Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-964/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı «əmrin ləğv edilməsi, işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və s.» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 2(103)-7014/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2017-ci il tarixli, K-39 nömrəli əmrindən görünür ki, İddiaçı - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən 13 mart 2017-ci il tarixindən İqtisadiyyat Nazirliyinin Ümumi şöbəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 114 nömrəli əmək müqaviləsindən görünür ki, İddia çı xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2019-cu il tarixli, M-39 nömrəli əmrindən görünür ki, müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinin 1-ci hissəsinə əsasən 2019-cu ilin fevral ayının 5-dən 2019-cu ilin iyun ayının 10-dək 126 təqvim günü müddətinə ödənişli sosial məzuniyyət verilmiş, xx.xx.2019-cu il tarixindən işə başlaması müəyyən edilmişdir.
4. Azərbaycan R espublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2019-cu il tarixli, M-158 nömrəli əmrindən görünür ki, müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi İddiaçı sosial məzuniyyət müddəti 2019-cu il iyun ayının 11-dən 24-dək 14 təqvim günü müddətinə uzadılmış, xx.xx.2019-cu il tarixindən işə başlaması müəyyən edilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2019-cu il tarixli, M-186 nömrəli əmrindən görünür ki, müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi İddiaçı 2019-cu il iyun ayının 26-dan 2020-ci il ilin aprel ayının 8-dək uşağının 1 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət verilmiş, xx.xx.2020-ci il tarixindən işə başlaması müəyyən edilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2020-ci il tarixli, M-69 nömrəli əmrindən görünür ki, müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi İddiaçı 2020-ci il aprel ayının 8-dən 2021-ci il ilin aprel ayının 8-dək uşağının 2 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət verilmiş, xx.xx.2021-ci il tarixindən işə başlaması müəyyən edilmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2021-ci il tarixli, M-7 0 nömrəli əmrindən görünür ki, müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi İddiaçı 2021-ci il aprel ayının 9-dan 2022-ci il ilin aprel ayının 8-dək uşağının 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət verilmiş, xx.xx.2022-ci il tarixindən işə başlaması müəyyən edilmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-65 nömrəli əmrindən görünür ki, müddətli əmək müqaviləsi ilə İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə qəbul edilmiş İddiaçı əmək müqaviləsinə 11 aprel 2022- ci il tarixindən xitam verilmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-122 nömrəli əmrindən görünür ki, X1 - Çağrı mərkəzinin işinin təşkili sektorunun aparıcı məsləhətçisi vəzifəsindən ştatı ilə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. 10. 07.07.2022-ci il tarixli Əmək Müqaviləsi bildirişindən görünür ki, X2 dövlət qulluqçusu kimi İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İ qtisadiyyat Nazirliyinə qarşı «əmrin ləğv edilməsi, işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2022-ci il tarixli, K65 nömrəli əmrinin ləğv edilməsi, müqavilənin müddətsiz hesab edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə işə bərpa olunacağı günədək əmək haqqının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinin xx.xx.2017-ci il tarixli, K-39 №-li əmri ilə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Ümumi şöbəsinin Vətəndaşların qəbulu və müraciətlər inə baxılması sektorunun məsləhətçisi vəzifəsində işə başlamış, xx.xx.2018-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2022-ci il tarixli, K-65 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə əsasən ləğv edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2022-ci il tarixli, K-65 nömrəli əmri qanunsuzdur və ona görə də ləğv edilməlidir. Belə ki, əvvəldən iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması üçün hər-hansı bir əsas mövcud olmamışdır. Eyni zamanda iddiaçının işdən azad olunmasına s əbəb olan hallar əmrdə qeyd edilməmiş və bununla bağlı heç bir açıqlama verilməmişdir. Bu kimi hallar daha əvvəllər də məhkəmələrdə mübahisələndirilmiş və bənzəri işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası xx.xx.2022-ci il tarixli, 2(102)-301/2022 iş nömrəli, xx.xx.2022-ci il tarixli, 2(102)-1931/2022 iş nömrəli qərarları onu göstərir ki, iddiaçı qanunvericiliyə əsaslanan tələbində haqlıdır və pozulmuş hüquqları bərpa edilməlidir. Göründüyü kimi məhkəmə tərəfindən onun barəsində olan əmr etibarsız hesab edilə bilər. Belə ki, çıxarılmış əmrdə əmri imzalayan şəxsin ata adı, eləcə də müəssisəsin hüquqi ünvanı qeyd edilməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan Azərbaycan Respublikası İ qtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyevin xidməti məruzəsində onun tutduğu vəzifə səhv qeyd edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli, K-142 nömrəli əmrə əsasən o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Ümumi şöbəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sektorunun məsləhətçisi vəzifəsindən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. Qeyd olunan xidməti məruzədə isə “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun məsləhətçisi vəzifəsinə keçirilmişdir” deyə qeyd edilir. Onu da bildirir ki, barəsində ilk öncədən hər hansı bir inzibati tədbir görmədən, hər hansı bir ciddi nöqsan aşkar etməd ən, ona öncədən özünə başqa bir iş tapmağı üçün xəbərdarlıq edilmədən birbaşa olaraq Əmək Məcəlləsinin 73.1-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin bildirmək istəyir ki, 11 aprel 2022-ci il tarixdə uzun müddətli qismən ödənişli sosial məzuniyyətdən qayıtdığı gün onun işdən kənarlaşdırılmağı barədə əmr verilmişdir. Onu işdən kənarlaşdıran müəssisə görəsən düşünmürmü ki, hamiləlik kimi ağır bir dövrdən sonra xüsusi ilə də, iqtisadiyyatın çətin dövründə onun işdən kənarlaşdırılmağı ailə büdcəsinə necə böyük təsir göstərib?! Uşaq qidalarının və digər labüd əşyalarının mütəmadi alınmasının vacibliyindən və onların bazar qiymətindən xəbərdar deyillərmi?! O, artıq ikinci dəfə ana olmaqdan qorxur. Hər ölkənin öz demoqrafik siyasəti olur və dövlət bu yöndə xalqa dəstək durur. D emoqrafik siyasət doğumsayı, nikahlılıq, boşanma, əhalinin yaş strukturu və onun ölüm miqdarına təsir edən siyasətdir. Geniş mənada demoqrafik siyasəti bəzən əhalinin artması ilə eyniləşdirilir, dar mənada isə onun tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. İqtisadiyyat nazirliyi onu işdən kənarlaşdırmaqla, gəlirini kəsməklə gənc bir ailənin yaşam şərtlərini nə qədər aşağı çəkdiyinin fərqindədirmi?! O, hər zaman işində peşəkar kimi davranmış, lakin ən təbii haqqı olan analıq hüququndan istifadə etməsi onun işindən olmasına səbəb olmuşdur. Son olaraq bildirmək istəyir ki, əgər onun tutmuş olduğu vəzifə vakansiya ştatı olaraq qalırsa və onun işi ilə bağlı gözəçarpan nöqsanları yoxdursa, əvvəllər də öz işini qaydasında icra etdiyi kimi yenə də, bunu davam edə bilər. Bir müddətdir çalı şdığı işində xeyli peşəkarlaşmış və işləri onun yerinə gətirilən yeni kadrlardan daha yaxşı icra edə bilər.
13. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, Vahidi X3 nazirinin xx.xx.2017-ci il tarixli, K-39 nömrəli əmri ilə Ümümi şöbənin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sektorunun məsləhətçisi vəzifəsinə, daha sonra isə struktur dəyişikliyi ilə əlaqədar İqtisadiyyat nazirinin xx.xx.2018-ci il tarixli, K-142 nömrəli əmri ilə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektoruna aparıcı məsləhətçi vəzifəsinə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmişdir. İddiaçı İqtisadiyyat nazirinin müvafiq əmrlərinə əsasən xx.xx.2019-cu il tarixdə n xx.xx.2019-cu il tarixədək ödənişli sosial məzuniyyətə, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətdə (uşağının 3 yaşı tamam olanadək) olmuşdur. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən işçinin müəyyən üzrlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli, M-70 nömrəli əmrində İddiaçı qismən ödənişli sosial məzuniyyətinin 2022-ci il 08 apreldə başa çatdığı və onun 11 aprel tarixdən işə başlamalı olduğu qey d edilmişdir. İddiaçı 11 aprel 2022-ci il tarixdə işə qayıtmış və həmin gün Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Lakin İddiaçı işdən çıxarılmasını qeyri-qanuni hesab edərək “Mediasiya haqqında Qanunun” 3.2-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin tətbiqi məqsədilə mediatora müraciət etmişdir. Bununla bağlı Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli, MŞB/6-2335 nömrəli məktubu ilə mediator Fərid İmanov tərəfindən xx.xx.2022-ci il tarixə mediasiya sessiyasına çağırışla bağlı məktub daxil olmuş, Nazirliyin nümayəndəsi həmin mediasiya prosesində iştirak etmiş, lakin qarşı tərəf sessiyaya gəlməmişdir. Göstərilənlərə əsasən bildirirlər ki, İddiaçı əmək qanunvericiliyinə uyğun olaraq, müqavilə müddəti bi tdiyi üçün işdən azad edilmişdir.
14. Daha sonra cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraza əlavə təqdim edərək göstərmişdir ki, İddiaçı vaxtilə müddətli əmək müqavilə üzrə çalışdığı vəzifə - İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa görə, inzibati vəzifələrin beşinci təsnifatına aid dövlət qulluğu vəzifəsidir. “Dövlət Qulluğu” haqqında Qanunun 28-ci maddəsinə görə dövlət qulluğuna qəbul müsabiqə (test və müsahibə) əsasında aparılır və yalnız müsabiqədən uğur qazanmış namizədlərlə müddətsiz əmək müqaviləsi bağlanılır və onlar dövlət qulluqçusu hesab ed ilirlər. Dövlət orqanının rəhbəri vakant dövlət orqanı vəzifə üzrə müsabiqəyədək həmin vəzifə üzrə iş yükünü azaltmaq məqsədilə müddətli əmək müqaviləsi əsasında həmin vakant yerə işçi cəlb edə bilər. İddiaçı dövlət qulluqçusu olmadığı üçün onunla müddətli əmək müqaviləsi bağlanılmış və onunla bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə 11 aprel 2022-ci il tarixdə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə iş üzrə keçirilmiş məhkəmə baxışında həmin vəzifənin hazırda vakant olub-olmadığına dair şifahi sorğuya əsasən bildirir ki, hal-hazırda həmin vəzifə vakant deyildir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat nazirinin 06 iyul 2022-ci il tarixli K-147 nömrəli əmrinə əsas ən, dövlət qulluqçusu X1 Çağrı mərkəzinin işinin təşkili sektorunun aparıcı məsləhətçisi vəzifəsindən İqtisadiyyat Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun aparıcı məsləhətçisi vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə təyin edilmişdir.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1392/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın təmin edilməməsi qət edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehlə əmək münasibətlərində olmasına dair əmək müqaviləsi 5 il 1 ay müddətində qüvvədə olsa da, bu Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğun olaraq onunla bağlanmış müqavilənin müddətsiz əmək müqaviləsi kimi qiymətləndirilməsinə əsas ola bil məz. Belə ki, həmin normada müddətli əmək müqaviləsinin 5 ildən artıq müddətə davam etdiyi halda müddətsiz əmək müqaviləsi hesab edilməsi üçün əsas şərt əmək müqaviləsinin fasiləsizliyidir.
17. Məhkəmə qeyd etmişdir ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardığından işəgötürən onunla əmək münasibətlərini davam etdirmək arzusunda olmayaraq işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş əmək müqaviləsinə xitam verilmişdir.
18. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni müqavilənin müddətsiz hesab edilməsi, işə bərpa edilmə və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi kimi təl əbinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 11, 12, 45, 47, 68, 73, 84 və 179-cu maddələrinə, “Dövlət Qulluğu” haqqında Qanunun 28-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən nəzərə almalı idi ki, tərəflər arasında olan əmək müqaviləsi (əmək münasibətləri) fasiləsiz olaraq 5 ildən artıq davam etmişdir. İddiaçının işdən çıxarılma əmrinin xx. xx.2022-ci il olması bir daha əmək münasibətlərin fasiləsizliyini və əmək münasibətlərinin davam etməsini göstərən mötəbər faktdır. Fasiləsizliyin qeyd edilən formada davam etməsi əmək qanunvericiliyinin işçiyə verdiyi bir hüququdur və bu hüququ hansısa subyektiv fikirlə formalaşdırmaq yanlış qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Bu müddətdə, yəni işçinin işlədiyi və sosial məzuniyyətdə olduğu müddətdə tərəflər bir-biri qarşısında hüquq və vəzifə daşımış, qarşılıqlı hüquq münasibətində olmuşlar. Həmçinin birinci instansiya məhkəməsi qərar qəbul edərkən işçinin işin daimi xarakterli olmasını nəzərə almamışdır. Hazırkı halda əmək münasibəti 5 illik müddəti aşdığından işəgötürən işçinin işdən çıxarlması ilə bağlı hüququ itirilmiş hesab edilməlidir. İşçi ilə işəgötürən arasında əmək mü qaviləsinin müddəti xx.xx.2019- cuildə bitsə də, həmin əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdə ləğv edilməsi onu deməyə əsas verir ki, İddiaçı verilmiş sosial məzuniyyəti əmək münasibətlərinin tərkib hissəsidir. Həmçinin işçinin sosial məzuniyyətdə olması əmək stajı hesab edilməsi əmək müqaviləsinin (münasibətlərinin) davam etməsinin göstəricisidir. Belə olan halda yəni əmək müqaviləsinin müddətinin 5 il 1 ay olması əmək müqaviləsinin fasiləsiz davam etməsi və işçinin müqaviləsinin müddətsizliyinin əsası kimi çıxış etməlidir. Müqavilənin bu formada davam etməsi işçinin sosial vəziyyətindən əmələ gəlmiş və qanunvericiliklə verilmiş bir hüquqdur. Belə olan halda müqavilənin müddətinin 2019-cu ildə bitib demək yox, davam edən münasibətlərin beş il bir ay davamlı olmasını nəzərə alıb, işə ona uyğun hüquqi qiymət vermək lazım idi ki, bu edilməmiş və əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi maddi hüquq normalarına qiymət verərkən normanın məzmununu səhv təsvir etmiş və nəticədə yanlış qətnamə çıxarmışdır. Məhkəmə müddətinin uzanmasının məhz qanunvericiliyin işçiyə vermiş olduğu müstəsna hüquq kimi qiymətləndirməmişdir. Nəticədə 2(009)1392/2022 saylı qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışinski) 2(103)-7014/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməy ərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1392/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatından aydın olur ki, bağlanmış əmək müqaviləsinin müddətli olması və bu müddətin hansı tarixdə bitəcəyi ona məlum idi. Lakin həmin vaxt ailə vəziyyəti ilə əlaqədar o, ödənişli sosial məzuniyyətə çıxması barədə ərizə ilə müraciət etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsin. Daha sonra isə uşağının 3 yaşı tamam olanadək - xx.xx.2022-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətdə olmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsi qüvvədə olduğu müddətdə uşağının olması ilə ə laqədar ödənişli məzuniyyətdə olmasını və bu müddətin 06 fevral 2019-cu il tarixdə bitməsinə baxmayaraq, özünün də məhkəmə iclasında etiraf etdiyi kimi işdən çıxarılmasına hüquq əsas olmaması üçün sosial məzuniyyətə çıxması barədə ərizə yazaraq müqavilənin müddətinin 5 ildən artıq müddətə uzanmasına şərait yaratmasını heç kimə zərər vurmasa da, qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi baxımından məhkəmə haqlı olaraq həmin haqlı hüquqdan sui-istifadə kimi qiymətləndirmiş və yuxarıda göstərilən işin faktiki hallarına, araşdırılan sübutlara əsasən iddiaçının dəlillərini əsassız hesab etmişdir. Belə ki, iddiaçı barəsində verilən əmrdə onun