tərəfin təsəvvürü olmayan tənasübsüz yüksək məbləğ tələb etməsi və sui-istifadəyə şərait yaradan bu növ müqavilə şərtləri müstəvisində nəzərdən keçirilən tələblər əsassızdır. Cavabdehlərin iddiaçıdan asılı (doğum gözləntisi və əməliyyat həyəcanı) vəziyyətdə iddiaçının fəaliyyətinin əsasını təşkil edən reqlamentə (qanunvericiliyə, gözlənilən və ümid edilən rəftara) zidd və mücərrəd şərtlərin müqaviləyə daxil edilməsi özlüyündə bu şərtlərin əhəmiyyətsizliyini müəyyən edir.
18. Cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən məhkəmə qeyd etmişdir ki, bu dəlillər vəzifəli şəxsin təqsirliliyinin müəyyən edilməsinə yönəlik cinayət təqibinin predmeti kimi müvafiq növ icraat həddində mümkün olsa da, mülki icraat üzrə prosessual səlahiyyətlərdən kənardır. Ona görə müvafiq araşdırmanın hüquqi nəticəsi kimi iddiaçının (vəzifəli şəxsinin) təqsirliliyi müəyyən edildiyi təqdirdə ondan irəli gələn mənəvi zərər tələbi üzrə cavabdehliyin müzakirə edilməsi mümkündür. Hazırki vəziyyətdə isə tərəflərin öz risk dairələrinə aid hərəkətlər (hərəkətsizlik) həddində mülki məsuliyyətləri özlərinə aiddir. c) Kassasiya inst ansiyası məhkəməsindəki birinci icraat
19. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(103)5185/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 2(102)-6347/2021 nömrəli qərarı ilə (hakim Ə.G.Nurməmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Q.Hüseynovun və İ.R.Xələfovun iştirakı ilə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(103)-5185/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddia tələ binin rədd olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
21. Kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi müqavilənin şərtlərinin etibarsızlığı ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin müddəalarına istinad edən kassasiya kollegiyası qeyd etmişdir ki, müqavilənin şərtlərinə əsasən xəstəyə göstərilən tibbi xidmətə görə qiymət cədvəli müəyyən edilmiş, həmçinin müqavilənin 5.3, 5.4, 5.5 və 5.7-ci bəndlərinə görə xəstəyə planlaşdırılan xidmətə daxil olmayan xidmətin göstərilməsi, proqrama daxil olmayan xidmətlərə görə ödəmənin qiymət cədvəlinə əsasən proqram qiymətindən ayrıca olaraq həyata keçirilməsi, müqavilə ilə nəzərdə tutul mamış yanaşı xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zərurətli cərrahi müdaxilə hallarında göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 5.1-ci bəndində (2100 manat) göstərilən məbləğdən əlavə olaraq ödənilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür.
22. Apellyasiya instansiyası məhkəməsi isə heç bir əsaslandırma aparmadan müqavilənin standart şərtlərinin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin normalarına istinad etmiş, həmin normaların dispozisiyasında göstərilmiş şərtlərin hazırki mübahisəyə uyğunluğunu müəyyən etməmişdir.
23. Məhkəmə qətnaməsini əsaslandırarkən müqavilənin şərtlərini etibarsız hesab etmiş, lakin məhkəmənin gəldiyi nəticə aydın olmamaqla, tərəflər arasında bağl anmış müqavilənin hansı bəndlərinin müqavilənin standart şərtləri olması, həmin şərtlərdən hansının etibarsız sayılması və bu etibarsızlığın əsaslarının nədən ibarət olması göstərilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin, “Özəl tibbi fəaliyyət haqqında” və “Tibbi sığorta haqqında” qanunların bir sıra normalarını sadalasa da, həmin normaların hazırkı mübahisənin həllinə aidiyyətini göstərməmişdir. Məhkəmə qətnaməsində iddiaçının tələb etdiyi xərclərin tənasübsüz surətdə yüksək xərclər olmasını, iddiaçının tələb etdiyi qiymətlərin qısa müddətdə yüksəldilməsini qeyd etmiş, lakin cavabdehə göstərilmiş əlavə tibbi xidmətlərin cərrahi əməliyyatların əslində nə qədər qiymətdə ola bilməsi, qiymətlərin yüksəldilməsini nəyə əsasən müəyyən olunmas ı aydın deyildir. Göründüyü kimi, məhkəmə maddi hüquq normalarını tətbiqində səhvə yol vermiş, nəticədə mübahisələndirilən hissədə düzgün olmayan nəticəyə gəlmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)1344/2022 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər E.C.Kazımovun və İ.Ə.Kərimlinin iştirakı ilə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(009)-437/2020 nömrəli qətnaməsi qismən - İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı göstərilmiş tibbi xidmətin qarşılığı olan 23191,14 manat məbləğində əsas borcun, 1623,37 manat məbləğində dəbbə pulunun, o cümlədən öd ənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 24814,51 manat pulun cavabdehlərdən tutulub İddiaçı MMC-yə ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmiş, 23191,14 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulub İddiaçı MMC-yə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh İlhamə Abıyeva arasında 16 oktyabr 2019-cu il tarixdə “Hamiləliyə və doğuşa görə tibbi xidmət müqavilə”sinin imzalanması, 17 oktyabr 2019-cu il tarixdə doğuşun qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilməsi və əməliyyat nəticəsində əkiz uşaqların normal doğulması, əməliyyatdan bir neçə saat sonra xəstənin vəziyyətinin ağırlaşması, bunun q anaxmadan baş verməsi, xəstənin təkrar əməliyyata aparılması, təkrar əməliyyat nəticə vermədiyindən daha sonra 3 dəfə tibbi əməliyyata məruz qalması, xəstənin bir neçə gün kritik vəziyyətdə olması, sonradan vəziyyətinin stabilləşməsi, 11 noyabr 2019-cu il tarixdə evə buraxılması və cavabdehlər tərəfindən iddiaçının hesabına müqavilə şərtlərinə əsasən 2700 manat ödəniş edilməsi, evə buraxıldıqdan sonra xəstədə hər hansı fəsadların qalmaması işin mübahisələndirilməyən hallarıdır. Mübahisələndirilən hissə doğuşdan sonra aparılmış əməliyyatlar və tibbi yardım xərcləri qismində 24814,51 manat pulun cavabdehlərdən tutulması məsələsidir. İddiaçı tələbinin əsası kimi MMC ilə cavabdeh İ.Abıyeva arasında bağlanmış 16 oktyabr 2019-cu il tarixli “Hamiləliyə və doğuşa görə tibbi xidmət müqavilə”sinə is tinad etmişdir. Cavabdehlər isə tibb müəssisəsi tərəfindən çəkilmiş həmin xərclərin həkimlərin səhvi nəticəsində olmasını irəli sürürlər.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxılarkən həkimlər tərəfindən hər hansı səhvə yol verilməsi müəyyən edilməmişdir. Əksinə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 vəziyyətinin ağırlaşması ilə əlaqədar ona aparılmış müayinələr və icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra göstərilmiş tibbi xidmət, həmçinin aparılmış transfuziyalar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı müqaviləyə istinad etməklə cavabdehdən aparılmış əməliyyatlar və tibbi yardım xərclərinin ödənilməsini tələb etməkdə haqlıdır.
27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilən in şərtlərinə əsasən xəstəyə göstərilən tibbi xidmətə görə qiymət cədvəli müəyyən edilmiş, həmçinin müqavilənin 5.3, 5.4, 5.5 və 5.7-ci bəndlərinə görə xəstəyə planlaşdırılan xidmətə daxil olmayan xidmətin göstərilməsi, proqrama daxil olmayan xidmətlərə görə ödəmənin qiymət cədvəlinə əsasən proqram qiymətindən ayrıca olaraq həyata keçirilməsi, müqavilə ilə nəzərdə tutulmamış yanaşı xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zərurətli cərrahi müdaxilə hallarında göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 5.1-ci bəndində (2100 manat) göstərilən məbləğdən əlavə olaraq ödənilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin: 3.1.1-ci bəndinə əsasən Ba kı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 31 ünvanında yerləşən MMC-də, peşəkar həkim və tibb heyəti vasitəsi ilə “X3” çərçivəsində və proqramın seçilən növü üzrə doğuşa qədər, doğuş və doğuş sonrası bütün mərhələlərdə lazımi tibb xidməti göstərməyi öhdəsinə götürür. 3.2.6-cı bəndinə əsasən “X3” çərçivəsində tətbiq olunacaq proqram növünün paket qiymətini (paketə daxil olan xidmətlər Əlavə İ də təqdim olunur), Müqaviləyə əlavə sayılan “Ödəmə Planı”na (Əlavə İİİ) əsasən vaxtında və əksiksiz olaraq “Xəstəxana” ya ödəməyi öhdəsinə götürür və ödəmiş olduğu məbləği) göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir. 3.2.7-ci bəndinə əsasən “Xəstə” və ya "Xəstə yaxını” hazırkı müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmət göstərilməsi, fəs ad çıxması proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli”nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. 5.1-ci bəndinə əsasən planlaşdırılan xidmətin qiyməti ana üçün 2100 manat təşkil edir. 5.3-cü bəndinə əsasən Proqrama daxil olmayan xidmətlərə görə ödəmə, xəstəxananın Qiymət Cədvəlinə əsasən proqram qiymətindən ayrıca olaraq həyata keçirilir. 5.4-ci bəndinə əsasən xəstə və ya xəstə yaxını hazırki müqavilə ilə nəzərdə tutulmamış yanaşı xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zərurətli cərrahi müdaxilə hallarında göstərilən x idmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 5.1-ci maddəsində göstərilən məbləğdən əlavə olaraq ödəməyi öhdəsinə götürür. 5.5-ci bəndinə əsasən hazırki müqavilənin 1.3-cü maddəsindəki “Planlaşdırılan xidmət” ana və ya yeni doğulmuş uşaqların diaqnozlarına müvafiq olaraq dəyişdirilərsə, “Xəstə” faktiki həyata keçirilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət cədvəli”nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. 5.7-ci bəndinə əsasən əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə tərəfindən 5.1-də göst ərilən qiymətlərə əlavə olaraq xəstəxananın hesabına ödənilir.
28. Göründüyü kimi, tibi xidmət xərclərinin ödənilməsi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur. Lakin bu müqavilə Cavabdeh2 tərəfindən deyil, Cavabdeh1 tərəfindən imzalanmışdır və belə olan vəziyyətdə müqavilə öhdəliyinin yerinə yetirilməməsinə görə məsuliyyət də sonuncunun üzərinə düşür. Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə aparılmış əməliyyatlar və tibbi yardım xərcləri qismində ödənilməli olan 23191 manat məbləğində pul vəsaiti ondan iddiaçının xeyrinə tutulmalıdır. Digər Cavabdeh2 müqavilə tərəfi olmadığından, onu imzalamadığından ona qarşı tələb təmin oluna bilməz.
29. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən tələb olunan məbləğin daha az olma sına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə öz təşəbbüsü ilə göstərilən tibbi xidmətin dəyərinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etsə də, Səhiyyə Nazirliyi tərəfindən mütəxəssis rəyi verilmədiyindən ekspert bu barədə rəy verməkdən imtina etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda hesab etmişdir ki, ilk iddia 1623,37 məbləğində dəbbə pulunun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən işin faktiki hallarını, cavabdehin əmlak vəziyyətini və s. nəzərə almışdır.
31. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1-ci maddələri ilə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
32. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cava bdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(103)-1344/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 97, 217.1, 217.4-cü maddələri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi tərəflər arasında əlavə əməliyyatlara görə müqavilə olmadığı halda, cavabdehi bu xərclərə görə borclu hesab etmişdir. İş materiallarından və işin hallarından, eləcə də hər iki tərəfin izahatlarından da görünür ki, istinad edilən müqavilədə tərəf kimi cavabdehin əri göstərilmiş, iddiaçı bu müqaviləni ona imzaladıbdır. İddiaçı cavabdehin əməliyyatlarına sərf edilmiş dərman və əməliyyatlar üçün tələb etdiyi pul məbləğini yalnız mötəbər sübutla, ya da ekspertiza rəyi ilə sübut edə bilərdi. Əks təqdirdə həmin borc tələbi o həcmdə təmin edilə bilməzdi. Amma bu sübut olmadan məhkəmənin iddianı təmin etməsi prosessual hüquq normasının kobud surətdə pozulması kimi qiymətləndirilməlidir.
34. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
35. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. Yuxarıda qeyd olunduğu kimi, kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatında apellyasiya məhkəməsinin qətnamə si qismən, yalnız ilk iddianın rədd olunması hissədə ləğv edilmiş, ikinci apellyasiya baxışının predmetini yalnız həmin tələb təşkil etmişdir.
38. Hazırda apellyasiya məhkəməsi tərəfindən ilk iddia qismən təmin olunsa da, iddiaçı kassasiya şikayəti vermədiyindən, kassator isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmuş hissəsində mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci madd əsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən ol unmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik e dilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
43. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında tibbi xidmətin göstərilməsi ilə bağlı müqavilə münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Belə ki, yazılı müqavilənin kimlə bağlanmasının nəzərdə tutulmasından və kim tərəfindən imzalanmasından asılı olmayaraq iddiaçı tərəfindən cavabdehə müvafiq tibbi xidmət göstərilmiş və bunun müqabilində müqavilədə ilkin nəzərdə tutulmuş pul vəsaiti ödənilmişdir.
44. Mübahisəli məsələ iddi açıya göstərilmiş əlavə tibbi xidmətin dəyəri ilə bağlıdır ki, həmin xidmətin də göstərilməsi də (əlavə əməliyyatların həyata keçirilməsi və kassatorun 16 oktyabr 2019-cu ildən 11 noyabr 2019-cu ilədək stasionar müalicədə olması) mübahisəsizdir. Belə olan halda, apellyasiya məhkəməsi müqavilənin şərtlərini təfsir etməklə əsaslı olaraq hesab etmişdir ki, həmin müalicənin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
45. Ödənilməli olan vəsaitin məbləği ilə bağlı kassasiya şikayətinin dəlillərinə dair məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə mübahisənin həlli sübut etmədən asılı olmuşdur. Apellyasiya məhkəməsi sübutetmə yükünü düzgün bölüşdürmüş və iddiaçının təqdim etdiyi sənədlərə əsasən cavabdehin müalicəsinə sərf olunmuş vəsaiti müəyyən etmişdir. Həmin məbləğin yüksək olmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmiş, həmçinin təkrar apellyasiya icraatında bu məbləğin araşdırılması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsə də, ekspert rəy verməkdən imtina etmişdir.
46. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
47. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
48. Odur ki, məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-c i il tarixli, 2(103)-1344/2022 nömrəli qətnaməsi ilk iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.