Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-963/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorların vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(010)-5628/2018, hakim R.Y.Həsənov) İddiaçı Ələkbər qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, C avabdeh3 və Cavabdeh4 qarşı iddiası təmin edilmiş, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin evin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb iddiaçıya təhvil verilməsi, cavabdehlərin qeyd edilən ünvana istifadə hüquqlarına xitam verilməsinun onların (azyaşlı və yetkinlik yaşına çatmayan uşaqları da daxil olmaqla) həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-2900/2019, hakimlər E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova, X.Ə.Sarıyev) Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, qətnamə “cavabdehlər Cavabdeh 1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin evin onlar tərəfindən tutulmuş hissəsinin boşaldılıb iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd edilən ünvana istifadə hüquqlarına xitam verilməsinun onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına əsas olması” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Ələkbər qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-4560/2019, hakimlər V.Ə.İbayev, A.K.Kalbalıyev, Ə.Ə.Əliyev) İddiaçı Ələkbər qızının kassasiya şikayəti qismən təmin ed ilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11521/2019, hakimlər F.F.Babayev, X.A.Mərdanova, E.M.Həsənov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları və onlar tərəfindən həmin evin tutulmuş hissəsinin boşaldılıb iddiaçıya təhvil verilməsi, cavab dehlərin qeyd edilən ünvana istifadə hüquqlarına xitam verilməsinin onların (azyaşlı və yetkinlik yaşına çatmayan uşaqları da daxil olmaqla) həmin mənzildən pasport qeydiyyatından çıxarılmaları üçün əsas olması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 verdiklərii kassasiya şikayətində qətnamənin qismən, onlara aid hissədə ləğv edilib iddianın onlara münasibətdə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Ələkbər qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış ev indən çıxarılmaları və həmin evin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən kassatorların mübahisəli evdən çıxarılmaları tələbinə dair iddianın rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorların vəkili kassasiya şika yətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarına görə, mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir və həmin ünvanda iddiaçı ilə bərabər onun oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 qeydiyyatda olmaqla yaşayırlar. Tərəflər arasında əvvəllər də hazırda mübahisələndirilən yaşayış sahəsi ilə əlaqədar məhkəmə mübahisələri olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı Ələkbər qızına qarşı yaşayış sahəsindən və həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiaları qismən təmin edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxx 2003cü il tarixli qəradadı ilə ləğv edilmiş, tərəflər arasında iddia tələbi üzrə barışıq sazişi bağlanmışdır. Sazişin şərtlərinə əsasən həmin ünvandakı şərti “A” adlanan əvvəllər tikilmiş ya şayış evi İddiaçı Ələkbər qızının, sonradan tikilmiş ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsi bütövlükdə iddiaçılar Cavabdeh1 Baba oğlu və Cavabdeh2 istifadəsində saxlanılmışdır. Bundan sonra İddiaçı Ələkbər qızı mübahisəli evi xx xxxxxx 2005-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlamış, lakin sonradan həmin müqavilənin ləğvini məhkəmə qaydasında mübahisələndirmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı Ələkbər qızının iddiası qismən təmin edilmiş, mübahisəli evin Cavabdeh1 bağışlamasına dair Bakı şəhəri 31 saylı Dövlət Notariat kontorunda bağlanmış xx xxxxxx 2005-ci il tarixli bağışlama müqaviləsi və onun hüquqi nəticələri ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 başqa yaşayış sahələri olmadığına ist inad olunaraq mübahisəli evdən çıxarılması hissəsində iddia rədd edilmişdir. Deməli, həmin məhkəmə qətnaməsi əsasında, bağışlama müqaviləsi ləğv edildikdən sonra, iddiaçının mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüququ yenidən bərpa edilmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahə sinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilətəmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin normanın məzmunundan göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, onun maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, onun göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Deməli, qanunverici yaşayış sahəsinin mülkiyyətçisi nin keçmiş ailə üzvünün istifadə hüququnun saxlanmasına yuxarıda göstərilən əsaslar mövcud olduğu hallarda müəyyən müddətə saxlanmasını nəzərdə tutmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi, iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüququ yenidən bərpa edildikdən, yəni xx xxxx 2010-cu il tarixdən cavabdehlər iddiaçıya məxsus mübahisəli fərdi yaşayış evində yaşayırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün istifadə hüququnun saxlanması müəyyən müddətlə məhdudlaşdırılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli fərdi yaşayış evində yaşadıqları müddət (9 il) qeyd edilən normanın tələbləri baxımından kifayətdir. Digər tərəfdən apellyasiya məhkə məsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər iddiaçı tərəfindən onların istifadəsinə verilmiş yaşayış sahələrini də satmışlar ki, bu da onların mübahisəli evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Gündüz Quliyev Hakimlər Qəhrəman Allahverdiyev İlqar Xələfov
Məhkəmə qərarları › İş №2(102)-963/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-963/2020
12.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver