Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-964/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X4, X8, Bakı şəhəri İcra Hakimiyyəti və üçüncü şəxs qismində cəlb edilməklə) ilkin; Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri üzrə QƏRARİ İş № 2(102)-964/2024 (Açar sözlər: kassasiya şikayətinin və müddətin bərpası haqqında ərizənin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X4, X8, Bakı şəhəri İcra Hakimiyyəti və üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma və onun həmin mənzilə köçürülməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5204/2022 nömrəli 25 dekabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı (X4, X8, Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti cavabdeh tərəfdən üçüncü şəxs kimi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilinə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən ed ilməsi, bunun cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması və X5, X6, X2, X1, X3 və qeyrilərinin mənzildən çıxarılmaları, İddiaçı Müseyib qızının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı onun ünvan 2 ünvanına yerləşən mənzilinə yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(009)- 74/2021 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.
4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8333/21 saylı, 25 noyabr 2021-ci il tarix li qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın rədd olunması hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı Müseyib qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1978/2022 saylı, 11 may 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)-8333/21 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5204/2022 saylı, xx.xx.2022 -ci il tarixli qətnaməsi ilə İddiaçı Müseyib qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)74/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilərək ilkin iddia tələbinin təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh, X9, X10, X7, X4, X3 həmin mənzildən çıxarılması, İddiaçı Müseyib qızının həmin mənzilə köçürülməsi qət edilmişdir.
9. Həmin qətnamədən cavabdehlər Cavabdeh və X1 nümayəndəsi və vəkili Vəkil3 kassasiya şikayəti vermişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2740/2023 saylı, 12 iyun 2023-c ü il tarixli qərardadı ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin cavabdehə qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5204/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh münasibətdə kassasiya şikayəti geri qaytarılmışdır.
12. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5204/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən 3-cü şəxs X1 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3310/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qərarı ilə 3-cü şəxs X4 tərəfindən veril miş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5204/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5204/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.
15. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi prosessual müddətin bərpası barədə ərizəni müzakirə etmədən kassasiya şikayətini xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarmışdır. Ona görə də təkrarən prosessual müddətin bərpası barədə ərizə vermək məcburiyyətində qalmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5204/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Kamran Əkbərov və İkram Şirinov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5204/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 ərizəsi, qətnamə eyni kassasiya şikayəti üzrə artıq yoxlanıldığından geri qaytarılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələ ndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Sözügedən ərizədən, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3310/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qərarının məzmunundan da görünür ki, hazırda Cavabdeh kassasiya şikayəti vermək istədiyi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5204/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi artıq X4 ilə birgə verdiyi eyni kassasiya şikayəti üzrə kassasiya qaydasında yoxlanılıb və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını nəzərdə tutan Ali Məhkəmənin yuxarıda qeyd olunan qərar dadı qətnamənin təkrar yoxlanılmasını qadağan edir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5204/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi eyni kassasiya şikayəti üzrə artıq yoxlanıldığından, baxılmadan geri qaytarılmalıdır. Çünki Cavabdeh mübahisələndirmək istədiyi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5204/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi eyni kassasiya şikayəti üzrə artıq yoxlanılıb və buna görə də ərizəyə baxılmasına lüzum qalmır.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 133.1, 133.3, 405.0.1, 405.0.2, 408.1.1, 408.1.4-ci maddələrinə, Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadında ifadə edilmiş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil3) qərardadın ləğv edilib baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual müddətin bərpası barədə ərizədə göstərilənləri müzakirə etmədən qaytarıb. Kassasiya şikayətinin qaytarılması üçün səbəblər Mülki Prosessual Məcəllənin 408-ci maddəsində göstərilib. Qətnamənin qanuniliyi digər şəxsin kassasiya şikayəti üzrə yoxlanılması halına görə şikayətin qaytarılması nəzərdə t utulmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
24. Maddı 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.)
25. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüqu qu olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadı” 29. “...apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir...” Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qərardad Cavabdeh qız tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halla rı müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Çünki kassasiya şikayəti verilən məhkəmə aktı başqa bir şəxsin kassasiya şikayəti əsasında yoxlanılmışa və buna görə də, həmin məhkəmə aktının təkrar kassasiya qaydasında yoxlanılması yolverilməzdirsə, həmin kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə baxılaraq müddətin hansı səbəblərdən buraxılmasının yoxlanılmasına lüzum yoxdur. Müddət bərpa məsələsinə o halda baxıla bilər ki, bunun iş üçün prosessual nəticəs i olsun. Hazırki işdə isə belə prosessual nəticə baş verməyəcəyinə görə məhkəmə düzgün olaraq ərizəni baxılmadan geri qaytarmışdır.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2023-cü il tarixli 2(103)-5204/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.