işdən azad olunması əsaslandırılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının müddətli və müddətsiz müqa vilələr üzrə digər məhkəmə icraatında olan işlər üzrə məhkəmə təcrübəsi ilə əlaqədar istinad etdiyi məhkəmə qərarlarının məzmunu ilə bağlı göstərdiyi dəlillərə həmin qərarlarla müəyyən edilmiş hallara hüquqi qiymət vermədən hazırki işin halları baxımından qeyd etmişdir ki, istinad edilən işlərdə iddianın mahiyyəti müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsinə keçirilməsinin mübahisələndirilməsi ilə ədaqədar olmuş və həmin iş üzrə məhkəmələrin mövqeyinə görə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı dır.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuş olsa da, iddiaçının müddətli əmək müqaviləsi üzrə çalışdığı vəzifəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa görə, inzibati vəzifələrin beşinci təsnifatına aid dövlət qulluğu vəzifəsidir və iddiaçı həmin vəzifəyə dövlət qulluqçusu kimi müsabiqə (test və müsahibə) əsasında qəbul edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir
28. Məhkəmə gəldiyi nəticəni A zərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 11.1, 12, 45, 68.1, 68.2, 73.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, məhkəmə əmək münasibətlərində 5 illik fasiləsiz əmək münasibətlərinin fasiləsizliyini vurğulasa da hazırkı iş üzrə əmək münasibətlərinin fasiləsizliyini nəzərə almamışdır. İşçinin sosial məzuniyyətdə olması onun əmək münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirməyərək iş üzrə mötəbər hallara düzgün qiymət verm əmişdir. İş üzrə məhkəmənin təqdim etdiyi hüquqi əsaslandırma hansısa imperativ normaya yox daha çox şəxsi mülahizələrə əsaslanır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, prosessual qiymətləndirmə meyarları düzgün tətbiq edilməmiş və çıxarılmış qətnamə əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz iddia tələbinə dair etirazla eyni məzmunda əsaslandırılmışdır, cavabdeh şikayətin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən axlanması xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
32. Maddə
2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafeləri nin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
33. Maddə 11.1 a və b bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları da vardır.
34. Maddə
12. İ hissəsinin a və c bəndlərinə əsasən Əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öh dəliklərə əməl etmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq kimi əsas vəzifələri də vardır.
35. Maddə
45. İ hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin normanın İİ hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin normanın 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin normanın 5-ci hissəsinə əsasən müddət li əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
36. Maddə 68.1 və 68.2. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «e» bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.
37. Maddə 73.1.Müddətli əmək müqa viləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında müddətli bağlanmışdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi bu halda müqavilənin müəyyən müddətə bağlanmasına (iddiaçının işləmiş olduğu vəzifə tə snifata örə inzibati vəzifədir və bu anlamda daimi əsaslarla müqavilənin bağlanması mümkünsüzdür) imkan verir. Əmək müqaviləsinin müddəti qurtardıqda isə ona xitam verilməsi həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsində təsbit olunmuşdur. Hazırkı işdə cavabdeh iddiaçı ilə bağladığı müddətli əmək müqaviləsinin müddəti qurtardıqda vakansiya elan etmiş, əmək münasibətləri davam etdirməmiş və müqaviləyə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1 bəndinə əsasən xitam vermişdir.
52. Belə olan halda, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə göstərilən maddi hüquq normalarının tələblərinə uyğundur.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7014/2022 nömrəli iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.